22
du. Bununla əlaqədar olaraq Azərbaycan, Gürcüstan, Latviya, Estoniya, Şimali
Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri 1919-cu il iyunun 13-də Paris
konfransının sədrinə etiraz notası təqdim etdilər. Lakin Azərbaycan nümayəndə
heyətinin, həmçinin digər yeni yaranmış dövlətlərin nümayəndə heyətlərinin
fəaliyyəti onunla mürəkkəbləşirdi ki, Paris Sülh Konfransında bu dövlətlərin
müstəqilliyinin tanınması məsələsinin müzakirəsi konfransın gündəliyindən
"Rusiya məsələsi" ilə əlaqələndirilərək açıq-aşkar ləngidilirdi. Bu da onların
beynəlxalq hüquq subyektləri kimi tanınmasını şübhə altına qoyurdu. 1919-cu
il oktyabrın 8 -də Azərbaycan, Gürcüstan, Latviya, Estoniya müstəqil res-
publikaları, Şimali Qafqaz dağlıları və Ukraynanın nümayəndələri sülh konf-
ransının sədri Klemansoya 1919-cu il 7 iyul tarixli birgə bəyannaməyə əlavə
olan məktub göndərdilər. Həmin məktubda bu respublikalara münasibətdə bö-
yük dövlətlərin mövqeyi kəskin şəkildə pislənir, keçmiş Rusiya imperiyası
ə
razisində yaranmış siyasi vəziyyətə toxunularaq göstərilirdi ki, "...Rusiya
bolşevikləri proletariat və kommunizm diktaturası yaratmağa çalışır, Rusiyanın
irticaçı dairələri isə həmin ərazidə özünün hərbi diktaturasını qurmağa və
xalqları əsarət altına almaqla keçmiş Rusiyanı bərpa etməyə cəhd göstərirlər".
Yuxanda göstərilən dövlətlərin nümayəndə heyətləri onların beynəlxalq hüquq
subyektləri kimi tanınması məsələsinin həllini təxirə salmamağı xahiş edir,
onun həllinin qeyri- müəyyən vaxta təxirə salınmasının müstəqilliyə can atan
xalqlar üçün çox ağır nəticələr verə biləcəyini vurğulayırdılar. Klemansoya
ünvanlanmış məktubda Ali Şuranın müzakirəsinə təqdim edilən iki məsələ:
"birincisi, hər bir respublikanın müstəqil dövlət kimi tanınması; ikincisi,
ə
razi, maliyyə, iqtisadiyyatla bağlı digər məsələlərin dərhal müzakirə edilməsi"
təklif olunurdu. Bolşevik təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yaran-
mış vəziyyət Antanta ölkələrini ciddi şəkildə düşünməyə və real əməli ad-
dımlar atmağa məcbur etdi. Bu məqsədlə 1920-ci il yanvarın 10- da Böyük
Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı.
Sessiyada ngiltərə, Fransa və taliyanın hökumət başçıları və xarici işlər na-
zirləri, ABŞ və Yaponiya tərəfindən isə onların sülh konfransındakı nüma-
23
yəndələri, həmçinin Parisdəki səfirləri iştirak edirdilər. Keçirilən sessiyada Cə-
nubi Qafqaz respublikalarının problemi geniş və hərtərəfli müzakirə edildi. Bu
xahişlər barədə Ali Şuraya məlumat verən Kerzon Azərbaycan və Gürcüstanın
dərhal de-fakto tanınması təklifini irəli sürdü. Versal konfransında yaranmış və-
ziyyət faktiki olaraq fəaliyyət göstərən dövlətlərin tanınması üçün bütün zəruri
şə
rtlərin olmasından xəbər verirdi. Onun reallaşmasından ötrü yalnız təkan verəcək
bir tərəf lazım idi, o tərəf də sülh konfransının iştirakçısı Böyük Britaniyanın
xarici işlər naziri lord Kerzon oldu. ABŞ və Yaponiya nümayəndələri bildir-
dilər ki, Azərbaycan və Gürcüstanın tanınması aktına qoşulmaq üçün onlar öz
hökumətlərinin rəyini öyrənməlidirlər. Az sonra Yaponiya Ali Şuranın 11 yanvar
tarixli qərarına qoşuldu. Amerika Birləşmiş Ştatları qərara qoşulmaqdan rəsmi
olaraq imtina etdi. ABŞ-ın bu qərarı müxtəlif səbəblərlə izah edilirdi. Onlardan
biri Amerika hökumətinin Qafqazda Böyük Britaniyanın nüfuzunun güclən-
məsindən ehtiyatlanması idisə, digəri də sülh konfransının yekun mərhə-
ləsində ABŞ-la onun Avropa müttəfiqləri arasında ciddi ixtilaflar yaranması
idi.
13. Azə rbaycan Xalq Cümhuriyyə tinin ilk diplomatik addımları.
Azərbaycan diplomatiyası 1918-ci ilin yayıboyu fəaliyyətini əsasən üç məsələ ətra-
fında cəmləmişdi: 1. Mərkəz (Almaniya, Osmanlı, Avstriya-Macarıstan, Bolqarıs-
tan) və Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan, Dağlılar respublikaları) döv-
lətlərinin nəzərdə tutulan stanbul konfransına hazırlıq; 2. Bakının qurtuluşu uğrun-
da diplomatik mübarizə; 3. Bakı nefti ətrafında gedən sovet-alman sövdələşməsi
planlarının pozulması.
Mərkəz-Qafqaz dövlətlərinin konfransı ideyasının müəllifi Gürcüstan olmuş-
dur. O, Dördlər ttifaqı dövlətləri ilə Brest-Litovsk müqaviləsi əsasında əlaqələr
yaratmaq üçün bir konfrans çağırılması fikrinə düşdü. Həmin ideyanı dəstəkləyən
Almaniya onun daha geniş tərkibdə özü də stanbulda keçirilməsini təklif etdi.
Almaniyanın belə bir konfransın keçirilməsində maraqlı olmasının səbəbi isə bun-
dan ibarət idi: O, Gürcüstana gətirdiyi məhdud hərbi qüvvə ilə Osmalıya qarşı
24
çıxıb Bakı üzərinə getməyin mümkünsüzlüyünü nəzərə aldı və məqsədlərə diplo-
matik yolla yetişilməsinə üstünlük verdi.
M. Ə. Rəsulzadənin başçılıq etdiyi 7 nəfərdən ibarət Azərbaycan nümayəndə
heyəti iyunun 24-də stanbula gələrək fəaliyyətə başladı. Nümayəndəliyin qarşısına
qoyulan vəzifələr və onlara verilən səlahiyyətlər bunlar idi: 1. Beynəlxalq konfran-
sın bütün iştirakçıları ilə müxtəlif səciyyəli müqavilələr bağlanılması; 2. Yalnız
Osmanlı dövləti və Dağlılar Respublikası ilə hər cür gizli sazişlər imzalanması.
Beynəlxalq stanbul konfransı alınmadı. Bu müttəfiqlərarası münasibətlərin pisləş-
məsi və Dördlər ittifaqının müharibədəki durumunun getdikcə ağırlaşması ucbatın-
dan baş verdi.
Bakının antiazərbaycanlı qüvvələrdən xilası uğrunda diplomatik mübarizə
neftə dair sovet-alman sövdələşməsinin zərərsizləşdirilməsi prosesi ilə paralel apa-
rıldı. Osmanlı-Azərbaycan ordu hissələrinin Bakı hüdudlarına yetişmək üzrə olma-
sı sovet-alman sövdələşməsini sürətləndirdi. Almaniya həm də Batum müqaviləsi-
nin əvəzini çıxaraq Türkiyədən gizlin 1918-ci il avqustun 27-də Sovet Rusiyası ilə
Brest-Litovsk müqaviləsinə əlavə saziş imzaladı. “Bakı sazişi”nin 14-cü maddəsi
Azərbaycana aid idi. Həmin maddə ilə tərəflər Azərbaycana dair məsələlərlə bağlı
qarşılıqlı öhdəliklər götürmüşdülər. Belə ki, Almaniya Türkiyə qoşunlarının Bakı,
Quba və Şamaxının sərhədlərini keçməmələrinə çalışmalı idi. Bunun əvəzində isə
rus hökuməti hasil olunan neftin 4/1-nin Almaniyaya veriləcəyini vəd edirdi. Bütün
bunlara görə də “Bakı sazişi” Osmanlı və Azərbaycan diplomatiyalarının ciddi mü-
qaviməti ilə üzləşdi.
“Bakı sazişi”nin reallaşdırılması mümkün olmadı. Çünki, 1. Bakının azad
edilməsi buna imkan vermədi, 2. beynəlxalq şəraitin Antantanın xeyrinə dəyişməsi
Almaniyanın sazişə marağını azaltdı, 3. alman-osmanlı protokolu ilə (23. IX. 1918)
ə
slində ondan imtina edilmiş oldu. Protokola əsasən Almaniya Azərbaycan Xalq
Cümhuriyyətini tanıyacağına, habelə Sovet Rusiyasının da onunla diplomatik mü-
nasibətlər qurmasına çalışacağına söz verirdi. Əvəzində isə Osmanlı qoşunlarının
Azərbaycanda çox saxlanılmayacağı vəd olunurdu.
14. Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə münasibətləri.
Dostları ilə paylaş: |