Microsoft Word info-9 mv-aqsh doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə1/29
tarix14.10.2017
ölçüsü3,69 Kb.
#4960
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   29


İNFORMATİKA 9 
RAMİN MAHMUDZADƏ, İSMAYIL SADIQOV, NAİDƏ İSAYEVA
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“İnformatika” fənni üzrə 
 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Yaz
 nəşriyyatı” MMC 
yazneshr@mail.ru 


HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri


 
3
 
 
 İÇİNDӘKİLӘR
 
 
DӘRSLİK KOMPLEKTİ HAQQINDA............................................................  4 
DӘRSLİYİN TӘDRİS VAHİDLӘRİ ÜZRӘ MӘZMUNU VӘ  
İKT-dәn İSTİFADӘ İMKANLARI................................................................  5 
DӘRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRӘ STRUKTURU.........................  8 
IX SİNİF ÜZRӘ İNFORMATİKA FӘNN KURİKULUMU..................................  9 
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ REALLAŞMA CӘDVӘLİ ............ 11 
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ .......................................................... 12 
PRAKTİK DӘRSLӘRİN TӘŞKİLİ ............................................................... 15 
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ PRİNSİPLӘRİ 
VӘ ÜSULLARI......................................................................................... 16 
 
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ 
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ 
 
I. KODLAŞDIRMA......................................................................................... 21 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
................................... 38 
II. KOMPÜTER ............................................................................................. 40 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
................................... 56 
III. TӘTBİQİ PROQRAMLAR ......................................................................... 58 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
................................... 71 
IV. PROQRAMLAŞDIRMA .............................................................................. 73 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
................................... 95
 
V. İNFORMASİYA TEXNOLOGİYALARI ........................................................... 97 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
...................................109 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ NÜMUNӘSİ
...................................118 
 
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ...................................119 
TÖVSİYӘ OLUNAN MӘNBӘLӘR ...............................................................135 
 


 
4
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
IX sinif üçün "İnformatika" dərslik komplekti ümumi təhsil pilləsinin dövlət 
standartları  və proqramları (kurikulumları)  əsasında hazırlanmışdır. Dərslik 
komplekti informatika fənn kurikulumunda əks olunan məzmun standartları  və 
təlim nəticələrinə, təlim prosesinin təşkili qaydalarına, eləcə  də qiymətləndirmə 
konsepsiyasına uyğundur.  
Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları  və  təlim materiallarının 
təqdim olunma prinsipləri nəzərə alınmışdır:  
● Öyrədici/inkişafetdirici funksiya şagirdlərin məntiqi, tənqidi, yaradıcı  təfək-
kürünün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlə-
rinin formalaşdırılmasını nəzərdə tutur.  
Dərslik informatikanın  əsaslarını  şərh etməklə yanaşı, təlim materialının 
mənimsənilməsi məqsədilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi 
öyrədir. Dərsliklə iş zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması 
və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi,  əsas anlayışların 
çıxarılması üçün zəruri olan bilik, bacarıq və  vərdişlər inkişaf etdirilir. Dərslik 
şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda, 
qanun və  nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa imkan verir. Təlim 
materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, təd-
qiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə 
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair 
vərdişlərin formalaşdırılmasına imkan yaradır.  
●  Tərbiyəedici funksiya dərsliyin məzmununun  şagirdlərdə  mənəvi dəyərlərin 
formalaşmasına təsiri, dərsliklə  iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik 
hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə 
uyğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını  nəzərdə tutur. Təklif 
olunan bir çox tapşırıqlar qrup və ya cütlər  şəklində yerinə yetirilir. Nəticədə, 
ünsiyyətqurma, birlikdə  qərar qəbuletmə kimi vərdişlərin inkişafına imkan 
yaradılır.  
●  İnformasiya prinsipi şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə 
məlumatla təmin edir, onların dünyagörüşünü formalaşdırır.  
● Transformasiyaedici (dəyişdirici) prinsip. Dərslikdəki material şagirdlərin 
yaş xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, 
yaradıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələ-
rin izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.  
● Sistemləşdirici prinsip. Dərslikdəki material sistemli şəkildə, məntiqi və 
xronoloji ardıcıllıq nəzərə alınaraq verilmişdir.  
● İnteqrasiya prinsipi. Digər fənlərlə inteqrasiyanın olması şagirdlərə dünyada 
baş verən təbii, sosial-iqtisadi hadisə  və prosesləri, təbiət və  cəmiyyət arasında 
qarşılıqlı əlaqələri daha dərindən dərk etməyə imkan verir.  
● Əyanilik prinsipi. Dərslik materiallarla iş prosesində müxtəlif təlim vasitələri 
və elektron resurslardan istifadə edilməsinə imkan verir. Praktik dərslərdə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə