İdarəetmə mədəniyyəti
fəqiyyətli özünüidarə və ailəsini idarəetmə texnologiyalarına, istəyi və xüsusi
idarəetmə qabiliyyəti olan vətəndaşların isə yüksək ruhi mədəniyyətə əsasla-
nan, effektiv sosial, iqtisadi, dövlət və beynəlxalq idarəetməyə yiyələnməsinə
yardım - milli dövlətlərin və beynəlxalq birliyin mühüm vəzifəsidir.
Dünya və milli mədəniyyət nailiyyətləri haqqında, diaqnostika, sosial tera-
piya və böhranların aradan qaldırılması metodları haqqında, insanların həyat
fəaliyyəti və dövlət idarəçiliyinin kulturoloji texnologiyaları haqqında biliklər
olmadan peşəkar siyasətçi və məmurların formalaşdırılması prosesini təsəvvür
etmək çətindir. Bu gün ictimai inkişaf qanunauyğunluqları və tendensiyalarının
ilkin sistemli kulturoloji təhlili olmadan düzgün qərarların qəbul edilməsi
mümkün deyil. Bu baxımdan dövlət qulluğu mütəxəssisləri ciddi kulturoloji
hazırlıq keçməli, dünya və milli mədəniyyət tarixi və nəzəriyyəsini, müasir
dövlət idarəçiliyi mədəniyyətinin və elminin əsaslarını dərindən öyrənməlidir-
lər. Bu - hadisələr, faktlar və proseslərin mahiyyəti haqqında düzgün təsəvvür-
lərin formalaşmasına, zamanın xarakterini, insanların psixologiyasını, innova-
tiv qabiliyyətlərin və liderlik keyfiyyətlərinin inkişafını obyektiv dərk etməyə,
yeni imkanları görmək və onların praktik həyata keçirilməsi texnologiyalarını
yaratmaq qabiliyyətinə səbəb olan kulturoloji təfəkkürün yetişdirilməsinə im-
kan verir. Daxili və xarici siyasətini sistemli kulturoloji tədqiqatların elmi nəti-
cələri əsasında quran dövlətlər, öz ölkələrinin dinamik inkişafını və etibarlı təh-
lükəsizliyini təmin edən sosial texnologiyaları daha yaxşı tərzdə təkmilləşdirir-
lər. Onlar dünya sivilizasiyasının çağırışlarına özlərinin adekvat cavab vermək
qabiliyyətini yüksəldir, daha yaxşı gələcək qurmaq və onun effektiv idarə edil-
məsinin xüsusi imkanlarını genişləndirirlər.2
2 Effektiv milli və beynəlxalq idarəetmə üçün zəruri olan kulturoloji təfəkkür və universal
kulturoloji biliklərin formalaşdırılması üçün: Q.V.F.Hegel, J.J.Russo, F.M.A.Volter,
İ.V.Höte, C.Neru, E.Teylor, L.Morqan, F.Boas, L.Uayt, M.Mid, A.M aslou, A.Toynbi,
O.Şpenqler, M.Veber, İ.Kant, F.Engels, M .Horkhaymer, Q. Markuze, T. Adorno, Q.Rikkert,
Y. Habermas, Y.Lippert, K.Yaspers, B.Malinovski, A. Boqdanov, C. Bernal, Lütfi Zadə,
həmçinin T. Parsons, H. Hesse, V. Diltey, İ.Saburo, E. Orteqa-Qasseta, İ.Herder, Q.Zemmel,
P. Sorokina, A.Veber, D.Bella, A. Berqson, J.Attali, E.Auerbax, V.Vindelband, R.Merton,
E.M unye, T.Nakane, V.Osvald, T.Şarden və digər görkəmli alimlər, yazıçılar və
maarifçilərin əsərlərinin, həmçinin Frankfurt məktəbi və “A nnallar” məktəbi tədqiqatlarının
öyrənilməsi və istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. İnsanın inkişafı, dövlət
quruculuğu, milli və beynəlxalq idarəetmə üçün kulturologiyanın elmi və praktik dəyərinin
daha dərindən dərk edilməsi üçün: N.Konrad, M.Eaxtin, V.Vernadski, Q.Vernadski,
L.Qumilyov, N.Berdyayev, M.Blok, N.Rerix, V.Muravyov, M .Kaqan, L.Gertman, A.Petrov,
Q.Volkov, D.Lixaçov, Q.Draç, K.Razloqov, V.
Stepin, A.Zapesotski, D.Spivak,
O.Astafyeva, M.Yeşiç, S.Artanovski, A.Blok, V.Polikarpova, A.M arkova, İ.Levyaş,
Y.Rojdestvenski, A. Kravçenko, V.Polişşuk, L.Mixaylova, V.Rozin, P.Qureviç, Y.Malyuqa,
G.Antipov, A.Koçergin, V.Davidoviç, Y.Jdanov, İ.Zlobin, V.Mejuyev, M.Kim, V. Masson
və digər rus alimlərinin əsərləri mühüm əhəmiyyətə malikdir.
15
Hər bir ölkənin dövlət idarəetmə sistemi milli inkişafın, həmçinin dünya
sivilizasiyasının real prosesləri ilə diktə edilən, dəyişikliklərə məruz qalan
idarəetmə sistemi effektivliyinin yüksəldilməsinə yardım edən mənbələrin
və metodların, məqsədlərin və gözlənilən nəticələrin müəyyən edilməsi və
permanent düzəlişlərini nəzərdə tutur. Birincilərə - davamlı inkişaf, rifah,
həyat keyfiyyəti, fiziki və mənəvi sağlamlıq, təhlükəsizlik, müdafiə qabiliy-
yəti, rəqabət qabiliyyəti və etibarlı gələcəyi aid etmək olar. İkincilərə - bi-
liklər, texnologiyalar, hüquq, etika, məsuliyyət, innovativ fəaliyyət, kadrla-
rın hazırlığı və yenidən hazırlığı və səmərəli istifadəsini, həmçinin mövcud
resursları, reallıqları və inkişaf perspektivlərini nəzərə almaqla, effektiv
idarəetmə qərarlarının qəbul edilməsinə imkan verən kulturoloji təhlilin
metodologiya və metodlarını aid etmək olar. Bizə elə gəlir ki, belə kulturo-
loji yanaşma həm milli, həm də beynəlxalq maraqlara cavab verir. Strateji
prinsip kimi, o həm milli, beynəlxalq, bələdiyyə, iqtisadi, sosial və ailə ida-
rəçiliyi üçün, həm də yaşadığı ölkədən, peşəsindən və həyat fəaliyyəti sahə-
sindən asılı olmayaraq, şəxsiyyətin, hər bir ayrıca götürülmüş insanın özü-
nüidarəsi üçün müvəffəqiyyətlə istifadə oluna bilər.
İdarəetmə prosesləri texnologiyalarının təkmilləşdirilməsi üçün sistemli
kulturoloji yanaşmanın səmərəliliyi onunla şərtlənir ki, o həm fərdi, həm də
kollektiv səviyyədə məqsədlərin seçimi, prioritetlərin müəyyənləşdirilməsi,
düzgün qərarların qəbul edilməsi, danışıqlar prosesinin həyata keçirilməsi
və innovativ fəaliyyətlə bağlı mürəkkəb məsələlərin həllini ən yaxşı tərzdə
tapmağa imkan verir. Buna əsaslanaraq, mövcud əsərin hazırlanması zama-
nı tərəfimizdən, insanın özünü təkmilləşdirməsi üçün zəruri olan, həmçinin
siyasi quruluşundan asılı olmayaraq, müxtəlif ölkələrdə müasir dövlət ida-
rəçiliyi sisteminin təkmilləşdirilməsinin dərk edilməsi üçün vacib hesab
edilən insanın inkişafı və idarəetmə prosesləri qanunauyğunluqları və xüsu-
siyyətlərinin aşkar edilməsi və ümumiləşdirilməsi məqsəd olaraq qarşıya
qoyulmuşdur. Biz müvəffəqiyyətə, rifaha, yaradıcılığa və xoşbəxtliyə can
atan hər bir insanın məhsuldar həyat fəaliyyəti üçün lazım olan universal
kulturoloji bilikləri əks etdirmək istəmişik. Vəzifələrdən biri şəxsiyyətləra-
rası, işgüzar və beynəlxalq münasibətlərin təkmilləşdirilməsi üçün, şəxsiy-
yətin özünüidarə mədəniyyətinin, ailənin idarə edilməsi mədəniyyətinin
formalaşdırılması və inkişafı üçün zəruri olan konkret biliklərin və texnolo-
giyaların sistemləşdirilməsi idi. Bununla bərabər sistemli kulturoloji yanaş-
maya istinad edərək, demokratik inkişaf yoluna qədəm qoymuş ölkələrin
milli təcrübədə yaradıcılıqla istifadəsi üçün faydalı olan, bir sıra aparıcı
dövlətlərin dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyinin tarixi təcrübəsi-
ni tərəfimizdən oxucunun diqqətinə çatdırmaq cəhdi edilmişdir. Bu məq-
sədlə kitabda, Qərb ölkələrində qəbul edilmiş dövlət idarəçiliyi metodları,
Fuad Məmmədov
16