Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
40
keçibdir. Naxçıvan ilә, Azәrbaycan ilә Türkiyәni bağlayan nәhәng bir körpü 
tikilmişdir". 
  “...Süleyman  Dəmirəl  isə  çıxışında  belə  dedi:  "Bu  gün  burada  cәrәyan 
edәn hadisә tәk bir körpünün açılışı deyildir. Cәrәyan edәn әsas hadisә 70 il 
bir-biriylә  qürbәtdә,  hәsrәtdә  qalmış  qardaşlarımızın  yenidәn  görüşmәsidir. 
Bu  coşqunluğu  anlaya  bilmәk  lazımdır.  Bu,  bir  birlik,  milli  coşqunluqdur... 
Qardaşlıq,  dostluq  bundan  sonra  daha  da  sıx  olacaqdır.  Türkiyә  ilә 
Azәrbaycan,  Naxçıvan  arasında  әlaqәlәr  genişlәnәcәk,  adamlar  bir-biri  ilә 
yaxınlaşacaqdır.  Bu  körpü  tәkcә  Azәrbaycanı vә Türkiyәni  birlәşdirmir,  bu, 
Avropa ilә Asiya arasında körpüdür" (1).  
Sonrakı  illər,  müstəqil  Azərbaycanın  inkişafı,  tərəqqisi  və  çiçəklənməsi  bir 
daha “Ümid” körpüsünün təkcə Azərbaycanı və Türkiyəni deyil, həm də Avropa ilə 
Asiyanı birləşdirən körpü olduğunu sübuta yetirdi. Bu körpüdən Azərbaycanın və 
Türkiyənin mədəniyyəti də bir-birinə qovuşdu. 
  Lakin  danılmaz  faktdır  ki,  bu  sahədə  ilk  addımları  məhz  Naxçıvan  Muxtar 
Respublikasının mədəniyyət və incəsənət xadimləri atmışlar. Belə ki, 1992-ci ilin 
noyabrında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 
Türkiyəyə ilk qastrol səfəri etdi. Qars şəhərində nümayiş etdirilən Nazim Hikmətin 
“Ölən  adam”,  Hüseyn  Cavidin  “Ana”  və  Üzeyir  Hacıbəyovun  “Ordan-burdan” 
tamaşaları böyük rəğbətlə qarşılandı.  
Bundan sonra teatrın kollektivi 1993-cü ilin iyun və oktyabrında, 1994-cü ilin 
sentyabrında,  1997-ci  ilin  yanvarında,  1998-ci  ilin  noyabrında,  1999-cu  ilin 
yanvarında  və  iyulunda,  2000-ci  ilin  dekabrında  Qars  şəhərində  Ü.Hacıbəyovun 
“Məşədi  İbad”,  “Arşın  malalan”,  “Ər  və  arvad”,  Zülfüqar  Hacıbəyovun  “Əlli 
yaşında  cavan”,  Georgi  Xuqayevin  “Arvadımın  əri”,  Rauf  İçərişəhərlinin 
“Kələkbaz  qızlar”  tamaşalarını  nümayiş  etdirdilər.  “Arşın  malalan”  və  “Məşədi 
İbad”  tamaşaları  2001-ci  ilin  noyabrında  və  dekabrında  İğdır  şəhərində  də 
göstərildi.  1993-cü  ildə  Naxçıvan  Dövlət  Filarmoniyasının  da  Qars  Vilayətində 
möhtəşəm qastrol səfəri olmuşdur (3, s. 338). 
1993-cü  ildə  Naxçıvan  Dövlət  Kukla  Teatrında  Türkiyə  Cümhuriyyətinin  70 
illiyi  ərəfəsində  “Türkiyə  günü”  təşkil  olundu.  Baş  konsulluğun  əməkdaşları, 
şəhərdəki  Türkiyədən  olan  iş  adamları,  Naxçıvan  Türk  Bankının  kollektivi, 
Naxçıvan Türk Liseyinin müəllim və şagird heyəti həmin gecəyə dəvət olundular. 
Qonaqlara  Naxçıvan  Dövlət  Kukla  Teatrının  4  illik  fəaliyyəti,  repertuarı  və 
yaradıcı heyəti barədə bədii rəhbər-direktor tərəfindən ətraflı məlumat verildikdən 
sonra  Abdulla  Şaiqin  “Tülkü  həccə  gedir”  mənzum  nağılının  motivləri  əsasında 
Ə.Qasımovun  səhnələşdirdiyi  “İnanmayaq  tülkülərə!”  tamaşası  nümayiş  etdirildi. 
Teatr bu mənzum tamaşanı Xocalı soyqırımına ithaf etmişdi (7). 
  1994-cü ilin mart ayında Naxçıvan Dövlət Kukla Teatrına Ərzincan Radio və 
Televiziya İdarəsindən (ERT) xüsusi məktub gəldi. Məktubda teatr bir tamaşa ilə 
Ərzincan  şəhərinə  dəvət  olunurdu.  O  zaman  teatrın  ədəbi  hissə  müdiri  işləyən, 
görkəmli  şairə-dramaturq  Kəmalənin  (indi  Azərbaycan  Respublikasının  Əməkdar 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
41
incəsənət  xadimi,  Prezident  təqaüdçüsü)  xalq  nağılı  əsasında  səhnələşdirdiyi 
“Göycək Fatma” mənzum tamaşası ilə iyun ayında Ərzincan şəhərində bir həftəlik 
qastrol səfərində olan teatr ERT-nin “Fəxri Təşəkkürnamə”silə geri döndü. 
1995-ci il fevralın sonunda isə kukla teatrının yaradıcı heyəti İzmir Valiliyinin 
dəvətilə  bu  şəhərə  yola  düşdü.  Demək  olar  ki,  mart  ayının  sonunadək  İzmirin 
özündə, həmçinin İzmir Vilayətinin Səlcuqlu, Menemen, Efes, Berqama, Turqutlu, 
Bayraqlı  kimi  bölgələrində  teatr  “Göycək  Fatma”  və  Tofiq  Ağayevin  “Cırtdanın 
kələyi” tamaşalarını böyük müvəfəqiyyətlə nümayiş etdirdi. 
 “O  vaxtlar  İzmirin  “9  Eylül”  (9  Sentyabr)  Universitetinin  incəsənət 
fakültəsində  çalışan  SSRİ  Xalq  artisti,  professor  Lütfiyar  İmanovun  köməkliyilə 
martın  10-u  –  Azərbaycan  Milli Teatrı  Günü  ayrıca bir tədbir  kimi  İzmirdə  qeyd 
olundu.  Martın  9-da  axşam  məhşur  İzmir  Fuarının  (Beynəlxalq  Nailiyyətlər 
Sərgisinin)  ərazisində  yerləşən  İsmət  İnönü  Salonunun  800  nəfərlik  zalı 
Böyükşəhər Bələdiyyəsinin bu gecə üçün buraxdığı xüsusi dəvətnamələr əsasında 
tam dolmuşdu. 
Gecədə  İzmir  Valiliyinin  və  Böyükşəhər  Bələdiyyəsinin  rəhbərləri  də  iştirak 
edirdilər.  Lütfiyar  İmanov  Azərbaycan  teatrının  dünəni  və  bugünü  haqqında 
müfəssəl  danışdıqdan  sonra  qeyd  etdi  ki,  Naxçıvan  Dövlət  Kukla  Teatrı 
prezidentlər  Heydər  Əliyevin  və  Süleyman  Dəmrəlin  üç  il  əvvəl  birgə  açdıqları, 
həsrətləri qovuşduran “Ümid” körpüsündən keçərək, 2000 kilometrdən artıq yol qət 
edib  İzmirə  gələn  ilk  Azərbaycan  dövlət  teatrıdır”  (4).  Beləliklə,  gecənin  birinci 
hissəsi Lütfiyar İmanovun və onun kukla teatrının yaradıcı heyətindən təşkil etdiyi 
xor  qrupunun  ifasında  maraqlı  konsert  proqramı  ilə,  səhnəciklərlə  və  Cəlil 
Məmmədquluzadənin  “Çay  dəstgahı”  tamaşası  ilə  başa  çatdı.  İkinci  hissədə  isə 
“Göycək Fatma” tamaşası göstərildi (2). 
Həmin il martın 21-i Novruz bayramı Türkiyədə ilk dəfə olaraq rəsmi surətdə, 
dövlət  səviyyəsində  qeyd  olundu.  Bu  bayramın  İzmirdə  təşkilində  və 
keçirilməsində  Naxçıvan  Dövlət  Kukla  Teatrının  da  özünəməxsus  rolu  oldu. 
Naxçıvanlı aktyorların bu şənliklərindəki fəal iştirakı böyük rəğbətlə qarşılandı (5). 
Martın  25-də  İzmir  valiliyində  təntənəli  qəbul  oldu.  İzmir  Vilayətində  uğurlu  və 
səmərəli  çıxışlarına  görə  Naxçıvan  Dövlət  Kukla  Teatrı  və  onun  səfərdə  iştirak 
edən bütün işçiləri İzmir Valiliyinin Fəxri fərmanları ilə təltil edildilər. 
1995-ci ilin avqust ayında Trabzon Vilayətinin Uzungöl bölgəsindəki İstirahət 
Kompleksində  “Milli-mənəvi  dəyərlər  və  teatr”  mövzusuna  həsr  olunmuş 
beynəlxalq  konqres  keçirildi.  Bu  tədbirə  Azərbaycandan  Bakı  Kamera  Teatrı  və 
Naxçıvan Dövlət Kukla Teatrı dəvət olunmuşdu. Trabzona Bakıdan deyil, “Ümid” 
körpüsündən keçib-getməyə üstünlük verən kamera teatrının kollektivi Naxçıvana 
gələrək, Buradan kukla teatrının aktyorları ilə birlikdə birbaşa Trabzona yola düşdü 
və çox uğurla keçən 10 günlük səfərdən hər iki kollektiv xoş təəssüratla geri döndü.  
1996-cı  il  Türkiyə  ilə  Naxçıvan  arasında  ən  məhsuldar  və  çoxşaxəli  mədəni 
əlaqələr ili  kimi yadda qalmışdır. “Ümid” körpüsü həmin ildəki qədər o taylı, bu 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə