Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
26
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Müəllimin verdiyi 
sualların köməyi ilə 
coğrafi obyektləri 
sadalayır. 
Coğrafi obyektləri 
çətinliklə sadalayır.  
Coğrafi obyektləri, 
əsasən, sadalayır. 
Coğrafi obyektləri 
səhvsiz sadalayır. 
Coğrafi obyektləri 
xəritədə göstərmək-
də çətinlik çəkir. 
Coğrafi obyektləri 
xəritədə qismən 
göstərir. 
Coğrafi obyektləri 
xəritədə göstərərkən 
kiçik səhvlər bura-
xır. 
Coğrafi obyektləri 
xəritədə dəqiq gös-
tərir. 
 
 
Dərs 4. / Mövzu: 
DEBAT DƏRS. 
YENİ MATERİKLƏRİN KƏŞFİ NƏ VERDİ?  
 
 
Kəşflərin Amerika və Avropa ölkələrinin iqtisadi və siyasi həyatına təsirinin mü-
zakirəsi  şagirdlərdə qiymətləndirmə  və öz mövqelərini təsdiqetmə bacarıqlarını 
inkişaf etdirir. 
 
 
Dərsin debat şəklində keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün dərslikdə 
verilmiş rollara uyğun olaraq şagirdlər qruplara bölünür. 
I qrup.  Amerikanın yerli xalqlarının nümayəndələri 
II qrup.  Avropalıların nümayəndələri 
III qrup.  Hakimlər  
 Qruplar yaradıldıqdan sonra onlara  təlimat verilir:  
1.  Dərslikdən mətni oxuyun, öz mövqeyinizə əsasən məlumatları toplayın. 
2.  Qrup üzvləri ilə müzakirə edin, mətndən əlavə bildiklərinizi yada salın. 
3.  Hər qrupun çıxış etməsi üçün iki dəfə imkan yaradılır. Çıxışlar üçün sübut 
və dəlillərinizi hazırlayın. 
4.  Rəqib qruplara veriləcək suallar haqqında düşünün. 
Debatların təqribi ssenarisi:  
ALT 
STANDARTLAR
1.1.1
. Kəşf və  tədqiqatlar nəticəsində  xəritədə baş verən 
dəyişiklikləri müqayisə edir.
 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
 Kəşf və  tədqiqatların nəticələrini müxtəlif mövqelərdən 
qiymətləndirir. 
 
Çap üçün deyil


 
27
 
 
Debatları dinləyən hakimlər debatın nəticələrini qiymətləndirmək üçün müxtəlif 
üsul və vasitələrdən istifadə edə bilərlər (6-cı sinfin müəllim üçün metodiki və-
saitində “Debat dərslərin təşkili”ndə  təklif edilən  üsuldan istifadə etmək olar). 
 
Dərs 5 / Mövzu: 
COĞRAFİYA ELMİ MÜASİR DÖVRDƏ 
    
Dərs  şagirdləri coğrafi tədqiqatların müasir metodları ilə tanış edir. Şagirdlərin 
nəzərinə çatdırmaq lazımdır ki, coğrafiyanın müvəffəqiyyətlə öyrənilməsi coğrafi 
xəritələrdən, həmçinin internet, mətbuat və başqa mənbələrdən istifadə etmədən  
mümkün deyil.    
 
 
 
 Motivasiyanı dərslikdə verilmiş hadisə ilə başlamaq olar. Bu zaman şagirdləri 
fəal müzakirələrə cəlb etmək üçün istiqamətləndirici suallar vermək olar.  
Məsələn:  
 
Şagird 
Fəaliyyət 
Vaxt 
1  
“Yerli 
əhali”nin ilk çıxışı  
 Mövqelərinin təsdiqi üçün dəlillər gətirir. 5 
dəq. 
2  
“Avropalılar” qrupu   
İlk çıxış edənlərin dəlillərinin əsassız 
olduğunu sübut etmək üçün suallar verir. 
3 dəq. 
3 “Avropalılar”ın ilk çıxışı  
“Yerli əhali” qrupunun dəlillərini tənqid 
edərək öz mövqelərini  bildirir. 
5 dəq. 
4    “Yerli əhali”  
Avropalıların birinci çıxış edən qrupuna 
suallar verir. 
3 dəq. 
5  
“Yerli 
əhali”nin ikinci 
çıxışı  
Öz qruplarının üstünlüyünü qeyd edərək 
debatın nəticələrini  yekunlaşdırır. 
4 dəq. 
6 “Avropalılar”ın ikinci 
çıxışı 
Öz qruplarının üstünlüyünü qeyd edərək 
debatın nəticələrini yekunlaşdırır. 
4 dəq. 
ALT 
STANDARTLAR
1.1.1
. Kəşf və  tədqiqatlar nəticəsində  xəritədə baş verən 
dəyişiklikləri müqayisə edir.
 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Müasir tədqiqat və informasiya mənbələrinin  coğrafiya 
elminin inkişafındakı rolunu izah edir. 
Müxtəlif coğrafi informasiya mənbələrindən istifadə  
edərək məlumatı toplama bacarığını nümayiş etdirir. 
 
Çap üçün deyil


 
28
–  Xan və alim baş verənləri seyr etmək üçün niyə hündürlüyə qalxmışdılar? 
–  Onların durduqları yüksəkliklə rəsədxananın hansı oxşar cəhətləri var? 
–  N.Tusi kainatda baş verənlərdən xəbərdar olmaq üçün rəsədxananın tikintisini 
necə əsaslandırdı?  
  “Fəaliyyət” mərhələsində siniflə aşağıdakı sxemi tərtib etmək olar:  
 
 
 
Şagirdlərlə  “Coğrafiya elminin qarşısında nə kimi vəzifələr durur?” sualının 
müzakirəsi 2 istiqamətdə aparıla bilər: 
 1. Elmin və texnikanın sürətli inkişafı ilə əlaqədar ətraf mühitə insanın təsiri güc-
ləndi.  İnsanın təsərrüfat fəaliyyəti nəticəsində Yer kürəsinin müxtəlif  ərazilərində 
relyef və iqlimdə  dəyişikliklər baş verdi. Dünyanın müəyyən bir yerində suya olan 
tələbatı ödəmək üçün süni su anbarları tikilirsə, digər tərəfində əksinə, mövcud  su 
ehtiyatları çirklənməyə məruz qalır və ya məhv edilir. Aral dənizini misal gətirmək 
olar.  
Faydalı qazıntılar əldə etmək üçün Yerin təkindən milyon tonlarla süxur çıxarılır, 
bu zaman relyef formaları dağıdılır və torpaq qatı məhv edilir. Bitki və heyvanların 
bir çox növləri yox olmaq təhlükəsi qarşısındadır.  Əldə edilmiş elmi məlumatlar 
təbiətin qorunması  və onun sərvətlərinin effektiv istifadəsi problemlərini daha da 
aktuallaşdırır.  
 2. İnsanın təsərrüfat fəaliyyətinin yüksək sürətlə inkişafı, təbiətdə mümkün dəyi-
şikliklərin ilkin proqnozlarının verilməsi ehtiyacını yaradır. Məsələn, su-elektrik 
stansiyalarının tikintisindən əvvəl həmin ərazinin fiziki-coğrafi xüsusiyyətləri  mü-
təxəssislər tərəfindən öyrənilməlidir.  Ətraf mühitə bu tikintinin mənfi və müsbət 
təsirinin nəticələri  əvvəlcədən proqnozlaşdırılmalıdır. Fiziki coğrafiya mütəxəs-
sisləri sənaye sahələrinin və kənd təsərrüfatının yerləşdirmə layihələrində dəyişik-
lik edə bilər. 
 Yeni materialın izahı zamanı  şagirdlərə müasir dövrdə Yer haqqında 
İnsan fəaliyyəti nəticəsində 
təbiətdə baş verən dəyişikliklər 
İnsan fəaliyyəti ilə təbiətə edilən 
təsirlərin qarşısını almaq üçün  
tədbirlər
Havanın çirklənməsi
Suyun çirkləndirilməsi 
Tullantılar 
Torpaq qatının dağıdılması 
Havatəmizləyici qurğuların yaradılması 
Sutəmizləyici qurğuların yaradılması 
Tullantıların təkrar emalı 
Ətraf mühitin qorunması haqqında beynəl-
xalq razılaşmalara riayət edilməsi və s. 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə