Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə3/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   2   3   4   5   6   7   8   9   ...   189

 

7

GİRİŞ: 



 

Siyasi  düzənləməyə  (nizamlamağa)  dair  ümumi  nəzəri 

aspektlər 

 

Humanizm  əsaslı  düzənləmə.  İnsan  həyatı  əqil  və 

iradəsindən  asılı  olan  bir  tənzimləmə  sahəsidir,  məkanıdır. 

Maddi  və  mənəvi  aləm  tamam  itmir,  sadəcə  olaraq  bu 

varlıqların məkan dəyişiklikləri baş verir. Buna görə də hesab 

olunur ki, enerji də itmir. İnsan maddi aləmdə mövcud olduğu 

zamanda  öz  enerjisini  başqalarına  ötürür  və  başqalarından  da 

enerji alır. Təbiətdə daima fərdlərarası enerji mübadilələri baş 

verir. Mənəviyyat insanların özləri ilə doğulur və özləri ilə də 

maddi  aləmlə  birlikdə  (fərdin  özünəxas  mənəviyyatı)  bu 

dünyadan  gedir.  Yeni  insanın  gəlişi  ilə  yeni  mənəviyyat 

daşıyıcı  ünsürün  də  meydana  gəlməsi  üzə  çıxır.  Yeni 

mənəviyyat  daşıyıcı  ünsürün  ortaya  çıxması  ilə  ümumi 

mənəviyyat  bazasında  əvəzləmələr  yerinə  yetirilir.  İnsan 

maddi  aləmdə  yaşayanda  öz  mənəvi  varlığı  ilə  çıxış  edir  və 

qayda olaraq həmin mənəvi varlıq qaydalarımı, əxlaq norması 

kimi  başqasına  da  ötürür.  Qədim  yunan  alimi  Sokrat 

mənəviyyatı  xeyirxahlıq,  ədalət,  şərəf  kimi  anlayışlarla 

əlaqələndirirdi.  Xeyirxahlığı  da  biliyin  özündə  görürürdü  və 

belə hesab edirdi ki, insanlar həm də bilmədən şər əməllərə əl 

atırlar.  Bilik  çatışmırsa,  xeyirxahlıq  da  yoxdur.  İnsanların 

əxlaqı  və  düzgün  ictimai  davranışı,  həyatı  bu  məfhum  və 

anlayışların  dəqiqliyi  və  aydınlığından  asılıdır.  Ədalət 

həqiqətdir.  “Həqiqət”  obyektivdir,  yəni  hamı  üçün  mövcud 

olan  həqiqət  mövcuddur.  Sokrata  görə,  “ədalət”  bütün 

adamlar  üçün  eynidir  və  ayrı  cürə  də  ola  bilməz.  Onun 

təliminə görə, əsl müdriklik özünün bütün həcmi və məzmunu 

ilə  yanaşı,  tək  ilahiyə  nəsib  olan  şeydir;  insan  isə  ona  yalnız 

səy  göstərə,  can  ata  və  qəlbində  mahiyyətcə  ilahi  səciyyə 




 

8

daşıyan  bir  qüvvə  ilə  onun ayrı-ayrı  hissəciklərinə ancaq  nail 



ola bilər.

1

 



 

Mənəviyyat  qaydaları  universal  dəyər  kimi  şüuru 

baxımdan yeni formalaşan insanlarda daima immanent olaraq 

mövcud  olur  və  eləcə  də  həmin  insanlar  digərləri  üçün 

universal  olan  əxlaq  qaydalarından  istifadə  edirlər.  Yaş 

artdıqca  daxili  mənəviyyat  da  zənginləşir.  Burada  ictimai 

əxlaq da mühüm rol oynayır. İctimai əxlaq daxili mənəviyyata 

öz təsirini göstərir. Burada təsirlər həm mənfi, həm də müsbət 

olur.  Mənfi  təsirlər  zamanı  kamil  insanlar  öz  daxillərindən 

gələn  mənəvi  varlıqları  ilə  bu  təsirlərə  qarşı  müdafiə  olunma 

mübarizəsini  həyata  keçirirlər.  Əxlaq  zənginliyi  zəkaya 

bağlıdır.  Zəka  təkmilləşdikcə əxlaq  da zənginləşir. Bu zaman 

insan  müdrikləşir.  Zəka,  dərk  etmək  qabiliyyətinə  və 

istiqamətlərinə  görə,  həm  ümumidir,  həm  də  fərdidir.  Bu  iki 

qarşılıqlı məzmun insanların sosial-bioloji varlıqlarına xidmət 

edir.  Belə  bir  fikir  var  ki,  mənəvi  aləmi  tənzim  edən  insan 

zəkası  da  dünya  zəkasına  aiddir.  Bu,  təbii  hüquq 

konsepsiyasının  vacib  hissəsidir.  Hüquqi  və  siyasi  qanunlar 

təbiətin  (kosmosun)  ümumi  qanununa  əsaslanırlar.  Qanun 

üçün əsas fərd və ya qrup tərəfindən, məsələn, nəyin qanun və 

hüquq  olduğunu  müəyyənləşdirən  qüdrətli  şəxslər  (“güc  -

hüquqdur”)  tərəfindən  yaranmır.  Ümumi  əhəmiyyətə  malik 

olan  qanunlar  mövcuddur.  Biz  onları  yalnız  kəşf  edə  bilərik, 

amma  qanunları  ixtira  edə  bilmərik.

2

 

Roma  stoiklərinin  dini 



əqidəsinə  görə,  bütün  insanlar  kosmoloji  və  əxlaqi  bütövə 

aiddirlər.  Fərd  və  kainat  arasında  harmoniya  postulatı 

mövcuddur.

3

 



 

                                                 

1

 Sipovski. B.D. Sokrat və onun dövrü (tarixi oçerk)- Tərcümə edəni Aslan 



Aslanov. Bakı: Elm, 1995-88 s., səh.70-71.  

2

 Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına 



bir baxış, Ali məktəbin tələbələri üçün dərs vəsaiti, Fəlsəfə elmləri doktoru 

Adil Əsədovun rus dilindən tərcüməsi, Bakı, “Zəkioğlu” nəşriyyatı, 2007., 

səh. 153-154. 

3

 Yenə orada. səh. 156-157. 




 

9

Dünya  siyasi  və  coğrafi  məkanı  maraq  dairələrinə  ayrıla-



ayrıla,  baş  verən  mübarizələrdən  həm  də  bütövləşir, 

möhkəmlənir,  vahidləşir.  Çünki  dünya  elə  bir  mədəni-siyasi 

birlikdir  ki,  insanlar  toplumu,  xalqlar  birliyi,  onların  birgə 

fəaliyyəti  olmadan  yaşaya  bilməz.  Dünyanın  ayrı-ayrı 

məkanlarında  məskunlaşan  böyük  və  kiçik  xalqlar  vahid 

dünyanı  öz  tərəflərinə  çəkə-çəkə  onu  sadəcə  olaraq  mərkəzlər 

üzrə  tərkib  komponentinə  ayıra  bilirlər.  Dünya  siyasi  varlığını 

yalnız  daxildən  genişləndirə  və  ya  da  məhdudlaşdıra  bilirlər. 

Dünyanı  qəti  şəkildə  ayrı-ayrı  məkanlar  üzrə  bölərək  təcrid 

vəziyyətinə  salmaq  real  olaraq  qeyri-mümkün  bir  hala 

çevrilir,  bu  istək  ancaq  xəyal  kimi  qalır  və  sadəcə  olaraq 

arzuolunan  predmetə  çevrilir.  İnkişaf  yolunu  tutaraq,  öz 

cəmiyyətlərinin sosial-rifahını təmin etmək istəyən dövlətlər və 

xalqlar  mütləq  qaydada  açıq  münasibətlər  prinsiplərinə, 

qarışıq 

mədəniyyətlər 

mənzərəsinə 

üstünlük 

verirlər. 

Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər  Əliyev  hələ 

1993-cü  ildə  təkrar  olaraq  hakimiyyətdə  olarkən  Azərbaycan 

ziyalıları  ilə  görüşündə  bildirirdi  ki,  Azərbaycanda  millətlərin 

çoxluğu  müsbət  haldır.  Bu  inkişafdır.  Milli  məhdudluq 

çərçivəsində  yaşamaq  olmaz.  Azərbaycanın  dahi  şəxsiyyətləri 

də  yuxarı  zirvəyə  qalxmaq  üçün  bəşəri  dəyərlərdən  istifadə 

etmişlər.  Nizamı  Gəncəvi  və  digər  müəlliflər  bəşəri 

olmalarından  irəli  gələrək,  geniş  və  dərin  yaradıcılığa  malik 

olmuşlar.

1

 



 

Eyni  zamanda  Azərbaycanın  gələcək  inkişafını  həm  də 

beynəlmiləlləşmədə  görən  Azərbaycan  prezidenti  İlham  Əliyev 

2012-ci  ilin  oktyabr  ayının  4-5-də  Bakıda  keçirilən  İkinci  Bakı 

Beynəlxalq  Humanitar  Forumunun  açılış  mərasimində  qeyd 

edirdi:  “...Multikulturalizmin  alternativi  yoxdur.  Mən  bu  barədə 

                                                 

1

 Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə 



çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz 

əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz 

Mehdiyev, Hidayət Orucov., səh. 175. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə