16
bank tərəfindən onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən
çeklərdir.
Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim
olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə
ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay
müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü
olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər
dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan
çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi
göstərilən gündən başlanır.
Konosament – yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması
hüququnu təsdiq edən beynəlxalq standart sənəd formasıdır. Konosament yük
daşıyıcısının daşıma müqaviləsinin şərtləri ilə təsdiqlənmiş, yükün ünvanına
çatdırılması haqqında şərtsiz öhdəliyidir. Adlı konosament yükün, üzərində adı
göstərilmiş şəxsə məxsus olduğunu bildirdiyi və digər şəxsə ötürülə bilmədiyi halda,
orderli konosament yükü göndərənin və ya qəbul edənin əmri ilə indossoment
vasitəsilə, təqdimatlı konosament isə adi yolla təqdim etmək vasitəsilə üçüncü şəxsə
ötürülür.
Xətti (sadə), çarter (çarter reysləri edildikdə), sahilyanı (yükün sahildə qəbul
olunmasını təsdiqləyən), göyərtə (yük gəminin göyərtəsində qəbul edildikdə) və s.
konosament növləri də məlumdur.
Bunlardan başqa Törəmə qiymətli kağız növləri də var. Onlar alqı-satqı
müqavilələrini tərənnüm edirlər. Törəmə qiymətli kağızlar sahibinə ilkin fond qiymətli
kağızların alqı və ya satqısına olan hüququnu təsdiqləyən qiymətli kağızlardır. Törəmə
qiymətli kağızların tədavül məqsədi əsas fond qiymətli kağızların məzənnəsinin
dəyişməsindən mənfəət əldə etməkdir. Bu kağızlar 1970-ci illərdən maliyyə mühitində
özlərinə yer tapmağa başlamışlar. Bunlara opsion əqdləri, fyüçers əqdləri, forvard
ə
qdləri, svoplar, həmçinin varrantlar və depozitari qəbzləri də aid edilir.
Opsion - latın sözü olub seçim mənasını verir. Opsion müqavilə forması olmaqla
qiymətli kağızların alqı-satqı proseslərini yerinə yetirmək hüququnu tərənnüm edir.
Lakin bu əməliyyatı yerinə yetirməmək də olar. Bu əməliyyat öhdəlik formasında olur.
17
Opsion əməliyyatlarının 2 növü mövcuddur: “koll” (alqı) və “put” (satqı) opsion
ə
məliyyatları.
“Koll” opsion müqavilədə göstərilmiş müddət ərzində müəyyən miqdar qiymətli
kağızları, bu müqaviləni başa çatdırmaq öhdəliyi olmadan, razılaşdırılmış qiymətə
opsionu yazan şəxsdən almaq, “Put” opsion müqaviləsi isə opsionu yazan şəxsə
satmaq hüququ verir. Beləliklə, opsion alıcısı qiymətli kağızları almaq və ya satmaq
hüququndan istifadə edə də bilər, etməyə də bilər. Lakin opsion satıcısı müqavilənin
şə
rtlərinə əsasən istənilən halda sövdələşməni yerinə yetirməlidir.
Opsionun qiyməti kimi opsion alıcısının satıcıya ödədiyi mükafat çıxış edir.
Opsionun bir sıra üstün cəhətləri vardır. Məsələn, opsion alıcısının qeyri məhdud
həcmdə mənfəət almaq imkanı olduğu halda, itkiləri ödənilən mükafatla məhdudlaşır.
Həmçinin, opsion əməliyyatları yüksək rentabelliyə malikdirlər. Yəni, kiçik məbləğdə
mükafat ödəməklə ondan dəfələrlə artıq həcmdə mənfəət əldə etmək imkanı vardır.
Fyüçers müqavilələrində iki iştirakçı öz üzərinə müqavilədə göstərilən müddətdə
ə
mtəənin müqavilənin bağlandığı ana olan qiymətlə müvafiq olaraq alınması və
satılması üzrə öhdəlik qəbul edir.
Fyüçers müqaviləsi bağlandığı an heç nə alınmır heç nə satılmır. Sadəcə
müqavilə bağlandıqda hər iki tərəf öz üzərinə aktivin alınması və satılmasına dair
öhdəlik qəbul edir. “Fyüçers kontraktının alqısı” anlayışı kontraktın icra anı çatdıqda
ilkin birja aktivini, kontraktın əks tərəfindən qəbul etmək və onun dəyərini, kontrakt
bağlanan andakı məzənnə ilə ödəmək öhdəliyi mənasını verir. “Fyüçers kontraktının
satqısı” dedikdə, kontraktın icra anı çatdıqda, ilkin birja aktivini, kontraktın əks
tərəfinə çatdırılması və bunun müqabilində kontraktın satış qiymətinə əsasən müvafiq
pul vəsaitlərinin alınması başa düşülür.
Hər bir fyüçers kontraktının ömrü məhdudur. Onunla ticarətin son günü və bu
günün hansı anınadək ticarətin aparılacağı əvvəlcədən məlumdur.
Fyüçers kontraktlarının icrası və bütün hesablaşmalar fond birjası və ona
hesablaşma orqanı kimi xidmət edən hesablaşma (klirinq) palatası tərəfindən
zəmanətləndirilir. Hər bir fyüçers kontraktı üzrə sığorta fondu yaradılır. Bir qayda
olaraq bu kontraktlarla əməliyyat keçirməkdən ötrü investorlar müqavilə əmtəəsinin
dəyərinin müəyyən həcmində (8-15%) pul girovu qoyur. Bu vəsaitlər müqavilə
18
tərəflərinin götürdüyü öhdəliklərin maliyyə zəmanəti kimi çıxış edir. Fyüçers
kontraktlarının tarixi sələfi kimi Forvard kontraktları hesab olunur.
Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki
tərəf arasında bağlanılan razılaşmadır. Svop üzrə mübadilə obyekti kimi dəyişməz və
dəyişən faiz dərəcəli borc öhdəlikləri (faiz svopları), valyuta vəsaitləri və valyuta
faizləri (valyuta svopları), həcmi müəyyən əmtəənin qiymətindən asılı olan dəyişməz
və dəyişən ödəmələr (əmtəə svopu) çıxış edə bilər. 20-ci əsrin 80-ci illərində dinamik
fəaliyyət göstərən beynəlxalq svop bazarı formalaşmışdır. Faiz svop əməliyyatlərı
xüsusilə böyük vüsət almış, artıq 90-cı illərin əvvəllərində onun həcmi 3 trilyon
dollardan çox olmuşdur ki, bu da valyuta svopları bazarının dövriyyəsindən təxminən
3 dəfə artıqdır. Müasir dövrdə svop dilerlərinin beynəlxalq assosiasiyası da
yaradılmışdır.
Varrant – ingilis sözü olub (warrant) vəkalət, ixtiyar, səlahiyyət deməkdir. Varrant
anlayışı iki məna verir. Birincisi, sertifikat olmaqla bu sertifikatı saxlayana müəyyən
müddət ərzində və ya müddətsiz razılaşdırılmış qiymətə qiymətli kağızlar almaq
hüququnu verən sənəddir. Yəni, varrant əsas qiymətli kağızların buraxılışı ilə birgə
yaranmaqla sahibinə təyin edilmiş qiymətlə müəyyən müddət ərzində qiymətli kağız
almaq hüququ verir.
kincisi isə, anbar şəhadətnaməsi olmaqla müəyyən malın saxlamaq üçün qəbul
edilməsini təsdiqləyən sənəddir. Yəni, varrant əmtəələri saxlamaqdan ötrü anbara
təhvil verildikdə tərtib olunan girov şəhadətnaməsi kimi də çıxış edə bilər.
Qeyd olunanları nəzərə alaraq qeyd etmək olar ki, müasir bazar iqtisadiyyatı
şə
raitində normal iqtisadi münasibətlərin bərqərar olmasında qiymətli kağızlar
bazarının mühüm yeri vardır və bu bazar iqtisadiyyatının tələblərinə cavab verməklə,
sözügedən sistemlə harmoniya təşkil edir.
1.2
Qiymə tli kağ ızlar bazarında sə hmlə rin qiymə tlə rinin formalaş ma
xüsusiyyə tlə ri.
Ümumi iqtisadi nəzəriyyə kursundan məlumdur ki, maliyyə sistemi üç hissədən
ibarətdir: bank sistemi, sığorta bazarı və qiymətli kağızlar bazarı. Qiymətli kağızlar
bazarında istər həmin alətlərlə aparılan əməliyyatların həcmi, istərsə də iqtisadi
Dostları ilə paylaş: |