Ôèðèäóí áÿé Êþ÷ÿðëè
2
KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1
UOT 016:821.512.162+821.512.162
Tərtibçilər:
Nazilə Tahirova
Lelya
Qafarova
İxtisas redaktoru və
buraxılışa məsul:
Şəhla Qəmbərova
Ön sözün müəllifi:
Zaman Əsgərli,
filologiya üzrə elmlər doktoru,
professor
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Firidun bəy Köçərli: biblioqrafiya /tərt. N.Tahirova,
L.Qafarova; ixt. red. və burax. məsul Ş.Qəmbərova; red.
G.Səfərəliyeva; Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2014- 176 s.
Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpər-
vər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy
Əhmədağa oğlu Köçərlinin həyat və fəaliyətinin bütün dövrlərini əhatə
edən biblioqrafiya iki hissədən ibarətdir. I hissədə F.Köçərlinin əsərləri;
II hissə isə onun haqqında olan materiallar toplanmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-
lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 460 47 6
© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2014
Áèáëèîãðàôèéà
3
Firidun bəy Köçərlinin 150 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi,
tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və
tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin anadan olması-
nın 150 illiyi tamam olur.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf
yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və
çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə
mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli
əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi
apardığı işlər böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin
inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy Köçərli-
nin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Res-
publikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçı-
lar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin
150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-
camdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2013-cü il
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
4
Müqəddimə
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən
biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də təs-
diqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiy-
yatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy
Köçərlinin böyük xidmətləri olmuşdur.
“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz
xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi
tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan ədəbiyyatının bö-
yük ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu ifti-
xarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat ta-
riximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi
ruhlarını canlandırdı.
Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik
və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı,
habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri
ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur.
Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və
tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və bi-
məzmun olacaqdır... Xalqın sərvət və dövləti, şan və şövkəti
artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və
bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düz-
məyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.”
Bu böyük şəxsiyyət M.F.Axundzadə və M.Şahtaxtinskidən
sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı
aparılması yolunda çalışan xadimlərdəndir.
Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər
tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nü-
munələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının
növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim
qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz
məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl
Áèáëèîãðàôèéà
5
mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı
müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və ya-
nıltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri unudulmaq-
dadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq
folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə
çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o,
bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanaca-
ğını, vətənini və dilini sevir – bu qism əsərləri kəmali şövq və
diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-
tərbiyəsini onları öyrətməklə başlayır.”
F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda
poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə
uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək,
onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün
uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə
tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə
məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi
xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı
olan “Balalara hədiyyə” adı vermişdir.
1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası min-
lərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haq-
qında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağla-
rın ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabda-
kı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü
və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir,
bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir
duyğu oyandırır”.
Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o
qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil.
Millətimizin istedad və məharəti – fitrilərinə və əhvali-ruhiyyə-
sinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin
“Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, ca-
maatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə
toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”.