Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
    Bu səhifədəki naviqasiya:
  • Riskl

 
25 
özünüzdə bu cür idarəetmə qərarı nöqsansız ola bilər. Lakin istisna deyil ki, 
idarəetmə qərarı resurs və ya maddi-texniki təchizat sahəsində yaranan gərginliyin 
əsas səbəbləri olan riski Bankın nəzarəti altından çıxaracaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
26 
I FƏS L. Bank risklərinin nəzəri-metodoloji əsasları 
 
1.2  Bank risklərinin idarə olunmasının mahiyyəti 
Bank risklərinin idarə olunma sistemi dedikdə: bank fəaliyyətində qeyri- 
müəyyənlik olduqda bank işçilərinin müsbət maliyyə nəticələrinin təmin 
olunmasına yönəldilən sulların məcmusu basa düsülür. Bankların riskdən 
qorunması mexanizmi riskin cari nizamlaşdırılması və onun minimumlaşdırılması 
tədbirlərini əhatə edir. Risklərin idarə edilməsi prosesi Bankın fəaliyyətinə xas olan 
risklərin müəyyən edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların 
hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət 
edilməsi və risklərin azaldılmasıdır.   
Risklərin idarə edilməsi siyasəti aşağıdakı məqsədləri ifadə edir: 
1)  Etibarlı, üzərinə məqbul sayılan səviyyədən artıq risklər götürməyən bank 
imicinin yaradılması və qorunması; 
2)  Bank tərəfindən üzərinə götürülmüş öhdəliklərin şərtsiz icra olunmasının təmin 
edilməsi; 
3)  Bankın yalnız məqbul və onun mövcud biznes həcminə adekvat olan riskləri öz 
üzərinə götürməsinin təmin olunması; 
4)  Bankın adekvat aktivlər və passivlər portfelinin formalaşdırılması. 
Risklərin idarə edilməsi siyasəti aşağıda qeyd olunan vəzifələri yerinə 
yetirir: 
 1) Bankın inkişaf strategiyasının həyata kecirilməsinin təmin olunması; 
 2) Məsul şəxslər tərəfindən müvafiq limitlər və səlahiyyət bölgülərinə riayət 
olunmasının təmin edilməsi; 
  3) Böhran şəraitində Bankın normal fəaliyyətinin təmin edilməsi; 
 4) Bankın uzun müddət ərzində həddən artıq riskə məruz qalmasına yol 
verilməməsi; 
 5) Aktiv-passivlərin idarə edilməsi üzrə səmərəli sistemin yaradılması. 


 
27 
Risklərin idarə edilməsi siyasətinin prinsip və standartları aşağıdakı 
qaydada müəyyən edilir: 
 1) Bankda mövcud olan bütün xidmətlər (məhsullar) üzrə iş prosedurlarının 
müvafiq daxili sənədlərdə əks olunması; 
 2) Bankda böhran şəraitində risklərin idarə edilməsi prosedurlarının mövcüd 
olması; 
 3) Risklərin idarə edilməsində "stress-test" metodologiyasından istifadə edilməsi; 
 4) Bank üçün məqbul sayılan risk səviyyəsinə uyğun olmayan, əvvəlcədən 
araşdırılmamış və təsnifləşdirilməmiş risklərin əmələ gəlməsinə şərait yaradan 
əməliyyatların aparılmasına yol verilməməsi; 
 5) Bankın hər hansı bir fəaliyyət növü ilə bağlı olan risklərin Bankın bütün 
fəaliyyətinə təsirinin minimallaşdırılması; 
6) Hər hansı bank əməliyyatının daxili sənədlərlə nəzərdə tutulmuş tələblərə uyğun 
olmadığı halda həmin əməliyyatın aparılmasına yol verilməməsi; 
7) Bankın hər hansı bir fəaliyyət növü üzrə risk səviyyəsinin bankın digər fəaliyyət 
növləri və bank biznesinin ümumi risk səviyyəsindən artıq dərəcədə 
fərqlənməməsinin təmin edilməsi; 
8) Risklərin idarə edilməsi üzrə prosedur və mexanizmlərin fasiləsiz və daimi icra 
olunması; 
9) Risklərin idarə edilməsi sisteminin ictimaiyyətə şəffaf və aydın çatdırılması; 
10) Müştərilər və partnyorlarla münasibətlərin xüsusiyyətlərindən asılı olaraq, 
müxtəlif müştəri və ya partnyor qrupları üçün məqbul risk səviyyələrinin müəyyən 
edilməsi; 
11) Hər növ əməliyyatların aparılması və qərarların qəbul edilməsi üzrə limitlərin 
və səlahiyyətlər bölgüsünün müəyyən edilməsi; 
12) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılması və terrorculuğun maliyyələşdirilməsi məqsədilə Bankın 
infrastrukturundan istifadə olunmasının qarşının alınması. 


 
28 
Risklərin idarə edilməsi prosesi bankın fəaliyyətinə xas olan risklərin 
müəyyən edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların hazırlanması, 
məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və 
risklərin azaldılmasıdır. Risklərin idarə edilməsi funksiyası Müşahidə Şurası 
səviyyəsindən işçilərin səviyyəsinə kimi bank daxilində yuxarıdan aşağı 
istiqamətdə müəyyən edilən vəzifə və səlahiyyətlərin ümumi strukturudur. Bu 
funksiyanın əsas məqsədi bankın fəaliyyətinə xas olan spesifik riskləri 
müəyyənləşdirmək və qiymətləndirmək, həmin risklər barədə hesabat vermək, 
onlara nəzarət etmək və azaltmaq üçün istifadə olunan üsulları təyin etməkdən 
ibarətdir.Bu məqsədlə risklərin idarə edilməsi funksiyası aşağıdakıların aydın 
müəyyənləşdirilməsini tələb edir: 
  1) Risklərin idarə edilməsi funksiyası tərəfindən nəzarət edilən risklərin həcmi.    
Risklərin həcmi səciyyəvi olaraq bankın hər bir əməliyyat bölməsinin üzləşdiyi 
müəyyən risklər haqqında ətraflı məlumatı təsvir edən Risk Xəritəsinin yaradılması 
vasitəsilə müəyyən edilir. Bankın fəaliyyətinə xas olan risklərin əsas növləri 
təfərrüatı ilə bu Standartın 2-ci bədində göstərilmişdir. 
  2) Risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati strukturunun 
bankın ümumi təşkilati strukturunun daxilindəki mövqeyi. Risklərin idarə edilməsi 
funksiyasını həyata keçirən təşkilati strukturunun təsviri bu Standartın 1.1-ci 
bəndində göstərilmişdir. 
  3) Risklər haqqında məlumatın qiymətləndirməsi, onlar barədə hesabatların 
hazırlanması, nəzarət edilməsi (limitlərin müəyyən edilməsi) və işgüzar qərarların 
qəbul edilməsi prosesinə daxil edilməsi metodologiyası. Bu metodologiyanı 
hazırlanması Standartın 2-ci və 3-cü bəndində göstərilmişdir. Hər bir bank 
fəaliyyətinin xüsusiyyətlərinə və əldə edilən məlumatlara uyğun olaraq öz 
metodologiyasını yaradmalıdır. 
Risklərin idarə edilməsi üzrə səlahiyyət səviyyələri və onlarla əlaqədar 
operativ qərarların qəbul edilməsi Müşahidə Şurasından başlanır və yuxarıdan 
aşağı hər bir ixtisas sahəsi üzrə həvalə olunur. Məsələn, bankda risklərin idarə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə