Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   ...   47

10 
 
Allah  istəyəndən  başqa  heç  nəyi  istəməzlər.  Bu,  dinin  mahiyyətidir.  Kim  tələsib  qabağa  keçsə, 
yolunu azar. Hər kim də arxaya qalıb ləng tərpənsə,  həlak olar. Yalnız din ilə yanaşı addımlayan  
onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və əzbərlə». 
Müəllif  yazır:  «Bu  şərif  hədisdə  Fatimə(s.ə)-nin  İlahinin  məxluqatın bütün  işlərini  həvalə  etdiyi 
şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə 
ki, onun istədiyi Allahın istədiyi olsun). 
Fatimə(s.ə)-nin kitabı. 
Bir  çox  İmamların  müxtəlif  rəvayətlərində  nəql  olunmuşdur  ki,  Fatimə(s.ə)-nin  kitabı  məsum 
İmamlardır.  O  cümlədən  «Bəsairüd-dərəcat»  adlı  kitabda  İmam  Sadiq(ə.s)-in:  «Fatimə  (s.ə) 
özündən sonra bir kitab yadigar qoyub. Bu kitab «Quran» deyildir, lakin ulu Yaradan  tərəfindən 
Fatimə(s.ə)-yə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, O da 
yazmışdır»,-buyurduğu qeyd edilmişdir. 
Əbu Bəsir belə nəql edir:  
Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib soruşdum: 
– Canım  sənə fəda!  Əhli-beyt tərəfdarları deyirlər ki, Peyğəmbər(s)  öz elmindən  yalnız bir fəsil 
öyrətmişdir  ki,  həmin  fəsildən  də  minlərlə  qapı  açılır.  Mənim  zənnimcə,  həqiqi  və  kamil  elm 
məhz elə budur. 
Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:  
– O elmdir, lakin kamil elm deyildir. Əlbəttə, «Məcmuə» bizdədir, amma insanlar hardan bilsin 
ki,  «Məcmuə» nədir? O,  yetmiş dirsək  uzunluğunda Peyğəmbər(s)-in söylədiyi,  həzrəti-Əli(ə.s)-
nin  dəsti-xətti  ilə  yazdığı  bir  tumardır.    Bütün  halal  və  haram  hökmlər,  şəri  qanunlar  orada 
yazılmışdır, belə ki hətta cırmağın cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur. 
Dedim:  
-– Allaha and olsun ki, bu, kamil elmdir. 
-–Bu  elmdir, lakin  kamil  elm  deyildir. Düzdür,  «Cəfr»  elmi  bizdədir, amma  xalqın  «Cəfr»  elmi 
barədə heç bir məlumatı yoxdur.  
-–Bəs «Cəfr» nədir? 
-–Peyğəmbərin, övliyaların,  keçmiş Bəni-İsrail alimlərinin dəri üzərində  yazılmış elmidir, ancaq 
bu da elmi-kamil deyil. Sizin əlinizdəki «Quran»ın üç bərabər ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-
nin kitabı da elmdir. Bu elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir. Allaha and olsun ki, 
«Qurani-Kərim»dən bir kəlmə də olsun bu kitabda yoxdur.  Hətta bunu da kamil elm adlandırmaq 
olmaz.  Kamil  elm hər gecə və  gündüz bir hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra 
başqa bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.   
Fatimə(s.ə)-nin behiştdə məqamı. 


11 
 
Bəzi  rəvayətlərdə  belə  nəql  olunmuşdur  ki,  Fatimə(s.ə)  Peyğəmbər(s)-in  Qəzba  adlı  dəvəsində 
məhşərə daxil olan dörd süvaridən biridir. 
İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi 
ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan? 
Peyğəmbər(s)  buyurdu:  «Ey  Qəzba, Allah  səni bərəkətli  etsin.  Sən  qızım  Fatimə(s.ə)-ninsən.  O 
sənə həm bu dünyada və həm də axirətdə minəcək». 
Elə  ki  Rəsuli-əkrəm  (s)  vəfat  etdi,  o  dəvə  gecə  ikən  Fatimə(s.ə)-nin  yanına  gəlib  dedi:  «Salam 
olsun  sənə,  ey  Peyğəmbərin  qızı.  Mənim  bu  dünya  ilə  vidalaşmağıma  az  qalıbdır.  Allaha  and 
olsun ki, Peyğəmbər(s)-in vəfatından sonra dilimə ot və su dəyməyib». 
O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı. 
Furat ibn  İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir: 
Bir  gün  Peyğəmbər(s)  Fatimə(s.ə)-nin  yanına  gəldikdə  xanımın  kədərli  olduğunu  hiss  etdi. 
Rəsulallah(s)  bir  az  qiyamət  günü  barədə  danışıb  bu  məqama  yetişəndə  belə  buyurdu:    «Ey 
Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da 
görüşməyəcək 12 min behişt hurisi səni  qarşılayar. Onların  əlində nurdan ibarət  silah olar. Bu 
hurilər  yəhəri  sarı  qızıl  və  qırmızı  yaqut,  yüyəni  təzə  mirvaridən  olan  işıq  saçan  dəvələrə 
minərlər.  Hər  dəvənin  üstsndə  də  sız-sıx  düzülmüş  parlaq  incilərlə  bəzədilmiş  «sundus»  süfrəsi 
açılar.  Behiştə  gələn  zaman  cənnət  əhli  sənin  qədəmlərindən  şadü-xürrəm  olar.  Əhli-beyt 
tərəfdarları  üçün    istədikləri  şey  həmişə  və  elə  o  dəqiqə  hazır  olar.  Allah  övliyaları  behiştdə 
yerləşdirən  zaman  həzrəti-Adəm(ə.s),  ondan  sonra  isə  bütün  Peyğəmbərlər  səni  ziyarət  etməyə 
gələrlər ». 
Peyğəmbər(s)-in qəlbinin sözü. 
Fatimə(s.ə) buyurdu: «Bu ayə («Nur», 63)  
 «Öz  aranızda  bir-birinizi    çağırdığınız  kimi?  Peyğəmbəri  çağırmayın  (yəni  onu  ehtiramla 
səsləyin.)» nazil olan zaman mən Rəsuli-əkrəm(s)-i «Ey Allahın Rəsulu!»-deyə çağırırdım. Lakin 
o Həzrət istəyirdi ki, ona «Ata» deyə  müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi. Axırda 
mənə üz tutub buyurdu:  
«Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin üçün nazil olubdur». 
Sonra əlavə etdi: «Mənə «Ata» deyə müraciət et, çünki sənin məni belə çağırmağın qəlbimi daha 
da şadlandırır və Allahı da razı edir». 
«Mishabul-Ənvar»  adlı  kitabda  həzrəti-Əli(ə.s)-nin  həzrəti-Mühəmməd(s)-in  qızı  Fatimə(s.ə)-yə 
bəslədiyi  dərin  məhəbbət  və  ehtiram  barəsində  söylədiyi  hədis  qeyd  olunmuşdur.  Burada  xanım 
Fatimə(s.ə) Atası ilə olan mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:  
«Allah-təala  sənə  salam  göndərəni  bağışlayar  və  onu  mən  cənnətin  harasında  olsam,  mənə 
qovuşdurar». 


12 
 
Peyğəmbər(s)-in qızı barədə etdiyi dua. 
Kuleynin yazdığına görə, İmam Baqir(ə.s) Cabir ibn Abdulla Ənsaridən nəql edir:  
Həzrəti-Mühəmməd(s)  çölə  çıxıb  Fatimə(s.ə)-ni  görməyə  getmişdi.  Mən  də  onunla  idim.  Biz 
Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və sonra buyurdu:  
– Salam olsun sizə. 
 Fatimə(s.ə)  də  onun  cavabını  aldı.  Peyğəmbər(s)  evə  daxil  olmaq  üçün    icazə  istədi.  Xanım 
söylədi: 
– Buyur, ey Allahın elçisi. 
 Rəsuli-əkrəm(s) buyurdu:  
–Yanımdabir nəfər də var. İcazə olarmı, o da içəri keçsin?  
Fatimə(s.ə) ərz etdi: 
–Rübəndim başımda deyil. 
 Peyğəmbər(s) buyurdu:  
 –Fatimə, çadra ilə başını ört. 
 Fatimə(s.ə) çadra ilə örtündükdən sonra Peyğəmbər (s) yenə salam verib mənim də onunla birgə 
içəri daxil olmağım üçün icazə istədi, Fatimə(s.ə) icazə verdi. 
Cabir deyir ki,  mən  Rəsululah(s) ilə evə daxil olanda Fatimə(s.ə)-nin çöhrəsinin saraldığını hiss 
etdim. Peyğəmbər(s) bunun səbəbini soruşduqda o Həzrət(s.ə) buyurdu ki, aclığın təsirindəndir. 
Həzrəti-Mühəmməd(s) bu zaman belə dua etmişdi: 
 «Ey acları doyduran Allah, Mühəmməd(s)-in qızı Fatiməni doyur». 
Fatimə(s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə. 
Əbu Səid Xudradan nəql olunur:  
Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:  
–Atamı Peyğəmbər, səni isə  onun vəlisi  qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey 
yoxdur.  İki  gündür,  yeməyimiz  qurtarıb.  Əgər  olsaydı,  onu  özümdən  və  oğullarım  Həsənlə 
Hüseyndən qabaq sənin üçün saxlayardım. 
Əli(ə.s) buyurdu:  
– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki,  sizin üçün yemək tapım? 
Fatimə(s.ə) belə cvab verdi:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə