Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

77 
 
il  1  iyun  tarixli  834  nömrəli  Sərəncamında  dəyişiklik  edilməsi  barədə  Azərbaycan 
Respublikasının Prezidentinin 2012-ci il 13 dekabr tarixli 2597 nömrəli Sərəncamı ilə 
Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yeni 
tərkibi  təsdiq  edilmiş  və  Azərbaycan  Respublikasının  iqtisadiyyat  və  sənaye  naziri 
Komissiyanın  sədri  təyin  edilmişdir.  2013-cü  ilin  24  avqust  tarixində  Komissiyanın 
4-cü iclası keçirilmişdir. 
Komissiyanın  tərkibində  bir  sıra  işçi  qrupları  fəaliyyət  göstərir.Komissiyanın 
nəzdində  fəaliyyət  göstərən  şçi  Qruplarından  biri  də  qtisadiyyat  və  Sənaye 
Nazirliyinin  sədrlik  etdiyi  qtisadi  Məsələlər  üzrə  şçi  Qrupudur. şçi  Qrupunun 
fəaliyyəti  Avropa  Qonşuluq  Siyasəti  çərçivəsində  2006-cı  ildə  qəbul  edilmiş 
Fəaliyyət  Planın  iqtisadi  məsələləri  əsasında  hazırlanan  ş  Planı  və  Azərbaycan 
qanunvericiliyinin  A   qanunvericiliyinə  uyğunlaşdırılması  üzrə  2013-2014-cü  illər 
üçün  Tədbirlər  Planının  (TP)  icrasına  yönəlmişdir.  2012-ci  ilin  25  dekabr  tarixində 
qtisadi  Məsələlər  üzrə  şçi  Qrupunun  4-cü  iclası  keçirilmiş,  ş  Planı  və  Tədbirlər 
Planına  dair  icraçı  qurumlar  tərəfindən  görülmüş  işlər  barədə  geniş  təqdimatlar 
keçirilmiş və ətraflı müzakirələr aparılmışdır.  
2013-cü  ilin  24  avqust  tarixində  keçirilmiş  Azərbaycan  Respublikasının 
Avropaya  inteqrasiyası  üzrə  Dövlət  Komissiyasının  4-cü  iclasında  Azərbaycan 
Respublikası  qanunvericiliyinin  A   qanunvericiliyinə  uyğunlaşdırılması  üzrə  2013-
2014-cü illər üçün Tədbirlər Planı (TP) qəbul edilmişdir.TP TƏS-in 43-cü maddəsinə 
ə
sasən Azərbaycan Respublikası qanunvericiliyinin Avropa  ttifaqı qanunvericiliyinə 
uyğunlaşdırılması  sahəsində  üzərinə  götürdüyü  öhdəliyinin  icra  edilməsi  məqsədilə 
tərtib edilmişdir. 
Tədbirlər Planı 14 sahəni əhatə edir.Bu sahələrin sırasında Azərbaycanın dünya 
iqtisadiyyatına  inteqrasiyası  prosesi  üçün  böyük  əhəmiyyət  kəsb  edən  texniki 
qaydalar  və  standartlar,  yeyinti  və  yem  məhsullarının  təhlükəsizliyi,  baytarlıq  və 
fitosanitariya  nəzarəti  və  istehlakçıların  hüquqlarının  müdafiəsini  qeyd  etmək  olar. 
Bundan  əlavə  TP  rəqabət  və  dövlət  yardımı,  telekommunikasiya,  işçilərin  iş 
yerlərində  mühafizəsi,  dövlət  satınalmaları,  hüquqi  şəxslər  haqqında  qanunvericilik 
sahəsindəki  önəmli  tədbirləri  də  özündə  ehtiva  edir.  TP-də  maliyyə  xidmətləri, 


78 
 
vergilər,  əqli  mülkiyyət,  nəqliyyat,  ətraf  mühit  və  energetika  sahələrində  də 
qanunvericiliyin  uyğunlaşdırılması  baxımından  mühüm  məsələlər  öz  əksini 
tapmışdır. 
Avropa  ttifaqı ilə Azərbaycan arasında yardımlar sahəsində əməkdaşlıq. 1992-
2006-cı  illərdə  Avropa  ttifaqının  TAC S  Proqramı,  Fövqəladə  Yardım  Proqramı 
(EXAP),  ECHO  Humanitar  yardım  Proqramı,  FEOGA  Ərzaq  Yardımı  Proqramı, 
Ə
rzaq  Təhlükəsizliyi  Proqramı  (FSP  –  Food  Security  Programme),  Bərpa  Proqramı 
(REHAB),  Fövqəladə  Humanitar  Yardım  Proqramı  (EHA)  və  s.  proqramlar 
çərçivəsində Azərbaycana humanitar, texniki və ərzaq yardımı göstərilmişdir. 
Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  (AQTA).2007-ci  ildən  etibarən 
Azərbaycanda  Avropa  ttifaqın;n  Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  (AQTA) 
tətbiq  olunur.  Bu  alət  çərçivəsində  Avropa  Qonşuluq  Siyasətinin  həyata  keçirilməsi 
üçün yardın göstərilməsi nəzərdə tutulur.AQTA-ya büdcəyə dəstək, tvinninq, texniki 
yardım, TA EX, S GMA kimi yardım alətləri daxildir. 
Məqsədyönlü  və  sürətli  iqtisadi  inteqrasiyanı  möhkəm  təməl  əsasında  təmin 
etməli  olan  hüquqi  baza,  düzgün  istiqamətləndirici  və  sürətləndirici  faktor  rolunu 
oynamalıdır.  stənilən müsbət kateqoriyalı vasitə mənfi niyyətlər üçün istifadə oluna 
bilər  (məsələn,  faydalı  məişət  aləti  olan  baltanı  digərinin  öldürülməsi  üçün  istifadə 
etmək,  heç  də  onun  faydasısızlığına  dəlalət  etmir).  Müasir  inkşaf  etmiş  ölkələrinin 
təcrübəsi  göstərir  ki,  iqtisadi  inteqrasiyanın  hüquqi  tənzimləməsini  təşkil  edən 
normativ  hüquqi  aktların  sadə,  əhatəli,  harmonik  tərtib  edilməsi  və  qanunun  aliliyi 
prinsipinin tam gücü ilə işləməsinə şərait yaradılması iqtisadi bu proseslərin səmərəli 
reallaşmasına geniş imkanlar yaradacaqdır. 
 
 
3.2 Azəbaycan Respublikasının inteqrasiya prosesində iştirakının 
 dövlət tənzimlənməsi 
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici 
iqtisadi  siyasətinin  mühüm  istiqamətlərindən  birini  beynəlxalq  maliyyə-kredit  və 
iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər 


79 
 
iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o 
cümlədən  1992-ci  ildə  Beynəlxalq  Valyuta  Fonduna,  Dünya  Bankına,  Avropa 
Yenidənqurma və  nkişaf Bankına,  slam  nkişaf Bankına, 1999-cu ildə Asiya  nkişaf 
Bankına üzv qəbul olunmuşdur. 
Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla 
daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq 
bu  mərhələdə  həyata  keçirilən  iqtisadi  siyasətin  səciyyəvi  xüsusiyyətlərindən  biri 
olmuşdur.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində  Azərbaycanda 
sahibkarlar  təbəqəsi  formalaşmış,  özəl  sektorun  ölkənin  sosial-iqtisadi  inkişafında 
rolu daha da artmışdır. 
qtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata 
keçirilən  tədbirlər  davamlı  iqtisadi  inkişafa  öz  müsbət nəticəsini vermişdir.  Belə ki, 
özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən 
az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.  
Beləliklə,  neft  strategiyasının  həyata  keçirilməsi  nəticəsində  müstəqilliyin  ilk 
illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda 
keçid  dövrünün  yeni  mərhələsi  -  bərpa  və  dinamik  inkişaf  dövrü  başlandı.  1995-
2003-cü illər ərzində ÜDM 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta 
ehtiyatları  85  dəfə,  sənaye  məhsulunun  həcmi  25,2%,  kənd  təsərrüfatı  istehsalının 
həcmi  53,9%,  xarici  ticarət  dövriyyəsi  4  dəfə,  iqtisadiyyatda  məşğul  olanların  orta 
aylıq  real  əmək  haqqı  5,6  dəfə  artdı,  inflyasiya  səviyyəsi  2-3%-ə  qədər  endirildi, 
bütün  maliyyə  mənbələri  hesabına  iqtisadiyyata  yönəlmiş  investisiyaların  ümumi 
həcmi 20 milyard ABŞ dollarını keçdi.  
Azərbaycanda  dövlətin  sosial-iqtisadi  siyasətinin  strateji  məqsədləri  sərbəst 
bazar  münasibətlərinə  və  özünüinkişaf  qabiliyyətinə  malik  olan  sosialyönümlü, 
diversifikasiya  olunmuş  milli  iqtisadiyyatın  formalaşdırılması  və  dünya  təsərrüfat 
sisteminə inteqrasiyasının təmin olunmasıdır.  
Davamlı  və  dinamik  inkişaf  məntiqinə  əsaslanan  bu  siyasətin  həyata 
keçirilməsi  nəticəsində  qazanılmış  uğurlar  daha  da  möhkəmləndirilmiş,  bu  dövrdə 
makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə