Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   ...   21

 

15

4.  “Azərbaycan” , 6 avqust 1919-cu il. 



5.  Abbas Mirzə Şərifov, Rza Darablı. Bakı, 20 oktyabr 1919. 

6.  Abşeron meyxanaları. Bakı, 1993. 

7.  Səfərov C. Babayev A. Şərəfli yol. Bakı, 1974. 

8. Cəfərov C.H. Azərbaycan teatrı. Bakı, 1974. 

     9.  Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə  və Dünyada 

hadisə və faktların xronikası. Bakı, 1994.      

 

                                       



           

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


 

16

 



“Hal hazıra dair  

                     MEYXANA 

Azərbaycan Dövləti Tiyatro aktyorları 

----- Əli İslam və Mirpaşa ------- 

tərəfindən tiyatro səhnəsində söylənilmişdir. 

Naşirləri: 

Abbas Mirzə Şərifov və Rza Darablı 

Bakı 20 oktyabr 1919.” 

 

           GÖRÜRƏM 



 

Əli İslam: 

Çərur olduq bu gecə qızışdıruz meyxananı, 

Bilirəm artistlərin yoxdur heç ürək yananı, 

Xərcini çıxarmasa, boş yola sal tarçalanı, 

Baxıram mən zala düz altı min ziyan görürəm. 

 

Mir Paşa: 

İstərəm mən də deyəm burda sənə meyxana

Bax bu artistlərə sən, səhnə olub toyxana, 

Qəm qəm üstə tökülüb, könlüm olub qəmxana, 

Cəmi insanları mən nəfi-cibişdan görürəm. 

 

 Əli İslam : 

Bu nə kefdir şəhərə buraxmısan mərdimazar, 

Elə bildin ki, bu sözlərlə bizim məxluq azar

Yığılıb dükanlara mitinq demə, açma  bazar, 

Falçıyam, rəml atıram baxanda əfqan görürəm. 

 



 

17

 



Mir Paşa: 

Heç yalan xəbərləri bu şəhrə salmagilən, 

Bir manatlıq iş görüb mincə manat almagilən, 

Bu gedən kasıblardan sən geridə qalmagilən, 

Baxıram hər tərəfə sel tək axan qan görürəm. 

 

 



Əli İslam: 

Fikrin ancaq odu kim hər yeri sən iyləyəsən

Bu yazıq müsəlmanın başını sən piyləyəsən, 

Qarabağda neylədin Naxçıvanda neyləyəsən, 

Lənkəran xaxolların mən pərən-pərən görürəm. 

 

Mir Paşa: 

Nə yaman aydı bu ay lirə düşübdü aşağa, 

Baxgilən sərrafa sən oxşayır ağlar uşağa, 

Biz tərəfdən də pisun salladıb başın aşağa, 

Kirbitin halını mən xeyli pərişan görürəm. 

 

Əli İslam: 

Rəştdən mən Bakıya gəlmişəm alış verişə, 

Bənd olub qalmışam axır nə yaman düşdüm işə, 

Nə qədər cəhd elədim topladım burda peşə

Qayıdıb getsəm əgər yolda Küçük xan görürəm. 

 

 Mir Paşa: 



Baxgilən milləti-islam dağılıb hər tərəfə, 

Cümləsi əsir olub oxşayırlar naxələfə, 

Biri ac, birisi tox möhtac olublar ələfə, 



 

18

Gedirəm mən İrana, molla ilə xan görürəm. 



 

Əli İslam: 

Neçə illər ağlayıb, indi bir ildir gülürük, 

Qalan ilə qalırıq, ölən ilə ölürük, 

Pişiyin qaçan yeri samanlıqdır biz bilirik

Gecələr yatanda da yuxuda siçan görürəm. 

 

Mir Paşa: 

İstərəm indi gedim Yevropaya səyahətə, 

Baxgilən sən Parisin eylədiyi ədalətə, 

Leninin işlərini oxşadıram xəyanətə, 

Bolşevikin planını onlara üsyan görürəm. 

 

  

HARA ÇIXDI GETDİ 



 

Əli İslam: 

Başlagilən nağaranı çalmağa, 

Sözlərimi ta yadıma salmağa, 

O gəlmişdi Qafqazyada qalmağa, 

Qaldı haman hara çıxdı getdi. 

 

Mir Paşa: 

Çul çuvalın yığışdırıb bağladı, 

Qomşumuzun ürəgini dağladı, 

Olar getdi Anna, İvan ağladı, 

O mehtaban hara çıxdı getdi. 

 

 Əli İslam: 



 

19

Gələn kimi quyruğunu buladın, 



Sevindiyindən it kimi uladın, 

Qarına qatıb qatırların suladın, 

Dərdimə dərman hara çıxdı getdi. 

 

Mir Paşa: 

Qoy getsinlər daşlarını sən də at, 

Min altıyüz biz almışıq qatır at, 

Olar getdi dul qaldı çoxlu arvat, 

Ol can alan can hara çıxdı getdi. 

 

Əli İslam: 

Güman, güman, buydu sənin gümanın, 

İndi balam, kimə gəlir gümanın, 

Sən dinin, sən məzhəbin, sən imanın, 

Şapkası fincan hara çıxdı getdi. 

 

Mir Paşa: 

Dilləri pis danışırlar tat kimi, 

Söz deyəndə qalırdılar mat kimi, 

Çoxlarının tumanı arvat kimi, 

Bığın qırxdıran hara çıxdı getdi. 

 

Əli İslam: 

Kəndlərdən yaxşı kənddi Bülbülə, 

Məəttəl olma yığ balavu zənbilə, 

O Batuma, sən də ki Ərdəbilə, 

Podrat İran hara çıxdı getdi. 

 

Mir Paşa: 




 

20

Gəlmişdi əsir edə bizləri, 



Geniş xaraşo idi tamam sözləri, 

Belə deyir əcnəbilər qızları, 

Bir dəstə reyhan hara çıxdı getdi. 

 

Əli İslam 

İstəyirəm cəmi sirləri açam

Sonra baş götürüb Bakıdan qaçam, 

İşklad almışam qalıb izdaçam

7



Aldım ondan hara çıxdı getdi. 

 

Mir Paşa: 

O gündən ki başladılar gəlməyə, 

Cəhd etdilər hər bir işi bilməyə. 

Neft alıban pulları yox verməyə, 

Ol qatır satan hara çıxdı getdi. 

 

Əli İslam: 

Mən demirəm qazet yazanlar deyir, 

Əfqan onilən zərafət eyləyir, 

Mirzə Kiçik xan dodağın çeynəyir, 

Hür kedi

8

, o heyvan hara çıxdı getdi. 



 

Mir Paşa: 

Pəncələri oxşayırdı lapdona

9



O çətin işdir yarı yoldan dönə, 



Bir nəfəsə gedirlər lap Londona, 

Alma satan hara çıxdı getdi. 

                                                 

7

 Rus dilində “qalıq” deməkdir. 



8

 Türkcə “pişik” deməkdir. 

9

 “lapa” pəncə deməkdir. 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə