Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə148/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   144   145   146   147   148   149   150   151   ...   156

İslam hüququnda qadının şahidliyi
  
363 
qadının şahidlikdəki vəziyyəti, din nöqsanlığından isə müəyyən günlər ərzində namaz 
qılmamalarının və oruc tutmamalarının qəsd olunduğu görülür. Yoxsa, ağıl nöqsanlığı 
qadının idrak, düşüncə  və fikir baxımından zəif olmasını, din nöqsanlığı da təqva, 
fəzilət və  əxlaq baxımından  əskik olmasını ifadə etməz. Bununla bərabər  İslam 
hüququnda qadınların təsərrüf
55
 və mülkiyyət hüquqlarına sahib olduğu da bilinən bir 
həqiqətdir.  Əgər ağıllarında bir əskiklik olsaydı, bu məsələlərdə  ərlərinin və ya 
qəyyumlarının icazəsi tələb olunardı.
56
 
Bu hədisi fərqli bir şəkildə izah edən və qadının ağılında bir zəifliyin olduğunu 
qəbul etməyən bəzi alimlər də  hədisdəki ağıl nöqsanlığının ayədə
57
 keçən “vədəli 
borclanmalara” məxsus olduğunu, başqa məsələlərə aid edilməyəcəyini bildirirlər. 
Vədəli borclanmalarda iki qadın şahidin tələb olunmasının səbəbi qadınların ictimai 
həyatla bağlı təcrübələrinin az olması ilə əlaqəlidir.
58
  
Bu hədisin siyaq və sibaqı
59
, vürud səbəbi
60
  və digər rəvayətləri ilə birlikdə 
araşdırılmasının gərəkli olduğunu ifadə edən başqa bir görüş  də irəli sürülmüşdür. 
Belə ki, Allah Rəsulunun (s) bir bayram namazında yanına Həzrət Bilalı alaraq 
qadınların namaz qıldığı yerə getdiyi və mallarından Allah (c.c.) yolunda sədəqə 
vermələrini istədiyi görülür. Bunun üçün də Həzrət Peyğəmbər (s) digər hədislərində 
olduğu kimi bu məsələni də  təsirli cümlələrlə izah etmişdir. Bundan ötrü, hədisin 
söylənildiyi yer və məqsədi diqqətə alınmayıb, həqiqi mənası görməzlikdən gəlinərsə, 
Allahın (c.c.) həm iman baxımından qadını naqis yaratdığı, həm də bu naqis 
yaradılışına görə onların çoxunu Cəhənnəmə atdığı  nəticəsi ortaya çıxar ki, bu da 
Allahın (c.c.) ədalət sifətinə ziddir. Ədalətli olan Allah (c.c.) haqqında belə 
düşünməmiz isə doğru deyil. Belə olduqda, hədisdəki “dini nöqsan” sözünü “dini 
vəcibələrin bir qismini müəyyən günlər ərzində yerinə yetirməmə rüxsəti”,
61
 “ağılı 
nöqsan” sözünü də “ağılla əlaqəli olan şahidlik mükəlləfiyyəti ilə məsul tutulmama 
rüxsəti” şəklində başa düşmək mümkündür.
62
  
Son əsrin alimlərindən olan Musa Carullah da bu mövzuda bunları qeyd edir: 
“Məncə qadın  şahidlik məsələsində kişi kimi səlahiyyətlidir. Ancaq qadınlar 
təklifdən, yəni məhkəmələrə çağırılmaq, hakim hüzuruna çıxarılmaq kimi 
                                                 
55
 Hüquqi nəticəsi olan fel və ya söz (Mehmet Erdoğan, e.a.ə., s. 547). 
56
 Nejla Akkaya, “İslam Hukuku’nda Kadının Siyasi Hakları”, İslami Araştırmalar, X/4, 1997, s. 237, 
(əs-Saidi, ən-Nazariyyətül-İslamiyyə fid-Dəvlə, s. 239-243-dən nəql edilmişdir). 
57
 əl-Bəqərə, 2/282. 
58
 Fatma Köksal, e.a.ə., s. 123, (Məhəmməd Əli Ğıra, İdadül-Mərə, s17-dən nəql edilmişdir).  
59
 Sözün gəlişi, sözün axışı. 
60
 Hədislərin söylənmə səbəbi. 
61
 Allahın (c.c.) mükəlləflərin vəziyyətlərini və ehtiyaclarını  nəzərə alaraq qoyduğu müvəqqəti 
hökmlərdir. (Zekiyyüdin Şaban,  İslam Hukuk İlminin Esasları, tərc.  İbrahim Kafi Dönmez, Türkiye 
Diyanet Vakfı Yayınları, Ankara 2003, s. 255). 
62
 Fatma Köksal, e.a.ə., s. 125. 


Əmir Kahayev
  
364 
mükəlləfiyyətlərdən uzaqdır.  Əhliyyəti/səlahiyyəti tamdır, ancaq mükəlləflik 
məcburiyyəti yoxdur.”
63
  
Musa Carullah, qadınların şahidliyinə etibar edilməməsinin, onların ağıllarının 
və ya elmlərinin əskikliyi ilə bir əlaqəsi olsaydı, o zaman hədis rəvayətləri də qəbul 
edilməzdi deyir. Çünki, şahidlik bir-iki nəfərin cüzi məsələləri ilə, hədis rəvayəti isə 
bütün ümmətin ən mühüm işləri və şəriətin əsasları ilə əlaqəlidir. Halbuki qadınların 
rəvayətləri kişilərin rəvayətləri kimi məqbul, hətta daha mötəbər sayılmışdır. 
Möminlərin anası Aişənin (r.a.) rəvayətləri digər səhabələrin rəvayətlərindən daha çox 
mötəbərdir. Səhabəyə nisbət edilən rəvayətlər arasında uydurma və yalan hədislər 
olduğu halda, səhabə qadınların rəvayətlərinin arasında uydurma hədislərin olmaması 
çox heyrətamizdir. Bundan ötrü qadınların ismətləri hədis kitablarına gözəl və 
bərəkətli bir zinət olmuşdur.
64
 Qeyd etmək lazımdır ki, Aişə (r.a.) ən çox hədis rəvayət 
edən yeddi səhabədən dördüncüsüdür. Rəvayət etdiyi hədis sayı 2210-dur.  
Yuxarıda keçən hədisin ağıla-məntiqə uyğun olmaması, Quranın açıq hökmlərinə 
və tarixi həqiqətlərə tərs düşməsi səbəbilə, mövzu/uydurma olduğunu dilə gətirənlər 
də olmuşdur. Onlara görə Allah Rəsulunun (s) belə bir söz deməsi mümkün deyildir.
65
  
Bu hədisi şərif səhih qaynaqlarda keçir və hədis alimləri tərəfindən də səhih qəbul 
edilir. Bunun üçün bu qeyd olunan səbəbləri həmişə əsas tutaraq hədisləri inkar etmek
mövzu saymaq əlbəttə doğru deyil.  
Məzhəb alimləri bu dəlillərlə yanaşı bəzi şübhələri də qadının şahidliyinin qəbul 
edilməməsində illət/səbəb olaraq göstərirlər. Bu şübhələri belə  sıralamaq 
mümkündür:  
1) Fitrətində çox səhv etmə kimi bir zəifliyin olması,
66
  
2) Bioloji xüsusiyyətlərinin zehni fəaliyyətlərinə təsir etməsi, 
3) Şəfqətinin hafizəyə təsiri, 
4) Şəfqətinin yalana sövq etməsi, 
5)  Şahidlik edəcəyi məsələlərdə  təfsilata girərək mövzunu əsas məqsədindən 
uzaqlaşdırma ehtimalının olması, 
6) Nifrətinin şiddətli və təhlükəli olması, 
7) İradəsinin zəif olması, 
8) Həyat təcrübəsinin az olması,  
9) Psixoloji xüsusiyyətlərinin fərqli olması.
67
  
Fiqh üsulu kitablarında illətin  şərtlərındən biri də münzəbit vəsf olmasıdır. 
Münzəbit, şəxsdən şəxsə, vəziyyətdən vəziyyətə, mühitdən mühitə dəyişməyib sabit 
olan bir vəsf deməkdir. Bu şərtlə bərabər yuxarıda sayılan şübhələri yan-yana qoysaq, 
onların illət olmayacağı bariz bir şəkildə ortaya çıxacaqdır. Çünki, bu şübhələr 
                                                 
63
 Musa Carullah, e.a.ə., s. 115.  
64
 Musa Carullah, e.a.ə., s. 114. 
65
 Salih Akdemir, “Tarih boyunca ve Kur’an-ı Kerim’de Kadın”, İslami Araştırmalar, X/4, 1997, s. 254; 
Nejla Akkaya, e.a.m., s. 237; Fatma Köksal, e.a.ə., s. 123.  
66
 Kəsani, e.a.ə., IX, s. 54. 
67
 Fatma Köksal, e.a.ə., s. 113-121.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə