Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   2   3   4   5   6   7   8   9   ...   47


 
Yenə  də  rəvayət  olunubdur  ki,  Fatimə(s.ə)-nin  adı  Allahın  «Fatir»  adından  götürülmüşdür.  O 
Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik və çirkinlikdən  uzaqdır. Qadınlara məxsus 
adəti  görməmişdir.  «Zəhra»  adlandırılmasının  səbəbi isə  gündə  üç  dəfə  nurlu  camalının həzrəti- 
Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi. 
Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə  görə Fatimə(s.ə)-yə  
«Zəhra» deyirlər?» 
Buyurdu: «Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta  
nur saçan ay və axşam parlaq ulduz kimi  idi». 
Şeyx  Səduq  (r.ə)  həzrəti-Riza(ə)-dan  nəql  edir  ki,  bir  gün  İmam  söhbət  əsnasında  buyurdu: 
«Mübarək Ramazan ayında  ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin 
nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı  yenidən aşkar olurdu». 
İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır: 
  Behiştdə onun  üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün 
ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın  qüdrəti ilə fəzada  heç bir sütun olmadan 
durmuşdur. Qübbənin  yüz min qapısı vardır və hər qapının  da ağzında min mələk dayanmışdır. 
Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər: «Bu parlaq  
imarət  Fatimə(s.ə.)-nindir». 
Başqa  bir  rəvayətdə  belə  gəlmişdir  ki,  Allah-təala  mələkləri  yoxlamaq  məqsədilə    onlara  tərəf 
qara  bulud  göndərdi. Bu  zaman  elə  bir  qaranlıq  çökdü  ki,  mələklər    bir-birini    belə  görmədilər. 
Allahdan bu qaranlığın onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını qəbul 
edib  Fatimə(s.ə)-nin  nurunu  göndərdi.Məhz  bu  xanımın  nuru  ərşin  ətrafında  asılı  halda  günəş 
kimi göyün və yerin yeddi qatını  işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala 
onlara buyurdu: «And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin savabını qiyamətə qədər həzrəti-
Zəhra(s.ə)-nın Atasının, Ərinin və Övladlarının dostlarına verəcəyəm». 
Həzrəti-Zəhra(s.ə)-nın  adlarına  bu  adlar  da  daxildir:  Hisan,  Hürrə,  Seyyidə,  Əzra,  Həvra,  
Məryəm,  Kübra  və  Bətul.  Rəvayətdə  nəql  olunur  ki,  o  Həzrət  bu    səbəbdən  «Bətul» 
adlandırılmışdır ki, heç vaxt  qadın adəti görməmişdir. İbn Şəhr  Aşub «Mənaqib» adlı kitabında 
yazır:  
«Səhih  rəvayətlərə  əsasən,  Fatimə(s.ə)  iyirmi    ada  malik  olubdur  ki,  adlarından  hər  biri    onun  
fəzilətlərini  özündə  əks  etdirmişdir.    İbn    Babəveyh  bu  adları  «  Müvəllid  Fatimə»  kitabında 
sadalamışdır». 
O  Xanımın  künyələri:  «Ümmülhəsən»,  «Ümmülhüseyn»,  «Ümmülmöhsin»,  «Ümmuləimmə», 
«Ümmüəbiha»  və  «Ümmülmöminin»-dən  ibarət  olmuşdur.  Bu  künyələr  xanım  Fatimə(s.ə)-nin 
ziyarətnaməsində də işlədilmişdirdir. 
«Mənaqib»  adlı  kitabda  qeyd  olunmuşdur  ki,  göylərdə  həzrəti-Fatimə(s.ə)-yə  «Nuriyyə», 
«Səmaviyyə», «Haniyyə» də deyirlər. 



 
«Haniyyə» adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-
ya verilmişdi. 
Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı  olan münasibəti. 
Bu  barədə  təkcə  bunu  xatırlamaq  kifayət  edər  ki,  həzrəti-Zəhra(s.ə)-ya  dəyən  zərbə,  vurulan 
töhmət,  sümüyünün  sınması,  qırmancın  qolunda  iz  salması  kimi    müxtəlif  əzab  və  əziyyətlərə 
düçar  olması  böyük  məhəbbət  bəslədiyi  əri  Əli(ə.s)-yə  görə  olmuşdu.  Bütün  bu  əzab  və 
əziyyətlərə bu yolda  şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı ağlayan 
görən  həzrəti-Əli(ə.s)  ondan  ağlamağının  səbəbini  soruşduqda  xanım  Fatimə(ə.s.):  «Məndən 
sonra  sənə  üz  verəcək  müsibətlərə  görə  ağlayıram»,-deyə  cavab  verdikdə  İmam  Əli(ə.s) 
buyurmuşdu: «Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə 
asan və kiçik  görünür». 
Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır: 
 «Peyğəmbər(s) hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə həzrəti-Əli(ə.s)-ni düşməni 
məhv etmək üçün Yabis  adlı qumlu səhraya  göndərmişdi. Belə nəql edirlər ki,  həzrəti-Əli(ə.s)-
nin xüsusi bir yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına bağlayarmış. Bu 
döyüşə  gedəndə  də  Fatimə(s.ə)-nin  yanına  gəlib  həmin    yaylığı  istəyəndə    xanım  Fatimə(s.ə) 
Həzrətdən  sual  edib  soruşdu:  «Hara  gedirsən?  Atam  səni  hara    göndərir?»  O  zaman  həzrəti-
Əli(ə.s) buyurmuşdu: «Qumlu səhraya gedirəm». 
Həzrəti-Zəhra(s.ə)-nın övladına olan məhəbbəti. 
Bu  barədə  məncə,  Şeyx  Səduqun    Həmmad  və  İmam  Sadiq(ə.s)-dən  nəql  etdiyi  rəvayətini 
xatırlatsaq, kifayət edər. 
İmam  Sadiq(ə.s)  buyurmuşdur  ki,  iki  seyyidə  xanımla  bir  zamanda  evlənmək  olmaz.  Əgər  bu 
xəbər həzrəti-Zəhra(s.ə)-ya çatsa, ona ağır gəlib qəlbinə toxunar.  
Həmmad soruşdu: «Məgər bu, həzrəti-Zəhra(s.ə)-ya yetişirmi?» 
İmam Sadiq (ə) buyurdu: «Bəli, And olsun Allaha ki, bu xəbər xanım Zəhra(s.ə)-ya yetişir». 
Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn Üneynin yuxusu. 
«Ümdətüt  Talib»  adlı  kitabda  nəsəbşünas3  alimlər  arasında  məşhur  olan  Bəni  Davud  ibn  Musa 
Əlhəsəninin  əhvalatlarında  qəribə  bir  rəvayət  vardır  ki,  çox  etibarlı    mənbəyə  əsaslanır.  Bu 
rəvayət İbn Üneynin  divanında da yer almışdır. 
İbn Üneyn bir dəfə Məkkəyə yola düşdüyü zaman özü ilə çoxlu qiymətli əşyalar da götürmüşdü. 
Qəflətən  yolda  Bəni-Davud  nəslindən  olan  seyyidlərdən  bəzisi  onu  tutub  bütün  mal-dövlətini 
əlindən alır, hətta əynindəki paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən sonra onu 
orada qoyub tez gözdən itirlər. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə