Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə7/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   2   3   4   5   6   7   8   9   10   ...   327

İdarəetmə mədəniyyəti

normaları  və  qaydalan  göstərilmiş,  əsas  elmi  məktəblər,  dövlət  idarəçiliyi 

problemlərinin tədqiqinə yanaşmalar nəzərdən keçirilmiş, bir-birini tamam- 

layan  "klassik  məktəbin”  və  neoklassik  "insan  münasibətləri  məktəbinin” 

əsas  nailiyyətləri  göstərilmişdir.  Burada  demokratik  federal  və  unitar  döv- 

lətlərin idarəetmə təcrübəsi də əks olunmuş, ABŞ, Birləşmiş Krallıq, Alma- 

niya və  Fransada  dövlət  qulluğunun xüsusiyyətləri,  Yaponiya,  Çin və  Tay- 

vanın  iqtisadi  inkişaf "sirləri"  tədqiq  edilmişdir.  Əsərdə  M.Veberin,  A.Fa- 

yolun,  E.Teylorun,  V.Vilsonun,  L.D.Uaytın,  P.Çeklandın,  P.Drukerin,  Li 

Yakokkanın,  C.Adairin  əsas  konsepsiyaları,  yanaşmalan  və  idarəetmə  mo- 

delləri,  Q.V.Atamançukun, İ.A.Vasilyenkonun və bir çox digər alimlərin və 

mütəxəssislərin dövlət idarəçiliyi nəzəriyyəsi əks etdirilmişdir.  Qərb ölkələ- 

rinin  dövlət  idarəçiliyi  tarixi  və nəzəriyyəsi  kontekstində  “davramş”  (bihe- 

vioral), "sistemli". "situasiya" yanaşmalarının, “postbihevioralizmin”, "mo- 

demizmin”,  "struktur  funksionalizmin”  mahiyyəti  açıqlanmış,  A.Maslou, 

M.Follet,  D.İston,  F.Hersbeq,  D.Mak-Qreqor,  T.Parsons,  Q.Saymond, 

D.Smitsberq və  digərlərinin personalın idarə  edilməsi mədəniyyətinin  inki- 

şafına töhfəsi göstərilmişdir.  Əsərdə, həmçinin P.Çeklandın "yumşaq təfək- 

kür”  sisteminin,  A.Maslou,  D.Mak-Qreqor,  P.Laykertin  "təşkilati  inkişaf 

konsepsiyası”,  L.Erhardın "dövlət idarəçiliyinin  sosial konsepsiyası”,  S.Bi- 

erin  "təşkilati  kibemetika”,  M.Prelo  və  M.Düverjenin  "institutlar  nəzəriy- 

yəsi”,  M.Ponyatovski,  E.For,  V.J.d'Esten və  digərlərinin konsepsiyalarının 

mahiyyəti göstərilmişdir.

Metodoloji cəhətdən hazırkı kitabın əsasını, innovativ effektiv idarəetmə 

modellərinin  qumlmasına  imkan verən,  müəllif tərəfındən  işlənib  hazırlan- 

mış "kulturoloji  piramida” universal metodu təşkil edir.  O, nəzərdən keçiri- 

lən tədqiqat obyektlərinin, indiki halda -  insanın və dövlətin idarəçilik pro- 

seslərinin  mahiyyəti,  xüsusiyyətləri,  tarixi,  nailiyyətləri,  inkişaf  qanunları 

və  texnologiyalarınm  sistemli  təhlilini  nəzərdə  tutur.  Seçilmiş  metodologi- 

ya və kulturoloji yeniliklər daimi dəyişikliklər və qeyri-müəyyənliklər şəra- 

itində konkret  siyasi, iqtisadi, hüquqi və  sosial problemlərin obyektiv təhli- 

lini həyata keçirməyə və  onların daha optimal həllini tapmağa  imkan verir. 

Bu prosesləri  öyrənmə  və  dərk  etmə,  mövcud  olanların təkmilləşdirilməsi- 

nə,  insanın,  cəmiyyətin və  dövlətin həyat rifahı və keyfıyyətinin yüksəldil- 

məsinə, daha yaxşı gələcəyin qumlmasına və təhlükəsizliyə yönəldilmiş ye- 

ni  idarəetmə  modelləri  və  texnologiyalarınm  yaradılmasına  qeyri-məhdud 

imkanlar açır.  Tərəfımizdən təklif edilən,  12 tədqiqat metodunun istifadəsi- 

ni  nəzərdə  tutan  sistemli kulturoloji  təhlil  -  Kainatın məkan,  zaman,  forma 

və hərəkət kimi parametrlərilə  sıx bağlıdır.  Bu, müxtəlif təbii-coğrafı,  sosi- 

al-siyasi,  etnik  və  tarixi  şəraitlərdə  inkişaf etmiş  ayrı-ayrı  mədəniyyətlərin 

konkret  forma  və  mahiyyət xüsusiyyətlərinin  aşkar edilməsi  və  qiymətlən-

17



dirilməsi,  məkan  və  zaman  daxilində  onların  dəyişiklikləri  və  inkişaf ten- 

densiyalarını  tədqiq  etmək  üçün  unikal  imkanlar yaradır.  Bununla  bərabər 

o,  insanın  həyat fəaliyyəti  qanunlarının  dərk  edilməsini  və  insanların  milli 

və  coğrafi  yaşama  sərhədlərindən  asılı  olmayaraq,  universal  sosial-mədəni 

dəyəri təmsil edən yeni kulturoloji biliklərin yaradılmasına imkan verir.

Kitabda:  qədim və  orta əsrlər dövründə  Şərq və  Qərb ölkələrində  dövlət 

idarəçiliyi  tarixi;  kulturologiyanın mahiyyəti,  metodologiyası və metodları, 

dövlət  quruculuğu  və  idarəçiliyi  üçün  onun  strateji  əhəmiyyəti;  şəxsiyyət 

mədəniyyəti;  özünüidarə  mədəniyyəti;  ailə  mədəniyyəti;  liderlik  mədəniy- 

yəti;  insan münasibətləri  mədəniyyəti  (şəxsiyyətlərarası və  işgüzar);  məsu- 

liyyət mədəniyyəti,  etik,  hüquqi  və  siyasi  mədəniyyət;  demokratiya və  və- 

təndaş  cəmiyyəti  mədəniyyəti;  beynəlxalq münasibətlər  mədəniyyəti;  bey- 

nəlxalq hüquq,  sülh  mədəniyyəti  və  münaqişələrin  həlli;  dövlət  sosial-mə- 

dəni  siyasəti;  dövlətçilik  və  dövlət  qulluğu  mədəniyyəti;  demokratik  ölkə- 

lərdə  dövlət  idarəçiliyinin mahiyyəti,  funksiyaları  və  xüsusiyyətləri;  idarə- 

etmə elmi və təşkilati mədəniyyət tipləri;  demokratik idarəetmənin elmi ya- 

naşmaları,  prinsipləri  və  məktəbləri;  idarəetmə  üslubları  və  modellərinin 

təhlili;  şəxsiyyət və liderlərin formalaşdırılması vasitələri;  dövlət,  sosial, iq- 

tisadi və beynəlxalq idarəetmə vəzifələri, texnologiyaları və xüsusiyyətləri; 

dövlət və beynəlxalq idarəetməyə  innovativ yanaşmalar və  s.  kimi  mühüm 

mövzular  da nəzərdən keçirilir.  Kitabın tarixi  hissəsinin  icmalında idarəet- 

mə üslubu və cəmiyyətin sosial və siyasi sabitliyi arasında səbəb-nəticə əla- 

qəsini  meydana  çıxarmaq,  dövlətçilik  mədəniyyəti  və  dövlət  idarəçiliyinin 

sosial  münasibətlərin  psixologiyası  və  mədəniyyətinə  təsirini  aşkar  etmək 

cəhdi edilmişdir.

Struktur cəhətdən,  müəllif kitabın materialını  -  dövlət,  iqtisadi və  sosial 

idarəetmə  mədəniyyətinin müxtəlif tərəflərdən və bir çox  nöqteyi-nəzərlər- 

dən baxılmasını nəzərdə  tutan universal kulturoloji piramidanın məntiqi  ilə 

uyğunluqda  qurmağa  çalışmışdır.  Bu  zaman  idarəetmə  elmi  sahəsində  ta- 

nınmış  alimlərin nailiyyətləri və əsərləri ilə yanaşı, müəllifin özünün kultu- 

roloji yanaşmaları və işləmələrindən də istifadə edilmişdir.  Dövlət idarəçili- 

yi mədəniyyətinin bütöv mənzərəsinin yaradılması və tələbə və məmurların 

əsaslanması  üçün  zəruri  olan nəzəri  və  təcrübi  biliklərin  formalaşdırılması 

məqsədilə, Q.V.  Atamançukun, İ.A.Vasilenkonun, Piter Drukerin, C.Adairin, 

Li Yakokkanın, Deyl Karneqinin,  S.V.Pronkinin,  O.E.Petruninanın və digər 

görkəmli  müəlliflərin  qiymətli  əsərlərindən  zəruri  materiallar  tərəfimizdən 

istifadə  edilmiş və kulturoloji baxımdan yenidən qiymətləndirilmişdir.  Mü- 

əllif üçün,  onun  tərəfindən  istifadə  edilmiş,  Ervin  Laslo,  Mixael  Leytman, 

Ceroma K.Qlenn,  Teodor  C.Qordon,  Con  Templton,  Bodo  Şefer,  Mirzəkə- 

rim Norbəyov  və  digər  alimlərin və  mütəxəssislərin  şəxsiyyətin  özünüida-



Fuad Məmmədov

18



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə