Dədə Qorqud ● 2015/I I 13
единые типологические линии. Так, герои эпоса всех народов объединяют в себе функции
первого предка, защитника-спасителя и культурного героя. В статье была исследована
функция первого предка, первого отца образа Огуза – главного героя в эпосах, известных
в истории под названием «Огузнаме» и с эпическо-мифологической стороны проанализи-
рована роль Огуза героя в зарождении мира. В статье исследование первого предка героя
в эпосе Огуз показал, что главный герой Огуз-каган (хан) в эпосе Огуз, известного под
названием «Огузнаме» сохранил и развил функции, присущие мифическому герою.
Первый человек Огуз каган превратился в великолепного эпического героя в процессе
своей эпической эволюции. В это время первые функции предка, спасителя, культурного
героя, демиурга мифического Огуза стали основными направлениями расширения образа.
Ключевые слова: эпос Огуз, «Огузнаме», Огуз каган, первый предок, культурный
герой, демиург.
Məsələnin qoyuluşu. Hər bir epos milli qəhrəman tipini təqdim edir. Hə-
min qəhrəman onu yaradan xalqın qəhrəmanlıq ruhunu əks etdirir və xalqın milli
özünüifadə simvoluna, milli kimlik rəmzinə çevrilir. Dünya eposunun qəhrə-
manları öz milli cizgilərinə görə fərqlənsə də, onların hamısını vahid tipoloji
cizgilər birləşdirir. Belə ki, bütün xalqların dastan qəhrəmanları ilk əcdad, qoru-
yucu-xilaskar və mədəni qəhrəman funksiyalarını özündə cəmləşdirir.
İşin məqsədi. Məqalənin yazılmasında əsas məqsəd oğuzların tarixə
“Oğuznamə” adı altında məlum olan dastanlarında qəhrəman obrazının ilk əc-
dad, ilk ata finksiyasını araşdırmaq və qəhrəmanın Oğuz dünyasının yaranma-
sındakı rolunu epik-mifoloji cəhətləri baxımından tədqiq etməkdir.
Oğuz eposu dedikdə azərbaycanlıların, Türkiyə türklərinin, türkmənlərin,
qaqauzların əcdadı olan oğuzların dastanları nəzərdə tutulur. Həmin dastanları
oğuzların özləri orta əsrlərdə “Oğuznamə” adlandırmışlar. Bu gün elm aləminə
“Oğuznamə”nin çoxlu variantları məlumdur (1; 2; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12;
13; 14; 15 və s.).
Ramazan Qafarlı yazır ki, “oğuznamə” türk xalqlarının oğuz qrupunun
şifahi epik ənənəsinin nəzm və nəsrlə yaranan eposlarına orta çağların əvvəllə-
rində yazıya alınarkən verilən addır. “Oğuznamə” deyəndə hər şeydən əvvəl
folklorla yazılı ədəbiyyatın bir nöqtədə birləşdiyi məqam yada düşməlidir. Fakt-
lar göstərir ki, türkün təkcə eposları deyil, başqa folklor əsərlərindən ibarət əl-
yazma mətnləri də Azərbaycanda XVII-XVIII yüzilliklərdə “oğuznamə” adlan-
dırılırdı (16, 577).
Buradan məlum olur ki, “Oğuznamə” oğuzların dastanlarının ümumi adı-
dır. Özü də “Oğuznamə” dedikdə təkcə dastanlar yox, həm də başqa janrlar da,
məsələn, artalar sözləri, məsəllər və s. də nəzərdə tutulmuşdur. Bunu nəzərdə
tutan Füzuli Bayat yazır ki, oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi
görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda
“Oğuznamə” deyilir (17, 255).
Dədə Qorqud ● 2015/I I 14
Buradan da məlum olur ki, “Oğuznamə” dedikdə ümumiyyətlə oğuzların
yaratdığı bədii və tarixi əsərlər nəzərdə tutulur. Ağaverdi Xəlilin tədqiqatlarına
görə “Oğuznamə” bir dastan janrı kimi “bitik”, “namə” və “kitab” adları ilə üç
yazı mərhələsindən keçmişdir (18, 228).
“Oğuznamə” haqqında tədqiqatlar aparmış F.Bayat belə hesab edir ki,
oğuznamələr mətnin tipi baxımından iki yerə ayrılır:
1. Tarixi-xronoloji oğuznamələr;
2. Ədəbi oğuznamələr (17, 255-257).
A.Xəlil də belə hesab edir ki, tipinə görə oğuznamələr iki cür olur:
1. Oğuznamə janrı;
2. Oğuz yazısı (kitabı) oğuznamə; oğuzlar haqqında kitab; oğuzların
əfsanəvi tarixi... (18, 269).
Bu iki təsnifatı müqayisə etdikdə məlum olur ki, F.Bayat oğuznamələri
tarix və ədəbilik (bədiilik) baxımından, A.Xəlil isə şifahi (dastan) və yazılı (ki-
tab) olmaq baxımından iki tipə ayırmışdır. Hər iki təsnifat çoxlu variantları olan
“Oğuznamə” dastanın məzmununu, formasını, keçdiyi inkişaf yollarını müxtəlif
tərəflərdən əks etdirir.
Ədəbi oğuznamələr dedikdə, əsasən, “Kitabi-Dədə Qorqud” nəzərdə tutu-
lur. Tarixi oğuznamələr dedikdə isə orta əsrlər tarixçilərinin türk hökmdarları
haqqında yazdıqları tarix kitablarının əvvəlində verilən “Oğuznamə” dastanı nə-
zərdə tutulur.
Qeyd edək ki, ədəbi oğuznamə kimi “Kitabi-Dədə Qorqud”un bütün başqa
oğuznamələrdən bir əsas fərqi var. Digər oğuznamələrin hamısı oğuzların ulu
əcdadı Oğuz kağandan bəhs etdiyi halda, “Kitabi-Dədə Qorqud”da bu obrazın
yalnız adı çəkilir. Bu dastanın əsas qəhrəmanları Bayındır xan, Salur Qazan, Alp
Aruz, Bamsı Beyrək, Uruz, Basat və s. oğuz qəhrəmanlarıdır.
Ümumiyyətlə, bütün qəhrəmanlıq dastanlarının əsasında ilk mifoloji heka-
yətlərin durduğu, dastan qəhrəmanlarının öz ilkin başlanğıcında bir mif qəhrə-
manı olduqları məlum məsələdir. Dastan qəhrəmanlarının ilk əcdad, qəhrəman
(xilasklar) və mədəni qəhrəman funksiyaları birbaşa mifik qəhrəman obrazı ilə
bağlıdır. Y.M.Meletinski ilk əcdad, mədəni qəhrəman və demiurq obrazlarını
vahid obraz kompleksinin tərkib hissəsi hesab edir. O, ilk əcdad haqqında yazır
ki, ilk əcdadlar qəbilə və tayfaların ilk valideyni hesab olunur, onlar qəbilə ic-
masını bir sosial qrup kimi modelləşdirirlər. Müəllif mədəni qəhrəmanlar haq-
qında yazır ki, bunlar insanlar üçün müxtəlif əşyaları (odu, mədəni bitkiləri,
əmək alətlərini) əldə edən, yaxud yaradan, insanlara ov etməyin, torpaq becər-
məyin qaydalarını, sənətkarlığı, incəsənəti öyrədən mifoloji personajlardır. On-
lar sosial və dini qaydaları, mərasimləri və bayramları, nikah qaydalarını və s.
müəyyənləşdirirlər (19, 638).
Beləliklə, aydın olur ki, ilk əcdad, mədəni qəhrəman və demiurq eyni bir
obrazın (ilk insanın) müxtəlif inkişaf mərhələlərinin adlarıdır. Mifik qəhrəmanı
Dostları ilə paylaş: |