Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
12
Bu sənədlərlə tanışlıqdan sonra audit heyəti əlavə sənədlərə ehtiyac olduğu qənaətinə gəldi və
növbəti sənədlərin auditə cəlb olunmasını tövsiyə etdi.
Aşağıdakı siyahıda auditə cəlb olunmuş əlavə sənədlərin siyahısı təqdim edilmişdir:
№010/C saylı Ekoloji və sosial idarəetmə sistemi (ESĐS) üzrə təlimat kitabçası;
BTC-nin "Oxford Archaeology" tərəfindən Mədəni Đrsin Menecmenti üzrə 08.10.2004-cü il
tarixdə aparılmış audit hesabatları;
BTC-nin milli QHT-lər tərəfindən aparılmış 2005-ci ilin yekun Hesabatı;
BTC ilə AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu arasında bağlanmış müqavilənin
uyğun hissələri (№C-03-BTC-55942);
Müxtəlif KP-lərə aid (Aşağı-Ayıblı: 361; 358-357.5, Tovuzçay: 378, Poylu: 409.2, 409.1,
408, 406) Arxeoloji Qazıntı Tədqiqatlarının Yazılı Planı;
BTC-nin sponsorluğu ilə 14-17.12.2005 tarixdəki Mədəni Đrsin Menecmenti üzrə "Qafqazın
Arxeologiyası, Etnologiyası və Folkloru" mövzusundakı konfransın materialları;
Mədəni Đrsin Menecment Planının F 5 hissəsinin layihəsi (Đş haqqında hesabat-Mərhələ 5,
C.03.BTC-55942 saylı müqavilə);
Son arxeoloji tapıntıların prosedur və protokol sənədləri (03.06.03 tarixli, AGT001);
AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutunun 19.07.2002 tarixli, 52-22-125 tarixli
aparılmış arxeoloji tədqiqatlar haqqındakı hesabatı;
KP 378-də mədəni irsə təsirin minimuma endirilməsi üzrə marşrutun dəyişdiriməsi
haqqında 03.08.2004 tarixli, №DCR-EN-00013 saylı SCP001-MS10-PL-ALS-05379SCP
və BTC001-B110-PL-ALC-05379BTC sənədləri;
2.6.
Sənədlərə Baxış və Sorğu Vərəqələrinin Hazırlanması
Sənədlərlə tanışlıqdan sonra aşağıdakı struktura malik sorğu vərəqələri hazırlanmışdır:
CQBK-nin Mədəni Đrsin Qorunması üzrə götürülmüş öhdəliklərinin auditi üzrə sorğu
vərəqəsi.
CQBK-nin podratçı təşkilatı olan CCĐC şirkətinin fəaliyyətinin Mədəni Đrsin
Mühafizəsi üzrə götürülmüş öhdəliklərinin auditinin sorğu vərəqəsi.
CQBK-nin Milli tərəfdaşı olan AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutunun
fəaliyyətinin Mədəni Đrsin Mühafizəsi üzrə götürülmüş öhdəliklərinin auditinin sorğu
vərəqəsi.
CQBK-nin Milli tərəfdaşı olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
fəaliyyətinin Mədəni Đrsin Mühafizəsi üzrə götürülmüş öhdəliklərin auditinin sorğu
vərəqəsi.
Arxeoloji tapıntıların mühafizəsinin, təqdimatının və kataloqlarının tərtibinin,
tapıntılar haqqındakı hesabatların hazırlanmasının və ictimaiyyətə çatdırılması
proseduralarının auditi.
Sorğu vərəqələrinin təfərrüatları Əlavə 3-də verilmişdir.
III. Müşahidələr, Audit Zamanı Aşkar Edilən Məsələlər və Onların Təhlili
Layihə üzrə arxeoloji axtarışlar strategiyası iki prinsipə əsaslanmışdır: mütərəqqi və müasir
qiymətləndirmənin aparılması və boru kəməri tikintisindən yaranan təsirlərin yumşaldılması.
Hazırlanmış strategiya özündə 5 mərhələni əhatə edir:
Mərhələ 1 - Çöl axtarışları və aeorfotoçəkilişlərin öyrənilməsi də daxil olmaqla ilkin vəziyyətin
tədqiqindən ibarət olmuşdur. Məhz bu mərhələnin nəticələri əsasında arxeoloji abidələrin
menecment planı hazırlanmışdır.
Mərhələ 2 - Kəşfiyyat quyularının (şurfların) qazılması və ilkin tədqiqatların aparılmasından
bəhs edir.
Mərhələ 3 - Arxeoloji abidələrin zədələnmə təhlükəsi olan sahələrin müfəssəl tədqiq
edilməsindən ibarətdir.
Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
13
Mərəhəl 4 - Tikinti zamanı fəaliyyət – işlərin uyğunluğuna nəzarət və yeni aşkar edilmiş
arxeoloji obyektlərin tədqiqinə şəraitin yaradılmasını nəzərdə tutmuşdur.
Mərhələ 5 - Tikiti qurtardıqdan sonrakı fəaliyyət – tapıntıların təhlili, arxivləşdirmə,
hesabatların hazırlanması, nəticələrin ictimaiyyətə çatdırılmasını nəzərdə tutmuşdur.
Audit üçün təqdim olunmuş sənədlərin götürülmüş öhdəliklərə uyğunluğunun qiymətləndirilməsi
nəticəsində müəyyən olunmuşdur ki, hazırlanmış sənədlər:
Milli qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikasının "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" 1998-ci il 10 aprel tarixli, №470-ĐQ saylı qanuna tam
uyğundur;
Mədəni Đrsin Mühafizəsi üzrə müasir tələblərə tam şəkildə cavab verir.
Bundan əlavə, "Oxford Archaeology" tərəfindən Mədəni Đrsin Menecmenti üzrə 08.10.2004-cü il
tarixdə aparılmış audit hesabatlarına görə, sənədlər:
Beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğundur;
Kreditorların, beynəlxalq maliyyə korporasiyalarının prinsiplərinə tam uyğundur;
Beynəlxalq standartlara və təşkilatın öhdəliklərinə tam uyğundur.
3.1.
CQBK-nin Mədəni Đrsin Qorunması Sahəsindəki Fəaliyyət Planının Yerinə
Yetirilməsinin Auditi
Mədəni Đrsin Menecmenti Planı ƏMSSTQ-nin bir hissəsi kimi CQBK-dən mədəni irsə ola
biləcək mənfi təsirlərin minimuma endirilməsi, müsbət təsirlərin isə gücləndirilməsi, o
cümlədən:
Boru kəməri layihəsi zamanı mədəni irsin mühafizəsi, inşaat işləri aparılan yerlərin
yaxınlığında sahələrin qorunması;
Tikintidən əvvəl mümkün olan yerlərdə kəmər xəttinin dəyişdirilməsi;
Đnşaat zamanı arxeoloji qazıntıların aparılması məqsədi daşıyır.
Bu planda fəaliyyət zamanı ən azı aşağıdakı sahələrə diqqət yetirilməsi nəzərdə tutulmuşdu:
Đcraçının əməkdaşlarının təlimi;
Tikinti sahələrinin ayrıca sipərlərlə mühafizə olunması;
Təhlükəsiz yolların təmin olunması;
Tikinti aparılan rayonlarda mədəni irsə ehtiramla yanaşmaq;
Fəaliyyət zamanı ehtimal olunan arxeoloji sahələrin yaxınlığında işlərin dayandırılması
mexanizminin hazırlanması;
Mümkün olan yerlərdə xətlərin xırda dəyişikliklərinin razılaşdırılması mexanizmi;
Sahənin buraxılması haqqında razılaşdırma mexanizmi;
Sənədlərə baxış keçirildikdən sonra 5 faza üzrə Qobustan Qoruğu, Şəmkir və Goranboy
Muzeyləri sahələrində sənədlərin auditi aparılmışdır.