Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 

 

39



Dərs 

8

 / Mövzu:



 KOMPYUTER VƏ İNFORMASİYA 

 

MOTİVASİYA 

Müəllim şagirdlərə müraciət edir: 

 Kompyuter nə üçündür və o, hansı işləri yerinə yetirir? (şagirdlərin cavabları dinlənir) 



 Mətni kompyuterə daxil etmək üçün hansı qurğu lazımdır? (klaviatura) 

 Bəs şəkli? (skaner) 



 Səsi? (mikrofon) 

 Kompyuterdəki mətnlərə, şəkillərə baxmaq  və kağıza köçürmək üçün hansı qurğular lazımdır? (monitor, 



printer) 

– 

Bəs danışığı, səsləri eşitmək üçün? (səsucaldanlar) 



 Müəllim sonda əlavə edir: - Siz aşağı siniflərdən bilirsiniz ki, informasiyanı kompyuterdə emal edən qurğu 

prosessordur.  İnformasiya kompyuterin yaddaş qurğusunda saxlanılır. 

Tədqiqat sualı və irəli sürülmüş fərziyyələr lövhədə yazılır. 

 

Tədqiqat sualı: 



1. Kompyuter informasiya ilə necə işləyir?  

                           2. İnformasiya ilə iş baxımından kompyuterlə insan arasındakı oxşar və fərqli   

                               cəhətlər hansılardır?

  

 

TƏDQİQATIN APARILMASI 

Müəllim  şagirdləri 4 qrupa bölür və  hər qrupa iş  vərəqi verir. İş  vərəqlərində üç tələb irəli sürülmüşdür:     

a)  İnformasiya ilə  iş baxımından insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə etmək;                 

b) müqayisə obyektləri ilə bağlı əlavələr etmək; c) qənaətləri Venn diaqramında əks etdirmək.  

Şagirdlərin irəlicədən qazandıqları biliklər tapşırığın icrasına imkan verir.  

 

I qrup.  İnformasiyanın saxlanmasına görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə edin. 

Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. Özünüz əlavələr edin. 

 İnformasiyanı yaddaş qurğusunda saxlayır. 

 İnformasiyanı beynində saxlayır. 

 İnformasiyanı saxlamaq üçün yeri təyin etmək lazımdır. 

 İnformasiyanı saxlamaq üçün yeri təyin etməyə ehtiyac yoxdur. 

 İnformasiya yaddaşından silinə bilir. 

 İnformasiyanı  yaddaşlarda - disk və fləşdə saxlayır. 



________________________________________________________________ 

________________________________________________________________ 

________________________________________________________________ 

DƏRSİN MƏQSƏDİ 

•  kompyuterin əsas qurğularının adlarını vacibliyinə görə sadalamaq; 

•  kompyuterin əsas qurğularının ümumi vəzifələrini şərh etmək

•  kompyuterin qurğularını onların informasiya prosesindəki roluna görə qruplaşdırmaq; 

•  informasiya ilə iş prinsiplərinə görə insanla kompyuteri müqayisə etmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Prosessor, yaddaş qurğusu, giriş  və  çıxış qurğuları,  klaviatura, siçan, monitor, sistem 

bloku, informasiyanın emalı, saxlanılması, ötürülməsi. 



 

 

Dərsin  TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qrupla iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Beyin həmləsi, müzakirə, Venn diaqramı 



 

Fənlərarası  

İNTEQRASİYA 

H-b. – 4.2.1, 4.2.2,  X-d. – 2.2.1, Tex. – 2.1.1, 2.1.2, 2.1.3 



 

 

Təchizat 

Plakatda krossvord, iş vərəqləri, kompyuterin qurğuları və ya plakatda onun təsviri 




 

40

II qrup. İnformasiyanın qəbul olunması prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini 

müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. Özünüz əlavələr edin.

 

 İnformasiyanı duyğu üzvləri vasitəsilə qəbul edir. 



 İnformasiyanı daxiletmə qurğuları vasitəsilə qəbul edir. 

 İnformasiyanı özü əldə edir. 

 İnformasiyanı daxil edirlər. 

 Səs və vizual informasiyanı qəbul edir. 

 Qoxu, dad və daktil informasiyanı qəbul etmir. 

________________________________________________________________ 

________________________________________________________________ 

________________________________________________________________ 

 

III qrup.  İnformasiyanı ötürmə (xaricetmə) prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini 

müqayisə edin. Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. Özünüz əlavələr edin. 

 İnformasiyanı yazılı, şifahi, jest və mimikalarla ötürür. 

 İnformasiyanı çıxış qurğuları vasitəsilə ötürür. 

 Mətn və səs informasiyasını ötürür. 

 Səsucaldan qurğusu vasitəsilə səs informasiyasını ötürür. 



________________________________________________________________ 

________________________________________________________________ 

________________________________________________________________ 

 

IV qrup. 

İnformasiyanın emal edilməsi prosesinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyətini müqayisə edin. 

Fəaliyyətləri dairələrin uyğun hissələri ilə birləşdirin. Özünüz əlavələr edin.

 

 İnformasiyanı təfəkkür, düşüncə vasitəsilə emal edir. 



 İnformasiyanı prosessor adlanan qurğu vasitəsilə emal edir. 

 Yeni və yaddaşında olan informasiyaları emal edərək, yeni nəticələr alır. 

 1 saniyədə milyonlarla əməliyyat apara bilir. 

 Xarici yaddaş mövcuddur. 



________________________________________________________________ 

________________________________________________________________ 

________________________________________________________________ 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupun nümayəndəsi icra etdikləri işlərin nəticələrini təqdim edir. İnformasiya mübadiləsi aparılır. 

Müəllim qruplara əlavə suallar verə bilər. 

 

I qrupa: 

 İnformasiya insanın yadından çıxa bilərmi? 



 İnsan xarici yaddaş kimi nədən istifadə edir? (kağız, kitab, bloknot və s.)  

 

II qrupa: 

 İnsan  duyğu üzvləri vasitəsilə hansı növ informasiyaları qəbul edir? 



 Mətn informasiyanı kompyuterə hansı qurğu vasitəsilə daxil edirik? (klaviatura) 

 Bəs səs informasiyası üçün hansı qurğudan istifadə edilir? (mikrofon) 



 Kompyuter qoxu, dad və daktil informasiyanı qəbul edirmi?  

 

III qrupa: 

 Sizə lazım olan informasiyanı daha necə ötürə bilərsiniz? (işarələrlə, hər hansı  əşyalarla. 



Məsələn, “Bir qalanın sirri filmində” həkim baba Simnar xanın orada olmasını  əşyalar vasitəsilə 

bildirmişdi.) 

 Kompyuterdə mətn və qrafik informasiyasını hansı qurğu vasitəsilə görmək olur? (monitor və printer)  



 

IV qrupa: 

 İnformasiyanı emal etmək nə deməkdir? (İnformasiyanın emalı qəbul edilmiş informasiyadan 



nəticəyə gətirib çıxaran prosesdir) 

 Riyazi hesablamaları insan sürətlə aparır, yoxsa kompyuter? (şagirdlər Kalkulyator proqramı ilə artıq 



tanışdırlar) 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə