42
kainatın makro məzmununun özüdür, ya da kainatın
“kənarında” olan alternativ bir qüvvədir. Bu məsələni, bu
predmeti dərk etmək çox çətindir. Lakin ümumi olaraq hesab
etsək ki, əgər təbiət fövqəltəbiətin məhsuludursa, onda hər iki
yanaşmanın mütləq olması qənaətinə gəlmək olar.
(Daha aydın
başa düşmək üçün ümumi qrafikə baxmaq olar). İnsanların
siqnalları həm üzərində yaşadıqları təbiətdən, həm də tərkib
olduqları fövqəltəbiətdən qəbul olunur. İnsan hüquqlarının
təbiət
və
fövqəltəbiətin
insanlara
verdikləri
nemətin
ümumiləşdirilmiş ifadəsi olması məsələsində də bu iki prinsipi
qeyd etmək olar.
İnsanlarda inanclar şüura bağlıdır. Əqlin məhsuludur. Şüur
təbiətin və fövqəltəbiətin məhsuludursa, onda belə nəticələrə
gəlmək olar ki, inanc təbiətin və fövqəltəbiətin məhsuludur.
İnsanlar onlara xas olmayan şeylərə, hadisə və proseslərə
ümumiyyətlə inana bilməzlər. Bu baxımdan qeyri-təbiət
inancları da insanlara immanentdir. Deməli, insanların
inandıqları təbiətdə və fövqəltəbiətdə var və bu, siqnallar
vasitəsilə şüurlara ötürülür. İnancları şüura siqnallar ötürür,
şüur bu siqnalları emal edir və hərəkətlərə-fəaliyyətə qaytarır.
İnanclar fövqəltəbiətə siqnallarla geri qayıdır. Məsələn,
əməllərdə bu mümkündür. Düzgün əməl kəskin olaraq təbiətə
və fövqəltəbiətə qarşı deyildir. Bu baxımdan da düzgün əməldə
olan insanlar daha çox siqnallar qəbul edirlər. Fövqəltəbiətlə
təmasları daha geniş olur. Burada idealizm öz mahiyyəti
baxımından materializmin fövqünə qalxır. Həm də ona görə ki,
idealizm qeyri-müəyyənlikləri daha çox aşkarlamağa çalışır və
fikirləri, düşüncələri önə çəkir. Düşüncənin inkişafı və
genişlənməsi həm də material aləmə tabe olur. İnikas və onu
yaradan siqnallar məhz real düşüncələri və reallıqdan çıxış
edən ideal və gələcək real düşüncələri meydana gətirir.
Gələcək
hüquqlar inkişaf baxımından zaman, məkan və şərait
kateqoriyasına bağlı olur.