Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
29
mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə şərik olmağa, ətrafdakıların və
bizim köməyimizə ehtiyacı olanların ağrı-acısını duymağa və bölüşməyə
çağırışdır.
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın və
beləliklə, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə,
azacıq da olsa, əskilsin. "Qızıl ürək" müxtəlif ölkələrdən olan insanları, müxtəlif
peşə və vəzifə sahiblərini universal və əbədi ideya - xeyirxahlıq ideyası ətrafında
birləşdirir.
Bu böyük və nəcib işinizə görə çox sağ olun.
Azərbaycanın birinci xanımına "Qızıl ürək" mükafatının təqdimatından
əvvəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə
Mehriban Əliyevanın fəaliyyətindən, təhsil, mədəniyyət, səhiyyə sahəsində
həyata keçirilən geniş layihələrdən, habelə xəstə, yetim uşaqlara, aztəminatlı
ailələrin uşaqlarına göstərilən yardımdan bəhs olunurdu.
Tədbirin təşkilatçısı, "Qızıl ürək" Xeyriyyə Fondunun təşkilat komitəsinin
rəhbəri, tibb elmləri doktoru Yakov Brand AzərTAc-ın müxbirinə demişdir ki,
Mehriban Əliyeva bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond,
ilk növbədə, xəstə uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban
Əliyevaya "Qızıl ürək" mükafatının verilməsi barədə qərar qəbul edilməzdən
əvvəl Fondım fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə
mübarizə proqramı çərçivəsində, habelə evsiz-eşiksiz və əlil uşaqlara yardım
sahəsində görülən konkret işlər yüksək qiymətləndirilmişdir.
Mötəbər mükafatın təqdim olunması mərasimində Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur.
Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə
görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının
YUNESKO-nun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qızıl
Xaç Cəmiyyətinin, Federasiya Şurasının, "Qızıl ürək" Xeyriyyə Fondunun,
İTAR-TASS agentliyinin və bir sıra digər təşkilatların himayəsi ilə keçirilir. Bu
il "Qızıl ürək" mükafatına yanğın zamanı uşaqları xilas etmiş 11 yaşlı Olqa
Kozlova və Dmitri Filyuşin, 60-dan çox uşağı övladlığa götürmüş Sorokinlər
ailəsi və ayrı-ayrı şəxslər layiq görülmüşlər.
Təntənəli gecədən və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
30
konsertdən yığılan vəsait "Həyat yolu" xeyriyyə proqramının ehtiyaclarına sərf
olunacaqdır.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər
Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyeva, Moskva merinin
müavini Lyudmila Şvetsova, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu,
məşhur müğənni, Dövlət Dumasının deputatı İosif Kobzon, Rusiya siyasi
elitasının, işgüzar dairələrinin görkəmli nümayəndələri, elm və mədəniyyət
xadimləri iştirak etmişlər.
AzərTAC.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
31
"MƏN AZƏRBAYCANA GÖRƏ QÜRUR HİSSİ KEÇİRİRƏM..."
Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanın YUNESKO-dakı fəaliyyəti
xeyli güclənmişdir. Bu, ilk növbədə, Mehriban xanımın fəaliyyəti ilə bağlıdır.
Heç şübhəsiz, birinci ledi xoşməramlı səfir olanda, dövlət istər-istəməz
YUNESKO məsələlərinə daha çox diqqət ayırır. Mən bir sıra forumların,
görüşlərin iştirakçısı olmuşam, Azərbaycan incəsənət ustalarının gözəl
konsertləri yadımdan silinmir.
Mən bu tədbirlərə gələn insanların reaksiyasını görürəm - çox tədbirlər
görmüş ərköyün parislilər Azərbaycan konsertlərini heyranlıqla qarşılayırdılar.
Mən hətta bizim qazaxıstanlı mədəniyyət xadimlərinə deyirəm ki, bir baxın,
azərbaycanlılar öz incəsənətlərini necə gözəl təqdim edirlər. Bütün bunlar
respublikanın, onun xalqının müasir mədəniyyətindən, onda tarixin çağdaş dövr
ilə ayaqlaşdığından xəbər verir. Xalq isə öz incəsənəti ilə tanınır.
Üç il öncə mən Brüsseldə Dədə Qorqudun abidəsinin açılışında iştirak
edəndə qürurumun həddi-hüdudu yox idi. Avropanın mərkəzində bu əfsanəvi
mütəfəkkirin abidəsi ucalırdı. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham
Əliyevin parlaq dövlət səfəri zamanı Parisin baş küçəsində, Yelisey
xiyabanında, Zəfər tağı üzərində Azərbaycan bayrağının dalğalandığını görəndə
mən oxşar hisslər yaşadım. Azərbaycana görə həqiqi qürür hissi keçirdim, çünki
bu diyar mənə Qazaxıstan torpağı qədər doğmadır.
Oljas Süleymenov.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
32
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN
XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA
"YAQUT XAÇ" ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə
Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür.
Bununla əlaqədar Fondun prezidenti O.Oleynikin Mehriban xanıma
göndərdiyi məktubda deyilir:
"Hörmətli Mehriban xanım!
"Yaqut Xaç" ordeni ilə təltif olunmuş Rusiya DİN İdarəçilik
Akademiyasının, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyinin, Dövlət
Ermitajının, Rusiya Elmlər Akademiyasının, Rusiya Dövlət Akademik Böyük
Teatrının, Dövlət Tretyakov Qalereyasının, Azərbaycanın Rus İcmasının
tövsiyəsi ilə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun Hamilər
Şurası ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinizə görə, təhsil və
mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsinə sanballı töhfənizə görə Sizin "Yaqut Xaç"
ordeni ilə təltif olunmağınız haqqında yekdilliklə qərar qəbul etmişdir.
Azərbaycan Respublikasında xeyriyyəçilik və mesenatlıq ideyalarının
bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub
saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə
geniş-miqyaslı aksiyalara yönəldilmiş fəaliyyətiniz təkcə Azərbaycanda deyil,
Rusiyada da ictimai təşkilatlarda böyük əks-səda doğurmuşdur.
Sizi layiqli mükafat münasibətilə təbrik edir, Sizi və qonaqlarımzı Moskva
Hökumət Evində iyunun 16-da keçiriləcək XXV təntənəli təltif mərasimində
gözləyirik.
Hörmətlə,
O.Oleynik,
Rusiyanın "Yüzilliyin mesenatları"
Beynəlxalq Xeyriyyə Fondunun prezidenti"
Dostları ilə paylaş: |