Microsoft Word Heyvanlar alemi cavab az doc



Yüklə 181,51 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix26.10.2017
ölçüsü181,51 Kb.
#6618
1   2   3   4   5   6   7

13. Kommensalizm və mutalizm. 

     Kommensalizm  –  müxtəlif  növdən  olan  iki  orqanizmin  elə  yaşayış  formasıdır 

ki,  bu  zaman  tərəflərdən  biri  digərinin  qidasının  istifadə  edir,  enunhesabına 

qorunur  və  ya  hər  hansı  bir  fayda  əldə  edir,  lakin  ona  heç  bir  zərər  yetirmir. 

Məsələn,  adi  qarğa  öz  yuvasını  ağquyruq  qartalın  yuvası  yanında  quraraq, 

düşməndən qorunur. Qartal isə qarğadan nə bir fayda, nə də bir zərər görmür. 

     Mutalizm – iki müxtəlif növdən olan orqanizmlərin elə birgə yaşayış formasıdır 

ki,  bu  zaman  tərəflər  qarşılıqlı,  faydalı  və  zəruri  münasibətdə  olur.  Mutalizmdə 

heyvanların  biri  o  birisiz  yaşaya  bilmir.  Məsələn,  abdal  xərçəng  ilə 

bağırsaqboşluqlu heyvan olan aktiniyanın birgə yaşayışını göstərmək olar. Hər iki 

növ  bir-birinə  xeyir  verir.  Abdal  xərçəng  aktiniyadan  ona  görə  istifadə  edir  ki, 

aktiniya dalayıcı hüceyrələri ilə onu düşməndən qoruyur. Aktiniya isə oturaq həyat 

tərzi keçirdiyi üçün xərçəngdən “nəqliyyat” kimi istifadə edir, eyni zamanda onun 

qida qalıqları ilə qidalanır. 

 

14. Amensalizm, parazitizm və yırtıcılıq. 

     Amensalizm – özü xeyir görməyən və başqasına birtərəfli ziyan vuran yaşayış 

formasıdır. Hövzələrin dibində yaşayan qalxanxərçənglər torpağı daim qarışdırır və 

oradakı və oradakı yosunların inkişafına mənfi təsir göstərir. 

     Parazitizm    -parazitlə  sahibin  birgə  yaşayış  formasıdır.  Bəzən  parazit  sahib 

üzərində yalnız qida  qəbulu  zamanı  olur və  bir  müddətdən sonra  sahibi  asanlıqla 

tərk  edə  bilir.  Məsələn,  zəlilər,  gənələr,  qansoran  həşəratlar  və  s.  Bəzən  isə 

parazitlər  uzun  müddət  sahibin  üzərində  və  ya  daxilində  yaşayır  və  sahiblə  sıx 

bağlı olur. Parazit sahibin xaricində yaşadıqda ektoparazit, daxilində yaşadıqda isə 

endoparazit adlanır. 

     Yırtıcılıq  –  bir  heyvanın  digəri  ilə  qidalanmasıdır.  Məsələn,  bütün  ətyeyən 

heyvanlar otyeyən heyvanlarla qidalanırlar. 

 

15. Antropogen amillər. 



     Antropogen  amillə

r  –  insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  onu  əhatə  edən 

ə

traf mühitə göstərdiyi təsirdir. Bu amillər vasitəli və bilavasitə ola bilər. Bilavasitə 



təsirə misal olaraq, geniş ərazilərdə meşələrin qırılmasını, ov heyvanlarının hədsiz 

sayda məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, 

bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb ola bilər. 

     Vasitəli  antropogen  amillər  landşaft,  iqlim,  atmosferin  fiziki  vəziyyəti  və 

kimyəvi  tərkibi,  hidrosfer,  torpaq  və  s.-nin  dəyişməsi  yolu  ilə  baş  verir.  Mühitin 

sənaye  və  məişət  tullantıları  ilə  çirkləndirilməsi  ekoloji  tarazlığın  pozulmasına 

səbəb olur. 

 

 




16. Areal haqqında təlim. 

     Hər bir heyvan növünün özünəməxsus yayılma sahəsi, yəni arealı vardır. Areal 

növün  ekologiyası  ilə  sıx  əlaqədardır.  Ona  görə  də  növün  uyğunlaşmaları  ilə 

yanaşı, onun arealı da mühüm əlamət hesab olunur. Baxmayaraq ki, areal bütöv bir 

sahə  kimi  göstərilir,  əslində  areal  daxilində  növ  bütövlüdə  deyil,  müəyyən 

biotoplarda yayılır. 

     Heyvanların  yayılması  tək-tək  və  qrup  şəklində  baş  verir.  Yayılma  –  növün 

ayrı-ayrı  fərdlərininyerdəyişməsi,  xüsusilə  onların  arealdan  kənarda  yeni  sahədə 

məskunlaşmasıdır.  Bu  yayılmada  iki  cəhəti  -  ərazi  boyu  başdan-başa  və  maneəni 

dəf edəndən sonra yayılmanı nəzərə almaq lazımdır. Əgər yayılmaya təsir göstərən 

ə

lverişsiz mühit və maneə olmasa, heyvanlar müəyyən müddətdən sonra bütün Yer 



kürəsində yayıla bilərlər. 

 

17. Fiziki və bioloji maneələr. 



     Heyvanların  yayılmasına  təsir  edən  maneələri  2  yerə  bölürlər:  fiziki  və  bioloji 

maneələr.  Fiziki  maneələr  bunlardır:  düzənlikdə  yaşayanlar  üçün  dağ  silsilələri, 

rütubət sevənlər üçün quru iqlim, quruda yaşayanlar üçün su hövzələri, şirin suda 

yaşayanlar  üçün  duzlu  sular  və  s.  Böyük  ərazi  də  fiziki  maneə  kimi  rol  oynaya 

bilər. Məsələn, bəzi quşlar arealını genişləndirə bilmirlər. Çünki, məsafə artdıqda 

onlar  bala  çıxarmağa  vaxt  tapa  bilmirlər.  Əsil  fiziki  maneələr  quruda  yaşayanlar 

üçün dəniz və okeanlar, dənizdə və okeanlarda yaşayanlar üçün isə materiklərdir. 

     Bioloji  maneə  dedikdə  müəyyən  növ  canlıların  yayılmasının  qarşısını  alan 

mühitə  yaxşı  uyğunlaşmış  bioloji  qüvvələr  –  bitki  və  heyvanlar  başa  düşülür. 

Məsələn, Avstraliyada göyərçinlər geniş yayılmışdır. Lakin onlar Zond adalarında 

çox azdır. Çünki, Zond adalarında aöac həyat tərzi sürən meymunlar, sincablar və 

kiçik  yırtıcılar  göyərçin  yuvalarını  dağıdırlar.  Avstraliyada  isə  belə  yırtıcılar 

yoxdur. 

 

18. Miqrasiya və onun səbəbləri. 



     Miqrasiya  –  heyvanların  müə

yyən  istiqamətdə  və  ilin  müəyyən  vaxtlarında 

qanunauyğun halda yerdəyişməsidir. Miqrasiya latınca “köçmə” deməkdir. 

     Bütün  canlılar  ilin  fəsillərindən  asılı  olaraq  istər  üfüqi,  istərsə  də  şaquli 

istiqamətdə yerlərini dəyişə bilirlər. Xüsusilə, dağlıq zonada, dərin su hövzələrində 

heyvanların şaquli yerdəyişməsi baş verir. Məsələn, payızda dağlara qar yağdıqda 

temperatur aşağı düşür, bu vaxt dağ keçiləri, dağ qoyunları, kəkliklər tədricən qida 

ilə zəngin olan dağ yamaclarına enməyə məcbur olurlar. Onların ardınca yırtıcılar 

–  canavar,  tülkü,  qaplan  da  dağ  ətəklərinə  enir.  Həmçinin,  bəzi  balıqlar  və 

onurğasız heyvanlar ilin müəyyən bir dövrünü suyun üst qatlarında, digər dövrünü 

isə suyun dərinində keçirirlər. 



Yüklə 181,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə