Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə63/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

Aydın  Dadaşov 
 
 
200 
Yelena Ağayevlərin birliyində tamaşanı ustalıqla reallaş-
dıran dəqiq yozumlu rejissorun müstəsna əməyi oldu.  
                                   
*** 
İmre Kalmanın “Bayadera” operettasına Azərbaycan 
Dövlət Musiqili Komediya Teatrının səhnəsində 1940-cı 
ildə, sonralar kinorejissor kimi “Ögey ana”, “Böyük dayaq” 
filmlərini də  ərsəyə gətirmiş  Həbib İsmayılov, 1948-ci ildə  
Şəmsi Bədəlbəyli quruluş vermişdilər. Böyük vətən mühari-
bəsinin başlanması birinci tamaşanın ömrünü yarıda kəssə 
də, Firəngiz  Şərifovanın – Odetta Derimontu, Kamal Kəri-
movun – Şahzadə Racı, Nəcibə Behbudovanın - Mariettanı, 
Əlihüseyn Qafarlının – Lui Filippi, İbrahim Hüseynovun 
Napoleon Sen Kloşu  oynadıqları, musiqi və rejissor həlli 
yüksək olan ikinci variant uzun müddət səhnədə qaldı.   
“Bayadera” operettasının Cənnət Səlimova yozumunda 
(2007) da bəstəkarın yaradıcılığına xas olan ənənəvi 
valslardan, çardaşlardan, macar və qaraçı folklorundan başqa 
yeni, ritmik fokstrotlara, şimmilərə geniş yer verilir. Bu  
tamaşada kişiləri barmağında fırladan kasıb primadonna 
Odetta Darimont rolunu soprano səsli, zərif plastikası, 
gənclik təravəti ilə seçilən  İnara Babayeva ustalıqla 
oynadı. Onun Londonda universitet bitirmiş, bəstəkarlıqla 
da məşğul olan zəngin hind şahzadəsi Rac (Firuz 
Məmmədov), teatr tənqidçisi  İştvanla sevgi macəraları 
dramaturji strukturun əsasını yaradırdı. Lui Filippi Boris 
Qrafkin, Napoleon Sen Klosini Emil Heydərov, Şahzadə Ra-
cın müəllimi, tərbiyəçisi saydığı hamisi Devini isə Əliməm-
məd Novruzov, məharətlə yaratdılar. Marietta rolunu isə 


Rejissorluğun üslub problemləri 
 
 
201 
özünəməxsus işvə ilə oynayan Larisa Vinaqradovanın xəstə-
lənərək dünyasını dəyişməsi ilə onu bu rolda Marina Litvi-
nenki  əvəzləməli oldu. Operettanın  şərq-qərb motivini bir-
ləşdirməsi təkcə musiqidə deyil, dekorlarda, kostyumlarda, 
geyimlərdə də öz əksini tapırdı.  
Teatrda qadın aktrisalarının çoxluğunu, tamaşada isə 
qadın personajlarının azlığını nəzərə alan quruluşçu rejisso-
run Bufetçi Co rolunu Cenniyə çevirməklə komizmi uğurla 
yaradan sənətkar Tatyana Mordasovaya həvalə etməsi janr 
təyinatının daha da zənginləşdirilməsində özünü doğrultdu. 
Bununla belə, quruluşçu rəssamı İsmayıl Məmmədovun əsas 
hadisələrin cərəyan etdiyi operetta tələbatına uyğun zəngin, 
rəngarəng dekoru iştirakçılarla dolmadığından sadəcə fon 
kimi qalmaqla təəssüf ki, mahiyyətcə  də yeniləşə bilmədi. 
Quruluşçu dirijoru Nazim Hacıəlibəyovun idarə etdiyi 
orkestrin səsi isə xormeyster Vaqif Məstanovun azsaylı 
truppasının səsini batırsa da, quruluşçu baletmeysterlər Zakir 
və Yelena Ağayevlərin qurduğu rəqslər isə cəmisi bir neçə 
məqamda hind elementlərini nümayiş etdirərək, bütövlükdə 
solistlərin ətrafında passiv mövqe tutsalar da, tamaşa öz mis-
siyasını yerinə yetirdi. 
                              
*** 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 
tarixində ilk dəfə olaraq əcnəbi operettasının dilimizdə 
səslənməsi  İmre Kalmanın “İddialı qaraçı”  əsəri  əsasındakı 
tamaşa (2010) ilə başlanır. Bu ideyanın müəllifi, liberettonu 
şair-tərcüməçi Səyavuş  Məmmədzadə ilə birlikdə dilimizə 
çevirmiş rejissor – pedaqoq Faiq Zöhrabov rol bölgüsünü


Aydın  Dadaşov 
 
 
202 
masaarxası  məşqləri həyata keçirsə  də, gözlənilmədən 
dünyasını  dəyişməsi ilə operettaya quruluş vermək Cənnət 
Səlimovaya həvalə olunur. Cavanlığında qrafinyaya 
vurulmuş, sevgisi cavabsız qaldıqda baş götürüb doğma 
yerlərdən getmiş  məşhur musiqiçi Paule Racın (Firuz 
Məmmədov) ailə müstəvisində baş verənlər operettanın 
strukturunu yaradır. Onun qızı Zaraya vurulan Qastonun qraf 
nəslindən olduğunu gizlədərək özünün çoban olduğunu 
göstərməsi komizmi artırır. Qastonun nökəri, cavanlıqda 
aktyorluq etmiş, içki düşkünü olan  Radonun (Ramiz 
Məmmədov) imperator Frans İosifin qiyafəsində Zaranı 
Qastona alması dramaturji düyünün açılışına yönəlir. Paralel 
hadisələrdə  Harre Racın qızı Zaradan iki yaş kiçik olan 
Yuliçkaya (Nərgiz Kərimova) vurulması ikinci dramaturji 
xətti bəyan edir. Racın Fransada musiqi təhsili alan atasını 
skripka ifaçılığı üzrə yarışa çağıran oğlunun Yuliça ilə 
əvvəldən bir-birini  sevdiyinin üzə çıxması dramaturji maneə 
yaradır. Hadisələrin gedişində  əsl Frans İosifin gəlişi 
komizmi gücləndirir. Finalda hər iki cütlüklərdən  əlavə 
Paule Racın da ilk sevgilisi qrafinya ilə evlənməsi hadisələri 
şirin sonluqla bitirir.  
İ.Bramsın macar rəqsini tamaşanın strukturuna əlavə 
etməklə  rəqs elementini gücləndirən  dirijor Yalçın Adıgö-
zəlzadə, quruluşçu rəssamı İsmayıl Məmmədov, baletmeys-
terləri Zakir və Yelena Ağayevlər, xormeysteri Vaqif 
Məstanov olan tamaşanın uğurlu alınmamasının bir səbəbini 
baş rollar istisna olunmaqla daim milli tipajları oynayan 
ifaçıların bəzən səhnədə oynadıqlarına, xüsusən 
oxuduqlarına gülmələri idi ki, bu da böyük sənətkar 


Rejissorluğun üslub problemləri 
 
 
203 
F.İ.Şalyapinin: “Təxəyyülü olmayan müğənninin yaradıcılıq 
qısırlığını  nə yaxşı  səs, nə  səhnə  təcrübəsi, nə  də effektli 
fiqurlar xilas edə bilər. Təxəyyül rola həyatın özünü və məz-
mununu verir”
167
 ittihamı, deyimini yada salır. Uğursuzlu-
ğun digər səbəbi isə, illərdən bəri operettaya musiqi dinlə-
mək üçün deyil, ifaçı müğənniyə dözümsüzlük göstərərək 
“sevimli” tipajının onu az qala qıdıqlayıb güldürəcəyi məişət 
komediyasının əttökən epizodlarına baxmağa gələn tamaşaçı 
zümrəsinin çaşqınlığı ilə bağlamaq olar. 
                                        
*** 
1939-ci ildən iki bölməsi (azərbaycan və rus dillində) 
ilə  fəaliyyətə başlayan Azərbaycan Dövlət Musiqili 
Komediya Teatrının  rejissor sənəti ilə bağlı bütöv bir 
mərhələsi Cənnət Səlimovanın üzərinə düşdü.  Şübhəsiz ki, 
dramaturji sənət qanunlarını dərindən bilməsi ilə musiqi ilə 
bağlı çatışmazlıqların üstünü örtə bilən bu rejissorun 
tamaşalarında ilkin mənbənin bədii dəyərinin təqdimatında 
mahiyyət daşıyıcısı olan obrazlılıq önə keçdi. Onun quruluş 
verdiyi operettalarda hər bir personaj özünün səs imkanlarını 
nümayiş etdirən vokalçı olmaqla bərabər, tipaj, obraz, bəzən 
hətta xarakter göstəricilərinə belə sahib oldu. Qohum-
əqrəbanı, dost-tanışı,  əhalini, xalqı  səciyyələndirən xor və 
balet truppası belə bu göstəricilər kontekstində mövcud oldu. 
Hazırladığı kütləvi bayram tamaşalarında birgə çalışdığı 
rəssam  İsmayıl Məmmədov, baletmeysterlər Zakir və 
Yelena Ağayevlər, xormeyster Vaqif Məstanov da hədəfin 
əldə olunmasıda yardımçıya çevrilə bilirdilər.  
                                                 
167
 Ф.И.Шаляпин. Литературное наследие. том 1.1960., с.264. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə