18
təmsil etməklə, bir-biri ilə mübarizə aparırlar (Məsələn, Ülgen və
Erlik, Ahura Məzda və Əhrimən kimi).
Mədəni qəhrəmana xas olan keyfiyyətlər müxtəlif tanrı
obrazları üzərində də cəmləşir. Belə tanrılar inisasiya
mərasimlərinə, müxtəlif ruhlara hamilik edirlər. Qüdrətli və
fövqəltəbii qüvvələr hesab edilən tanrıların yaradıcı funksiyaları
müxtəlif təbiət qüvvələrinin, ümumiyyətlə, kosmosun idarə
edilməsi funksiyaları ilə birləşir. Tanrı obrazının formalaşmasın-
da ruhlar haqqındakı təsəvvürlər də mühüm rol oynamışdır.
İnkişaf etmiş mifologiyalarda tanrıların və ruhların obrazları
yanaşı yaşayır, ancaq ruhlar mifoloji sistemin nisbətən aşağı
dərəcələrinə aid edilirlər. Bu mifoloji varlıqlar daima insanla
qarşılıqlı əlaqədədir. Ruhlar müxtəlifdir: onlar insanların hamisi,
qəbilə ruhları, əcdadların ruhları, xəstəliklərin ruhları, şamana
kömək edən ruhlar, ayrı-ayrı obyektlərin, sahələrin (meşənin,
dağın, çayın və s.) ruhları şəklində təsəvvür edilirdilər.
26
Qədim türk əfsanələrində mədəni qəhrəman funksiyası
daşıyan obrazlardan biri qurddur. Xüsusilə də Boz qurdla bağlı
qədim türk dastanlarında qurdun bu xüsusiyyəti özünü daha
qabarıq şəkildə göstərir.
27
Ümumiyyətlə, R. Əliyevin qeyd etdiyi
kimi, türk mifologiyasında aparıcı xətt boz qurdla əlaqədardır.
Əski türklər boz qurdu özlərinin xilaskarı, yol göstərəni, öz
soyköklərin əsasında dayanan müqəddəs varlıq kimi təsəvvür
edirdilər. Boz qurdla bağlı əfsanələrdə bu fikir hakimdir ki, bütün
türk soyunun, nəslinin himayəçisi boz qurddur. O, türk ulusuna
yol göstərmiş, onları azadlığa çıxarmış, döyüşdə qalib
gəlmələrinə kömək etmişdir.
28
Qurd haqqında bu kimi bəzi
fikirlərə, əfsanələrə nəzər salmaqla onun həm əcdad, həm mədəni
qəhrəman kimi qədim türk mifologiyasında xüsusi bir yer
tutduğunun şahidi oluruq. Belə ki, bir sıra qədim türk tayfalarının
(Məsələn, teleslərin, göytürklərin)
29
törəyiş əfsanələrinin əsasını
qurddan törəmə təşkil edir. Mədəni qəhrəmanın bir xüsusiyyəti
də nəslin, tayfanın başlanğıcını qoymaqdır. Məhz bu
26
Новик Е.С. Обряд и фольклор в Сибирском шаманизме. М.: Наука,
1984, s. 54-57
27
Abbaslı İ. Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri. Bakı:
Nurlan, 2007, s. 23-24
28
Əliyev R. Mifoloji şüurun bədii spesifikası. Bakı: Qartal, 2001, 120 s. 17
29
Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004
19
xüsusiyyətinə, həmçinin xilaskarlıq funksiyasına görə qurd
mədəni qəhrəman hesab edilə bilər. Digər bir əlamət isə qurdun
mədəni qəhrəman, xilaskar kimi insanlara yol göstərməsidir.
Məsələn, “Oğuz Xaqan” dastanında Oğuzun məsləhətçisi, yol
göstərəni məhz qurd olmuşdur.
30
“Oğuz Xaqan” dastanda Oğuzun özü də mədəni qəhrəmandır.
Onun dastandakı fəaliyyəti, ona məxsus bəzi xüsusiyyətlər onun
da mədəni qəhrəman, demiurq cizgili olmasını göstərir.
Biz qeyd etdik ki, mədəni qəhrəmanlar bəzən də insanlara
təhlükə yaradan qorxunc varlıqlara, nəhənglərə qarşı vuruşub,
onları məhv edirlər. “Oğuz xaqan” dastanında da Oğuz meşədə
yaşayan, ilxıları, insanları yeyib, xalqı çox ağır vəziyyətə salan
yırtıcı bir heyvanı öldürüb, insanları bu bəladan xilas edir.
31
Dastanın sonrakı gedişində Oğuzun özünü xaqan elan edərək,
öz xaqanlığını və qoşununu yaradaraq, xalqını idarə etməsi, bir
sıra türk uruqlarına - qıpçaq, qarluq, kalaç və s. ad verməsi də
onun mədəni qəhrəman, demiurq funksiyasını əks etdirir.
Qədim türkərin dünyagörüşündə özünəməxsus bir yer tutan
şamanizmdə ilkin şamanlar çox vaxt mədəni qəhrəman kimi də
miflərdə xüsusi yer tutur. Məsələn, Orta Asiya əfsanələrinin
demək olar ki, hamısı Qorqudu şaman kimi təsvir edir. “Qorqud
Kitabı”nın artıq ilk misralarından Qorqud gələcəkdən xəbər
verən kimi təqdim edilir. Lakin bu yalnız müqəddimənin
girişində belədir. Burada yəqin ki, ondan baxşı-şaman kimi bəhs
edən əfsanələrin təsiri özünü göstərir. Sonrakı yerlərdə, elə
müqəddimənin özündə də Qorqud artıq müdrik bir ağsaqqal kimi
çıxış edir. Yəni artıq şamandan çox mədəni qəhrəman kimi
fəaliyyət göstərir. El-obanın rifahı yollarını axtarır, ad qoyur,
nəsə yaradır, bir çox mərasimləri icra edir.
Qədim eposlarda rast gəldiyimiz Xızır obrazı da miflərdə
mədəni qəhrəman kimi fəaliyyət göstərmişdir. A.Nəbiyevin
qeydə aldığı mif buna nümunə göstərilə bilər. Mifdə təsvir edilir
ki, Boz qurdun Xızır vasitəsilə göndərdiyi alma oğuz elinin
30
Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah, 1993
31
Yenə orada, s. 124
20
ömrünü uzatdı, qılınc onları ən ağır düşmənlərdən qorudu, qopuz
oğuza şadlıq gətirdi.
32
Ümumiyyətlə, mədəni qəhrəmanlar dünya xalqlarının
əksəriyyətinin mifoloji mətnlərinin əsas personajlarından biri
olmuşdur. Hər bir xalqın mifologiyasında ayrı-ayrı adlarla
mövcud olan bu personajların mədəni fəaliyyəti isə mahiyyətcə
demək olar ki, eynidir.
İkinci fəslin ikinci paraqrafı isə “Əcdadlar kultu obrazları
və onların mədəni funksiyaları” adlanır. Bütün ibtidai dinlərdə
və arxaik mifologiyada qəbilənin ulu anası və qoruyucusu kimi
təsəvvür edilən Ana ilahəsi vardır. Türk mifologiyasında bu
obraza
mənsub
xüsusiyyətlər
Umay
ilahəsi
üzərində
toplanmışdır. Matriarxat dövrünün ən mühüm dini simvolunun
Ay olması elmdə məlumdur. Bundan çıxış edən K. Hüseynoğlu
Umay adının “uma” (ana) və “ay” sözlərindən yarandığını və
“Ana ay” mənasını verdiyini yazmışdır.
33
Məlumdur ki, “Oğuz
Kağan” dastanında Oğuzun anası da “Ay xaqan” adlanır.
Avropada, Asiyada və Afrikada tapılmış və daş dövrünə aid olan
qadın heykəllərini də tədqiqatçılar məhz matriarxat dövrünə aid
edirlər. “Belə heykəllərin çoxunun ocağın yanında olması və
əllərində heyvan buynuzu və s. məhsuldarlıq rəmzləri tutması da,
N.N. Yefimenkonun yazdığı kimi, “onların qəbilənin başçısı və
qəbilə ayinlərinin icraçısı olmasını göstərir”.
34
S.A.Tokarevə
görə isə belə qadın heykəlləri ilə ibtidai insanlar ocağın
sahibəsini və odun qoruyucusunu təsvir etmək istəmişlər. Türk
mifologiyasında Umay ilahəsinin də ailənin və uşaqların
qoruyucusu, məhsuldarlıq və bərəkət simvolu kimi təsvir
edilməsi məlumdur.
35
Oğuz xaqanın anasının Ay xaqan olması
göstərir ki, daha əski zamanlarda türk mifologiyasında da
qəbilənin ilkin əcdadı qadın sayılıb.
Matriarxat dövrünə xas olan bu xüsusiyyətlər XIX-XX
əsrlərdə də Afrikada və Amerikada arxaik mədəniyyət
səviyyəsində yaşayan bir sıra tayfalarda saxlanılmışdır. Həmin
32
Sehrli sünbüllər, (miflər) / Toplayanı: A. Nəbiyev. Bakı: Gənclik, 1990, s.
131-133
33
Hüseynoğlu K. Novruz yenilik və bərəkət bayramıdır. “Azərbaycan” qəzeti,
Bakı, 21 mart, 2007, s. 7
34
Баландин Р.К. Сто великих богов. М.: Вече, 2002, s. 16
35
Токарев С.А. Ранние формы религии. М.: Политиздат, 1990, s. 29-30
Dostları ilə paylaş: |