Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

 98 
irəli sürülən “Cinsi şəriklik” məsələsinin mövcudluğu barəsində qeyd 
olunan iddialar yalandır.  
 
Mənbə 
1.  Avesta 
2.  Alberi, C.R.C. “Manəvilik Zəburu” tərcüməçi:  Əbülqasim  İsmailpur, 
Tehran 1996 
3.  Amuzqar. Jale və  Təfəzzoli.  Əhməd, “Zərdüştün həyat  əfsanəsi”, 
Tehran 1996 
4.  Eliada, Mirça, “Genusi və Manəvi dinləri, tərcüməçi:  Əbülqasim 
İsmailpur, Tehran 1994 
5.  Uşidəri, Cahangiq, “Məzdəyəsna ensklopediyası”, Tehran 1992 
6.  Buis, Meri, “Zərdüştlük dininin tarixi”, tərcümə: Humayun Sənətizadə, 
Tehran 1995 
7.  Təqizadə, Seyyid Həsən. “Mani və onun dini”, Tehran 1968 
8.  Hikmət, Əli Əsğər, “Dinlər tarixi”, Tehran 1966 
9.  Xosrəvi, Xosrov, “Məzdək”, tehran 1970 
10.  Rəisniya, Rəhim, “Məzdək və sonra”, Tehra 1978 
11.   Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1996 
12.  Zener. R.C, “Zərvan”, tərcüməçi: Teymur Qaderi, Tehran 1995 
13.  Zener. R.C, “Zərdüştlüyün doğuşu və batışı”, tərcüməçi: Teymur 
Qaderi, Tehran 1996 
14.  Kristyanson, artur Emanuel, “Qubadın padşahlığı  və  Məzdəkin ya-
ranması”, tərcüməçi: Əhməd Birşək, Tehran 1995 
15.  Gimen, Duşen, “Qədim  İranın dini”, tərcüməçi: Röya Münəccim, 
Tehran 1996 
16.  Nas. Con.B, “Dinlərin ümumi tarixi”, tərcüməçi:  Əli  Əsğər Hikmət, 
Tehran 1991 
17.  Vermazrin, Martin, “Mitra dini”, tərcüməçi: Bozorq Nadirzad, Tehran 
1993 
18.  Videngern, Qeo, “İran dinləri”, tərcüməçi: Mənuçehr Fərhəng, Tehran 
1998 
19.  Hyum. Robert.A, “Dünyanının diri dinləri”, tərcüməçi:  Əbdürrəhim 
Qovahi, Tehran 1994 


 
99
7. İslamdan öncə ərəblər arasındakı  
mövcud dinlər 
 
1. Cahiliyyət dövrünün ərəb dinləri 
Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və  Ədnani. Qəhtani 
ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar 
Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa-
yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan 
adlı  şəxsdən yaranmaışdırlar.  İstər  İslam dinindən öncəki cahiliyyət 
dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü 
qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır-
dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla-
mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən 
idilər.
1
  
Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm 
idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan ta-
rixi dönəm Cahiliyyət dövrü adlandırılır. Elə bu səbəbdən də, həmən 
                                                 
1
 Ərəblərin digər tayfaları, o cümlədədn Ad və Səmud Baidə Ərəbləri adlandırılırdı-
lar. Qəhtani  Ərəblər Aribə  Ərəbləri və  Ədnani  Ərəbləri Müstərəbə  Ərəblər adlan-
dırılırdılar.  Ərəbistan yarımadasından kənarda yaşayan  Ərəblər, yəni  İslam dininin 
yaranmasından və yayılmasından sonra meydana çıxan, İslam dinini, mədəniyyətini 
və Ərəb dilini qəbul edən Ərəblərin məxsusi adı yoxdur. 


 100 
zaman barədə  əsaslı tarix yoxdur və  əldə olunan bütün məlumatlar 
İslam mədəniyyətinin meydana çıxmasından sonra şifahi şəkildə nəql 
olunan məlumatların yazılı hala gətirilməsindən sonra yaranmışdır. 
Hal-hazırda alimlərin böyük əksəriyyəti bu tarixi məlumatları  qəbul 
etmirlər. Qurani-Kərimdə  və  İslami hədislərdə bu barədə mövcud 
olan dəyərli məlumatlar cahiliyyət  ərəblərinin etikasına və dini eti-
qadlarına aid ümumi məlumatlardır. Çünki, qeyd etdiyimiz mənbə-
lərdə qeyd olunan məlumatlar tarixi məsələləri bəyan etmək deyildi. 
Misirin böyük alimlərindən olan Taha Hüseyn məşhur  şərqşü-
nasların yolunu davam etdirərək cahiliyyət  ərəbləri barədə mövcud 
olan məlumatların böyük əksəriyyətini tənqid atəşinə tutdu və bu 
sahədə yeni əsərlər yaratdı.  İraqlı alim Doktor Cəvad  Əli də  Ərəb 
dilində on cilddə “Əl Məfsəl fi tarixil Ərəb qəbləl İslam” ensklope-
diyasını qələmə aldı. O, bu dəyərli əsərdə cahiliyyət Ərəblərinin bü-
tün mədəni və tarixi tərəflərini işıqlandırdı.  
Cahiliyyət dövründə ərəblərin sitayiş etdiyi ən məşhur din Büt-
pərəstlik idi və bu sitayiş növü Ədnani Ərərblərin arasında da geniş 
yayılmışdı. Bəzi  Ərəblər isə  yəhudiliyə  və xristiyanlığa iman gətir-
mişdilər.  
 
2. Ərəblərin Tanrıları 
Ərəblər də digər bütpərəstlər kimi müxtəlif formalara malik 
çoxlu sayda Tanrılara inanırdılar. Bu Tanrıların bəziləri insan, bəzilər 
heyvan, bəziləri insanla heyvanın qarışığından yaranan məxluq for-
masında, yaxud xüsusi  forması olan daş idi. Tarixçilər Ərəblər ara-
sında bütpərəstliyin  Əmr ibn Luhəy tərəfindən yaradılmasını bildi-
rirlər. Onların nəzərincə Əmr Şama səfər edərkən ilk dəfə olaraq büt-
pərəstləri görmüşdür. Həmin insanlardan büt barədə soruşanda cavab 
vermişlər ki, bu büt bizə kömək edir və bizim diyarda yağışın ya-
ğmasının əsas səbəbkarı odur. Əmr bütə sahib olmaq fikrinə düşdü və 


 
101
Hubəli onlardan alaraq Məkkəyə gətirdi. Hubəl Məkkə əhalisinin ən 
sevimli və böyük bütü idi. Hal-hazırda alimlər bu hekayəyə heç bir 
dəyər vermirlər və bütpərəstliyin başlanğıcının məlum olmadığını 
bildirirlər. Onların nəzərincə Hicaz bütpərəstlərinin də digər bütpə-
rəstlər kimi başqa yerlərdən idxal etdiyi bütləri olmuşdur. Məsələn; 
Zuşşəra (Duschara) əslində İordaniya Nəbətilərinin bütü olub.  
Ərəblər bəzən müxtəlif məfhumları büt halına gətirirdilər və ona 
sitayiş edirdilər. Məsələn; Mənat  qəza və qədər Tanrısı idi. Heyvan 
formalarında olan bütlər də  ərəblər arasında mövcud idi. Məsələn; 
Nəsr  kərkəs formasında olan büt idi. Heyvan formasında olan bütlər 
Totemizmin qalıqları idi.  
 
3. Allaha iman 
Qurani-Kərim ayələrindən də  məlum olduğu kimi cahiliyyət 
ərəbləri Allahı dünyanın yaradıcısı  və bütü onun siması kimi qəbul 
edirdilər. İbadət və and içmə zamanı həm Allahın adında and içirdi-
lər, həm də bütlərin adından istifadə edirdilər. Məsələn; İşlərini başa-
layanda “Bismikə Allahummə” deyirdilər, amma ibadət və hacətlə-
rini dillərinə  gətirdikləri zaman bütlərin adlarını  çəkirdilər. Onlarla 
islam Peyğəmbəri Həzrət Muhəmməd (s) arasında  ən  əsas ixtilaf O 
Həzrətin onların bütlərə sitayiş etmələri, onlardan hacət istəmələri və 
şirkdən əl çəkmələri sahəsində idi.  
 
4. Əzabverici ruhlar 
Ucsuz-bucaqsız çöllərdə  və  səhralarda həyat üçün vacib olan 
anlayışlardan biri də  bəzi gözə görsənməyən məxluqların mövcud-
luğuna inam idi. Səhrada yaşayan Ərəblər də ziyan və əziyyət verən 
ruhlara böyük əhəmiyyət verirdilər və  həyatlarını elə qururdular ki, 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə