9
32. Amper qüvvəsinin tətbiqləri:
elektrik
mühərriki və elektrik ölçü cihazları.
33. Məsələ həlli.
34. Maqnit sahəsinin hərəkətdə olan yüklü
zərrəciklərə təsiri. Lorens qüvvəsi.
35. Məsələ həlli.
36. Elektromaqnit induksiya hadisəsi.
37. İnduksiya cərəyanının istiqaməti.
38. Praktik iş. Elektromaqnit induksiya
hadisəsinin öyrənilməsi.
39. Məsələ həlli.
40. Maddənin maqnit nüfuzluğu.
41.
Qravitasiya, elektrik və maqnit sahələrinin
müqayisəsi (təqdimat dərs).
42. Məsələ həlli.
43. Biz Yerin qravitasiya,
elektrik və maqnit
sahəsinin hansı təsiri altındayıq (debat dərs).
FƏSİL
MÖVZU
44. İşıq mənbələri.
45. İşığın düz xətt boyunca yayılması.
46. İşığın düzxətli yayılma qanununun izah
etdiyi hadisələr.
47. Məsələ həlli.
48. İşığın yayılma sürəti və onun təyini üsulları.
49. Məsələ həlli.
50. İşığın qayıtma qanunu.
51. Müstəvi güzgüdə xəyalın qurulması.
52. Məsələ həlli.
53. Sferik güzgü.
54. Sferik güzgüdə xəyalın qurulması.
55. İşığın sınması. İşığın sınma qanunu.
56. Məsələ həlli.
57. İşığın paralel üzlü şüşə lövhədən və üçüzlü
şüşə prizmadan keçməsi.
58.
Praktik iş. Şüşənin sındırma əmsalının təyini.
59. Tam daxili qayıtma.
60.
Məsələ həlli.
61. Linzalar.
62. Nazik linzada cismin xəyalının qurulması.
63. Məsələ həlli.
64.
Nazik linza düsturu.
65.
Praktik iş: Toplayıcı linzanın
baş fokus
məsafəsinin və optik qüvvəsinin təyini.
3. İŞIQ HADİSƏLƏRİ
2. MAQNİT SAHƏSİ
10
MÖVZU
FƏSİL
71. Radioaktivlik.
72. Atom mürəkkəb əlaqəli sistemdir.
73. Lazer.
74. Məsələ həlli.
75. Atom nüvəsi əlaqəli sistemdir. Nüvənin kütlə
və yük ədədi.
76. İzotoplar.
77. İzotopların tətbiqləri (təqdimat dərs).
78. Məsələ həlli.
79. Atom nüvələrinin radioaktiv çevrilmələri:α ,
β və γ – şüalanma. Radioaktiv yerdəyişmə
qaydası.
80.
Məsələ həlli.
81. Radioaktiv çevrilmə qanunu.
82.
Atom-nüvə hadisələrində bəzi
fiziki
kəmiyyətlər və onların vahidləri.
83. Məsələ həlli.
84.
Nüvənin rabitə enerjisi. Kütlə defekti.
85.
Nüvə reaksiyaları.
86. Məsələ həlli.
87.
Uran nüvəsinin bölünməsi.
88.
Zəncirvarı nüvə reaksiyası. Atom bombası.
89.
Məsələ həlli.
90.
Radioaktiv şüalanmanın təsiri. Şüalanmanın
udulma dozası.
91.
Nüvə reaktoru.
92.
Məsələ həlli.
93. Alternativ enerji mənbələri (təqdimat dərs).
94. İstilik nüvə reaksiyaları.
95. Məsələ həlli.
96. Nüvə silahı beynəlxalq sülhün qarantıdırmı
?
(
debat dərs
)
4. ATOM VƏ ATOM
NÜVƏSİ
3. İŞIQ HADİSƏLƏRİ
66. Məsələ həlli.
67. Göz və görmə.
68. Görmə qüsurları. Eynək
69.
Fotoaparat.
70. Məsələ həlli.
11
FİZİKA FƏNN KURİKULUMU HAQQINDA
Fizika fənni üzrə təhsil proqramı (kurikulumu) dərslik və dərs
vəsaitlərinin, metodik
göstəriş, tədris materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və
müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanan
qaydaların əsasını təşkil edən, milli və ümumbəşəri dəyərləri nəzərə almaqla tərtib olunmuş
sənəddir. Orada nəticəyönümlülük, şəxsiyyətyönümlülük və inkişafetdiricilik əsas keyfiy-
yət kimi nəzərə alınmışdır.
Fizika fənni üzrə təhsil proqramı (kurikulumu) cəmiyyətin inkişafının əsas
hərəkətverici
qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaşdırılmasına, onların
qarşılaşdıqları problemlərin həlli və müstəqil qərar qəbul etməsi üçün zəruri bilik və bacarıq-
lara malik olmasına, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlaşdırmaqla
şagirdlərin təfəkkürünün inkişafında və həyati bacarıqlarının formalaşdırılmasında
əhəmiyyətli rol oynayır.
Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat
obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanunauyğunluq-
lara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünya-
görüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları mənim-
səmələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi
formalaşmalarına təkan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl
olaraq
izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında
təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bildiyindən
məzmun standartı kimi qəbul edilərək fizika fənni üzrə təhsil proqramında (kurikulumunda)
aparıcı yer tutur və bütövlükdə təhsil proqramı üçün xarakterik cəhətlərdən biri olan nə-
ticəyönümlülüyü təmin edir.
Fizika fənni üzrə təhsil proqramında (kurikulumunda) məzmun standartlarının digər
fənlərə aid olan standartlarla əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş və cədvəl şəklində
ümumiləşdirilmişdir. Bu, təhsil proqramına (kurikuluma) inteqrariv xarakter gətirməklə
onun fənlər üçün vahid olan bir məqsədə – bütöv şəxsiyyətin formalaşdırılmasına
yönəlmiş
sənəd kimi dəyərini gücləndirmişdir.
Fizika fənni üzrə təhsil proqramı (kurikulumu) həm də müəllim və şagird, eləcə də qiy-
mətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O,
bütövlükdə
fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması
ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəlliflərinin, məktəb rəhbərlərinin,
müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun açıq
bir sistem yaradır. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir.