Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

 
79
dalrın bəziləri qurban mərasimlərini, ibadəti və onlara ehtiramı tam 
diqqətlə yerinə yetirirdilər.  
 
1-6. Davamçıları və rəqibləri  
Konfutsinin yetmiş  nəfərdən ibarət olan şagirdləri Çinin bütün 
bölgələrinə  səfər etdilər və hökümdarların, yüksək mənsəb sahiblə-
rinin təlimi ilə məşğul olmağa başladılar. Onlardan bəziləri də xəlvət 
guşəyə  çəkilərək təklikdə ibadətə üz tutdular. Bu filosofun təlimləri 
ondan iki nəsil sonrakı dövrədək şagirdləri tərəfindən yayıldı. Feoda-
lizmin zəifləməsindən və müxtəlif rəqib fəlsəfə məktəblərinin meyda-
na çıxması ilə Konfutsinin fikirlərinin və təlimlərinin yayımı müxtəlif 
problemlərlə üzləşməyə başladı. Bu fəlsəfi məktəblərin hər birisi 
ayrılıqda Konfutsinin fəlsəfi düşüncələrinə hücum edirdi. Belə qar-
şıdurmalarda qələbə  bəzi vaxtlar Konfutsinin davamçılarının, bəzən 
də digər fəlsəfi məktəblərin davamçılarını olurdu. Amma sonda Bud-
dizmin Çinə daxil olması ilə düşüncə savaşı Buddizmin qələbəsi ilə 
başa çatdı və Konfutsinin düşüncələri müəyyən qədər kənarda qaldı. 
Buna baxmayaraq onun şöhrəti və  əzəməti daim Çinlilər arasında 
mövcud olmuşdur və hal-hazırda da mövcud olmaqdadır.  
 
1-7. Rəsmi din 
Çin hökümdarları müxtəlif dövürlərdə  həmişə Konfutsiyə  və 
onun fəlsəfi məktəbinə ehtiram göstərmişlər və rəsmi şəkildə onu ən 
böyük filosof kimi qəbul edərək onun ruhuna ehtiram göstərmişlər. 
Onun məqbərəsi yanında qurban kəsmək adət-ənənəsi  şagirdlərinin 
zamanından həyata keçirilməyə başlanılmışdır, amma ilk dəfə belə 
addım atmış padşah Kau Tsu olmuşdur. O, eradan əvvəl 195-ci ildə 
hakimiyyət başında olduğu ildə Konfutsinin qəbrini ziyarət etdikdən 
sonra elə həmin məkanda qurban kəsmişdir. Ondan sonra digər pad-
şahlar da bu adət-ənənəni davam etdirmişlər və böyük filosofun ru-
huna qurbanlar kəsərək hədiyyələr  əta etmişlər. 1911-ci ildən rəsmi 
və dövlət səviyyəsində Konfutsinin ruhuna ehtiram adəti yığışdırıl-
mağa başlanıldı. Bir müddətdən sonra Çin hökuməti böyük filo-


 80 
soflsrın yanında Konfutsinin düşüncələrinin də dirildilməsi məsələsi 
ətrafında bəzi işlər görməyə çalışdı, amma 1949-cu ildə Çində baş 
vermiş Kommunist inqilabından sonra onun düşüncələri ilə  kəskin 
mübarizəyə başlanıldı. Kommunistlər onu zəhmətkeş təbəqəyə qarşı 
çıxdığını və zadəganları müdafiə etməsi iddiasını irəli sürməyə baş-
ladılar.  
 
2. Taoizm 
Taoizm, yaxud Daoizm eradan əvvəl 517-ci ildə dünyadan köç-
müş filosof Laotseyə mənsubdur. Onun həqiqətən mövcud oması, ya-
xud tam əfsanəvi  şəxs olması sahəsində alimlər arasında ciddi fikir 
ayrılıqları mövcuddur.  Dini adət-ənənə və tarix nöqteyi nəzərindən o 
eradan  əvvəl 604-cü ildə Çində dünyaya gəlmişdir və ömrünün bir 
hissəsini şahın sarayında sənədlərin saxlanıldığı yerin, dövlət arxivi-
nin başçısı vəzifəsində çalışmışdır. Bir müddət bu vəzifədə çalışdıq-
dan sonra işindən istefa vermişdir və ruhi paklığını kamilləşdirmək 
üçün bu işlərini, hətta təhsilini belə dayandırmışdır və evdə  xəlvətə 
çəkilmişdir.  İnsanlar onun barəsində maraqlanmağa başladılar və 
onun düşüncələri ilə tanış olmaq üçün görüşünə  tələsdilər. Qeyd et-
mək lazımdır ki, Konfutsi də onun görüşünə getmişdir. O, insanların 
müraciətlərindən yorulduqdan sonra öz el-obasını tərk edərək müha-
cirət etməli olmuşdur.  Şəhər qapılarının qoruyucularından biri onu 
səfər edərkən gördü və ona nəsə öyrətməyini xahiş etdi. Laotsey bir 
kənarda dayanaraq ona bir mətn yazdı və həmin mətn hələ də möv-
cuddur. Həmin mətnin adı Taute Çinq, yəni “Taunun vəhyi və onun 
xasiyyəti”-dir. Bu risalə qısa hikmətli sözlərdən ibarətdir və bəziləri-
nin mənası aydın deyildir. O, bu risaləni qapıçıya verdi, oradan getdi 
və bundan sonran ondan xəbər çıxmadı. Bəzilərinin iddialarına görə 
o, eradan əvvəl 517-ci ildə dünyasını dəyişdi.  


 
81
Laotseyni  əfsanəvi  şəxs qəbul edən insanlarin nəzərincə onun 
meydana çıxardığı fəlsəfə Konfusiusun yaratdığı fəlsəfədən daha qə-
dimidir və qeyd olunmuş risalə  qədim zamanlardan mövcud olmuş-
dur.  
 
2-1. Laotsey və Taute Çinq fəlsəfəsi  
Laotseyə aid olan bu risalə bir nəfərin düşüncəsinin yaratdığı 
məhsul deyildir. Belə ki, əsrlər boyu onun üzərində bir çox dəyişik-
liklər aparılmışdır. Amma bu risalənin məzmununun  əksər hissəsi 
eradan əvvəl dördüncü əsrə qayıdır.  
Antik Çin filosoflarının nəzərincə dünyada baş verən bütün ha-
disələr Tao adlanan quruluşunu təsiri altında meydana çıxır. Tao Çin 
dilində düzgün yol və ən dərin mənasında çayın dibi mənasını verir. 
Bu fəlsəfə davamçıları dünyada baş verən dəyişikliklər sahəsində ça-
yın dibinə  bənzər və  həmişə sabit qalan qanunun olmasını bildirir-
dilər. Onlar deyirdilər ki, Taonun əvvəli və sonu yoxdur və maddi 
dünyanın yaranmasından sonra Tao da uyğunluqların, tarazlığın mey-
dana çıxması üçün mövcud olmuşdur. Elə bu səbəbdən də, Tao sözü 
məna baxımından Yunanlıların Kosmos, yəni tənasüb (qanunauy-
ğunluq) sözünə yaxındır. Yunanlılar dünyanı kosmos adlandırırlar.  
Taote Çinq risaləsində belə qeyd olunmuşdur ki, əşya hər zaman 
öz təbii məkanında hərəkət edərsə, onun bu hərəkəti  ən yüksək tə-
nasüb və qanunauyğunluqla olacaqdır. Amma öz təbii mühitindən kə-
nara çıxdığı halda bu qanunauyğunluq itəcəkdir.  İnsanın  ən son 
məqsədi özünü Tao ilə ahəngdar etməkdən ibarətdir.  
 
2-2. Çuanq Tse və onun məqalələri 
Çuanq Tse Laotseydən sonra mövcud olan ən tanınmış Taoizm 
filosofudur. O, eradan əvvəl dördüncü əsrdə öz fərzi müəllimi Laot-
seyin təlimlərini yaymaqla məşğul olmuşdur. Bu böyük filosofun 
otuz üç məqaləsi olduğu bildirilmişdir və bu məqalələrin əksəriyyəti 
həqiqətən də ona aiddir. O, dünyada baş verən dəyişiklikləri dövran 
və zaman formasında nümayiş etdirmişdir. O eləcə də, ziddiyyət təş-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə