Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
28
47. MĐMP-də qeyd edilir ki, xəndək qazma işlərində AR Mədəniyət Nazirliyindən icazə
alınacaq (Bölmə 1., punkt 1.6., səh 8.). AH bu icazə sənədi ilə tanış olmaq istərdi.
Arxeoloji tapıntıların mühafizəsinin, təqdimatının və kataloqlarının tərtibinin,
tapıntılar haqqındakı hesabatların hazırlanmasının və ictimaiyyətə çatdırılması
proseduralarının auditi
1. ƏMSSTQ Hesabatında bu hesabatın və Ümumi Đcra Xülasəsinin tam mətnlərinin azərbaycan,
ingilis və rus dillərində nüsxələri geniş surətdə hamı üçün əl çatan olacağı bildirilir (I cild,
Bölmə 3, Punkt 3.8, səh. 3). Bu sahədə hansı işlər görülmüşdür?
2. CQBK-nin MĐQ sahəsindəki öhdəliklərində (610 (604)) və ƏMSSTQ Hesabatında qeyd
edilir ki, qarşısı alına bilməyən arxeologiya sahəsindəki «müvafiq məlumatlar elmi
jurnallarda çap ediləcək və ictimaiyyətin nəzərinə çatdırılacaq, bu informasiya ilə
Azərbaycanın və digər ölkələrin əhalisi tanış olacaq» (Bölmə 10, Punkt 10.3.11., səh. 50).
AH bu fəaliyyət hesabatlarını necə əldə edə bilər?
3. CQBK-nin MĐQ sahəsindəki öhdəliklərində arxeoloji əhəmiyyətli sahələr üçün birgə cavab
tədbirlərinin hazırlanacağı qeyd edilmişdir (Öhdəlik 209 (159)). AH bu sənədlə necə tanış ola
bilər?
4. BTC-nin Milli QHT-lər tərəfindən monitorinqi üzrə uyğun sahədəki işçi qrupunun Yekun
Hesabatında qeyd edilir ki, «tapılmış abidələrin kataloqlaşdırılması və tədqiqi ləng gedir»
(Bölmə 1, Punkt 1.1. (c), səh. 7). Bu irad barədə nə deyə bilərsiniz?
5. BTC-nin Milli QHT-lər tərəfindən monitorinqi üzrə uyğun sahədəki işçi qrupunun Yekun
Hesabatında
qeyd
edilir
ki,
«aparılan
arxeoloji
işlər
barəsində
ictimaiyyətin
məlumatlandırılması aşağı səviyyədə təşkil olunmuşdur» (Bölmə 1, Punkt 1.1. (e), səh. 7).
Zəhmət olmasa deyə bilərsinizmi bununla bağlı hansı tədbirlər görülmüşdür?
6. AH icma şikayətlərinin idarə-edilməsi proseduraları ilə necə tanış ola bilər?
7. Kəmər boyu ərazilərdə məzarların köçürülməsi prosesi olmuşdurmu, əgər olmuşsa bu işə
cəlb olunmuş ruhanilərin siyahısını verə bilərsinizmi?
Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
29
Əlavə 4
CQBK-nin Mədəni Đrsin Qorunması üzrə götürülmüş öhdəlikləri
1. 206 (156)
Boru kəməri marşrutu belə çəkilmişdir ki, mümkün olduqca, məlum arxeoloji
sahələrdən yan keçsin
2. 207 (157)
Şübhəli arxeoloji sahələrin qiymətləndirilməsi və uçotu məqsədilə tikinti
işlərindən öncə təhlil aparılacaq
3. 208 (158)
TZ və obyektlər üçün nəzərdə tutulan sahələrin təmizlənməsi gedişində arxeoloq-
mütəxəssislər işlərə nəzarət edəcəklər
4. 209 (159)
Arxeoloji məsələlər barəsində məlumatlandırma (misal üçün, tapıntılara sahiblik,
tapıntılar barəsində məlumat və arxeoloji sahələrin qorunması məsələləri) tanışlıq
təliminə daxil ediləcək.
5. 210 (160)
Boru kəməri üzrə tikinti işləri zamanı fəaliyyətə arxeoloq nəzarət edəcək və
həmin şəxs arxeoloji əlamətlərin uçotunu aparacaq. Nəzarəti aparan arxeoloq
həmçinin tikinti nəzarətçisi tərəfindən həyata keçirilməli olan prosedurlar
barəsində məsləhətlər verəcək
6. 211 (161)
Boru kəməri marşrutu boyunca arxeoloji nöqteyi-nəzərdən əhəmiyyətli sahələr
aşkar olunarsa, Mədəniyyət Nazirliyi və Arxeologiya və Etnoqrafiya Đnstitutu ilə
birlikdə müvafiq cavab tədbirlər işlənib hazırlanacaq. Bəzi hallarda, boru
kəmərinin marşrutu dəyişmək və sahəyə ziyanın qarşısını almaq mümkün ola
bilər. Boru kəməri marşrutunu ağlabatan surətdə dəyişmək qeyri-mümkün
olduqda, tikinti işlərindən öncə, əhəmiyyətli sahələrdə qazma işlərini aparmaq və
uçotu həyata keçirmək tələb oluna bilər
7. 212 (162) Təmin olunur ki, Arxeoloqlar TZ üzrə tikinti işləri gedişində sahədə olurlar
8. 213 (163)
44 metrlik dəhliz kənarında, lakin boru kəməri məhdudiyyət zonası daxilində,
arxeoloji cəhətdən maraqlı sahələr aşkar olunduqda, AĐ ilə araşdırma işləri üzrə
xüsusi tədbirlər müzakirə olunur
9. 214 (164)
Hal-hazırda CQBK Ortaqları, Qobustan Mədəni Qoruğunun idarəolunması
planını işləyib hazırlamaq üçün Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə
çalışırlar
10. 610 (604)
Qarşısını alına bilməyən təsirə məruz qalan əhəmiyyətli arxeoloji sahələrdə
bütün bu kimi halların uçotu aparılır, deyilən məlumat elmi jurnallarda və
ictimatiyyətin diqqəti üçün dərc olunur. Bu vasitə ilə, məlumat Azərbaycan və
digər ölkələrin əhalisinə çatdırılır.
11. 647 (650)
Boru kəmərinin marşrutu Qobustan Mədəni Qoruğuna mümkün qədər yaxın,
kifayət qədər təsirə məruz qalmış sahədən və arxeoloji əhəmiyyət kəsb edən
məlum ərazilərdən kənardan keçməklə çəkilmişdir. Hər hansı arxeoloji
tapıntıların olub-olmamasını müəyyən etməkdən ötəri bu ərazidə sınaq xəndəklər
qazılacaq və Mədəni Đrsin Đdarə olunması Planına (Bölmə 2a, Fon Məlumatı
Qoşması) müvafiq qaydada təsir səviyyəsinin aşağı salınması üçün strategiya
işlənib hazırlanacaq
12.
753
Mədəni Đrsin Đdarə olunması Planın məqsədləri aşağıdakılardır:
13.
754
- CQBK boru kəməri layihəsi müddəti ərzində konservasiya, tələb olunduqda
tikinti işlərinin aparıldığı ərazilərə yaxın yerləşən sahələrin mühafizəsi, nəqliyyat
vasitələrinin təqdim olunması
14.
755
- Tikinti işlərindən öncə, mümkün olduqca kiçik həcmli yeni marşrutların
müəyyən olunması
15.
756
- Tikinti işləri ərzində, arxeoloji qazıntıların aparılması
16.
757
Mədəni Đrsin Đdarə olunması Planı ən azı aşağıdakı məsələləri əhatə edəcək:
17.
758
- Podratçı əməkdaşlarının təlimi