12
çoxtərəfli beynəlxalq aktdır. BMT Baş Assambleyası
tərəfindən 1968-ci ilin 12 iyununda bəyənilib və imzalanmaq
üçün 1968-ci ilin iyul ayının 1-də Moskva, Vaşinqton və
Londonda açıq elan edilib. 1970-ci ilin mart ayının 5-dən-
depozitar dövlətlərin ratifikasiyasından sonra, qüvvəyə minib;
-Nüvə zərərinə görə vətəndaş məsuliyyəti haqqında Vyana
Konvensiyası-21 may 1963-cü ildə imzalanıb;
-Nüvə materiallarının fiziki mühafizəsi Konvensiyası-26
oktyabr 1979-cu ildə Vyanada hazırlanıb.
-Nüvə fəlakətinin qarşısının alınması Bəyannaməsi-1981-
ci ilin dekabr ayının 9-da BMT Baş Assambleyası tərəfindən
qəbul olunub;
-Nüvə qəzası ilə bağlı operativ məlumatların verilməsi
haqqında
Konvensiya-1986-cı
ilin
26
sentyabrında
hazırlanıb;
-Nüvə təhlükəsizliyi ilə bağlı Konvensiya-17 iyun 1994-cü
ildə Vyanada hazırlanıb. Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin Baş direktoru depozitar olub;
-Hərtərəfli nüvə sınaqlarını qadağan edən Müqavilə-
BMT Baş Assambleyası tərəfindən 1996-cı ilin 10
sentyabrında qəbul edilib və 1996-cı ilin 24 sentyabrından isə
imzalanmaq üçün açıq elan edilib;
-Təkmilləşdirilmiş yanacaqdan istifadə təhlükəsizliyi
haqqında
və
radioaktiv
tullantılardan
istifadənin
təhlükəsizliyi haqqında birləşdirilmiş Konvensiya -1997-ci
ildə Vyanada qəbul olunub. Depozitari tərəf Atom Enerjisi
üzrə Beynəlxalq Agentliyin Baş direktorudur.
Eyni zamanda raket texnologiyaları ilə bağlı da xeyli
sayda beynəlxalq sənədlər qəbul olunubdur:
-Raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılması
haqqında Müqavilə (rus dilində PRO Müqaviləsi adlanır-
13
strateji silahlara aid ilk ABŞ-SSRİ müqaviləsidir. -26 may
1972-ci ildə imzalanıb;
-Strateji
hücum
silahlarının
məhdudlaşdırılması
sahəsində bir çox tədbirlər haqqında müvəqqəti Saziş (rus
dilində-OSV-1 razılaşması adlanır) -26 may 1972-ci ildə
imzalanıb (bu sahədə ilk sənədə aid edilir). Birinci və ikinci
sənədlər eyni zamanda imzalanıb;
-Strateji
hücum
silahlarının
məhdudlaşdırılması
haqqında Müqavilə ( “OSV-2 Müqaviləsi)-1979-cu ilin iyun
ayında imzalanıb;
-Yaxın və orta mənzilli raketlərin ləğv edilməsi haqqında
Müqavilə (“RSMD Müqaviləsi”)-8 dekabr 1987-ci ildə
imzalanıb;
-Strateji
hücum
silahlarının
ixtisarı
və
məhdudlaşdırılması
haqqında
Müqavilə
(“SNV-1
Müqaviləsi”)-1991-ci ilin 31 iyulunda imzalanıb;
-Strateji hücum silahlarının gələcəkdə (sonrakı dövr
üçün) məhdudlaşdırılması haqqında Müqavilə (“SNV-2
Müqaviləsi”)-1993-cü ildə imzalanıb;
-Strateji hücum silahlarının ixtisarı haqqında Müqavilə
(“SNP Müqaviləsi”)-2002-ci ildə imzalanıb;
-Strateji
hücum
silahlarının
məhdudlaşdırılması
haqqında Müqavilə (“SNV-3 Müqaviləsi”, ingiliscədən, baş
hərflərin birləşməsindən START adlanır)-2010-cu ilin aprel
ayının 8-də imzalanıb.
Psixoloji kriteriya olan qorxu amilinə görə dünyanın
mövcud
formasını
dağıtmaq
və
bölmək
dövlətlərin
imkanlarından xaricidr. Müasir qloballaşan texnologiya dünya
sakinlərini tez bir anda bir məkandan digər məkana aparır.
Bunun qarşısını almaq isə qeyri-mümkündür. Dünya sakinləri
özlərini daha çox vahid dünyanın varlıq elementi və subyekti
kimi qəbul edirlər və özlərini böyüdərək öz məkanlarından, öz
ölkələrindən xaricə çıxarırlar, dünya məkanında özlərini
tapmağa çalışırlar. Humanizm əsaslı dünya siyasətinin ən
14
başlıca məqsədi insanlara yüksək səviyyədə xidmət etməkdən
ibarətdir. 2000-ci ilin sentyabr ayının 8-də Birləşmiş Millətlər
Təşkilatının qəbul etdiyi və Baş Assambleya tərəfindən 55/2
saylı qətnamə ilə təsdiq olunan “Minilliyin Bəyannaməsi”ndə
insanlıq dəyərləri əsas götürülürdü. XXI əsrin fundamental
dəyərləri içərisində azadlıq, bərabərlik, həmrəylik, dözümlülük,
təbiətə hörmət, qlobal iqtisadi və sosial inkişafın idarəolunması
ilə bağlı öhdəliklər kimi məsələlər yer almışdır. Bu sənədə
əsasən, beynəlxalq ictimaiyyət hesab edir ki, müasir mərhələdə
elə etməlidir ki, qloballaşdırma bütün xalqlar üçün pozitiv
əhəmiyyət kəsb etsin. Konkret məqsədlər içərisində sülh,
təhlükəsizlik və silahsızlaşdırma; inkişaf məsələləri və
yoxsulluğun kökünün kəsilməsi; ətraf mühitin mühafizəsi;
insan hüquqları, demokratiya və yaxşı idarəçilik və s. mühüm
yer tuturdu. Ümumiyyətlə, insanlara yüksək xidmət də sosial
bazalı
siyasətin
yüksək
səviyyədə
icrasına
əsaslanır.
Azərbaycan xalqının Milli Lideri Heydər Əliyev məhz dövlətin
başlıca vəzifəsini vətəndaşlara yüksək səviyyədə xidmətdə
görürdü. Bu baxımdan o, qeyd edirdi ki, biz müstəqillik
şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın
tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub-yaratmalıyıq.
1
Həmçinin Heydər Əliyev hesab edirdi ki, demokratik
cəmiyyətlərdə insan hüquqlarının qorunması dövlətin əsas
vəzifələrindən biridir.
2
Azərbaycan prezidenti İlham Əliyev Bakıdakı İkinici
Beynəlxalq Humanitar Forumda siyasətdə mərkəz kimi
insanlıq amilinə toxunmuşdur. O qeyd edirdi: “...Sosial ədalət
1
Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə
çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz
əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz
Mehdiyev, Hidayət Orucov, səh. 149.
2
Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitq. 10
oktyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz əbədidir. I CİLD.-
B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz Mehdiyev, Hidayət
Orucov, səh. 205.