Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
  1   2   3   4   5   6   7   8   9   ...   21



 

1

                   



 

 

                                    KÖNÜL NƏHMƏTOVA 

 

 

 

 

 

 

                         BİR ÖMRÜN QƏLPƏLƏRİ 

 

                      (Seyid Hüseynin qardaşı Mir Paşa) 

 

 

 

 

 

 

 

 

 

 

                                 Bakı, “Elm və Təhsil”, 2015  

 

 

 

 

 


 

2

 



 

 

Seyid Hüseynin qızı Qumral xanım Sadıqzadənin əziz xatirəsinə ithaf edirəm 

 

Qumral xanım iki nəcib nəslin, iki aydın vətəndaşın – Seyid Hüseyn və Azərbaycanın ilk 

ziyalı xanımlarından biri olan  şairə Ümmgülsüm Sadıqzadənin övladıdır. Amma təəssüf ki

həyat bu nəcibliyə qarşı öz mərhəmətini  əsirgəmişdir. Ya bəlkə  də, nəciblik elə  həyatın acı 

sınaqları nəticəsində qazanılır. Ailənin davamının bugünkü vəziyyəti də məhz belə bir qənaətə 

gəlməyimizə əsas verir. Seyid Hüseyn və Ümmgülsümün övladları - Oqtay Sadıqzadə, Toğrul 

Sadıqzadə  və Qumral Sadıqzadə öz istedadları, ziyalı tövrləri ilə ictimaiyyətə  məlum 

şəxsiyyətlərdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

4

SEYİD HÜSEYN SADIQZADƏNİN QARDAŞI MİRPAŞA 

(Erməni qəsdinin qurbanları olan meyxana ustaları  - Mir Paşa və Anaplı 

haqqında) 

 

Görkəmli tənqidçi, istedadlı hekayə ustası, 37-ci il amansız 



soyqırımın qurbanı olan Seyid Hüseyn Kazımoğlu Sadıqzadənin 

milli faciələrlə yüklü taleyində kiçik qardaşı Mir Paşanın da 

xüsusi payı var. S.Hüseyn 1928-ci ildə  həyat yoldaşı  şairə 

Ümmgülsümə ünvanladığı “Həqiqət illüzyonu” adlı  məktubunda yazırdı:  “Fəqət 



hər bir kəsin ehtiram etdiyi əziz bir şey olar ki, onu özünün çirkin və yalan 

nəfləri üçün əlində alət etməz. Mənim bir qardaşım var idi. Bu, məndən yaş 

etibarilə kiçik olduğu üçün daha əziz idi. Faciəli bir surətdə  tərki-həyat etdiyi 

üçün, hələ get-gedə unudulduğu üçün onun ruhuna ehtiram etməyim lazımdır. 

Mən sənin qarşında Mir Paşanın Qarabağda verdiyi canına və həsrət gözlərinə 

and içirəm”. 

Kim idi Mir Paşa? Mir Paşanın ölümü nə ilə bağlı idi ki, qardaşı S.Hüseyn onun 

unudulmasından böyük təəssüflə danışır? Elə bu maraqla da gəlib yenə milli 

facilərimizin izinə çıxırıq. Həqiqətən də, təəssüfəlayiq haldır. Elə o unutqanlıqdır 

ki, bu günkü faciələrə zəmin yaradır. Hər faktın altından bir qətliam çıxır... 

 “Kommunist”  qəzeti 1921-ci il 23 fevral tarixli Azərbaycan dilindəki  

nömrəsinin birinci səhifəsi qara haşiyəyə alınmış, burada Azərbaycan aktyorları 

Ə.Anaplının və Mir Paşanın (Sadıqovun) faciəli ölümü haqqında dərin hüzn ilə 

xəbərlər dərc edilmişdir. Qəzetin ikinci səhifəsində M.S.Ordubadi “Sənaei-

nəfisənin birinci qurbanları” adlı  məqaləsinin axırını bu sözlərlə tamamlayırdı : 

“Bu gün qırmızı Bakı  səhnəsinin tarixinin birinci günüdür. Eşq olsun inqilab 

yolunda fədai-can edən qəhramanlara”. Amma həqiqətdə isə bu itkilər “İnqilab 

yolunda fədai-can” deyildilər. Həqiqəti rus dilində buraxılan “Kommunist” 

qəzetinin 23 fevral 1921-ci il tarixli nömrəsi elan edirdi: “Настоящая похоронная 

комиссия  по  похоронам  маузеристами-дашнаками  артистов  Гостеатра 

товарищей  Анаплиского  и  Мир-Паши  участвовавших  в  агитпоезде, dоводит 




 

5

до сведения всех, что останки убитых будут преданы земле 24-го февраля”. 



“Kommunist” qəzetinin həmin nömrəsi daha bir elan verirdi:  

“Восточная  Консерватория  готовился  к  устройству  траурного  вечера  в 

честь павших героев – артистов Гостеатра т.т. Анаплинского и Мир-Паши.  

Программа: 

1).  Речи:  биография  героев  и  значение  потери  их  в  области  Восточной 

музыки. 


2).  Музыка:  Похоронный  марш,  тасниф  посвященный  героям – исполнит 

Восточный  Симфонический  Оркестр.  Все  остальные  номера  программы 

грустного содержания.  

Заввостконс Оганезашвили. 

Bu matəm mərasiminin təşkilini isə erməni daşnaklarının qanlı soyqırım 

siyasətinin istehzasından başqa bir şey kimi qəbul etmək olmur. Çünki erməni 

vəhşiliklərinin qurbanlarının matəm mərasiminin başında yenə də erməni dururdu 

–Aleksandr Arkadyeviç Oqanezaşvili.  

Bir haşiyə: “Oqanezaşvili Aleksandr Arkadyeviç (may 1887, Tiflis – 31.5.1932, 

Tiflis) – Azərbaycan sovet musiqiçisi, kamançaçalan, musiqi xadimi. Milliyyətcə 

ermənidir. Cabbar Qaryağdıoğlu ilə tanışlığından sonra (1905, Gəncə) onunla və 

Q.Pirimovla birlikdə trioda çalmışdır: trionun, eləcə  də, Oqonezaşvilinin solo 

ifasında “Sport-rekord-şirkəti” (1912, Varşava) bir sıra muğam və xalq 

melodiyalarını qrammofon valına yazmışdır. Oqanezaşvilinin sənətkarlığını 

B.Ağayev, M.İppolitov-İvanov, Z.Paliaşvili, H.Tumanyan və b. yüksək 

qiymətləndirmişlər. O, Beynəlxalq Musiqi Sərgisində keçirilən müsabiqənin 

laureatı adına layiq görülmüşdür (1927, Frankfurt – Mayn). O, Bakıda  Şərq 

konservatoriyasının təşkilatçılarından biri, ilk rektoru və prof. olmuşdur (1920). 

Nizaminin poemasının motivləri üzrə “Fərhad və Şirin” (1911) operasının, musiqi 

alətlərinə dair elmi-tənqidi məqalələrin müəllifidir. Azərbaycan muğamları, mahnı 

və rəqs nümunələrini nota salmışdır”.    

Yuxarıda qeyd olunanlar Azərbaycan Sovet Ensiklopediyasının (ASE) 

 

F.Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” (1970) əsərinə istinadən verdiyi 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə