Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
 
22
iqtisadiyyatının mərkəzlərində (ABŞ, AİB, Yaponiya) 
təməküzləşməsi eyni zamanda inkişaf etməkdə olan dünyanın 
çox rayonlarının marginallaşmasının səmərəliliyini gücləndirir 
və nəticədə investorlar cəlbedicilik qabilyətini itirirlər. 
Dünya bazarının inkişaf senarisi iki başlıca amildən 
TMK-ların dünya iqtisadiyyatına nəzarət səviyyəsindən və 
onların yarandığı ölkələr arasında  əlaqənin intensivliyindən 
aslıdır. Dünyanın liberal düzümündə TMK-lar və onların 
yaradan ölkələr arasında sıx  əlaqələrin saxlanması  təqdirdə 
«İmperialist modelin» yaranması ehtimalı böyükdür. Bu cəhət 
inkişaf etmiş ölkələrin nisbətən zəif inkişaf etmiş ölkələrdə 
TMK-lar vasitəsi ilə təsir etməsində özünü göstərir. TMK-ları 
yaradan ölkələrlə onlar arasındakı əlaqələrin zəifləcəyi təqdirdə 
dünyanın bölgüsündə  nəhəng TMK-ların bir başa hakimlik 
modeli formalaşr. TMK-ların öz ana ölkələri ilə rabitəsinin 
saxlanılması 
və eyni zamanda dünya qaydalarının 
tənzimlənməsi perspektivində isə ölkələrin xarici iqtisadi 
əlaqələrdən maksimal mənfəət  əldə edilməsi neomerkantilist 
modeli gerçəkləşəcəkdir.  Əgər dünya qaydalarının ümumi 
tənzimlənməsi reallığa çevrilirsə TMK-ların ana ölkələrlə 
əlaqəsi zəifləyədə bilər. Belə olan təqdirdə dünya 
iqtisadiyyatını koordinasiya edən «çoxmilli assosiasiyalar» 
qaydası yaranar ki, bu da dünya iqtisadiyyatının müvafiq 
beynəlxalq təşkilatlar tərəfindən səmərəli bazar mexanizmləri 
vasitəsiilə  tənzimlənməsini reallaşdırar. TMK-ların inkişafı, 
gücü və beynəlxalq təsir dərəcəsinin artan sürəti 1972-1975-ci 
illərdə BMT üzvülərini bu nəhəng qurumlarda onların 
fəaliyyətini izləyən, müşahidə edən və müəyyəndərəcə  də 
nizamlamağa səy göstərən xüsusi8 daimi mərkəzin 
yaradılmasına sövq etdi. İndi TMK-ların nəhnəg birliyi- «500-
lər Klubu» dünyadsa ÜDM istehsalının 30%-ni, tocarətin 50%-
dən çoxunu, yeni texnika və texnilogiyaların patentinin 80%-ni 
nəzarətdə saxlayır. Müasir mərhələdə TMK-larda ərazi 
diversifikasiyası güclü inkişaf etmiş çoxminli filiallar şəbəki 


 
 
23
yaradılmış və onlar öz gəlirlərinin 70-80%-ni «ana» ölkələrdən 
kənarda  əldə etməkdədirlər. Beləliklə milli kapitalın 
fəaliyyətinin beynəlmiləlləşməsinin əvəzinə transmilli kapitalın 
maraqlarının qloballaşması  gəlmişdir. Qloballaşma indiki 
məqamda iqtisadiyyatı, nəqliyyatı, rabitə  və informatikanı, 
ekologiyanı, siyasəti, mədəniyyəti  əhatə etmişdir. Lakin 
yaddan çıxarmaq lazım deyil ki, qloballaşdırmaya müqavimət 
göstərən fərdiyyətçilik də var. Vətənpərvər sahibkarlar 
müəyyən ölkələrdə  rəqabət üstünlüyünü ələ alaraq 
müvəfəqiyyətlə qlobalaşdırmaya sinə gəlirlər. 
Dünya iqtisadiyyatının inkişafında aparıcı tendensiyanı 
regional səviyyədə 
təsərrüfatın regionllaşması 
və 
beynəlmiləşməsi təşkil edir. Regionlaşma ilk olaraq regional 
inteqrasiya vasitəsilə  təşəkkül tapır.  Əvvəlcə regional qonşu 
inteqrasion qruplar yaranır və sonrakı inkişafda isə yeni 
məkanlar fəth olunur. Regionlaşma bir tərəfdən qloballaşma 
prosesinə mane olur dünya miqyasında iqtisadi 
mübadiləniməhdudlaşdırır, digər tərəfdən isə qloballaşma 
prosesinin axınına inteqrasion qruplar  arasında beynəlxal 
əlaqələrin liberallaşmasını həyata keçirərək daxil olur. 1990-cı 
illərdə regional inteqrasiyanın inkişafında yeni meyllər 
yaranmışdır. Qeyd etmək lazımdır ki, osialist sisteminin 
süquqtundan sonra dünya bazarı əsl dünyəvi xarakter almışdır. 
Hətta bir partiyalı sosialist Byetnamı, Çin və digər ölkələr də 
aktiv olaraq bu inteqrasiyada iştirak edirlər. Dünyanın 
regionllaşmasında uzun dövr ərzində tarixən formalaşmış, 
obyektiv yaranmış  ərazi kompleksləri daha stabil xarakter 
daqlıyır. Miqyas nə  qədər böyükdürsə bu komplekslərində 
nüfuz dairəsi geniş olur. Belə komplekslərin yaranmasında 
güclü tarixi faktorlar əhəmiyyət daşıyırlar.  Əgər iqtisadi 
mikrorayon müəyyən  şərtylər daxilində bir nəslin həyatı 
zamanı formalaşırdısa, dünyanın müasir makroregiuonları 
özünün kökləri ilə insan cəmiyyətinin daha dərinliklərinə 
gedirlər. Onların reşeyimləri insan mədəniyyəti, 


 
 
24
sivilizasiyaların təşəkkülü və inkişafı ilə  əlaqələndirilir. 
Xalqların, dövlətlərin, etmosların, mədəniyyətlərin
sivilizasiyaların intensiv ünsiyyəti nəticəsində onların müasir 
sərhədləri meydana gəlmişdir. Dövrümüzdə regionlaşma 
prosesində  mədəni komponentlər daha qabarıq nəzərə  gəlir. 
Buraya məhsuldar qüvvələri (istehsal alətləri, texnologiya, 
kommunikasiya, elm, kladr ixtisası  və s.),  istehsal 
münasibətlərini, istehlak predmetlərini (mənzil, geyim,ərzaq və 
s.) insan tərəfindən yaradılmış  mədəni landşaftı  əhatə edən 
material mədəniyyət, yazı,  ədəbiyyat, dil, əxlaq, adər-ənənə, 
etik baxışlar, din, ideologiya, fəlsəfə, hüquq, incəsənət və 
təhsili əhatə edən mənəvi mədəniyyət, sosial təminat, səhiyyə, 
siyasi qruplaşma, partiyalar, ictimai təşkilatlar, silahlı qüvvələr, 
dövlət və idarəetmə sistemini əhatə edən ictimai institutlar, 
sosial mədəniyyət daxildir. Bu üç sistemaltı material, mənəvi 
və sosiual mədəniyyəthər bir millət üçün böyük müstəqilk 
əhəmiyyət daşıyır. Bununla belə  mədəniyyətin bütün 
komponentlərində onun əsas mühərrikini həlledici sürətdə 
istehsal münasibətlərinə  təsir edir. Bu təsir dairəsinə  həm də 
insanların maddi və material tələbləri daxildir. Bununla belə 
məhsuldar qüvvələri  mexanizminin əsas hərəkətverici qüvvəsi 
texniki-texnoloji innovasiyaların tətbiqi və generasiyasının 
yüksək səviyyədə təsiri ilə də xarakterikdir. 
Dünya bazarının qanunlarının fəaliyyət göstərdiyi dairədə 
bilavasitə dövlətləarası iqtisadi regional inteqrasiya dünya 
ictimayətinin coğrafiyasına təsir göstərir. Hazırda müxtəlif 
miqyaslı regional inteqrasion qruplar mövcuddur ki, onlar da 
müxtəlif parametrlərə görə bir-birlərindən fərqlənir. Bu qruplar 
arasında  ən nəhəngi 1957-ci ildə yaradılmış 350 milyonluq 
əhalini və 15 dövlət  əhatə edən Avropa Birliyidir. Nəhəng 
iqtisadfi birliklər içərisində Azad Ticarət Haqqında  Şimalı 
Amerika sazişi (NAFTA), ABŞ, Kanada, Meksikanın-400 
milyon nəfərlik  əhalisini birləşdirən qrup xüsusi çəkiyə 
malikdir (01.01.94-ci ildən qüvvədir). Bu qruplaşmaya 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə