Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
66 
 
Üstümə cumaraq nə istəyirsən? 
Sən də oğrusansa mənimtək əgər. 
De, oğru oğrudan oğurluq edər?" 
Onun qorxusundan onun hövlündən 
Özümü itirib mat qalmışdım mən. 
Zənci adətilə tutaraq dilə, 
Könlünü birtəhər gətirdim ələ: 
"Mən kiməm? Bir kasıb, bir fağır adam, 
Gəldim ki, sayəndə mən də dolanam. 
Hamı söyləyir ki, sən aslanbasan 
Səxavət əhlisən, mərd bir adamsan. 
Odur ki, dəvətsiz qonaq gəlmişəm, 
Səni mən özümə pənah bilmişəm. 
Bəlkə köməyinlə işim düzələ, 
Əlimə bir qədər var-dövlət gələ..." 
O məndə belə bir şirin dil görcək, 
Acığı soyudu, yumşaldı mumtək. 
Odur ki, əl çəkdi bəhs eləməkdən
Çünki yağlı dilə aldanar düşmən. 
"Içən, çalansanmı?" deyə soruşdu. 
"Bəli!" Cavab verdim, gətirdi rudu, 
Mən də həmin rudu alaraq ələ, 
Qorxumdan kökləyib gətirdim dilə. 
Mizrabı tellərdə oynadıb bu an 
Bir nəğmə başladım ona yalandan. 
Qaynar qazan kimi o coşdu, daşdı, 
Başladı hay-küyə, həddini aşdı. 
Gah şərab içirdi o gülə-gülə, 
Gah da rəqs edirdi qazanc eşqiylə. 
Zəncini aldadan bir hava çaldım, 
Onun damarını əlimə aldım. 
Mənimlə həriftək elədi rəftar
Məst olub sirrini danışdı aşkar. 
Dedi: "Gözləyirəm burda gizlicə, 
Varlanmaq qəsdim var mənim bu gecə. 
Var mənim özümtək bir yoldaşım da, 
Mənsiz şərab içməz əsla dünyada. 


               _______________  
Milli Kitabxana
  ________________ 
67 
 
Gizli bir xəzinə keçibdir ələ, 
Üstündə əjdaha yatmayıb hələ. 
Yalnız ikimizik ona əjdaha, 
Odur ki, quldurluq etmirik daha. 
Bir ilə yaxındır o xəzinədən 
Yeyib kef çəkirik dərd-qəm bilmədən. 
Tükənib xəzinə, xeyli azalıb, 
Yerində sonuncu bağlama qalıb. 
Dostum gedibdir ki, gətirsin onu
Mən də gözləyirəm-burda yolunu. 
Bu gecə sən bizə gəlibsən qonaq, 
Odur ki, biz gərək qulluqda duraq. 
Ancaq bir şərtim var: o qayıdanda. 
Xəzinə gətirib gələn zamanda 
Bir küncdə qısılıb durasan gərək, 
Səs-səmir çıxmasın səndən ölütək. 
Mənim fikrim budur: bu əjdahanı 
Bu gecə öldürüm, qoy çıxsın canı. 
Bütün xəzinəyə mən olub yiyə, 
Çəkilib sığınım dinc bir guşəyə. 
Sənə də, əzizim, ondan bir qədər 
Qoy könlün şad olsun, verərəm səhər..". 
Zənciylə mən şirin söhbətdə ikən 
Ayaq tappıltısı eşitdik birdən. 
Mən qalxıb gizləndim dərhal bir küncdə
Fikrim gah tikanda, gah da türüncdə
102

Qapqara bir adam girdi o anda, 
Həmin bağlama da onun dalında. 
Yükü çətinliklə endirdi yerə, 
Yaman qüvvətliydi, bənzərdi şirə. 
Hələ bağlı yükü töküb açmadan 
Bir qədər yedi o, hazır şorbadan. 
Yoldaşı yatmışdı. Getdi yanına, 
Onun dediyini bu etdi ona: 
Polad qılıncını ona əndərdi, 
Bir anda leşini torpağa sərdi. 
Qorxudan canıma düşdü vəlvələ, 


               _______________  
Milli Kitabxana
  ________________ 
68 
 
Özümü birtəhər tez aldım ələ. 
O kəsib başını, qalxdı ayağa, 
Durdu bədənini şaqqalamağa. 
Bir şaqqa götürüb çıxdı o yerdən, 
Bu zaman huşumu itirmişdim mən. 
Aradan keçincə bir xeyli müddət, 
Gördüm ki, qayıdıb gəldi, nəhayət. 
O biri şaqqanı alıb bu səfər, 
Düzəldi yoluna yenə o təhər, 
Bildim ki, o uzaq bir yerə gedir, 
Gecə də qaranlıq, tutqun gecədir. 
Qartaltək yerimdən şığıdım o an. 
Cumdum xəzinəyə sarı durmadan. 
Zənci o meyidi alıb gedəndə 
Aldım xəzinəni çiynimə mən də. 
Bir kasa doldurub hazır şorbadan, 
Oldum evə sarı yoluma rəvan. 
Mən elə gəldim ki, bəxtimdən qeyri 
Kimsənin olmadı bundan xəbəri. 
Bəxtim kömək oldu, evimə çatdım, 
Yükümlə dərdi də çiynimdən atdım. 
Gəldi qulağıma bir çağa səsi, 
Artdı şad könlümün qat-qat nəşəsi. 
Verdim, alıb yedi şorbanı arvad, 
Təşəkkür elədi, könlü oldu şad... 
Arvada dedim ki: "Bəxtim oğlandır, 
Oğlan, doğrudan da, baş ucaldandır!" 
Həmin bağlamanı o saat açdım, 
Bu xəstə könlümə nəşələr saçdım. 
Gördüm ki, xəzinə dolu bir mədən, 
Tamam yaqut, qızıl, - boldu nə desən. 
Döndüm bir mədənə o xəzinədən
Dəniztək varlandım bir gecədə mən
103

Oğlumun bəxtindən könlüm şad oldu, 
Çünki xəzinəylə birgə doğuldu. 
Oldum o gecədən varlı, bəxtiyar, 


               _______________  
Milli Kitabxana
  ________________ 
69 
 
Çünki həm xəzinə tapdım, həm açar" 
Bütün sərgüzəşti burada bitdi, 
Sözünü qurtarıb o, sükut etdi. 
Şah sordu: "Hansı gün doğulub oğlan? 
Arvadın hamilə olub nə zaman?" 
Çörəkçi tez gedib evinə dəydi
Gətirdi padşaha etdiyi qeydi. 
Həmin vərəqəni alıb şah isə 
Göndərib tapşırdı alim Valisə: 
"Uşağın bəxtini ulduzlardan sən, 
Çalış, tədqiq elə, tezliklə öyrən. 
Onun yaxşı-yaman bəxtini axtar. 
Öyrəndikdən sonra de mənə aşkar." 
Valis bu fərmanı alıb, bir müddət 
Göydə ulduzlara eylədi diqqət. 
Görüb ulduzların göydə seyrini, 
Gizlin əhvalatın bildi sirrini. 
Yazdı İskəndərə öz gördüyünü. 
Qulaq deyəni yox, göz gördüyünü. 
Valisdən məktubu aldığı zaman 
Yazdığı şeylərə şah qaldı heyran. 
Pərdə ardındakı o nəqşələrdən 
Belə danışırdı tale göstərən: 
"Bu, bir çörəkçidən olmuş uşaqdır 
Ki, dövlət nuruyla parlayacaqdır. 
O körpə anadan lüt doğulsa da
Var-dövlət sahibi olmuş dünyada. 
Atası oğlunun xoşbəxtliyindən 
Varlanıb dövlətli olacaq birdən. 
Taleyi belədir, uşaq doğulcaq 
Xəzinə üstünə basacaq ayaq.." 
Şahı sarsıtmışdı bu söz, bu söhbət, 
O gövhər satana etdi mərhəmət
104

Onu əzizləyib elə o gündən. 
Elədi ən yaxın nədimlərimdən. 
 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə