Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
17
si, bəstəkar Firəngiz Əlizadənin artıq dünyanı fəth etmiş "Habilsayağı" əsəri
səsləndi. Əsəri Firəngiz Əlizadə və tanınmış violonçelçi İvan Monigetti ifa
etdilər. Muğam ənənəsinin qədim ruhunu, əsrlərin emosional-bədii energiyasını
hifz edən musiqinin müasir, avanqard üslub vasitələri və estetikası ilə
çulğalaşmış təcəssümü dinləyiciləri, sözün əsil mənasında, heyran etdi. Məşhur
Azərbaycan kamança ustadı, bizim müasirimiz Habil Əliyevin çalğısından
alınan təəssürat nəticəsində yazılmış kompozisiyanın adı da elə bu böyük el
sənətkarının adından götürülmüşdür. Əsərin yaranması ideyası da vaxtilə Habil
Əliyevin kamançada çaldığı muğamdan, onun ifa üslubundan heyrətlənən İvan
Monigettiyə məxsusdur. Firəngiz Əlizadənin Azərbaycan muğamının sanki
tamamilə yeni çalarlarla boyanan, müasir ritmə və deyim tərzinə köklənmiş
musiqi toxumasında zərgər dəqiqliyi ilə işlənmiş muğam pannosu bu sənətin
həmişəyaşar potensialının nadir bir təzahürü idi. Elə bu görüş əsnasında CNN
xəbərlər proqramında Azərbaycanda "Monitor" jurnalının redaktoru Elmar
Hüseynovun qətli ilə bağlı xəbər yayıldı. Qonaqlar da bu xəbəri eşidib
maraqlandılar. Hər bir insanın qətli, xüsusilə də onun həyatına zorakılıqla son
qoyulması faktı dəhşət doğurur. Jurnalistin qətlə yetirilməsi hadisəsi, əlbəttə ki,
ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən təzyiq vasitəsi kimi istifadə üçün
zəmin yarada bilər. Bu faktı isə bilərəkdən siyasi amilə çevirmək cəhdi
ölkəmizin sivil simasının qorunmasına yönəldilmiş işlərə və fəaliyyətə mane
olur. Vahid milli ideya - müstəqil Azərbaycan ideyası insan amilinin, fərdin
qiymətləndirilməsi prinsiplərinə arxalanaraq, bütövlükdə cəmiyyəti bir yüksək
amal altında birləşdirməlidir. Əlbəttə ki, bu ideya, bu amal və arzular qərəzli
münasibətlərdən yüksəkdə olmalıdır. Konsertdən sonra nahar yeməyində
Mehriban xanım qonaqlarına - YUNESKO-nun baş direktoru Koiçiro
Matsuuraya, Mstislav Rastrapoviçə, şahzadə Firyala, Ömər Zülfi Livanelliyə,
Şeyx Həsən Şakirə Azərbaycanın üzləşdiyi qaçqın-köçkün problemi haqqında
artıq qeyri-formal şəraitdə məlumat verdi. Naharda iştirak edən bu sətirlərin
müəllifi təəssüf doğuran bir faktla qarşılaşdı. Onların çoxu Azorbaycanın bu
faciəvi reallıqları barədə heç nə bilmirdilər. Mehriban xanımın qaçqın-
köçkünlərin ağır şəraitdə çadır şəhərciklərində yaşamaları, xüsusilə də uşaqların
bundan çox əziyyət çəkmələri, çətin şəraitdə təhsil aldıqları barədə söhbətini
diqqətlə dinləyirdilər. Mstislav Rostropoviç də onun sözlərini təsdiqləyərək,
bütün bunları öz gözləri ilə gördüyünü bir daha qonaqlara çatdırdı.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
18
Mənim üçün bu, səfərimizin bəlkə də ən uğurlu məqamı idi. Çünki xaricdə,
xüsusilə də Avropa ölkələrində hər hansı bir həqiqəti qəzet məlumatları və rəsmi
təqdim süzgəcindən keçmiş quru faktlarla deyil, şəxsi münasibətlər, inam və
səmimiyyət atmosferində aldıqda daha tez qavrayırlar. Mən görürdüm ki, onlar
Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatirinə dinləmir, ona
inanırdılar. Onlar doğrudan da, eşitdiklərindən şok vəziyyətinə düşdükləri,
təsirləndikləri üçün Azərbaycan haqqında çox məlumat almaq istəyirdilər.
Çoxları bu sətirləri oxuyanda düşünə bilər ki, işğal kimi qlobal problemi belə
sadə vasitələrlə nə dərəcədə həll etmək olar və yaxud ilk baxışda, bəlkə də,
kifayət qədər "təsirli siyasi gücü" olmayan belə sadə vasitələr nəyisə həll etmək
iqtidarında deyildir. Lakin müasir tariximiz bəzən ilk baxışda sadə görünən
vasitələrin də siyasi müstəvidə önəmli rol oynamasına dəlalət edən hadisələrlə
doludur. Bəzən məhz mədəniyyət siyasətçilərdən bir addım öndə gedərək,
onların gördüyü ağır işlərin xoşməramlı, əlverişli fonunu yaradır. Hər bir
ölkənin siyasi aurası mürəkkəb bir konstruksiyanı xatırladır. Bəzən bu
konstruksiyanın ümumi planında xırda, ilk baxışda nəzərə çarpmayan,
gözəgörünməz detallar onun bütövlüyünü, möhkəmliyini təmin edir. Müasir
dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi dəyərlər aktuallığını
itirmir, insan amili, şəxsi münasibətlər, mədəni-mənəvi ənənələr böyük təsir
gücünə malikdir. Tarix həmişə kiçik dövlətləri böyük sınaqlara çəkir. Bu
sınaqlardan çıxmaq yollarında aparıcı amal, məram, vətəndaşlıq həmrəyliyi,
milli və ümumbəşəri mənəvi dəyərlər, mədəni ənənələrə sadiqlik və müasir
dünya ilə ayaqlaşmaq, özünü qloballaşan dünyanın bənzərsiz bir hissəsi kimi
dərk etməkdir. Tarix sübut edir ki, öz vətəndaşlarının qədrini bilən, onlarla fəxr
edən, dünyada öz yerini milli siyasəti, iqtisadiyyatı, mədəniyyəti ilə
müəyyənləşdirən ölkənin gələcəyi var.
Nərgiz Paşayeva,
BDU-nun prorektoru,
filologiya elmləri doktoru, professor
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
19
XOŞ MƏRAMLAR ELÇİSİ
NƏCİB ƏMƏLLƏRİN DAVAMÇISI
Azərbaycan cəmiyyətində qadınlar aparıcı mövqe tutmuşlar. Bu, bəlkə də
mentalitetimizdə qadına olan yüksək hörmət və ehtiramdan irəli gəlır.
Demokratiya yolu ilə addımlayan Azərbaycanda qadınlar bütün sahələrdə uğurla
fəaliyyət göstərirlər. Onlar rəhbərlik etdikləri təşkilatlarda yüksək fəallıq
göstərir, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bütün bunlar
həyatımızın daha da yaxşılaşdırılmasına xidmət etməklə, eyni zamanda onların
özlərinə böyük nüfuz qazandırır.
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva özünün keçdiyi ömür yolu və
çoxşaxəli ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olmuşdur. Bu nüfuz,
ehtiram bütün fəaliyyətini xalqına həsr etmiş fədakar, vətənpərvər bir övladın,
ləyaqətli vətəndaşın tam mənəvi haqqıdır. Elə insanlar var ki, öz varlıqları ilə
elə-obaya şan-şöhrət gətirirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri
ilə doğulduqları torrağın, sahibi olduqları vətənin şərəfini uca tuturlar. Belə
övladların həyatı xalqa həmişə qürur gətirir.
Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında xüsusi
fəaliyyəti ilə seçilir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti,
"Azərbaycan-İrs" yurnalının Baş redaktorudur. Bu qədər gərgin işlə məşğul
olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan
uşaqlara yönəldir. Qaçqın və məcburi köçkün ailələrinin övladlarına, yardıma və
qayğıya ehtiyacı olan əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların
problemlərinin həllinə kömək göstərir. Xalqlar arasında mədəni əlaqələrin daha
da genişləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün
əlindən gələni edir. Ağır, gərgin, səmərəli fəaliyyəti sakit, rahat həyatdan üstün
tutur, çünki canından artıq sevdiyi Azərbaycanın taleyinə laqeyd qala bilmir.
Dostları ilə paylaş: |