Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə149/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   145   146   147   148   149   150   151   152   ...   156

İslam hüququnda qadının şahidliyi
  
365 
insandan insana, vəziyyətdən vəziyyətə, mühitdən-mühitə  dəyişir. Yoxsa, buradakı 
illət şahidin qadın olmasınamı bağlanılmalıdır?!  
Məsələn, evinə oğru girmiş və bu oğurluğa da iki qadın şahidi olan bir kəsə bu 
şübhələri səbəb göstərərək bu məsələdə qadınlar şahidlik edə bilməzmi deyilməlidir?!  
Məzhəb alimlərinin qadınların şahidliyinə məhdudiyyət gətirmədə ən əsas dəlili 
Bəqərə surəsinin 282-ci ayəsidir. Ayənin tərcüməsi belədir: 
“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu 
yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi 
kimi yazmaqdan boyun qaçımasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək 
yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin. Əgər borclu 
səfeh və ya zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman onun vəkili ədalətlə 
deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, 
razı olduğunuz bir kişi ilə iki qadının  şəhadəti kifayətdir.  Əgər (qadınlardan) biri 
(şəhadəti) unudarsa, o birisi onun yadına salsın.  Şahidlər dəvət olunduqları zaman 
boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər 
yazmağa ərinməyin!”
68
  
Gördüyünüz kimi bu ayə  vədəli borcların yazılmasıyla  əlaqəlidir. Vədəli 
borcların yazılması da cumhura görə məndubdur.
69
 Yəni buradakı “yazın” əmri nədb 
ifadə edən bir tövsiyə və irşaddır.  
İbn Teymiyyə (v. 728/1327) bu ayədə keçən məsələlərin və bundan sonrakı ayədə 
olan rehin/girov ilə əlaqəli hökmün irşad, tövsiyə xarakterli olduğunu qeyd edir. Ona 
görə bu hökmlər haqların qorunması üçün tövsiyə edilmişdir. Haqların qorunmasını 
təmin edən şeylər başqa, hakimin ona istinadən hökm verdiyi xüsuslar isə başqadır. 
Hökmün sabit olma yolları/isbat vasitələri iki kişi və ya bir kişi və iki qadın şahiddən 
daha çoxdur. Quranda keçməməsinə rəğmən hakim nükul ilə də hökm verir.
70
  
Ayədə keçən qadınların şahidliyi ilə əlaqəli cümlənin tövsiyə içərisində başqa bir 
tövsiyə olması daha çox məqsədə uyğundur. Buradakı tövsiyə xarakterli əmrlərin 
icərisindən birini seçib bu qətiyyət/vücub ifadə edir deməmiz doğru olmaz.  
İbn Qəyyim də İbn Teymiyyədən bunları nəql edir: “Bir qadın şahid və iddiaçının 
andı ilə hökm verilə bilər. Çünki, təhəmmül anında birinin unutmaması üçün iki qadın 
bir kişiyə bərabər sayılmışdır. Əda anında isə belə bir şey yoxdur. Quran və sünnədə 
iki qadının şahidliyi ilə hökm verilməz deyə bir qeyd də yoxdur. Təhəmmül anında 
iki qadının şahid tutulması əmri ondan azı ilə hökm verilməz mənasına gəlməz. Allah 
(c.c.) borclarda iki kişinin, iki kişi olmazsa, bir kişi və iki qadının şahid tutulmasını 
əmr edir. Buna baxmayaraq bir şahid və iddiaçının andı, nükul, rədd kimi digər isbat 
vasitələri ilə də hökm verilir.”
71
 
                                                 
68
 əl-Bəqərə, 2/282  
69
 Allahın (c.c.) edilməsini bağlayıcı bir tərzdə tələb etmədiyi və ya tərk edilməsini pisləmədiyi fellər 
(Zekiyyüddin Şaban, e.a.ə., s. 244).  
70
 Mahmud Məhəmməd  Şəltut, Məhəmməd  Əli Sayis, Muqaranətul-Məzahib fil-Fiqh,  Mətbəətu 
Məhəmməd Əli Sabih və övladihi bil-Əzhər, 1953, s.130.  
71
 İbn Qəyyim, e.a.ə., I, s. 83. 


Əmir Kahayev
  
366 
Hayreddin Karaman da vədəli borclanma ilə əlaqəli olan ayə haqqında bunları 
qeyd edir: “Ayədə qadın şahidin iki olmasının səbəbi bariz bir şəkildə ifadə edildiyinə 
görə, buradan “qadının dəyər və insanlıq baxımından kişidən aşağı olması” kimi bir 
nəticəni çıxarmaq mümkün deyil. Buradakı  səbəb dəyər və ya üstünlüklə bağlı 
olmayıb, tamamilə “unutma, səhv etmə, yanılma” ilə əlaqəlidir. Məqsədi də haqqın, 
ədalətin bərqərar olmasıdır. Əbu Davud və İbn Macənin rəvayət etdiyi “Bədəvinin 
mədəni/şəhərli haqqında  şahidlik etməsi caiz deyil”
72
  hədisi də bu şəkildə başa 
düşülməlidir. Burada şahidliyi qəbul edilməyən qadın deyil, kişidir. Bunun səbəbi isə 
bədəvinin bilgi baxımından  ədalətin bərqərar olmasına, haqqın ortaya çıxmasına 
vəsilə olmasının məhdud olmasıdır. Belə olunca burada araşdırılması  gərəkli olan 
məsələ, qadının bəzi mövzularda şahidliyinin tək başına yetərli olmamasının 
səbəbidir. Bu səbəb əbədiyyən onunla bərabər olacaq bəzi xüsusiyyət və vəsflərinəmi, 
yoxsa bəzi zaman və  şərtlər daxilində olan, bəzilərində isə olmayan vəsflərinəmi 
bağlıdır? Əgər hökmə təməl təşkil edən səbəb sabit, dəyişməyən bir vəsf isə hökmün 
davam etməsi təbiidir. Yox, əgər zamandan zamana, məkandan məkana dəyişirsə
hökm də dəyişməlidir. Məsələn, hədisdə keçən bədəvinin şəhərə yerləşdiyini, təhsil 
səviyyəsinin yüksəldiyini, yaxud şəhərə yərləşmədiyi halda mətbuat vasitələri ilə elm 
və irfanını artırdığını düşünək. Bu təqdirdə hökm dəyişəcək, onun şahidliyi məqbul 
və caiz sayılacaqdır. Qadının tək başına  şahidliyinin yetərli olmamasının səbəbi 
müvəqqəti, yoxsa əbədidirmi?”
73
 Müəllif bu suala cavab vermək üçün ciddi 
araşdırmalara ehtiyac olduğunu deyir. 
Ayənin nazil olduğu dövrdə ümumiyyətlə ərəb cəmiyyəti ümmi (oxuma-yazma 
bilməyən) idi. Kişilər ticarətlə məşğul olmasına rəğmən qadınların ticari həyatla heç 
bir  əlaqəsi yox idi. Buna görə  də ayə iki qadın  şahidin olmasını  əmr etmişdir. Bu 
vəziyyət dəyişərsə, yəni qadın oxuma-yazma bilərsə və ictimai həyatdakı rolu artarsa 
hər halda hökmün dəyişməsindən bəhs etməmiz yanlış olmaz. Çünki, hökmlər illətləri 
ilə bərabər mütaliə edilir. İllət ortadan qalxınca hökmün olmaması təbiidir. Amma bu 
illət hər hansı bir zamanda və ya hər hansı bir yerdə olarsa, onunla bərabər hökm də 
olmalıdır. Ümumi bir qayda olaraq həmişə xatırlamalıyıq ki, müəyyən müddət ərzində 
bir hökmün illəti dünyanın bir bölgəsində qismən və ya tamamən ortadan qalxa bilər, 
ancaq başqa bir yerdə qala bilər. Qadınların  şahidliyi ilə  əlaqəli hədisləri də bu 
çərçivədə ələ ala bilərik.  
 
 
NƏTİCƏ 
 
Mühakimə hüququndakı isbat vasitələri  ədalətin, haqqın bərqərar olması 
üçündür.  Şahidlikdən də  məqsəd budur. Şahidlərin cinsiyyətinə  gəlincə, bir çox 
                                                 
72
 Əbu Davud, Aqdiyyə, 17; İbn Macə, Əhkam, 30. 
73
 Hayreddin Karaman, “Kadının Şahitliği, Örtünmesi ve Kamu Görevi”, İslami Araştırmalar, X/4, 1997, 
s. 273–274.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə