Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

91 

 

qında bəyannamələr qəbul olundu. Moskva konfransının qərarları 3 dövət başçısı-



nın birinci görüşü üçün zəmin hazırladı. 

     1943-cü  ilin  sonunda  müharibənin  gedişində  əsaslı  dönüş  başa  çatmaqda  idi. 

Müharibə  özünün  son  mərhələsinə  yaxınlaşırdı.  Bu  ərəfədə  müttəfiqlər  Tehranda 

konfrans  keçirməyi  qətiləşdirdilər.  Tehran  konfransı  1943-cü  il  noyabrın  28-dən 

dekabrın 1-dək  Stalin, Ruzvelt və Çörçilin iştirakı ilə keçirildi. Konfransda dövlət 

başçıları ikinci cəbhənin açılması və müharibənin aparılması məsələlərini müzakirə 

etdilər.  kinci cəbhə məsələsi müttəfiqlər arasında  müzakirələrdə əsas məsələlər-

dən  biri  oldu.  Məsələnin  müzakirəsi  müttəfiqlər  arasında  fikir  müxtəlifliyini 

göstərdi. Çörçil 2-ci cəbhənin Araliq dənizindən və Balkanlardan,  Stalin isə Avro-

panın  şimalımdan  açılmasını  təklif  etdilər.  Sonda  Stalinin  mövqeyini  Ruzvelt  də 

müdafiə  etdi  və  onun  təklifi  qəbul  olundu.  Amerika  hərbi  əməliyyatların  ağırlıq 

mərkəzini  Yaponiyaya  qarşı  keçirməyə  imkan  əldə  etmək  üçün  Avropada  müha-

ribənin  tezliklə  qurtarmasında  maraqlı  idi.  Nəticədə  ikinci  cəbhənin  1944-cü  ilin 

mayından gec olmayaraq desant əməliyyatı ilə Fransanın şimalında açmaq qərara 

alındı.  1944-cü  il  iyunun  6-da  müttəfiqlər  Normandiyada  Amerikan  generalı  Ey-

zenhauerin  ümumi  komandanlığı  ilə  “Overlord”  adı  altında  əməliyyatla  desant 

çıxarmağa  başladılar.  Şimali  Fransanın  sahili  yaxşı  möhkəmləndirilmişdi  və  al-

manların hazırlanan əməliyyatdan xəbəri var idi. Ancaq müttəfiqlər düşməni əsas 

desant əməliyyatının keçiriləcəyi yer ilə əlaqədar çaşdırdılar. Müttəfiqləri körfəzin 

ə

n dar yerində Pa-de-Kaledə gözləyirdilər. Onlar isə Normandiyanın qumlu çimər-



liklərində  sahilə  çıxdılar.  Yaponiyanın  bitərəflik  haqqında  sovet-yapon  müqavi-

ləsini pozmasını  əsas  götürərək  Stalin,  Almaniya  məğlub  edildikdən sonra  Yapo-

niyaya müharibə elan edəcəyini bildirdi. Əvəzində SSR  qərb sərhədlərinin müttə-

fiqlər tərəfindən  tanınmasına çalışdı. Konfarnsda Almaniyanın taleyi məsələsi mü-

zakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törətməməsi 

üçün  tədbirlər  görəcəklərini  bildirdilər.  Ruzvelt  Almaniyanı  beş  dövlətə  bölməyi 

təklif  edirdi.  Konfransda  Polşa  haqqında  məsələ  də  müzakirə  olundu.  Polşa  döv-

lətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək 

barədə  qərar  qəbul  edildi.  Həmçinin  Kenniqsberq  və  onun  ətrafındakı  rayonların 



92 

 

SSR -yə verilməsi barədə prinsipcə razılıq əldə olundu. Tehran konfransı müttəfiq 



dövlətlərin  müharibənin  tezliklə  qurtarmasına  yönəldilən  birgə  səylərini  nümayiş 

etdirdi. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı. 



                  

 

                      48. Krım konfransı və onun qərarları. 

 Sovet qoşunları 1944-cü ilin  sonu 1945-ci ilin  əvvəllərində hərbi əməliyyatlarını 

müvəfəqiyyətlə həyata keçirdiyi bir şəraitdə 1945-ci il fevralın 4-11 arasında SSR , 

ABŞ  və  ngiltərə  rəhbərlərinin  iştirakı  ilə  Krım  konfransı  keçirildi.  Konfransa 

gələrkən Ruzvelt və Çorçil fevralın 2-də Maltada görüşərək müzakirələr keçirdilər. 

Yalta görüşündən əvvəl Ruzvelt və Çörçilin mövqeyində digər qəribəliklər də var 

idi.  Ruzvelt  Stalinə  təklif  etmişdi  ki,  Aralıq  dənizi  ölkələrindən  birində  görüş-

sünlər.  Çörçil  isə  təklif  etmişdi  ki  Aleksandriyada,  yaxud  Yerusəlimdə  yaxudda 

Afinada görüş keçirilsin. Onların  heç bir təklifləri ilə razılaşmayan Stalin 1944-cü 

il noyabrın 23-də  Ruzveltin  təklifinə  cavab  olaraq  bildirmişdi ki, həkimlər  iqlimi 

dəyişməyə icazə vermirlər və ona görə də görüşü Qara dəniz sahillərində keçirmək 

məqsədə  uyğundur.  Həmin  ilin  27  dekabrında  Ruzvelt  Stalinin  təklifinə  razılıq 

vermişdi və bununlada Krım konfransı “Arqonavt” adı altında Livadiya sarayında 

1945-ci il fevralın 4-11 də oldu. 

      Konfransda məğlub edildikdən sonra Almaniya ilə davranmaq, beynəlxalq təh-

lükəsizlik  təşkilatı  yaratmaq,  Polşa,  Avropanın  azad  edilməsi  haqqında  bəyyan-

namələr, Yuqoslaviya, hərbi məsələlər və başqa məsələlər müzakirə və qəbul edil-

di.  Hərbi  məsələlərin  müzakirəsində  müttəfiqlər  cəbhələrdə  vəziyyəti  müzakirə 

edərək fəaliyyətin əlaqələndirilməsini vacib saydılar. Almaniya ilə bağlı məsələdə 

danışıqsız  təslim  olmanın  şərtləri  və  məğlub  edilmiş  reyxlə  davranmanın  ümumi 

prinsipləri  razılaşdırıldı.  Avropa  məsləhət  komissiyası  Almaniyanın  danışıqsız 

təslim olması şərtlərini və ona nəzarət edilməsi məsələlərini işləyib hazırlamalı idi. 

Almaniyanın danışıqsız təslim olması sənədində təslim olmanın şərtləri göstərildi. 

Almaniya  işğal  zonalarına  bölünməli  idi.  Şərq  işğal  zonasını  sovet,  şimal-qərb 

zonasını  ingilis,  cənub-qərb  işğal  zonasını  amerikan  qoşunları  tutmalı  idi.  şğal 



93 

 

dövründə  Almaniyada  ali  hakimiyyət  müttəfiq  dövlətlərin  silahlı  qüvvələrinin  ali 



baş  komandanı olmalı  idi.  Almaniya  üçün  nəzarət  şurası  yaradılmalı idi.  O,  işğal 

zonalarında  fəaliyyəti  əlaqələndirməli,  hərbi,  siyasi  və  iqtisadi  məsələləri  həll 

etməli  idi.  Nəzarət  şurasının  nəzdində  əlaqələndirmə  komitəsi  yaradılmalı  idi. 

Nəzarət şurasında qərarlar yekdilliklə qəbul olunurdu. Konfransda Almaniyanın iş-

ğ

alında və ona nəzarətdə Fransanın bərabərhüquqlu qaydada iştirak etməsi barədə 



razılığa gəlindi. Britaniya və ABŞ-ın işğal zonaları hesabına Fransaya işğal zonası 

verildi. 

     Təzminatın  alınması  məsələsi  də  müzakirə  edildi.  Almaniyanın  ödəyəcəyi  20 

milyard dollar təzminatın 10 milyard dolları Sovet  ttifaqına çatmalı idi. Almaniya 

təzminatı üç formada-milli sərvətlərin alınması və hərbi potensialın ləğv edilmə-si; 

cari məhsulların alınması; alman işçi əməyindən istifadə olunması yolu ilə ödəməli 

idi.  Təzminat  məsələsində  fəaliyyəti  əlaqələndirməkdən  ötrü  müttəfiqlərarası  ko-

missiya yaradıldı. Konfransda üç dövlət başçısı Almaniyanın bölünməsi məsələsini 

müzakirə etdilər. Bu məsələni öyrənməkdən ötrü komissiya yaratmaq barədə qəra-

ra gəlindi. 

         Konfransda  BMT  nizamnaməsinin  tam  şəkildə  işləyib  hazırlamaqdan  ötrü 

1945-ci  il  aprelin  25-də  San-Fransiskoda  konfrans  keçirtmək  barədə  razılıq  əldə 

edildi.  1942-ci  il  yanvarın  1-də  Birləşmiş  Millətlər  bəyənnaməsini  imzalayan  və 

1945-ci il martın 1-dək ümumi düşmənə müharibə elan edən dövlətlərin konfransa 

dəvət  olunması  qərarı  qəbul  olundu.  BMT  Təhlükəsizlik  Şurasında  qərarların 

yekdilliklə  qəbul  olunması  barədə  Ruzveltin  təklifi  bəyənildi.  Krım  konfransında 

Polşa  məsələsi  polyak  hökuməti  və  Polşanın  gələcək  sərhədləri  aspektində 

müzakirə  edildi.  Fikir  ayrılıqlarına  baxmayaraq  üç  dövlət  başçısı  Polşanın  şərq 

sərhədlərinin Kerzon xətti boyunca getməsi və ona torpaqlar verilməsi barədə qəti 

qərar qəbul etdilər. 

    “Konfrans  Avropanın  azad  edilməsi  haqqında”  bəyannaməni  bəyəndi.  Krım 

konfransı Yuqoslaviya haqqında məsələni müzakirə edərək Yuqoslav hökumətinin 

yaradilmasını  sürətləndirməyi  zəruri  hesab  etdi.  Fevralın  11-də  üç  dövlət  başçısı 



94 

 

SSR -nin  Yaponiyaya  qarşı  müharibəyə  girməsinin  şərtlərinə  dair  sənəd  imzala-



dılar.Yaponiyaya müharibə elan etməyin şərtləri belə idi: 

1) Monqolustan Xalq Respublikasında mövcud vəziyyətin saxlanılması; 

2) Saxalinin cənub hissəsi və ona bitişik adaların SSR -yə verilməsi; 

3) Dayren ticarət limanının və Port-Arturun hərbi-dəniz bazası kimi icarəyə veril-

məsi,Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarının Çin və SSR  tərəfindən bir-

gə istifadə olunması; 

4) Kuril adalarının SSR -yə verilməsi.SSR  Avropada müharibə qurtardıqdan iki-

üç ay sonra Yaponiyaya müharibə elan edəcəyi barədə öhdəlik götürdü. 

      Krım  konfransının  böyük  əhəmiyyəti  oldu:  o,  antihitlerçi  koalisiyada  olan 

yekdilliyi nümayiş etdirdi; müharibədən sonrakı dünyanın demokratik quruluşuna 

dair proqramı işləyib hazırladı; gələcək dövlətlər arasında məsləhətləşmələrin va-

cibliyin göstərdi. 



                49. Potsdam konfransı və qərarları.  

     Hitler  Almaniyasının  darmadağın  edilməsində  başlıca  rol  oynamış  üç  ölkədən 

SSR ,  ABŞ  və  ngiltərə-hər  biri  müharibədən  sonrakı  dinc  nizamlamanı  özünə-

məxsus şəkildə görürdü. SSR -də Avropada sovet alyansının xeyli genişlənəcəyi-

nə,  Avropa  dövlətlərinin  Sovet  ordusu  tərəfindən  azad  edilmiş  ərazilərində  yeni 

rejimin yaradılacağına ümid edirdilər. ABŞ Avropada öz iştirakını ixtisar edib, nü-

fuzunu  dünyanın  başqa  regionlarında  genişləndirmək  niyyətində  idi.  ngiltərədə 

Avropada  tarazlığı  saxlamağı  və  regionda  baş  verən  proseslərə  təsir  etməyi  hər 

ş

eydən çox istəyirdilər. 



      Dünyanın,  o cümlədən Avropanın müharibədən sonrakı quruluşunu müzakirə 

etmək  məqsədilə  “Terminal”  şərti  adı  altinda  keçirilən  üç  dövlət başçısının konf-

ransı  Berlinin  60  km-də  yerləşən  Potsdamda  Stalin,  Çörçil  və  Trumen  başda  ol-

maqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək oldu. Konfransın gedişində Çörçili 

seçkilərdə  qələbə  qazanmış  leyborist  partiyasının  lideri  K.  Ettli  əvəz  etdi.  Konf-

ransda  müharibədən  sonrakı  Avropanın  quruluşu  və  keçmiş  düşmən  dövlətlərlə 

sülh  müqaviləsinin  hazırlanması  məsələsi  müzakirə  olundu.  Dövlət  başçıları  bu 

məqsədlə ABŞ,  ngiltərə, SSR , Fransa, Çin xarici işlər nazirlərinin Şurasını təsis 




95 

 

etdilər. Şuranın birinci vəzifəsi sülh müqavilələrini işləyib hazırlamaq idi. Şuranın 



yaradılması ilə Avropa məsləhət komissiyası öz fəaliyyətini dayandırdı. Konfrans-

da əsas yeri Almaniya məsələsi tutdu. Müttəfiq dövlətlərin rəhbərləri Almaniya ilə 

davranmağın siyasi və iqtisadi prinsiplərini qəbul etdilər. Almaniyaya münasibətdə 

ə

sas  prinsiplər  onun  demilitarizasiyası,  demokratikləşdirilməsi  idi.  Almaniya  tam 



tərksilah  olunmalı,  hərbsizləşdirilməli,  bütün  hərbi  sənayesi  tamamilə  ləğv  edil-

məli, nasional-sosialist partiyası məhv edilməli, Almaniya həyatı demokratik əsas-

da dinc əməkdaşlıq üçün qurulmalıdır. Almaniyada nəzarət mexanizmini dörd döv-

lətin silahlı qüvvələrinin ali baş komandanı həyata keçirməlidir. 

        Konfransda Almaniyanın ödəyəcəyi təzminat məsələsi müzakirə edildi. Alma-

niyanın ödəyəcəyi təzminat barədə xüsusi saziş imzalandı. Bu məsələdə Krım kon-

fransının  qərarı  əsas  götürüldü.  Sovet  ttifaqı  təzminatlar  hesabına  öz  işğal  zona-

sındakı  sənaye  avadanlığını,  həmçinin  qərb  zonalarından  mühüm  sənaye  avadan-

lıqlarının 25 faizini alırdı. ABŞ,  ngiltərə və başqa ölkələr öz təzminat iddialarını 

qərb işğal zonaları və xaricdəki alman aktivləri hesabına həyata keçirirdilər. Müttə-

fiqlər belə bir razılığa gəldilər ki, təzminat iddiaları təmin olunandan sonra Alma-

niyaya, xaricdən kömək olmadan, gələcək mövcudluğu üçün zəruri miqdarda ehti-

yatlar  saxlanılmalıdır.    Konfransda  Almaniyanın  hərbi-dəniz  və  ticarət  donanma-

sının bölüşdürülməsi barədə qərar qəbul olundu. Alman hərbi-dəniz gəmiləri 1946-

cı il fevralın 15-dək bölüşdürülüb başa çatdırılmalı idi. Alman hərbi-dəniz və tica-

rət  donanması  üç  dövlət  arasında  bərabər  bölündü.  ngiltərə  təkid  etdi  ki,  Alma-

niyanın sualtı  qayıqlarının  çox  hissəsi batırılsın.  Ticarət  gəmilərinin verilməsi isə 

Yaponiyaya qarşı müharibə başa çatdıqdan sonra olmalı idi. Potsdam konfransının 

qərarına  görə  Keniqsberq  rayonu  SSR -yə  verildi.  Konfransda  Polşanın  dövlət 

sərhədi məsələsi həll olundu. Polşa və Almaniya arasındakı sərhəd Oder və Qərbi 

Neyse  çayları  boyu  müəyyənləşdirilir,  Şərqi  Prussiyanın  bir  hissəsi  və  Dantsiq 

şə

həri  Polşaya  keçirdi.  Müttəfiqlər  alman  əhalisinin  bir  hissəsinin  Polşadan,  Çe-



xoslavakiyadan  və  Macarıstandan  Almaniyaya  köçürülməsi  barədə  qərar  qəbul 

etdilər.  Bu  zaman  Nəzarət  şurasının  əhaliyə  humanist  münasibət  göstərilməsinə 

fikir verməsinə diqqət yetirilirdi. 



96 

 

       Üç ölkə bəyan etdi ki, hərbi cinayətkarlar cəzalandırılmalıdır. Onların təcili və 



ə

dalətli məhkəməyə verilməsi və 1945-ci il sentyabrın 1-i üçün nasist cinayətkarla-

rının  birinci  siyahısının  dərc  olunması  qərara  alındı.  Sonralar  Almaniya  tərəfində 

müharibədə  iştirak  etmiş  dövlətlərlə  sülh  müqavilələrinə  hərbi  cinayətkarların  tu-

tulmasının və təhvil verilməsinin zəruriliyi barəsində müddəalar daxil edildi.  kinci 

dünya  müharibəsini  başlamış  şəxslərin  konkret  təqsirlərini  müəyyənləşdirmək  

üçün müttəfiq dövlətlər-SSR , ABŞ,  ngiltərə və Fransa Beynəlxalq hərbi tribunal 

yaratdılar. 

     Potsdam konfransında Almaniya tərəfindən döyüşən Avropa dövlətləri ilə sülh 

bağlamaq  və  onları  BMT-ə  daxil  etmək  haqqında  məsələ  kəskin  mübahisələr  ya-

ratdı.  Məsələnin  müzakirəsi  nəticəsində  “Sülh  müqavilələrinin  bağlanması  və 

BMT-ə daxil olma” adlı saziş imzalandı. Sazişə görə  taliya, Bolqarıstan, Finlan-

diya,  Rumıniya  və  Macarıstanla  sülh  müqavilələri  bağlanmalı  və  onların  BMT-ə 

üzvlüyü məsələsinə baxılmalı idi. Dunayda və Reyndə üzgüçülük məsələlərini həll 

etmək  üçün  müvəqqəti  naviqasiya  orqanı  yaradılması  haqqında  təklif  xarici  işlər 

nazirləri şurasının müzakirəsinə verildi. 

    Potsdam konfransında Stalinin Qara dəniz boğazlarına dair Montre konvensiya-

sını dəyişdirmək təklifi qəbul edilmədi. Hər üç ölkənin hökumətlərinin  Türkiyə ilə 

bilavasitə danışıqlar aparılması qərara gəlindi. Konfransda Tancer beynəlxalq zo-

nası, Avropada daxili nəqliyyat,  randan qoşunların çıxarılması və başqa məsələlər 

müzakirə olundu. Konfransda Ettli və Trumen ABŞ-ın atom silahına sahib olması 

məsələsini  iclasdan  kənar  görüşlərində  müzakirə  edərək  Stalinə  çatdırdılar.  Kon-

fransın gedişində, iyulun 26-da ABŞ,  ngiltərə və Çin Yaponyanın tezliklə təslim 

olması haqqında bəyannaməni imzaladılar. Bəyannamənin bir surəti məlumat üçün 

SSR  nümayəndə heyətinə göndərildi. Sovet hökuməti bu bəyannaməyə avqustun 

8-də  qoşuldu.  Potsdam  konfransının  nəticəsində  avqustun  1-də  üç  dövlət  başçısı 

protokol  və  Berlin  konfransı  haqqında  məlumat  imzaladılar.  Potsdamda  qəbul 

edilən  əsas  sazişlərə  Fransa  hökuməti  də  qoşuldu.  Konfransın  böyük  tarixi  əhə-

miyyəti var idi. O, Avropada təhlükəsizliyin başlıca şərti kimi alman militarizmi-

nin  və  nasizminin  kökünün  kəsilməsini  irəli  sürdü,  dövlətlərarası  münasibətlərin 




97 

 

suverenlik, milli müstəqillik, bərabər hüquqluq və daxili işlərə qarışmamaq, demo-



kratik prinsiplər əsasında qurulmasını vacib hesab etdi. ABŞ,  ngiltərə və Fransa-

nın tezliklə razılaşdırılmış xətdən tədricən uzaqlaşmağa başlamasına baxmayaraq, 

Potsdam  konfransında  qəbul  olunmuş  qərarların  həm  Avropada,  həm  də  bütün 

dünyada müharibədən sonrakı dinc nizamlama üçün vacib əhəmiyyəti vardı. 



 

 

50.  Yaponiyanın  təslim  olması.  kinci  dünya  müharibəsinin  başa  çatması  və 

dərsləri. 

       1944-cü ilin sonu 1945-ci ilin əvvəlində Yaponiyanın vəziyyəti xeyli çətin idi. 

Müttəfiqlərin  Sakit  okeanda  hərbi  əməliyyatları  genişləndirmələri,  Filippin  və 

Birmanın  azad  olunması  və  Yaponiya  üzərinə  hava  hücumları  onun  vəziyyətini 

kəskinləşdirirdi.  1945-ci  il  aprelin  1-də  Okinava  adasına  amerikanlar  desant  çı-

xartdıqdan  sonra  Yaponiyada  hakimiyyət  dəyişikliyi  oldu.  Yapon  hakim  dairələ-

rinin  gözlənilən  hərbi  əməliyyatların  qarşısını  almaq  üçün sülh  danışıqlarına baş-

lamağa  sveç,  sveçrə və Portuqaliyanın vasitəsilə cəhd etmələri uğursuzluqla nəti-

cələndi.  Müttəfiqlərin  Yaponiyaya  münasibətdə  əsas  prinsipləri  aşağıdakılardan 

ibarət idi:  Yaponiya  təcavüzkar  müharibələr  nəticəsində işğal  etdiyi  əraziləri  geri 

qaytarmalı idi; Yaponiya məğlub edildikdən sonra yapon hökuməti öz fəaliyyətini 

dayandırmalı idi; Yaponiyanın işğalında müttəfiq dövlətlər iştirak etməli idilər. 

    SSR   Krım  konfransının  qərarını  yerinə  yetirərək  1945-ci  il  avqustun  8-də 

Yaponiyaya    müharibə  elan etdi  və  avqustun 9-dan  ona  qarşı hərbi  əməliyyatlara 

başladı.  Bu  ərəfədə,  avqustun  6-da  amerikanlar  13  kilotonluq  atom  bombasını 

Xirosimaya,  avqustun  9-da isə 17  kilotonluq  atom  bombasını Naqasakiyə  atdılar. 

Beləliklə,  təkcə  böyük  dağıdıcı  qüvvəsi  ilə  yox,  həm  də  radiasiyası  ilə  təhlükəli  

olan  yeni  silahın  yaradılması  dünyaya  bəlli  oldu.  ki  yapon  şəhərinin  bombalan-

ması heç bir hərbi zərurətdən irəli gəlmirdi. Yaponiya darmadağın olmaqdan qaça 

bilməzdi,  SSR -nin  Uzaq  Şərqdə  müharibəyə  qoşulması  ilə  onun  millitarist  reyi- 

minin  iflasını  sürətləndirdi.  kinci  dünya  müharibəsi  haqqında  memuarlarında  U. 

Çörçil  “Yaponiyanın  taleyinin  atom  bombası  ilə  həll  olunması”  fərziyəsinin  yan-




98 

 

lışlığını etiraf etmişdi. O yazırdı ki, onun məğlubiyyəti “ilk atom bombası atılana 



qədər yəqinləşmişdi”.  

       Yaponiyaya  qarşı  müharibədə  nüvə  silahının  tətbiq  edilməsinin  hərbi  yox, 

təmiz  siyasi  əhəmiyyəti  vardı.  Bu,  fövqalədə  gücə  malik  silahı  olan  yeganə  ölkə 

kimi  ABŞ-ın  gücünü  bütün  dünyaya  göstərməli  idi.  SSR -nin  müharibəyə  qoşul-

masından üç gün əvvəl və müharibəyə başladığı gün iki yapon şəhərinə nüvə bom-

balarının  atılması  sonradan  həm  də  üç  həftəyə  bir  milyonluq  Kvantun  ordusunu 

darmadağın etmiş Sovet  ttifaqının rolunu azaltmaq və müharibədə qələbəyə Ame-

rikanın  nail  olduğunu  bütün  dünyaya  göstərmək  üçün  istifadə  edilmişdi.  Yapon 

hökuməti  avqustun  14-də  təslim  haqqında  qərar  qəbul  etsə  də,  Kvantun  ordusu 

müqaviməti davam etdirir, hətta bəzi hissələri əks-hücuma da keçirdilər. Lakin son 

nəticədə yapon qoşunları təslim olmağa məcbur oldular. 1945-ci il sentyabrın 2-də 

Yaponiyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Yaponiya üzərində qələbə 

nəticəsində  Sovet  ttifaqı  Cənubi  Saxalini  və  Kuril  adalarını  geri  qaytardı.  Belə-

liklə, iki təcavüzkar dövlət-Uzaq Şərqdə Yaponiya və Avropada öz müttəfiqləri ilə 

birlikdə Almaniya tam iflasa uğradı. Avqustun ikinci yarısında yapon ordularının 

darmadağın edilməsi  ndoneziya, Birma və başqa ölkələrdə milli azdlıq hərəkatına 

təkan verdi. Yaponiyanın məğlub edilməsində Çin ordusu da müəyyən rol oynadı. 

Yaponiyanın məğlub olması ilə ikinci dünya müharibəsi sona yetdi. 

        kinci  dünya  müharibəsi  müharibələr  tarixində  ən  dəhşətli  və  dağıdıcı  müha-

ribə olmuşdur.  kinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin 

maddi və ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə na-

sist  Almaniyanın,  faşist  taliyanın  və  onların  müttəfiqlərinin  məğlubiyyəti  nəti-

cəsində  baş  vermişdi.  Dünyada  iki  sistem-burjua  demokratik  və  sosializm  sis-

temləri qalmışdı. Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyi-

ş

ikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, 



sərhədlər  yenidən  qurulmuş,  Mərkəzi  və  Cənub-Şərqi  Avropanın  bir  çox  ölkələri 

faşizmdən  azad  olduqdan  sonra  SSR   təsiri  altına  düşərək  sovet  modelli  siyasi 

inkişaf yolunu götürmüşdülər. 



99 

 

     Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və 



məğlub  dövlətlər  qrupu  yaranmış,  qalib  dövlətlər  sırasında  ABŞ-ın  və  SSR -nin 

nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, 

ngiltərə  və  Fransanın  dünyada  rolu  zəifləmişdi.  Müharibədən  sonra  Almaniya, 

Vyetnam,  Koreya  parçalanmışdı.  Sülhə və  təhlükəsizliyə  xidmət  edən beynəlxalq 

təşkilat  və  qurumlar  yaranmışdı.  Onların  arasında  hələ  müharibənin  gedişində 

formalaşmış  BMT  müstəsna  yer  tuturdu.  kinci  dünya  müharibəsinin  ən  başlıca 

yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. 

O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun  yeni mahiyyət alması 

üçün  möhkəm  zəmin  verdi.  Müharibə,  həmçinin  dünyanın  müəyyən  zaman  kəsi-

yində iki ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan 

SSR -nin,  dünya  sosializm  sisteminin  süqutu  nəticəsində  sözügedən  parçalanma 

aradan  qalxdı.  

       kinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün 

çox mühüm dərslər vermişdir: 

-  O,  bəşəriyyətə  böyük  fəlakətlər  gətirən  müharibələrin  mahiyyətini  dərk  etmək 

dərsini verdi; 

-  O,  xalqlara  yeni  dünya  müharibəsinə,  özü də dəhşətli kütləvi qırğın  silahlarının 

mövcud olduğu indiki dövrdə, yol verilməsinə imkan yaratmamaq dərsini verdi; 

- O, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə 

qarşı birləşməyin çox vacib olması dərsini verdi; 

- O, göstərir ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional mü-

haribələrin baş verməsinin qarşısı alınmalıdır; 

- O, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından  biri də, mü-

haribə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza ya-

ratmaqdır; 

- Müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son 

qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qa-

dağan edilməsinə nail olmaqdır. 

 



100 

 

 



 

     

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə