Microsoft Word Dissertasiya doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix20.09.2018
ölçüsü0,96 Mb.
#70017
1   ...   25   26   27   28   29   30   31   32   33

86 
 
ş
irkətləri  Azərbaycanın  Xəzər  neftinin  çıxarılması  və  dünya  bazarına  nəqlinə  dair 
«Əsrin  müqaviləsi»ni  imzaladılar.  Hazırda,  Azərbaycanın  dünyanın  aparıcı  neft 
ş
irkətləri  ilə  imzaladığı  müqaviləlrin  sayı  iyirmi  birə  çatmışdır.  «Əsrin  müqaviləsi» 
Azərbaycanın milli məsələləri özü müstəqil həll etdiyini göstərməklə yanaşı, ölkənin 
dünya iqtisadiyyatına inteqrasiyasında da mühüm və həlledici rol oynamışdır. 
Azərbaycanda  həyata  keçirilən  siyasət  ölkəmizdə  xarici  sərmayələr  ilə  yanaşı 
müasir  texnologiyaların,  iş  təcrübələrinin,  yeni  idarəçilik  qaydalarının,  iqtisadi 
münasibətlərin daxil olması üçün də şərait yaradıb. 
Bu  gün  Azərbaycan  neftinin  müştərək  mənimsənilməsi  üzrə  21  iri  miqyaslı 
konsorsium tərəfindən beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-siyasi, 
iqtisadi həyatında son dərəcə əlamətdar hadisədir. Bu kontraktların reallaşması üçün 
50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşlarının artıq 10-15%-i təyinat 
obyektinə cəlb edilmişdir. Azərbaycanda 2007-2008-ci illərdə neft hasilatın50 milyon 
tona olub. Beləliklə, bütün bu hesablamalar ölkəmizin göstərilən dövrdə dünyada ən 
uzunmüddətli neft hasil edən 15 əsas ölkədən birinə çevrilmişdir. 
Bütün  bunlara  baxmayaraq,  ənənəvi  enerji  mənbələrinin  tədricən  tükənməsini 
və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, 
Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən 
(günəş  və  külək  enerjisi,  kiçik  SES-lər,  termal  sular,  biokütlə  enerjisi)  istifadənin 
genişlənməsinə ciddi diqət yetirilməyə başlanmışdir. 
Araşdırmalar  göstərir  ki,  dünyanın  inkişaf  etmiş  ölkələrində  ekoloji  cəhətdən 
təmiz  alternativ  (bərpa olunan)  enerji  mənbələrindən  (günəş  və  külək  enerjisi, kiçik 
SES-lər,  termal  sular,  biokütlə  enerjisi)  geniş  istifadə  olunur.  Bu  sahədə  ABŞ, 
Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka,  spaniya, Yaponiya və Çin daha 
qabaqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji 
mənbələrinin  payına  (su  elektrik  stansiyaları  daxil  olmaqla)  ümumi  istehsal  olunan 
enerjinin 13,5 faizi düşür. Bu sahədə Azərbaycanda dövlət tərəfihdən xüsusi layihələ 
hazırlanır. 
Azərbaycan Energetika Nazirliyi elektrik enerjisi istehsalında alternativ enerji 
mənbələrinin  xüsusi  çəkisini  indiki  1  faizdən  15  faizədək  artırmağı  planlaşdırır. 


87 
 
Bunun  üçün  nazirlik  Azərbaycanda  günəş  və  külək  enerjisindən  elektrik  enerjisi 
istehsal etməyə imkan verəcək Avropa şirkətlərinin layihələrini nəzərdən keçirir. 
Artıq  Azərbaycanda  günəş  enerjisinin  elektrik  enerjisinə  çevrilməsi  tətbiq 
olunur.  “BP”  şirkətinin  maliyyə  dəstəyi  ilə  Kürdəmir  rayonunda  günəş  batareyaları 
quraşdırılıb. Bu batareyalar kəndlərdən birinin sutəmizləmə sistemini enerji ilə təmin 
edir.  Sənaye  və  Energetika  Nazirliyi  mütəxəssislərinin  hesablamalarına  görə, 
Azərbaycan  ərazisində  1  kv.metr  sahəyə  düşən  günəş  enerjisinin  həcmi  1500-2000 
kilovat/saat təşkil edir ki, bu da Avropadakı eyni göstəricidən çoxdur, ABŞ və Çinin 
göstəricilərinə isə bərabərdir. 
Azərbaycan  kimi  neftlə  zəngin  olan  bir  ölkənin  alternativ  enerji  mənbələrinə 
marağının  və  həm  də  ehtiyacının  bu  dərəcədə  artması  diqqəti  cəlb  edir. 
Hesablamalara görə, Azərbaycan 2024-cü ildən sonra istehsal etdiyi neftlə, bir qədər 
sonra  isə  qazla  özünü  tam  təmin  edə  bilməyəcək.  Yəni  Azərbaycan  həmin  tarixdən 
neft  ixrac  edən  ölkədən  neft  idxal  edən  ölkəyə  çevriləcək.  Proqnozlara  görə, 
Azərbaycanın ümumi neft hasilatı 9 milyon ton səviyyəsinə düşəcək. 
Azərbaycanda  alternativ  enerji  mənbələri  arasında  ən  səmərəlisi  kiçik  su 
elektrik  stansiyaları hesab olunur.  Ölkənin  ümumi  hidroenerji  potensialı 40  milyard 
kilovat/saat  təşkil  edir  ki,  bunun  da  12%i  kiçik  su  elektrik  stansiyalarının  payına 
düşür.  Kiçik  su  elektrik  stansiylarının  tətbiqi  layihəsinə  Avropa  nkişaf  Bankı  40 
milyon dollara yaxın vəsait ayırmaq niyyətində olduğunu açıqlayıb. Azərbaycanda 50 
kiçik çay var və onların 30-u bоlsuludur. 
Azərbaycanda  ilk  dəfə  olaraq  “yaşıl”  kampus  layihəsi  həyata  keçirməkdədir. 
Bu  layihədə  geotermal  enerji,  külək  enerjisi,  yağış  suları  və  günəş  enerjisindən 
istifadə  olunacaqdır.Bakı  küləklər  şəhəridir.  Bu  səbəbdən,  külək turbinlərindən  əldə 
edilmiş enerjidən istifadə etmək perspektivli sayılır. 
2009-2010-cu  illər  üçün  hazırlanmış  “Qlobal  Rəqabətlilik  Hesabatı”nda 
Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında 
isə  1-ci  yerə  yüksəlmişdir.  Eləcə  də,  “Standard  and  Poor’s”  Beynəlxalq  Reytinq 
Agentliyi  tərəfindən  ölkə  iqtisadiyyatının  hazırkı  real  vəziyyəti  “Stabil”dən 
“Pozitiv”ə yüksəldilmişdir.  


88 
 
Növbəti  mərhələnin  əsas  məqsədlərini  makroiqtisadi  sabitliyin  qorunub 
saxlanılması  və  iqtisadi  inkişafın  dayanıqlılığının  təmin  edilməsi  təşkil  edəcəkdir. 
Eyni  zamanda,  iqtisadi  artımın  keyfiyyətinin  prioritetliyinin  təmin  edilməsi  nəzərdə 
tutulur.  Bu  məqsədlə  iqtisadiyyatın  diversifikasiyasının  (iqtisadiyyatın  bütün 
sahələrinin  paralel  inkişafı)  genişləndirilməsi  nəticəsində  neft  sektorundan  asılılıq 
minimuma  endiriləcək,  innovasiya  sahibkarlığı  əsasında  formalaşan  iqtisadiyyata 
keçid  təmin  ediləcək,  kənd  təsərrüfatı  sahəsində  islahatların  aparılması  məqsədilə 
aqrar  sektorun  inkişafında  intensiv  üsullara  üstünlük  veriləcək  və  bunula  da 
Azərbaycan iqtisadiyyatının da klasterlər üzrə inkişafına nail olunacaqdır.  
Növbəti  illərdə  də  sosial-iqtisadi  siyasətin  başlıca  istiqamətini  ölkə  əhalisinin 
həyat  səviyyəsinin  daha  da  yüksəldilməsi  təşkil  edəcəkdir.  Bu  istiqamətdə  ilk 
növbədə yeni iş yerlərinin açılması üçün addımlar atılacaqdır. Bu istiqamət maliyyə 
böhranından təzəcə dirçəlmiş bütün ölkələrin sosial siyasətinin əsas prioritetini təşkil 
edir.  
Həmçinin,  ölkənin  enerji,  ərzaq  və  ekoloji  təhlükəsizliyinin  gücləndirilməsi 
üçün  sistemli  tədbirlərin,  proqram  və  layihələrin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsi davam etdiriləcəkdir.  
 
3.3  Azərbaycanın inteqrasiya proseslərində iştiraknın hüquqi bazasının 
təkmilləşdirilməsi məsələləri 
 
XXI əsrin ilk onilliyində sürətlə inkişaf qloballaşma prosesləri ölkələrin sosial-
iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Bu mənada Azərbaycan istisna deyil. 
Qlobal  amillər  ölkə  həyatının  demək  olar  ki,  bütün  sahələrində  -  iqtisadi,  sosial, 
siyasi,  humanitar-mədəni  və  s.  sahələrdə  gedən  proseslərin  axınına  nüfuz  edir. 
Bununla yanaşı, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir 
dairəsinə  görə  regional  (region  ölkələrinə  xas  olan),  yaxud  ölkədaxili  xarakter 
daşıyan  amillər  mövcuddur  ki,  onların  da  ölkənin  ictimai  həyatının  müxtəlif 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə