Microsoft Word Dissertasiya -di doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix07.04.2018
ölçüsü0,6 Mb.
#36422
1   2   3   4   5   6   7   8   9   ...   24

 

13

keyfiyyətində  isə  bir  çox  alimlər  makro  və  mikro  subyektlərin  dünya  bazarında 



qarşılıqlı  hərəkətləri  çevrəsində  xüsusi  davranış  prinsip  və  normalarına  rəğmən  etik 

funksiyanı da önə çəkirlər [3, 9]. 

Dünya  iqtisadiyyatı mürəkkəb  və hərəkətdə olan  bir sistemdir.  Onun səciyyəvi 

xüsusiyətini aşağıdakılar ehtiva edir: 

Bütövlük.  Yetərli  dayanıqlı  səviyyədə  sistemin  bütün  hissələrində  iqtisadi 

qarşılıqlı  hərəkətlilik.  Yalnız  belə  şəraitdə  sistemin  daimi  fəaliyyət  göstərməsi, 

özünütənzimləməsi və inkişafı mümkündür. 

yerarxiyalıq.  Ölkələr  arasında  onların  sosial-iqtisadi  inkişaf  səviyyələrinə 

uyğun  olaraq  müvafiq  iyerarxiyalıq  mövcuddur.  nkişaf  etmiş  ölkələr  dünya 

bazarında  dominant  mövqelərinə  görə  dünya  iqtisadiyyatı  sisteminə  daha  çox 

təsiretmə gücünə malikdirlər. 

Özünü  tənzimləmə  və  adaptasiya,  bazarın  tələb  və  təklif  mexanizmi,  həmçinin 

dövlət  və  dövlətlərarası  tənzimləmənin  köməyi  ilə  dünya  iqtisadiyyatı  özünü 

tənzimləmə və adaptasiyanı gerçəkləşdirir. Müasir dünya iqtisadiyyatının inkişafının 

ə

sas  meyilini  dünya  təsərrüfat  əlaqələrinin  qloballaşmasından  irəli  gələrək  milli 



təsərrüfatların qarşılıqlı asılılıq və qarşılıqlı rabitəsinin güclənməsi təşkil edir. 

Dünya iqtisadiyyatı daim inkişaf və dəyişmədədir. Son 30-40 ildə bu sferada çox 

dərin  köklü  dəyəşikliklər  baş  vermişdir.  Xüsusən  də  sahibkar  kapitalın  dünya 

təsərrüfatına  inteqrasiyasının  dərinləşməsi  ilə  onun  beynəlmiləlləşməsi  yeni 

mərhələyə  qədəm  qoymuşdur.  TMK  və  TMB-lər  dünya  təsərrüfatında  başlıca 

strukturyaradıcı  amilə  çevrilmişlər.  Transmilli  kapital  məhsuldar  qüvvələrin 

yerləşdirilməsində  yetərli  dərəcədə  müqayisəli üstünlüklərdən istifadə edərək dövlət 

sərhədlərindən  kənarda  qlobal  olaraq  hərəkət  edir.  Beynəlxalq  əmək  bölgüsünün 

dərinləşməsi  isə  ayrı-ayrı  ölkələrin  milli  təsərrüfatlarını  daha  sıx  birləşdirir.  Bu 

baxımdan da xarici iqtisadi sferada artım milli təsərrüfatlara nisbətdə daha çox sürətlə 

gedir [18]. 

Regional  səviyyədə  dünya  təsərrüfatına  beynəlmiləlləşməsi  də  inteqrasiya 

proseslərində  mühüm  rol  oynayır.  Xarici  iqtisadi  fəaliyyətin  maliyyələşdirilməsində 

ssuda  kapitalı  daha  böyük  inkişaf  templəri  ilə  hərəkət  edir.  ETT  məhsuldar 




 

14

qüvvələrin inkişafına təkan verir. 



Statistika  göstərir  ki,  hazırda  dünya  istehsalı  əhali  artımını  iki  dəfə  üstələyir. 

nformasiya-kommunikasiya texnologiyalarının inkişafı, nano sənayenin təşəkkülü bu 

istiqamətdə  yeni  sıçrayışlı  dəyişikliklərə  rəvac  vermədədir.  Bir  sıra  ölkələrdə 

postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçidi də dünya iqtisadiyyatında 

məhsul seqmentinin dəyişməsində əks olunur və təkraristehsalın daha intensiv tipinin 

formalşmasına rəvac verir. 

 

 

1.2.  Dünya  iqtisadiyyatının  strukturu  elementləri,  onların  miqyaslılığı  və 



təsir sferası 

Dünya  iqtisadiyyatının  strukturu  elementləri  sırasında  yer  alan,  milli 

təsərrüfatlar,  onların  sektorları  və  iqtisadi  subyektləri,  beynəlxalq  iqtisadi 

münasibətlər,  milli  və  beynəlxalq  bazarlar  və  dünya  bazarı  və  dövlətlərin  ticarət-

iqtisadi ittifaqlarının hər biri ayrı ayrılıqda əhəmiyyətliliyi ilə fərqlənir. Bu baxımdan 

onların  hər  birinin  xarateristikasının  verilməsi  bizim  tədqiqat  vəzifəmizlə  tam 

uyğunlaşır. 

1.2.1. Milli təsərrüfatlar, onların sektorları və iqtisadi subyektləri 

Ölkə  iqtisadiyyatını  xarakterizə  edən  makroiqtisadiyyat  səviyyəsində 

cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın, ən başlıca iqtisadi normaları dayanır. Xarici 

iqtisadi  ədəbiyyatlarda  “makroekonomika”  kimi  adlanan  makroiqtisadiyyat  iqtisad 

elminin  bir  bölməsi  olaraq  bütövlükdə  ölkə  iqtisadiyyatının  vəziyyəti  öyrənilir. 

Buraya  genişliklə  ictimai  məhsulun  məcmusu,  milli  gəlirin  kəmiyyəti,  artımı  və 

bölgüsü,  sosial  tələbatların  ödənilmək  səviyyəsi,  inflyasiya,  işsizlik,  büdcə  defisiti, 

iqtisadi  artım,  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  kimi  problemlərin  öyrənilməsi 

daxildir.  Makroiqtisadiyyatda  bütün  göstəricilər  aqreqat  formada  ölçülür.  Lakonik 

interpretasiyada  makroiqtisadiyyat  -  milli  iqtisadiyyatdır.  Bu  baxımdan  milli 

iqtisadiyyatı  ölkənin  və  konkret  dövlətin  bütöv  bir  təsərrüfat,  sosial  və  təşkilatı 

sistemi  -  iqtisadiyyatı  kimi  də  xarakterizə  etmək  mümkündür.  Elm  olaraq  milli 

iqtisadiyyat  eyni  mərhələdə  istehsal,  bölgü,  mübadilə,  istehlakı  əhatə  edən  sosial-

iqtisadi  prosesləri  müxtəlif  subyekt  və  münasibətlərin  idarəetmə  təsiri  baxımından 




 

15

öyrənir.  Buraya,  həmçinin  təbii-ekoloji,  əmək,  istehsal,  elmi-texniki,  texniki-



texnoloji,  informasiya  və  idarəetmə,  maliyyə  gücünü  ehtiva  edən  iqtisadi  potensial 

daxildir [2]. 

Milli  iqtisadiyyatın  tərkib  hissəsi  olaraq  regional  iqtisadiyyat  və  bələdiyyə 

iqtisadiyyatı  çıxış  edirlər.  Regional  iqtisadiyyat  regional  səviyyədə  iqtisadi  həyatın 

aspektlərini,  istehsal  güclərinin  yerləşməsi  və  inkişafını,  regionun  idarəetmə 

sisteminin modelləşməsini, təsərrüfatın tənzimlənməsinin metod və mexanizmlərinin 

təkmilləşməsini tədqiq edən tətbiqi iqtisad elmidir. O, təbii-ekoloji şəraitlə uzlaşmada 

regionun  sosial-iqtisadi  proseslərini  öyrənir.  Bələdiyyə  iqtisadiyyatı  bələdiyyə 

təsisatları  ərazisində  istehsal,  bölgü,  mübadilə,  material  nemətlər  və  xidmətlər 

istehlakı porosesində yerli idarəetmə orqanlarının çıxış etdikləri iqtisadi münasibətlər 

sistemidir.  Bələdiyyə  iqtisadiyyatının  əsasını  bələdiyyələrə  məxsus  mülkiyyət, 

onların  büdcə  vəsaitləri  və  həmçinin  bələdiyyə  təsisatlarının  mülkiyyət  hüquqları 

təşkil edir. 

qtisadiyyatın  mikro-makroiqtisadi  səviyyələrə  bölünməsi  xalis  şərti  xarakter 

daşıyır.  Belə  ki,  çox  zaman  bu  iki  anlayışın  sərhədlərinin  biri-birindən  ayrırmaq 

çətinliyi  yaranır.  Bununla  belə,  onlar  arasında  çox  sıx  əlaqəlilik  də  mövcuddur. 

Ə

vvəla  makroiqtisadiyyat  mikroiqtisadiyyatın  öyrənilməsində  nəzəri  təməl  olaraq 



çıxış  edir.  kincisi  isə  iqtisadiyyatın  vəziyyəti,  ilk  növbədə,  ayrı-ayrı  müəsissə  və 

ş

irkətlərin  səmərəli  fəaliyyətindən  asılı  olur.  Bununla  belə  makroiqtisadiyyat  və 



mikroiqtisadiyyat  arasında  aralıq  orta  bir  səviyyə  də  mövcuddur.  Ötən  əsrin  80-ci 

illərində  elmi  dövriyyəyə  həm  iqtisad  elminin  ayrıca  bölməsi  kimi,  həm  də 

iqtisadiyyatın müqabil səviyyəsi olaraq mezoiqtisadiyyat anlayışı da daxil olmuşdur. 

Xarici  iqtisadi  ədəbiyyatlarda  “mezoekonomika”  adlanan  mezoiqtisadiyyat 

makroiqtisadiyyatın  yarımsistemləri  olmaqla  bir-biri  ilə  üzvi  bağlı  sahələr 

komplekslərini özündə birləşdirir. 

qtisadiyyatın  üçüncü  beynəlxalq  səviyyəsi  kimi  dünya  birliyi  ölkələrinin 

qarşılıqlı iqtisadi rabitə və hərəkətini birləşdirən dünya iqtisadiyyatı çıxış edir. Dünya 

iqtisadiyyatı sadəcə milli təsərrüfatların qarşılıqlı rabitəli və hərkətli məcmusu deyil. 

O,  müxtəlif  qarçılıqlı  rabitədə  olan  milli  təsərrüfatlar  bütöv  və  vahid  bir  əsasda 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə