7
mənfi amillərə daha hissiyyatlıdır. Odur ki, qiymətli kağızlara investisiya qoyuluşları
daha riskli sayılır.
Qiymətli kağızlar risk səviyyələrinə görə risksiz, az riskli və riskli kimi 3 qrupa
bölünür. Qeyd edək ki, qiymətli kağızların gəlirliyi artdıqca onların risk səviyyələri də
artır. Qiymətli kağızlara verilmiş zəmanətin dəyəri çoxaldıqca onların risk səviyyələri
azalır. Bu asılılıqları qrafikdə aşağıdakı kimi əks etdirmək olar:
Qrafik 1.1 Qiymətli kağızların gəlirlikləri ilə risk dərəcələri arasında əlaqə
Risk
4 3 2 1
Gə
lir
1-dövlə
t qiymə
tli kağ
ızları; 2-ş
irkə
tlə
rin istiqrazları; 3-sə
hmlə
r; 4-törə
mə
qiymə
tli kağ
ızlar.
Başqa sözlə, bu göstərilən qrafikə uyğun olaraq deyə bilərik ki, qiymətli kağızlar
bazarında ən aşağı gəlirlilik dövlət qiymətli kağızlarına, nisbətən çox müvafiq olaraq
müxtəlif şirkətlərin buraxdıqları istiqrazların və səhmlərin gəlirlikləri və nəhayət ən
yüksək gəlirlilik törəmə qiymətli kağızların gəlirlikləridir.
Qrafik.1. 2. Qiymətli kağızların risk dərəcələri ilə ödəmə müddəti arasında
ə
laqə
Risk
1 2 3 4
Zə
manə
t də
yə
ri
1-dövlə
t qiymə
tli kağ
ızları; 2-ş
irkə
tlə
rin istiqrazları; 3-sə
hmlə
r; 4-törə
mə
qiymə
tli kağ
ızlar.
Qiymətli kağızların tədavül etməsi və likividliyi aydın şəkildə onu göstərir ki,
qiymətli kağızlar xüsusi əmtəədir və buna görə də öz bazarına malikdir. Bu bazarın
8
özünəməxsus təşkili, iştirakçılar heyəti, iş qaydaları, fəaliyyət qaydaları və tənzimləyiciləri
mövcuddur. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca
elementlərindən biri olmaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə vəsaitlərinin
operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir.
Qiymətli kağızların müddətindən asılı olaraq maliyyə bazarı qısamüddətli qiymətli
kağızların iştirak etdiyi pul və uzunmüddətli qiymətli kağızların iştirak etdiyi kapital
bazarına bölünür. Yəni, dolayısı ilə qiymətli kağızlar bazarı həm pul, həm də kapital bazarı
kimi fəaliyyət göstərir. Aşağıdakı şəkildə qiymətli kağızlar bazarının maliyyə bazarında
yeri göstərilib:
Şə
kil 1.1. Qiymətli kağızlar bazarının maliyyə sistemində yeri
1
Pul bazarı
Kapital bazarı
Qiymətli kağızlar bazarı
Bütövlükdə qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması,
tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər
ə
məliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi
münasibətlərin məcmusu özündə əks etdirir. Bazarın məqsədi sərbəst maliyyə
resurslarını səfərbər etmək və onların bazarın iştirakçılarının qiymətli kağızlarla
keçirdiyi müxtəlif əməliyyatlar vasitəsilə yenidən bölgüsünü təmin etməkdən ibarətdir.
Bu bazarın mövcudluğu bütün bazar iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb
edir. Qiymətli kağızlar bazarı əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir. Digər
tərəfdən qiymətli kağızların buraxılması və bazarda yerləşdirilməsi sərbəst pul
vəsaitlərinin səfərbər edilməsi və sosial-iqtisadi inkişafa istiqamətləndirilməsinin
səmərəli yoludur. Bunun nəticəsində müvəqqəti sərbəst pul vəsaitlərinin dövriyyə sürəti
güclənir, ölkədə investisiya üçün əlverişli şərait yaranır ki, bu da iqtisadi artıma səbəb
olur. Bu bazarın formalaşması üçün ilkin şərt qiymətli kağızlar buraxan kifayət
1
N. Qreqori Mə
nkyu, Ekonomiksin Ə
sasları, Bakı 2007 sə
hifə
- 560
9
qədər emitentlərin, investorların, qiymətli kağızların hərəkət və infrastrukturunu
reqlamentləşdirən inkişaf etmiş normativ-qanunverici bazanın, qiymətli kağızlarla aparılan
ə
məliyyatlara nəzarətin təşkilinin olmasıdır.
Müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi zamanı bazardakı vasitəçilər də bu
prosesi sürətləndirirlər. Lakin bəzən vasitəçilərə müraciət kapitalın cəlb olunması ilə bağlı
xərcləri artırır. Əgər borc alanın borc verənə birbaşa müraciəti imkanı varsa bu, cəlb olunan
resursların dəyərini aşağı salır. Buna maliyyə bazarının sekyuritizasiyası şərait yaradır. Bu
zaman az likvidli aktivlər qiymətli kağızlara transformasiya olunur. Qiymətli kağızlar
maliyyə vəsaitlərinin ucuz və tez cəlb olunmasını təmin edir. Məsələn, müəssisənin
maliyyə vəsaitlərinə ehtiyacı var. Bu zaman o, banka kredit almaq məqsədilə müraciət edə
bilər, ya da istiqraz buraxa bilər. Birinci halda bank vasitəçi kimi çıxış edir və öz xidmətinə
görə haqq alır. kinci halda isə müəssisə istiqrazları birbaşa investora satır və bu da cəlb
olunma xərclərini azaldır.
Digər tərəfdən, qiymətli kağızlar bazarının iqtisadiyyatdakı rolu bir sıra faktorlarla
bağlıdır. Birincisi, dediyimiz kimi bu bazar cəlb olunan resursların ucuz başa gəlməsinə
şə
rait yaradır. kincisi, qiymətli kağızlar dövr etməyən aktivlərin dövr edən maliyyə
aktivlərinə transformasiyası imkanını təmin edir. Buna misal olaraq ipoteka girovnamələri
və təminatlandırılmış istiqraz buraxılışını göstərmək olar:
Şə
kil 1.2. Qiymətli kağızların dövriyyəsi
Hüquqi şəxslər:
Şəxslər :
Borc alanlar
istiqrazların
alıcıları
əmlak təminatı müqaviləsi əsasında bankın hüquqi şəxslərə ipoteka ssudalarını verməsi
borcalanın banka girovnamə verməsi
girovnamə təminatı ilə bank tərəfindən istiqrazların buraxılması və satışı
Bu sxemdə bank hüquqi şəxslərə mənzil tikintisi üçün əmlak girovuna əsaslanan
müqavilə üzrə kredit verir. Beləliklə bank maliyyə aktivlərinə sahib olur, ancaq bu
müqavilələr əgər bankda yatırsa, onda aktivlər işlənir. Son illər banklar bu
Bank
ipoteka
istiqrazlarının
emissiyası