Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

65 
 
bərabərhüquqlu  üzvünə  çevrilməsi  respublikamızda  xarici  ticarətin  tənzimlənməsi 
sistemi  qarşısında  olduqca  mühüm  və  tamamilə  yeni  vəzifələr  qoyurdu.  Artıq 
Azərbaycan  dünya  iqtisadiyyatının  qloballaşması  və  beynəlmiləlləşməsi,  şəraitində 
öz  qapılarını  beynəlxalq  aləmə  daha  çox  açan,  xarici  ölkələrlə  və  beynəlxalq 
təşkilatlarla  aktiv  iqtisadi,  siyasi,  elmi-texniki  və  s.  əlaqələr)  yaradan  bir  ölkəyə 
çevrilmişdir.  Bu  əlaqələr  içərisində  xarici  ticarət  daha  önəmli  yer  tutur.  Ölkəmiz 
dünya  ölkələri  ilə  ikitərəfli  və  çoxtərəfli  müqavilələr  bağlayaraq,  qarşılıqlı  faydalı 
ticarət əlaqələri yaradır, ölkənin inkişafı üçün xarici texnika və texnologiya idxal edir. 
Xarici  ticarət  siyasəti  hər  şeydən  əvvəl  Azərbaycan  Respublikasının  öz  təbii 
sərvətləri  üzərində  suverenliyi  prinsipini  reallaşdırmağa  xidmət  edir.  Bu  məqsədlə 
xarici ticarət siyasəti:  
1) ölkəmizin beynəlxalq iqtisadi və maliyyə mühitinə cəlb edilməsi və inkişaf 
etmiş  ölkələrin  bazar  strukturuna  yaxınlaşdırılmasını,  onun  müstəqil  xarici  iqtisadi 
fəaliyyətinin həyata keçirilməsində müstəsna hüququnu təmin etməli;  
2) daxili və xarici iqtisadi sahibkarlığın azadlığı prinsipini həyata keçirməli;  
3)  təsərrüfat  subyektləri  arasında  ayrı-seçkiliyə  yol  vermədən,  onların  hüquq 
bərabərliyi prinsipini qorumalı;  
4)  qanunun  aliliyi  prinsipini  təmin  etməlidir.  Əsərdə  Azərbaycanın  xarici 
iqtisadi  əlaqələrinin  intensivləşdirilməsinin  vacib  şərti  kimi  nəqliyyat  kompleksinin 
inkişafı istiqamətləri ayrıca tədqiq edilir.  
Azərbaycanda  həyata  keçirilən  siyasət  ölkəmizdə  xarici  sərmayələr  ilə  yanaşı 
müasir  texnologiyaların,  iş  təcrübələrinin,  yeni  idarəçilik  qaydalarının,  iqtisadi 
münasibətlərin daxil olması üçün də şərait yaradıb. 
Bu  gün  Azərbaycan  neftinin  müştərək  mənimsənilməsi  üzrə  21  iri  miqyaslı 
konsorsium tərəfindən beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-siyasi, 
iqtisadi həyatında son dərəcə əlamətdar hadisədir. Bu kontraktların reallaşması üçün 
50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşlarının artıq 10-15%-i təyinat 
obyektinə cəlb edilmişdir. «Çıraq» platformasından hasil edilən neftin miqdarı köhnə 
yataqlardakı  müvafiq  istehsal  həcminə  yük-səlmiş,  «Şahdəniz»  yatağından  qazın 
sahilə  gətirilməsi  təmin  olunmuş,  Bakı-Tbilisi-Ceyhan  neft,  Bakı-Tbilisi-Ərzurum 


66 
 
qaz  kəmərlərinin  inşaası  artıq  reallığa  çevrilmiş,  yeni  regional  infrastrukturun 
modernləşdirilməsinə  başlanılmışdır.  Prezdent  lham  Əliyev  tərəfindən  bu  iş  uğurla 
davam etdilir. 
Mütəxəsislərin  hesablamalarına  görə  Azərbaycanda  2007-2008-ci  illik  neft 
hasilatının  50  milyon  tona  çatacağı  və  bunun  50  ilə  kimi  davam  edəjəyi  bildirilir. 
Beləliklə,  bütün  bu  hesablamalar  ölkəmizin  göstərilən  dövrdə  dünyada  ən 
uzunmüddətli  neft  hasil  edən  15  əsas  ölkədən  birinə  çevrilməsinə  əsas  verir,  bütün 
bunlar  qloballaşmanın  genişləndiyi  bir  şəraitdə  Azərbaycanın  neft  strategiyasının 
ümumilikdə  milli  iqtisadiyyatın dinamik inkişafında nə  qədər önəmli  rol oynadığını 
bir daha sübut edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


67 
 
FƏS L III. AZƏRBAYCAN  RESPUBL KASININ   NTEQRAS YA 
PROSES NDƏ    ŞT RAKININ  HÜQUQ   BAZASININ   
TƏKM LLƏŞD R LMƏS   ST QAMƏTLƏR  
3.1.
  Azərbaycanın inteqrasiya prosesində iştirakının 
 hüquqi təminatı 
Müasir  qloballaşma  şəraitində  iqtisadi  proseslərin  və  o  cümlədən,  iqtisadi 
inteqrasiya  proseslərinin  mükəmməl  hüquqi  əsasda tənzimlənməsi  həyati  əhəmiyyət 
kəsb edir. Hüquqi tənzimləmə dövlətin iqtisadi siyasətinin reallaşdırılması vasitəsidir 
və qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla formalaşdırılmış normativ-hüquqi baza 
Azərbaycan  iqtisadiyyatının  səmərəli  şəkildə  dünya  inteqrasiya  proseslərinə 
qoşulmasının  məqsədyönlü  şəkildə  həyata  keçilməsinin  samballı  təminatçısıdır. 
Lakin,  normativ-hüquqi  aktlar  münasibətlərin  inteqrasiya  proseslərinin  obyektiv  və 
məqsədəuyğun  (cəmiyyət  maraqlarına  əsaslanmış)  tənzimlənməsinə  və  onların 
səmərəli  inkişafına  şərait  yaradılmasına  deyil,  subyektiv  maraqlarının  təmin 
edilməsinə  istiqamətlənərsə,  onda  cəmiyyət  mövcud  hüquqi  tənzimləmədən  fayda 
ə
ldə  etmir,  əksinə  obyektiv  əsaslara  söykənməyən  hüquqi  aktlar  inkişafı  əngəlləyən 
faktora çevrilir.  
XX  əsrin  sonlarından  beynəlxalq  aləmdə  insitutların,  xüsusilə  də  hüquqi 
inistitutların,  iqtisadi  inkişafa  təsiri  əhəmiyyətli  hesab  edilərək  öyrənilməyə 
başlanıldı.  “ nstitusional  normalar  rəsmi  və  qeyri-rəsmi  səviyyədə  olmasından  asılı 
olmayaraq  insan  seçiminin  sabit  strukturunun  yaradılmasında  bəllediçi  rolunu 
oynamaqla qeyri-müəyyənlik səviyyəsini minimumlaşdırır. Bir çox  EOÖ-lər iqtisadi 
artım üçün mühüm olan ictitutlardan mərhumdur” 
Doğurdan  da  mülkiyyət  hüququ,  kontrakt  hüququ,  insan  azadlıqları  və  siyasi 
hüquqların zəif inkişaf etmiş cəmiyyətdə iqtisadi proseslərin inkişafı aşağı səviyyədə 
olur.  Səmərəli  hüquqi  normaların  tətbiqi  ilə  dövlət  iqtisadi  qanunların  şəffaflığını 
artıra,  müstəqil,  qərəzsiz  və  ədalətli  üçüncü  tərəfin-ədalətli  məhkəmənin 
yaradılmasına nail ola və demokratik inkişaf əldə edə bilər.  qtisadiyyatı tənzimləyən 
normativ  hüquqi  aktların  mövcudluğu  və  inkişaf  meylli  olması  iqtisadi  mühitdəki 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə