Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   2   3   4   5   6   7   8   9   ...   24

 

16

birləşdirən sistemdir. 



Milli  təsərrüfatlar  dünya  iqtisadiyyatının  əsas  konstruksiyası  və  başlanğıc 

struktur  yaradan  elemetidir.  Bu  baxımdanda  dünya  iqtisadiyyatının  strukturu  dünya 

iqtisadi  sisteminin  nizamlanmış  müxtəlif  elementlərinin  məcmusudur.  Bu  struktur 

elementlər aşağıdakılardır [1]: 

 milli  təsərrüfatlar,  onların  sektorları,  sahələri,  müəssisələri  və  digər  iqtisadi 

subyektləri; 

 beynəlxalq iqtisadi münasibətlər; 

 milli və beynəlxalq bazarlar və dünya bazarı; 

 dövlətlərin ticarət-iqtisadi ittifaqları. 

Dünya iqtisadiyyatının strukturu həmcins deyildir. Belə ki, bu sistemdəki milli 

təsərrüfatlar  bir  çox  fərqliliklərə  malikdirlər.  Bu  fərqlilikləri  aşağıdakı  kimi 

dəyərləndirilir [11]: 

 iqtisadiyyatın miqyası və strukturu ilə; 

 iqtisadi inkişafın templəri və səviyyəsi ilə; 

 makroiqtisadi və sosial-iqtisadi moddellərlə; 

 beynəlxalaq iqtisadi münasibətlər sistemində iştirakının miqyasına, səviyyə və 

formasına görə, beynəlxalq əmək bölgüsündə roluna görə. 

Dünya iqtisadiyyatı milli iqtisadiyyatlar, onlar sektorları və sahələrinin bu və ya 

digər  meyarlar  əsasında  qruplaşan  müxtəlif  sistemaltılar  kimi  təqdim  olunur.  Məhz 

buradan  da  milli  iqtisadiyyatların  çoxtərəfli  təsnifatlığı  və  dünya  iqtisadiyyatının 

çoxçaxəliyi  irəli  çıxır.  Bu  baxımdan  da  dünya  iqtisadiyyatı  dünya  ölkələrinin 

təsnifatlığı  ilə  yanaşı  sahə,  təkraristehsal,  ərazi,  sosial  və  digər  strukturu 

komponentlərini əhatə edir. 

Dünya  iqtisadiyyatının  sahə  strukturu  ictimai  əmək  bölgüsü  sistemində  oxşar 

istehsal  şərtlili  təsərrüfat  vahidlərinin  həmcins  keyfiyyətdə  məsmusunu  ifadə  edir. 

Sahə strukturu aşağıdakı təsnifatlandırmaya malikdir [12]: 

I Sahə - kənd təsərrüfatı və hasilat sənayesi; 

II Sahə - emal sənayesi və tikinti; 

III Sahə - xidmətlər sferası. 



 

17

1.2.2. Beynəlxalq iqtisadi münasibətlə

Dünya  iqtisadiyyatı  elə  qlobal  iqtisadi  orqanizmdir  ki,  burada  planetin  bütün 

ölkələrinin və xalqlarının qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı yaranmış və artmışdır. 

O, məhsuldar qüvvələrin güclənən beynəlmiləlləşməsi, çoxcəhətli beynəlxalq iqtisadi 

münasibətlər  sisteminin  yaranması,  ölkələr  arasında  təsərrüfat  mübadiləsini 

tənzimləyən millətlərarası mexanizmlərin formalaşması ilə xarakterizə olunur. Dünya 

iqtisadiyyatı  qlobal  sistem  kimi  inkişaf  edən  və  dinamik  kateqoriya  olmaqla 

təkamülü,  bir  fazadan  digərinə  keçidi  ilə  özünün  müqabil  nəzəri  konsepsiyalarını 

formalaşdırmışdır.  Tarixən  dünya  iqtisadiyyatı  milli  təsərrüfatlar  sistemi  və  ya 

onların müəyyən qrupları kimi nəzərdən keçirilmişdir. 

Bəşər  cəmiyyətlərinin  müxtəlif  təşkilati  formaları  dövründə  iqtisadi  əlaqələrin 

inkişafı  böyük  tarixə  malikdir  ki,  bu  barədə  əvvəlki  mövzuda  məlumat  verilib.  lk 

vaxtlarda  bəsit  məzmun  daşıyan  iqtisadi  münasibətlər  ən  müxtəlif  amilllərin  təsiri 

nəticəsində daim genişlənərək və inkişaf edərək hazırkı formasına gəlib çatmış, bütün 

ölkələrin  maraqlarına  və  mənafelərinə  uyğun  olan  mürəkkəb  münasibətlər  sistemi 

halına düşmüş, beynəlxalq iqtisadi münasibətlər formalaşmışdır. 

Beynəlxalq  iqtisadi  münasibətlər  -  maddi  nemətlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi  və  istehlakı  üzrə  müxtəlif  ölkələrin  təsərrüfat  subyektləri  arasında 

qarşılıqlı  fəaliyyət  sistemidir.  B M  ayrı-ayrı  ölkələr,  onların  regional  birlikləri, 

həmçinin  ayrı-ayrı  müəssisələr  arasında  iqtisadi  münasibətlərin  çoxsəviyyəli 

təsərrüfat əlaqələri kompleksidir [9]. 

B M-in  predmeti  kimi  iki  əsas  tərkib  hissəsi  çıxış  edir:  B M-in  özü  və  bu 

münasibətlərin  reallaşdırılması  mexanizmi.  B M  bir  elm  kimi  xarici  ölkələrin 

iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir. 

B M-ə  milli  təsərrüfatların  iqtisadi  cəhətdən  qarşılıqlı  əlaqə  və  asılılıq 

münasibətləri  sistemi  kimi  də  baxıla  bilər.  B M-in  formalaşması  ayrı-ayrı  ölkələrin 

iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir. Bununla 

belə,  bütün  bu  qarşılıqlı  yaxınlaşma  və  əməkdaşlıq  prosesləri  ziddiyyətli,  dialektik 

xarakter daşıyır. B M-in dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy 

göstərmə,  ayrı-ayrı  ölkələrin  milli  təsərrüfatlarını  inkişaf  etdirmək  istiqamətində 



 

18

həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox 



beynəlmiləlləşməsinə,  milli  iqtisadiyyatların  xarici  aləm  üçün  daha  çox  açılmasına, 

beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır [9, 12]. 

B M milli iqtisadiyyatların bazar xarakterini də əks etdirir. B M-in inkişaf etmiş 

bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır [9]: 

1.B M-in iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında 

iqtisadi xüsusiləşməsi. 

2. stehsal  amilləri  və  nəticələri  ilə  beynəlxalq  mübadilə  nəticəsində  əmtəə, 

xidmət,  kapital,  iş  qüvvəsi,  texnologiya  dünya  bazarlarının  yaranması  və  fəaliyyət 

göstərməsi.  B M  özlüyündə  məhsulların  və  xidmətlərin  ölkələrarası  çoxsaylı 

axınlarını  əks  etdirir  ki,  bu  şəraitdə  də  dünya  bazarları  formalaşır  və  bu  bazarlarda 

daimi sistematik xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir; 

3.B M çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti. 

4. stehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi. 

5. stehsalın və satışın inhisarlaşması. 

Bununla  yanaşı,  B M,  onu  digər  iqtisadi  münasibətlərdən  fərqləndirən  bir  sıra 

xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar [17, 22]: 

1.Təsərrüfat  münasibətləri  milli  sərhədlər  çərçivəsindən  kənara  çıxır,  geniş 

ə

razini  əhatə  edir,  mübadilə  həcmi  daha  yüksəkdir,  subyektlərin  sayı 



müqayisəolunmaz dərəcədə çoxdur. 

2.Ayrı-ayrı  ölkələrin  sərhədlərindən  kənara  resursların,  istehsal  amillərinin  və 

istehsalın nəticələrinin hərəkəti baş verirr. 

3. stehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı, bəzən qlobal və 

kəskin rəqabət mübarizəsi mövcud olur. 

4.B M-in ayrı-ayrı formaları daxili bazarda mövcud olan əlaqələrə nisbətən daha 

yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir. 

5.Qarşılıqlı  təsirin  xüsusi  alətləri  və  mexanizmləri  işlənilir  və  istifadə  edilir. 

B M-in  milli  səviyyədə,  ikitərəfli  səviyyədə,  regional  səviyyədə,  beynəlxalq 

səviyyədə  tənzimlənməsinin  xüsusi  sistemləri  yaradılır.  Əsas  xüsusiyyət  isə  ondan 

ibarətdir  ki,  B M  dövlət  sərhədləri  vasitəsilə  həyata  keçirilir.  B M-in  öyrənilməsi 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə