Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə22/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   18   19   20   21   22   23   24   25   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

57 


 

olduqda palıd ağacının orta səs tezliyi 250-400, titrəkyarpaq qovağınki 

630-1200 qs təşkil edir. Tozağacı meşəliyində küləyin sürəti 2 m/s 

olduqda maksimum səsin spektri 166-250 qs, küləyin sürəti 4 m/s 

qalxdıqda bu rəqəm 1000-2500 qs təşkil edir. Bura həmçinin müxtəlif 

heyvanların səsi, o cümlədən quşların oxuması daxil olur. B.a. 

maqnitofon və akustik analizatorların köməyi ilə tədqiq edilir. 

BİOSENOZLARIN DİNAMİKASI – bax: sindinamika. 

BİOSENOZLARIN QURULMASI (YARADILMASI) – yüksək 

məhsuldar biosenozların yaradılması. Onların dominantları  və 

subdominantları  məhsuldarlığına, bəzən dekorativliyinə  və gigiyena 

nöqteyi nəzərincə daha effektli olmalıdır. Fitofaqlardan bura ən öncə 

qiymətli məhsul verənlər (məs. maral, meşə, ev heyvanları) daxil edilir. 

Bütün daxil edilən yeni növlər ekotopun şəraitinə  və formalaşacaq 

biosenotik mühitə qarşı yüksək tolerantlığa (adaptasiyaya) malik 

olmalıdır. 



BİOSENOZUN DOLULUĞU  – Senotopun dominant növlərdən 

istifadə etmə ölçüsü. Dolu ağaclıq, məsələn (meşə dominantının 

müəyyən yaş sinfində) o ağaclığa deyilir ki, o vahid sahədə ən yüksək 

oduncaq ehtiyata malik olsun. Bu rəqəm vahid (1) qəbul olunur. Ondan 

aşağı doluluqlu meşələr onda bir vahidlərlə (0,9, 08, 07, 06, 05, 04, 03) 

göstərilir. Meşənin doluluğu hər hansı bir sahədəki ağacların döş hün-

dürlüyündə  (1,3  m)  en  kəsik sahələri və oduncaq ehtiyatı ilə  təyin 

olunur. 


BİOSENOZUN HOMOTONLUĞU  – biosenoz daxilində 

qruplaşmaların oxşarlıq dərəcəsi. B.h. homotonluq indekslərinə görə 

təyin edilir. 

BİOSENOZUN 

İSTİFADƏSİNİN 

İSTEHSALAT 

EFFEKTİVLİYİ  –  İstismar olunan biosenozun istismarından alınan 

illik gəlir. Aşağıdakı düsturla hesablanır: Nr(%-lə) = 



c

c

B

.  100, B - 



əldə olunan məhsulun qiyməti, C - biosenozu (otlaq, biçənək, meşə) 

saxlamaq və onun məhsuldarlığını yüksəltməyə sərf olunan xərci nəzərə 

almaqla maya dəyəri. 

BİOSENOZUN KONEKSİ  – biosenozun strukturu və ya 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

58 


 

proyeksiyası. Termini Q.Tişler (1955) irəli sürmüşdür. 



BİOSENOZUN MƏHSULDARLIĞI  – Vahid zamanda (gün, ay, 

il) biosenozun hasil etdiyi biokütlə. Biosenozun bioloji məhsuldarlığının 

(avtotrofların ilk məhsulunu, heterotrofların ikinci məhsulunu və 

mikroorqanizmlərin biokütləsinin artımını), həcminin məhsulun dəyərli 

hissəsinin təyin olunması xüsusilə mühümdür. Məsələn, 20-30 yaşlı şam 

meşəsi bir ildə 37,8 t/ha quru maddə hasil edir. İkinci məhsul tamamilə 

ilk məhsuldan asılıdır. 

BİOSENOZUN MƏHSULU  – biosenozun ishal etdiyi biokütlənin 

miqdarı. Biosenozun aşağıdakı  məhsul növlərini ayırırlar: ilk ümumi 

məhsul (brutto-məhsul)-fotosintez və xemosintez yolu ilə produsentlərlə 

senoz sisteminə daxil edilən üzvi maddələrin miqdarı, təmiz ilk məhsul 

(netto məhsul)-tənəffüsə və fitotrofun istifadə etdiyi maddəni çıxdıqdan 

sonra qalan ilk məhsul; ümumi ikinci məhsul-fitotrof və zootrofların 

yeni konsumentlərin yaratdığı üzvi maddənin miqdarı; təmiz ikinci 

məhsul-tənəffüsə  və konsumentlərin sərf etdiyi maddələr çıxıldıqdan 

sonra ikinci məhsul; məhsulun ehtiyatı. Təsərrüfat nöqteyi nəzərincə 

aşağıdakı B.m. ayırırlar: qiymətli bitki maddə miqdarının ümumi 

məhsulu: yararlı məhsul, yəni ümumi məhsulun səmərəli istifadə olunan 

hissəsi (məs. istifadə  əmsalı  çıxılmağı  nəzərə alaraq yem məhsulu) və 

yararlı məhsulun ehtiyatı. 

BİOSENOZUN NİZAMLANMASI (TƏNZİMLƏNMƏSİ)  – 

biosenoz qruplarına məqsədyönlü təsirin istiqamətləri: 

1) Biosenozları  məhsuldar vəziyyətdə saxlamaq (qulluq, səmərəli 

istifadə); 2) məhsuldarlığını artırmaq və ya insanın məskən saldığı 

mühiti yaxşılaşdırmaq: a) Sindinamik dəyişilməyə  təsir etmək 

(demutasiya prosesini sürətləndirmək), b) tərkibini dəyişmək (yeni növ 

daxil etmək, məs. bitki səpini və ya əkini, qiymətli heyvanların 

gətirilməsi, az məhsuldar, zərərli və ziyanlı bitkilərin və heyvanların 

məhv edilməsi), biosenotik mühiti yaxşılaşdırmaq (gübrələmə, suvarma, 

yandırma, meşədə xidməti qırma aparmaq). 



BİOSENOZUN SƏRHƏDLƏRİ  – bir növün və ya bir növ 

qrupunun dominantlığı qurtaran, digər növlərin dominantlığı başlandığı 

xətt və ya zolaq. 

BİOSENOZUN TİPİ – bax: assosiasiya. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

59 


 

BİOSFER  (bio və yun. Spharia -kürə)  (Vernadskiy),  ekosfer (bir 

sıra qərb tədqiqatçıları),  biosfer (Dılis) – yer kürəsində canlı  həyatın 

yayıldığı sahə. B-ə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), 

litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) 

və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin 

ümumi qalınlığı 40 km-ə çata bilər. B. digər geosferlərdən  ən yüksək 

kimyəvi çevrilmələr getməsilə  fərqlənir. B. haqda təlimin banisi 

V.İ.Vernadskinin fikrincə B.-in maddəsi müxtəlif, lakin geoloji 

cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, 

radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil 

və biatil maddə) ibarətdir. Müasir B. planetimizdə  həyat yaranandan 

sonra uzun müddətli təkamülün nəticəsidir. 



BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN 

METAEKOSİSTEMİ (Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi: 

B.e.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri 

(biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı 

təyin edir. B.e.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın 

üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında 

kömür,  əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar, 

riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə 

qədər). B.e.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orqanizmlər tə-

rəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə  həyat 

yaranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun təkamülün 

nəticəsidir. B.e. termini B.A.Bıkova (1988) məxsusdur. 

BİOSFER QORUQLARI – dünyanın müxtəlif coğrafi 

vilayətlərində biosferin daha xarakterik, etalon qorunan sahələri. B.q. 

müəyyən biocoğrafi vilayətlərin təbii ekosistemlərini və onların 

genofondunun təbii halında qorunub saxlanması, onların vəziyyəti və 

müxtəlif təbii proseslərin gedişi üzərində  hərtərəfli müşahidələr 

aparmaq məqsədilə yaradılır. B.q.-ın prinsipial sxemi belədir: nüvəsi, 

yaxud mütləq qorunan ərazisi; nüvənin  ətrafında təsərrüfatda ciddi 

səmərəli istifadə olunan ərazi. Bütün dünyada müxtəlif xarakterik 

biocoğrafi provinsiyalarda 33-dən çox (1988) B.q. yaradılmışdır. Nəzəri 

cəhətdən B.q. özününizamlayan təbii sistemdir, ona görə onların sahəsi 

kifayət qədər böyük olmaqla, qonşu ekosistemlərdən ekoloji cəhətdən 

ayrılmış halda (təcrid olunmuş) olmalıdır. 



BİOSFER TƏZAHÜRÜNÜN ÖLÇÜSÜ – kəmiyyət 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə