Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

15

adlanır.  Burada  mif  tipləri  haqqında  qısa  məlumatlar  verilmiş, 



onların  ibtidai  cəmiyyətdəki  funksiyaları  və  bu  funksiyaları 

reallaşdıran personajlar barəsində tədqiqat aparılmışdır. 

 

Mədəni  qəhrəmanlar  haqqındakı  miflərin  analizi  göstərir  ki, 



onların  hamısı  üçün  qəhrəmanın  möcüzəli  doğuluşu,  əfsanəvi 

mənşəyi  xarakterikdir.  Belə  ki,  bəzi  miflərdə  qəhrəmanlar  Göy 

tanrısının  oğulları  kimi  özünü  göstərir.  Məsələn,  yakut 

türklərinin  yaranışı  ilə  əlaqədar  olan  “Ər  Soqotok”  dastanına 

nəzər  salaq.  Göy  tanrısı  Ər  Toyonun  oğlu  olan  Ər  Soqotok 

əvvəlcə  öz  mənşəyindən  xəbərsiz  olur.  Sonra  məlum  olur  ki,  o, 

göydən yerə endirilmişdir ki, insanları yaratsın.

15

 Buna başqa bir 



nümunə kimi Oğuz Xaqanı da göstərə bilərik. O da dastanda Ay 

xaqanın oğlu kimi göydən yerə endirilir.

16

 

Mədəni  qəhrəmanlar  haqqındakı  miflərdə  bütün  xalqların 



mifologiyasının  ən  qədim  motivlərindən  biri  olan  “günahsız 

mayalanma”  haqqındakı  miflər  geniş  yayılmışdır.  Burada  ilkin 

insanın  -  əcdad-qəhrəmanın  buluddan,  yaxud  onu  işıqlandıran 

gün  şüasından  doğulması  göstərilir.  Məsələn,  bir  Altay 

əfsanəsində dolu dənəsindən törəmədən söhbət gedir. Uyğurların 

mənşə  əfsanəsində  uyğurların  atası  göydən  enən  nurla  ağacdan 

doğulmuşdur.  “Oğuz  xaqan”  dastanında  Oğuzun  arvadı  da 

göydən  nur  içində  yerə  enmişdir.  Eyni  zamanda  mədəni 

qəhrəman  olan  boz  qurd  da  Oğuza  yol  göstərmək  üçün  işıq 

içərisində  yerə  göndərilir.

17 

İşıq  ümumiyyətlə  qədim  türklərdə 



müqəddəs hesab edilmişdir. Bu haqda C. Heyət yazır ki, əski türk 

dastanlarında işığın hər yerdə çox mühüm və müqəddəs bir ünsür 

olduğunu görürük. 

 “Yaradılış dastanı”nda tanrıya yaratma ilhamı verən Aq ana 

işıqdan  doğan  bir  qadın  xəyalıdır.  Tanrı  Qayıra  xanın  özü  üçün 

yaratdığı 17-ci göy qatı da bütün bir işıq aləmindən ibarətdir.

 

Uyğurların  xaqanı  Buğa  xan  və  dörd  qardaşı  da  bir  ağac  və 



ya torpağa düşən səmavi bir işıqdan yaradılmışdır və s.

18

 



                                                

15

 Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, s. 113



 

16

 Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah, 1993, s. 



124  

17

 Yenə orada, s. 125-126 



 

18

 



Heyət C. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Azərnəşr, 1990, s. 43

 



 

16

Bizim  fikrimizcə,  işığın qədim türklərdə bu qədər  müqəddəs 



hesab  edilməsinin  nəticəsidir  ki,  xalqın  qayğısını  çəkən,  onların 

yaşayışını  asanlaşdıran,  bir  sıra  mədəni  fəaliyyətlər  həyata 

keçirən  mədəni  qəhrəmanların  əksəriyyəti  göydən  düşən  işıq 

şüası ilə doğulmuş, yaxud göydən yerə enmişlər. 

Mədəni qəhrəmanlar haqqındakı miflərin analizi onlardan bir 

çoxunun  totemik  qatını  izləməyə  imkan  verir.  Ümumiyyətlə, 

mədəni  qəhrəmanın  totem  və  ya  sitayiş  edilən  heyvanlarla 

əlaqəsi  bir  çox  mətnlərdə  özünü  göstərir.  Bir  sözlə,  mədəni 

qəhrəmanların  əsas  personaj  kimi  iştirak  etdiyi  miflər  süjet 

cəhətdən olduqca müxtəlifdir.  

Mifologiyada  maddi  mədəniyyət  əşya  və  nemətlərinin 

mənşəyi  –  odun  əldə  edilməsi,  sənətkarlığın  və  əkinçiliyin  icad 

edilməsi  (Prometey  haqqında  qədim  yunan  əfsanələri  kimi), 

incəsənət  alətlərinin  düzəldilməsi  (qopuzun  Dədə  Qorqud 

tərəfindən  düzəldilməsi  kimi),  həmçinin  insanlar  arasında 

müəyyən  adət-ənənələrin,  mərasimlərin,  qanunların  mənşəyi 

barədəki  miflər çox  mühüm  yer tutur.

19

 Belə  yeniliklərin tətbiqi 



adətən müxtəlif mədəni qəhrəmanlara mənsub edilir. Elə mifoloji 

surətlər  mədəni  qəhrəman  hesab  edilir  ki,  onlar  insanlar  üçün 

müxtəlif mədəni nemətlər (od, əmək alətləri, becərilən bitkilər və 

s.)  əldə  edir  və  ya  ilk  dəfə  icad  edirlər.  Mədəni  qəhrəmanlar 

həmçinin  insanlara  ovçuluq  üsullarını,  sənətkarlığı,  incəsənəti, 

nigah qaydalarını, mərasimləri, müəyyən sosial-təşkilati işləri və 

s.  öyrədirlər.

20

  Məsələn,  yakut  miflərinin  qəhrəmanı  olan  Ər 



Elley (Ər-Soqotok) mədəni qəhrəman kimi çıxış edərək, insanlar 

üçün  ilk  olaraq  məişət  əşyalarını  və  bir  çox  mərasimləri 

yaradır.

21 


İbtidai  cəmiyyətdə  təbiət  hadisələri  ilə  insanın  yaratdığı 

mədəniyyət  hadisələri  barədəki  təsəvvürlərin  bir-birindən 

fərqləndirilə 

bilinməməsi 

üzündən 

(məsələn, 

sürtünmə 

nəticəsində  odun  əldə  edilməsi  ildırımın,  günəş  şüasının  və  s. 

mənşəyinə  bərabər  tutulurdu)  belə  hesab  edilirdi  ki,  mədəni 

qəhrəman  dünyanın  qurulmasında  –  göy  cisimlərinin  yerbəyer 

                                                

19

Кун    Н.А.  Легенды  и  мифы  древней  Греции.  СПб.:  Кристалл,  2001,  s. 



65-84

   


20

Токарев С.А. Ранние формы религии. М.: Политиздат, s. 76

 

21

Мелетинский  Е.М.  Первобытное  наследие  в  архаических  эпосах.  М., 



Наука, 1964, s. 5

 



 

17

edilməsində, gecə  ilə gündüzün  əvəzlənməsində,  ilin  fəsillərinin 



dəyişməsində  və s.  məsələlərdə də  iştirak edir.

22

 Məsələn, Altay 



və Cənubi Sibir türklərinin mifologiyasında Ülgen yeri və göyü, 

bütün  yer  təbiətini,  hətta  Erliklə  birlikdə  insanı  yaratmışdır.

23 

Bəzi miflərdə isə Ülgen nəinki yerin və göyün, hətta Günəşin və 



Ayın,  göy  gurultusunun,  göy  qurşağının,  həmçinin  odun 

yaradıcısı kimi təsvir edilir.

24

 

Daha 



qədim 

dövrlərin 

əkinçilik 



və 

maldarlığın 

yaranmasından  öncəki  mənimsəmə  təsərrüfatının  (ov  ovlamaq, 

yabanı bitki və meyvələrin toplanması və s.) xüsusiyyətlərini əks 

etdirən  miflərdə  mədəni  qəhrəman  təbiətin  verdiyi  hazır 

məhsulları  ya  sadəcə  tapır,  ya  da  onları  ilkin  qoruyucusundan 

oğurlayır və ya hər hansı bir başqa yolla əldə edir. Qeyd etdik ki, 

əldəetmə  bəzən  ilk  sahibindən  oğurlamaq  formasını  alır.  Belə 

oğurluq  öz  növbəsində  gücə,  ağıla,  fiziki  bacarığa  və  yaxud 

hiyləgərliyə  sahib  olmağı  tələb  edir.  Bununla  paralel  və  ya 

zaman  baxımından  daha  sonralar  (təxminən  e.ə.  VIII-VI 

minilliklərdən 

başlayaraq) 

ayrı-ayrı 

əşyaların 

mədəni 


qəhrəmanlar,  demiurqlar  tərəfindən  müxtəlif  əmək  alətlərindən 

istifadə etməklə düzəldilməsi barədə miflər yaranır. 

Müəyyən dövrlərdə mədəni qəhrəmanlar əjdahalarla, təbiətin 

qara  qüvvələri  ilə,  dünyanı  yenidən  xaosa  sürükləməyə  çalışan 

iblislərlə  mübarizə  aparırlar.  Bu  məqamda  mədəni  qəhrəman 

bahadırlar,  igid  oğullar  (Herakl,  Persey,  Oğuz,  Basat  və  b.) 

rolunda  çıxış  edirlər.  Öz  təkamülünün  gedişində  mədəni 

qəhrəman  ilk  əcdad  kimi  yaradana  da  (Tanrıya),  Koroğlu 

obrazında olduğu kimi, epik qəhrəmana da çevrilə bilər. Mədəni 

qəhrəman  bəzən,  xüsusilə  də  arxaik  mifologiyalarda  (Məsələn, 

Okeaniyanın  və  Amerikanın  aborigenlərində)  əkiz  qardaşlardan 

biri  kimi  də  çıxış  edə  bilir.

25

  Əkiz  miflərin  surətləri  olan  əkiz 



qardaşlar  ya  bir-birinə  kömək  edirlər  (xüsusilə  də  qorxulu 

varlıqlarla  mübarizədə), ya da biri xeyir, digəri isə şər qüvvələri 

                                                

22

Мифы  народов  мира.  Энциклопедия  (В  2  томах)  /  Гл.  ред.  С.А. 



Токарев. М.: Советская энциклопедия, 1982, Т. 2, К – Я, s. 25

 

23



Сагалаев А.М. Алтай вы зеркале мифа. Новосибирск: Наука, 1992, s. 23

 

24



 Потапов Л.П. Алтайский шаманизм. Л.: Наука, 1991, s. 245

 

25



Мелетинский Е.М. Поэтика мифа. М., Наука, 1976, s. 183

 



Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə