Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

 

 

25



nə etmək olar?  Şagirdlərin fikirləri dinlənilir və müəllim onlarla birlikdə nəticələr çıxarır:  

 

İnformasiya ilə görülən bütün bu işlər “İnformasiya prosesləri” adlanır. İnformasiya prosesləri təbiətdə, 



cəmiyyətdə və texnikada baş verir.  

Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı 

ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim cədvəlin sağ sütununu doldurmağı təklif edir. 



Hərəkət 

İnformasiya prosesinin adı 

Uşaq şəkil çəkir Saxlayır 

Oğlan musiqiyə qulaq asır  

Şagird müəllimə cavab verir 

 

Şagird ev tapşırığını gündəliyində axtarır  



 

İş dəftərindəki 1

3-cü çalışmaların yerinə yetirilməsi.



 

------------------------------------------------------------------------------------------------------------------------------- 

İnformasiya prosesləri haqqında əlavə məlumat:  

Qədim insanlar təbiətlə mübarizədə sağ qalmaq üçün fəsillərin dəyişilməsi, heyvanların davranışı, əşyaların və 

bitkilərin xassələri haqqında daim informasiya toplamağa məcbur idilər. Toplanmış informasiyanı saxlamaq və 

ya başqalarına ötürmək üçün onu hər hansı bir formada və müxtəlif daşıyıcılarda saxlayırdılar. İnformasiyanın 

təqdim olunması onun danışıqla (səslə), yazı ilə (işarələrlə),  ədədlərlə,  şəkil, yaxud sxemlə, fotoşəkillə  və s. 

formalarda təqdim edilməsi deməkdir. İnformasiyanı bir təqdimolunma formasından digərinə keçirmək üçün onu 

kodlaşdırırlar.  İnformasiyanı başqalarına ötürmək üçün onu müxtəlif təqdimolunma formalarında informasiya 

daşıyıcılarında saxlayırlar. İnformasiyanı qəbul etdikdən sonra insan ondan istifadə edir və ya onu dəyişdirir. Bu 

proses informasiyanın emalı adlanır. 

------------------------------------------------------------------------------------------------------------------------------- 

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər. Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə 

formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar Yaxşı Orta Zəif 

1  İnformasiyanın qəbul edilməsi, ötürülməsi və saxlanması proseslərini fərqləndirə bilir    

 

 



2  İnformasiya ilə aparılan əməliyyatları izah edə bilir 

 

 



 

3  İnformasiya prosesi anlayışını başa düşür 

 

 

 



4 Hansı informasiya prosesinin baş verdiyini müəyyən edə bilir 

 

 



 

İnformasiya prosesinin təbiətdə, cəmiyyətdə, yaxud texnikada baş verməsini müəyyən 



edə bilir 

 

 



 

Təbiətdə, texnikada və  cəmiyyətdə baş verən informasiya proseslərinin qarşılıqlı 



əlaqəsini izah edə bilir 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi. 

 

 



İnformasiyanı: 

● Axtarmaq ● Toplamaq ● Qəbul etmək ● Ötürmək ● Saxlamaq ● Surətini çıxarmaq 

● Kodlaşdırmaq ● Emal etmək ● Ləğv etmək ● Ölçmək ● Hissələrə bölmək   olar.  



 

26

Dərs 



4

 / Mövzu:

 İNFORMASİYANIN ÖTÜRÜLMƏSİ 

 

MOTİVASİYA 

Müəllim sinfə müraciət edir: 

 Siz başqa şəhərdə, bölgədə yaşayan qohumunuza, dostunuza informasiya 



göndərmisinizmi? Cavab necə, almısınızmı? Hər iki hal üçün informasiya mənbəyini və qəbuledicisini 

söyləyin.  Müəllim hər iki halda informasiyanın ötürüldüyünü izah edir.  

 İnformasiyanın ötürülməsində neçə tərəf iştirak edir? Onlar necə adlanır?   



 

Mini mühazirə. İnformasiyanın ötürülməsində iki tərəf  – mənbə və qəbuledici iştirak edir: 

 

Bəzən bir obyekt digərindən informasiyanı qəbul edir və ona informasiya ötürür. Başqa sözlə, mənbə 



qəbulediciyə, qəbuledici isə mənbəyə çevrilir. Onlar bir-birindən informasiya alıb, informasiya ötürürlər. 

Bu halda deyirlər ki, onlar arasında informasiya mübadiləsi baş verir.  

 

Müəllim şagirdləri tədqiqat sualının müəyyənləşdirilməsinə istiqamətləndirir:  



- Sizcə, informasiya mübadiləsi prosesi necə baş verir?  

Şagirdlər müxtəlif fərziyyələr söyləyirlər.  Fərziyyələr və tədqiqat sualı lövhədə yazılır.   

 

Tədqiqat sualı: 

Obyektlər arasında informasiya mübadiləsi necə baş verir? 

DƏRSİN MƏQSƏDİ 

•  informasiyanın bir obyektdən digərinə ötürülməsini misallarla izah etmək; 

•  informasiyanın ötürülmə prosesinin necə baş verdiyini təsvir etmək

•  informasiyanın ötürülmə prosesində iştirak edən obyektlərin vəzifələrini izah etmək; 

•  informasiyanın ötürülmə vasitələrini müəyyən etmək; 

•  informasiya mübadiləsi və informasiyanın ötürülməsi anlayışlarının oxşar və fərqli 

cəhətlərini izah etmək; 

•  təbiətdə və cəmiyyətdə informasiya mübadiləsinə aid sadə misallar göstərmək

•  informasiya mübadiləsində informasiya mənbələrini və qəbuledicilərini müəyyən etmək; 

•  mənbələrin və qəbuledicilərin informasiya mübadiləsində rollarının dəyişməsini 

misallarla izah etmək. 

 

 

Əsas ANLAYIŞLAR   

İnformasiya mübadiləsi, informasiyanın ötürülməsi, informasiya mənbəyi, informasiya 

qəbuledicisi, informasiya daşıyıcısı 



 

 

Dərsin  TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Mini mühazirə, beyin həmləsi, müzakirə 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 1.1.1, 1.1.2, 1.2.1, Riy. – 1.2.1, H-b. – 2.1.1, 3.1.1, 3.1.2,   4.3.3, X-d. – 2.2.4, 

Tex. – 1.3.4, T-i. – 2.2.6, F-t. – 2.2.2, Mus. – 3.3.3 

 

 

Təchizat 

Hazır şəkillər, obyektlərin şəkilləri, iş vərəqləri 

OBYEKT-1 

OBYEKT-2 

Mənbə 

Qəbuledici 



İnformasiya

OBYEKT-1 

OBYEKT-2 

Mənbə 


Qəbuledici 

İnformasiya 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə