Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 
18
Formativ qiymətləndirmə aparmaq üçün rubriklərdən istifadə olunur. Rubrik 
xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir: 
–  mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiy-
yətlər); 
–  aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək 
olar? 
Qiymətləndirmə  şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün 
mexanizmdir. Rubriklərin hazırlanması üçün əvvəlcə  dərsin məqsədləri müəyyən 
olunmalıdır. Qiymətləndirmənin formalarından biri seçilməlidir (diaqnostik, 
formativ və ya summativ).  
 
Müəllimlər üçün rubriklərin üstün cəhətləri 
 
  Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı  və ardıcıl 
olmasına imkan verir.  
  Rubriklər tələb edir ki, müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəy-
yənləşdirsinlər. 
  Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə bağlı faydalı məlumatlarla təmin 
edir. 
  Rubriklər keyfiyyət səviyyələrinin intervalları vasitəsilə müxtəlif qabiliyyətli 
şagirdlərin olduğunu nəzərə alır. 
 
Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimat: 
1.  Qısa və sadə tərzdə, şagirdin anlayacağı sadə dildən istifadə edilməlidir. 
2.  Müqayisəli və ya normativ dildən fərqli olaraq deskriptiv dildən istifadə edin. 
Pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan uzaq durulmalı-
dır. 
3.  Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xüsu-
siyyətləri baxımından mümkün dərəcədə ifadə edilməlidir. 
4.  Qiymətləndirmə səviyyələri arasında sərhəd aydın olmalıdır, üst-üstə düşməmə-
lidir. 
5.  Şkala şagird nailiyyətləri intervallarını tam əhatə etməlidir. 
6.  Təsvirlərin məzmunu nailiyyət səviyyələri üzrə eyni formalı tərtib edilməlidir. 
7.  Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məsələn: bir aspekt 
üzrə "4" qiyməti digər aspekt üzrə "4" qiyməti ilə müqayisə oluna bilməlidir). 
8.  Əvvəlcə "ən yüksək", sonra "ən aşağı" səviyyələr, sonda isə "aralıq" səviyyələr 
təsvir edilməlidir. 
9.  Ən yüksək səviyyə: yüksək tələbkarlığa malik, bununla yanaşı, real olmalıdır. 


 
19
10.  Ən aşağı  səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin 
xüsusiyyətlərini əks etdirməlidir. 
 
Summativ qiymətləndirmə  təhsilin hər hansı  mərhələsində (tədris vahidinin, 
yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilmə-
sidir. Summativ qiymətləndirmə  məzmun standartlarının mənimsənilmə 
səviyyəsinin etibarlı göstəricisidir. 
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən 
ibarətdir.  
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya tədris vahidlərinin sonunda 
müəllim tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin 
sonunda məktəb rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın 
nəzarəti ilə  fənni tədris edən müəllim tərəfindən aparılır. Summativ 
qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sinif jurnalında qeyd 
olunur. 
Kiçik summativ qiymətləndirmə  fənn kurikulumları  tətbiq olunan siniflərdə 
bəhs və ya tədris vahidlərinin sonunda, altı  həftədən gec olmayaraq, müəllim 
tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə 
alınır. 
Kiçik summativ qiymətləndirmə vasitələri (test, tapşırıq, yazı işləri və s.) fənni 
tədris edən müəllim tərəfindən hazırlanır. 
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin 
rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən 
müəllim tərəfindən aparılır. Ona görə  də metodik vəsaitdə böyük summativ 
qiymətləndirmə üçün test nümunələri verilməyib. 
Summativ qiymətləndirmənin üsulları, vasitələri və şagird fəaliyyətinin növləri: 
 
Üsullar 
Vasitələr 
Fəaliyyətlər 
Yoxlama yazı 
işi 
Yoxlama yazı işi üzrə  
qeydiyyat vərəqi 
Tapşırığın vaxtında, düzgün, 
sərbəst yerinə yetirilməsi 
Layihə 
Şagirdlərin təqdimatı və 
müəllim tərəfindən müəy-
yən edilmiş meyar cədvəli 
Layihənin meyarlar əsasında 
qiymətləndirilməsi 
Şifahi sorğu 
Şifahi sorğu üzrə  
qeydiyyat vərəqi 
Mövzunun şərhi 
Test 
Test tapşırıqları 
Test suallarının 
cavablandırılması 


 
20
Tapşırıqvermə 
Tapşırıq, çalışma  
Praktik tapşırıqların vaxtında, düz-
gün, sərbəst yerinə yetirilməsi  
Yaradıcılıq və 
əl işləri 
Mövzulara  müvafiq olaraq  
rəsmlər, hazırlanan məmu-
latlar və digər əl işləri 
Təsviretmə, yapma, şeirin qo-
şulması, essenin yazılması, mə-
sələ qurulması, əl işlərinin hazır-
lanması 
 
 
Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanır:  
        
Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik 
2 2  2    3 2  2    4 2  2    5 2  2 
2 3  3    3 3  3    4 3  4    5 3  4 
2 4  3    3 4  4    4 4  4    5 4  5 
2 5  4    3 5  4    4 5  5    5 5  5 
 
Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə 
uyğun müəyyənləşdirilir:  
 
№ 
Şagirdin yerinə yetirdiyi 
tapşırıqların faizlə miqdarı 
Şagirdin 
qiyməti 

[0% - 40%] 
2 (qeyri-kafi) 

(40% - 60%] 
3 (kafi) 

(60% - 80%] 
4 (yaxşı) 

(80% - 100%] 
5 (əla) 
 
  
 
  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə