Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
1   ...   26   27   28   29   30   31   32   33   34

91 
 
3.2 Azərbaycanda iqtisadi böhranın qarşısının alınmasında və iqtisadi inkişaf  
istiqamətində Mərkəzi Bank əməliyyatlarının rolıı. 
Sistemli  bank  böhranının  başlanğıcı  ümumilikdə  bank  sektorunda  müstəsna  rolu 
olan  bir  və  ya  bir  neçə  bankın  ödəmə  qabiliyyətində  ciddi  problemlərin  yaranması  ilə 
bağlı ola bilər. Bu cür bankların dağılması sistemli böhran yarada bilər. 
Bazar iqtisadiyyatı şəraitində bank böhranları qanunauyğun haldır və ona xas  olan 
immanent disproporsiyalar və ziddiyyətlərlə şərtləndirilir. Bu çərçivədə bank 
sektorundakı böhranların səbəblərini araşdıran elmi-tədqiqat işləri son illər 
artmaqdadır. 
         Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  (2008)  Amerikanın  daşınmaz 
ə
mlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan  başqa,  törəmə  maliyyə 
alətlərinin yaranma səbəblərindən biri risklərdən qorunmaq olsa da, onların spekulyativ 
məqsədlə  istifadəsi  sürətlə  artdı.  Ipoteka  “köpüyü”  partlayaraq,  bütün  dünyada  bank 
sektorundakı  böhrana  təkan  vermişdir  ki,  bu  da  öz  növbəsində,  dünyanın  bütün 
dövlətlərinin  iqtisadiyyatında  real  sektorda  resesiyya  səbəb  olmuşdur.  Bütün  bunlar 
maliyyə bazarlarında güvən amilinin itməsinə və panikanın yayılmasına gətirib çıxardı 
Amerikanın  bank  sistemində  başlayan  böhran  sürətlə  dünyanın  inkişaf  etmiş  və 
inkişaf etməkdə olan ölkələrinə yayıldı. 
ABŞ  iqtisadiyyatında  dərinləşən  tənəzzül  meyilləri  qlobal  iqtisadi  artıma  mənfi 
təsir edən mühüm amillərdən biridir. ABŞ iqtisadiyyatında tələbin zəifləməsi Avropanın 
ixracyönümlü  iqtisadiyyata  malik  ölkələrində  iqtisadi  fəallığa  ciddi  ziyan  vurmuşdur. 
2008-ci  ildə  Avrozonada  real  iqtisadi  artım  0.8%  və  ya  əvvəlki  ildən  1.8%  bəndi  az 
təşkil etmişdir. 
Kredit  standartlarının  şərtləndirilməsi  və  daşınmaz  əmlak  bazarında  böhran 
investisiya qoyuluşlarına ciddi mənfi təsir göstərmişdir. 
Maliyyə böhranının təsirləri dünya maliyyə bazarında baş veren dəyişikliklər neftin 
qiymətinin  kəskin  ucuzlaşması  bir  sıra  ölkələrdə  iri  bankların  və  şirkətlərin 
müflisləşməsi, kütləvi işsizliyə,dünya iqtisadiyyatının durğunluq dövrünü yaşanmasına 
və nəticə etibarı ilə qlobal iqtisadiyyatın tənazzül dövrünə keçməsinə səbəb olmuşdur. 
Böhranın  qarşısını  almaq  və  onun  təsirini  minimallaşdırmaq  üçün  antiböhran 


92 
 
tədbirləri  görülür,  dünyanın  aparıcı  dövlətləri  tərəfindən  istehsalı  bərpa  etmək  və 
bankları risklərdən qorumaq üçün maliyyə yardımları göstərilir. 
Beləliklə,  Qlobal  maliyyə  böhranı  (2008)  və  postkrizis  ssenarisinin  inkişafı 
ardıcıllıqla aşağıdakı kimi olmuşdur. 
 
Sxem3.1 
 
 
  Qlobal maliyyə böhranın Azərbaycana təsir kanalları aşağıdakılardır: 
  1.  Neft  və  digər  yanacaq  ixrac  məhsullarının  qiymətinin  dünya  bazarında 
azalması. 
  xracın 90%-dən, büdcə gəlirlərinin isə 60%-dən çoxu neft sektoru hesabına 
formalaşır.(AR  MB  hesablamalarına  görə,  neftin  qiymətinin  hər  1  %  azalması  qeyri- 
neft ÜDM-ni 0.13% azaldır, büdcə xərclərinin hər 1% azalması isə ÜDM-i 0.3% 


93 
 
= azaldır). 
2. Beynəlxalq maliyyə bazarında likvidlik çatışmamazlığı və ya banklararası kredit 
böhranı nəticəsində xarici maliyyə mənbələrinə çıxış imkanlarının məhdud 
vəziyyətə düşməsi. 
          3.Pul  baratlarının  azalması-təkcə  Rusiyadan  ötən  il  930  mln.  dollar  gəlib. 
Baratların  azalması  istehlak  fəallığına  mənfı  təsir  edir  (  baratların  hər  1%  azalması 
qeyri-neft ÜDM-in 0.06% azalması effektini verir) 
    4.ABŞ  və  AB  ölkələrində  resessiya.  Qlobal  tələbin  azalması  nəticəsində 
(əsasən,  ABŞ  və  AB  ölkələrində  resessiya)  qeyri-xammal  ixracı  azalmaqdadır 
(ixracın azalması qeyri-neft sənayesində artıma mənfı göstərir.) 
 
   Qlobal  maliyyə  böhranının  təsiri  Azərbaycan  maliyyə  sisteminə  daha  çox 
psixoloji  xarakterli  olmuş  və  maliyyə  instutlarını  inkişaf  strategiyalarını  yenidən 
nəzərdən  keçirməyə  sövq  etmişdir.Əlverişsiz  xarici  mühitə  baxmayaraq  Azərbaycan 
bank sistemi reallaşan risklərə davamlılıq nümayiş etmişdir.  


94 
 
Ölkəmizdə  bazar  münasibətlərinin  formalaşması  iqtisadi  tənzimlənmənin 
mexanizmlərinin  bütün  spektorlarına  yiyələnməklə  obyektiv  şəkildə  müəyyən  olunur. 
Bazar iqtisadiyyatında iqtisadi proseslərin qeyri-mütəşəkkilliyi haqqındakı mülahizələr 
ə
sassızdır.Əksinə, iqtisadiyyatın səmərəliliyini və davamlılığını müəyyən edən praktiki 
olaraq bütün əsas münasibətlər tənzimlənir. 
Müasir  iqtisadi  münasibətlər  dövründə  Azərbaycan  iqtisadiyyatı  qarşısında  duran 
ə
n  vacib  məsələ  makroiqtisadi  sabitlik  göstəricilərini  yüksək  səviyyədə  saxlamaq  və 
yeni  bazar  münasibətlərinin  möhkəmləndirilməsi  istiqamətində  bu  göstəricilərin 
zəifləməməsi istiqamətində düzgün siyasət yürütmək məsələsidir. 
     Artıq  Azərbaycan  təsərrüfat  əlaqələrinin  yeni  iqtisadi  mexanizmini 
formalaşdırmışdır.  Özəlləşdirmə  işləri  həyata  keçirilmiş,  bazar  münasibətlərinə  mane 
olan  inzibati-amirlik  metodlarına  əsaslanmayan  təşkilati  struktur  formalaşdırılmışdır, 
fəal  investisiya-struktur  siyasətinə  keçilmişdir,  bazar  infrasturkturunu  və  bazar 
iqtisadiyyatı  prinsiplərini  təmin  edən  qanunvericilik  aktlarının  normativləri  işlənib 
hazırlanmışdır. 
Ölkənin  tədiyə  qabiliyyətinin  möhkəmləndirilməsi  də  yeridilən  iqtisadi  siyasətin 
ə
sas  məqsədlərindən  birini  təşkil  edir.Belə  ki,  bank  xidmətlərinin  yüksək  səviyyədə 
təşkilini  təmin  etmək  məqsədilə  bank  infrastrukturunun  inkişafı  üzrə  ardıcıl  tədbirlər 
həyata  keçirilir  ki,  bütün  bunlar  da  özünü  bankların  pul  yaratmaq  qabiliyyətinin 
yüksəlməsində göstərməkdədir.Ümumiyyətlə, son illərin  göstəricilərindən bizə məlum 
olur  ki,  artıq  maliyyə  sabitliyinə  xələl  gətirmədən  iqtisadiyyatın  pulla  təminatının 
yaxşılaşması üçün monetar zəmin movcuddur. 
2011-ci  ilin  I  yarısında  Azərbaycanın  bank  sistemi  kövrək  qlobal  iqtisadi  artım, 
inkişaf  etmiş  ölkələrdə dövlət  borcunun dayanıqlı həddi keçməsi,  aşağı  faiz dərəcələri 
ilə  əlaqədar  investorların  “risk  iştahasının”  yüksəlməsi  ilə  xarakterizə  olunan  qlobal 
maliyyə  risklərinin  artımı  şəraitində  fəaliyyət  göstərmişdir.  Belə  ki,  yarım  il  ərzində 
ABŞ  və  Avrozonaya  daxil  olan  bir  neçə  ölkə  reytinqlərinin  aşağı  salınması  qlobal 
maliyyə sabitliyi üzərində ciddi təhdidlər formalaşdırmışdır. 
Qeyd  etdik  ki,  makroiqtisadi  sabitlik  silsiləvi  səciyyə  daşıyır  və  cəmiyyətdə, 
iqtisadi siyasi həyatda baş verən dəyişikliklər müxtəlif amillər şəklində bu sabitliyi poza 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə