36
4) Aktiv və investisiyaların qorunması, o cümlədən fiziki nəzarət.
Risklərin idarə edilməsi səlahiyyətlərinin həvalə edilməsi Bankın təşkilati
strukturunda risklərin idarəedilməsi sisteminin əsasları təmin etməlidir ki,
onun əsasında risklərin idarə edilməsi səlahiyyətləri Müşahidə Şurası və darə
Heyəti tərəfindən müəyyən edilmiş aydın tapşırıqlar çərçivəsində əməliyyat
bölmələrinə həvalə edilsin, R K və Risklərin darəedilməsi Departamenti
tərəfindən nəzarət edilsin. darə Heyəti, Risklərin darəedilməsi Departamentindən
mütəmadi olaraq idarəedici məlumat almalı və bu məlumatdan işgüzar qərarların
qəbul edilməsi prosesində istifadə etməlidir. Ümumi təşkilati struktur daxilində
Risklərin darəedilməsi Departamenti bankın risk strategiyasının və risklərin idarə
edilməsi qaydalarının tətbiq edilməsinə məsul olmalıdır. Risklərə nəzarət, onların
ölçülməsi və qiymətləndirilməsi üzrə gündəlik məsuliyyət, digər dəstək və nəzarət
funksiyaları ilə yanaşı Risklərin darəedilməsi Departamentinin üzərinə
düşür. Məsələn, darə Heyəti üçün risklərin idarə edilməsi haqqında hesabatların
hazırlanması, yeni bank xidmətlərinin yaradılmasında iştirak, Xəzinədarlıq
Departamenti üçün hecinq strategiyalarının hazırlanması. Bankın hər bir əməliyyat
bölməsinin rəhbəri öz sahəsində yaranan risklərə görə məsuliyyət daşıyır.
Fəaliyyətin həcminə münasib olaraq, əməliyyat bölmələri daxilində müstəqil risk
menecerləri təyin edilə bilərlər. Bunların vəzifələri başlıca olaraq, risklərin idarə
edilməsi haqqında məlumatı hazırlayıb əməliyyat bölmələri rəhbərlərinə və
risklərin idarə edilməsi üzrə məsul işçilərə təqdim etməkdən ibarət olacaq.
aşağıdakılardan ibarət ola bilər:
1) Bankın kredit və investisiya portfellərinin tərkibi;
2) Portfel üzrə analitik metodlarla (Risk Metrik sistemi, Riskə məruz dəyər , Stres
testinin dəyəri, Həsasslıq) təhlillərin nəticələri;
3) nvestisiya portfelində yaranan əməliyyat gecikmələri (məsələn: alınmış
qiymətli kağızın ödənilməsinin gecikdirilməsi);
4) Sonuncu hesabat tarixindən sonra qarşı tərəf üzrə baş vermiş risk limitlərinin
aşılması;
37
5) Kredit portfelindəki ümidsiz borcların siyahısı;
6) Sonuncu hesabat tarixindən sonra yaranan əməliyyat zərərləri
Səmərəliliyin qiymətləndirilməsi darə Heyəti müntəzəm olaraq bankın
daxili nəzarət və risklərin idarə edilməsi infrastrukturunun müstəqilliyini və ümumi
effektivliyini qiymətləndirməlidir. Onlar müstəqil hesabatlar formasında əmin
olmalıdırlar ki, nəzarət və risk infrastrukturu hər zaman effektiv tətbiq olunur. Bu
hesabatlar təşkilat daxilində risklərin idarə edilməsi üzrə məsul olan işçilər, o
cümlədən menecerlər tərəfindən hazırlanmalıdır. Daxili auditorlar öz işlərinin əsas
hissəsi kimi müstəqil qiymətləndirmələr aparmalıdırlar. Risklərin idarə edilməsi
infrastrukturu və bankın fəaliyyətinə xas olan risklər üzrə ətraflı bilikləri olan
məsləhətçilər və auditorlar kimi kənar peşəkarlar tərəfindən hər il ən azı bir
müstəqil qiymətləndirmənin həyata keçirilməsi təmin edilməlidir. Daxili audit
bölməsi risklərin idarə edilməsi qaydalarına uyğun olaraq, bank tərəfindən
nəzarət qaydalarına əməl olunub-olunmamasının yoxlanılmasını və mövcud
qaydaların adekvatlığının və uyğunluğunun müəyyənləşdirilməsini iş planında
nəzərdə tutmalıdır. Bu səbəbdən, iş planına risklərin idarə edilməsı strukturunun
fəaliyyətinə müntəzəm nəzarət etmək üçün iş cədvəli daxil olmalıdır. Kənar
auditorlardan bunu təhlil etmək və bu barədə şərh vermək tələb oluna bilər. Daxili
auditorlar, risklərin idarə edilmə prosesini və daxili nəzarəti müntəzəm surətdə
yoxlamalıdırlar. Daxili auditin intensivliyi və həyata keçirilmə
tezliyi nöqsanlar aşkar edildikdə, bankın metodologiyasına, daxili nəzarət
strukturuna və yaxud ümumi risk mexanizminə əhəmiyyətli dəyişikliklər edildikdə
artırılmalıdır. Daxili audit bölməsinin işindən və hesabatlarından istifadə edərək,
Audit Komitəsi təsdiqlənmiş risklərin idarə edilməsi qaydalarına riayət
olunmasından, prosedurlarının səmərəli şəkildə həyata keçirilməsindən və bankın
gündəlik fəaliyyətində daxili nəzarət qaydalarına riayət edilməsındən əmin
olmalıdır. Daxili auditorlar yoxlama zamanı aşkar edilmiş nöqsanları aradan
qaldırmaq üçün dərhal tədbirlərin görülməsini təmin edəcək Audit Komitəsindəki
məsul şəxsə hesabat verməlidirlər. Tələb olunduqda, onlar Müşahidə Şurasına və
38
darə Heyətinə bu barədə lazımi hesabatları təqdim edilməlidirlər. Kənar auditorlar
risklərin idarə edilməsi funksiyasının tamlığını və müstəqilliyini, risklərin idarə
edilməsi qaydalarına və prosedurlarına riayət olunmasını qiymətlindirməli və bu
barədə Müşahidə Şurasına, Audit Komitəsinə və darə Heyətinə hesabat
verməlidirlər. Buraya ən azı hər il bir dəfə risk nəzarətinin və prosedurların
dəyişdirilməsinin təhlili daxil olmalıdır.
Limitlərin təhlili
Limitlər Risklərin idarə edilməsi komitəsinin və darə
Heyətinin tövsiyələri əsasmda Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir.
Limitlərin təyin edilməsi riskin mümkün səviyyəsinin müəyyənləşdirilməsinə
aiddir. Limitlərin təyin edilməsini bank rəhbərliyi Bankın strategiyasma uyğun
olaraq qəbul edir. Bu limitlərə bankdaxili qərarlarda, təlimatlarda və metodikalarda
öz əksini tapır. Bütün bunlardan sonra, Bankın mövcud fəaliyyətini qoruyub
saxlamaq nçün bankın əsas fəaliyyət istiqamətləri üzrə bölmələrdən ibarət strateji
plan işlənib hazırlanması gələcəkdə daha çox inkişaf etmiş bazar iqtisadiyyatı
şəraitində yaranacaq yeni banklara da aiddir. Strateji plan öz növbəsində strateji və
operativ idarəetmələr, eləcə də bank fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə
operativ plan vasitəsilə həyata keçirilir. Sənədlərin bu cür yığımı bank
əməkdaşlarımn fəaliyyət dairəsinin metodiki əsaslarını təşkil edir və bu da konkret
əməliyyatların icrası öçün zəruri olan nəzarət ilə limitlərin ümumi sisteminin
təməlini qoyur.
Bu cür sistem əməkdaşları rəhbərlik tərəfmdən planlaşdırılan riskin
arzulanan səviyyəsinə istiqamətləndirilməsi zamanı səmərəli olur. Misal üçün,
limitlər kəskin və konservativ olarsa, bu zaman bank menecerləri riskin cüzi
olduğu bank əməliyyatlarını həyata keçirməyə can atırlar. Limitlərin əksinə olaraq
qeyri -müəyyən, məhdudiyyətlərin isə əhəmiyyətsiz olması, bank əməkdaşlarına
riski çox olan əməliyyatlara diqqət yetirməyə şərait yaradır. Nadir hallarda
ümumiləşdirilmiş və aqregirləşmiş limitlərdən S>arət bankdaxili sənədlərə rast
gəlinir. Onlar ayrı-ayrı bank əməliyyatları üzrə risk səviyyəsinin bank kapitalı və
ya gəlirinin miqdarı kimi ğöstəricilər vasitəsilə qarşılıqlı əlaqədə əsaslanır. (bu cür
Dostları ilə paylaş: |