Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

40 
 
Əbu Bəkri seçdiniz. Bu,  bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir şeydir. Belə böyük vəzifəyə 
təkcə Əli(ə.s) layiqdir, ey nadanlıq yolunu gedən, Ömər As!» 
Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və Həssanın şerləri. 
Übeydullah Əsəd Abadi öz «Əlmuqniu fil imamə» adlı kitabında yenə də yazır:  
«Əbu Bəkr xilafətdə möhkəmlənib Səqifədən məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər 
As Əbu Bəkrə tərəfdarlıq etmək məqsədilə Mədinə camaatını danlayıb «alçaq», «ləyaqətsiz» kimi 
sözlər  deyərək  təhqir  edirdi.  O,  İslama  qarşı  olan  kin  və  nifrətini  Peyğəmbər(s)-in  vaxtında 
gizlədirdi. İndi fürsətdən istifadə edib bu düşmənçiliyi aşkar etmişdi. Bu xəbər Əli(ə.s)-yə çatanda 
məscidə  gəlib  minbərə  çıxdı,  Mədinə  müsəlmanlarının  fəzilətlərindən  və  onların  şəninə  nazil 
olmuş «Quran» ayələrindən misallar çəkib buyurdu: 
 «Hamı gərək mədinəlilərin (ənsar) haqqını tanıyıb onlara ehtiram eləsin». 
Xalq  Həssan  ibn  Sabitdən  (mədinəlilərin  məşhur  şairi)  Əli(ə.s)-nin  fəzilətləri,  İslamda  olan 
xidmətləri barədə də şer yazmağını tələb edirdi. Onlar  Səqifədə Əli(ə.s)-yə qarşı çıxdıqlarından 
peşman olmuşdular. Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:  
 
«Allah-təala biz tərəfdən Əli(ə.s)-yə xeyir, mükafat versin. Mükafat Allahın əlindədir. Əbülhəsən 
Əli(ə.s)-nin  tayı-bərabəri  varmı?  Səndə  olan  fəzilətlərə  görə  Qüreyşdən  qabağa  keçdin.  Sənin 
qəlbin geniş və sınaqdan çıxmışdır. 
Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq, zəif bir adamın kök və qüvvətli bir rəqiblə 
döyüşə girməsi nə qədər ağılsızlıqdır.  
Sən  hər  yerdə  və  hər  məkanda  İslamı  himayə  etməkdə  su  ilə  dolu  kəndirli  quyu  qabına 
bənzəmisən (yəni İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab və kəndir kimisən 
ki, xalqı İslamın elm və fəzilətləri ilə sirab etmisən). 
Ömər As fəzilət və təqvanı bir kənara atıb dərdləri artıranda sən bizə görə düşmənlərimizə qarşı 
çıxdın.  Sən  Ləvvi  ibn  Qalib  sülaləsindən  olub  həm indi  və  həm  də  gələcəkdə  xalqın  ümidisən. 
Allahın Rəsulu(s)-nu (s) və Əhli-beytini qorudun, onun bizimlə olan əhd-peymanını hifz etdin. O 
Həzrət(s)  səninlə  əhd  bağlamışdı.  Bu  rəhbəriyyətə  kim  səndən  daha  layiqdir?  Məgər  sən  xalqı 
hidayət  etməkdə  Rəsuli-əkrəm(s)-in  qardaşı  deyilsənmi?  Sən  o  Həzrət(s)-in  vəsisi,  «Quran»  və 
Peyğəmbər  sünnətini  hamıdan  daha  yaxşı  bilən  deyilsənmi?  Buna  görə  nə  qədər  ki,  Nəcd  və 
Yəmən torpağında həyat vardır, sənin haqqın bizim boynumuzda böyük və əzizdir». 
Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı. 
İmamətin Peyğəmbər(s)-dən sonra Əli(ə.s)-yə məxsus olması və onun haqqının qəsb olunmasını 
iddia  etməyin  dəlillərindən  biri  də  Əbu  Bəkrin  Səqifə  hadisəsindən  sonra  Üsamə  ibn  Zeydə  
yazdığı  məktubudur.  Üsamə  ibn  Zeyd  düşmən  təcavüzünün  qarşısını  almaq  üçün  Şama 
göndərilən qoşunun həzrəti-Mühəmməd(s) tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s) 
buyurmuşdu  ki,  hər  kim  Üsamənin  əmrindən  boyun  qaçırsa,  günahkardır.  Səqifə  əhvalatına 


41 
 
gəldikdə  isə  Üsamə  Rəsulullah(s)  vəfat  etdikdə,  eləcə  də  Səqifə  toplantısı  zamanı  Mədinədə 
deyildi. O, Şama getmək üçün qoşunla Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi. 
Əbu  Bəkrin  Üsaməyə  yazdığı  məktubun  məzmunu  belədir:  «Rəsuli-  əkrəm  (s)-in  xəlifəsi  Əbu 
Bəkrdən Üsamə ibn Zeydə. 
Müsəlmanlar  mənə  pənah  gətirərək  məni  xəlifə  seçdilər.  Beləliklə,  Peyğəmbər(s)-dən  sonra 
camaat  məni  rəhbərliyə  qəbul  etdi.  Mənim  məktubum  sənə  çatan  zaman  sən  də  başqa  
müsəlmanlar  kimi  gəlib  mənə  beyət  et.  Ömər  ibn  Xəttabın  sənin  qarşında  olan  məsuliyyətini 
boynundan  götürürəm,  qoy  o,  mənim  yanımda  olsun.  Çünki  mənim  Ömərə  ehtiyacım  var.  Bu 
əmrlərimi yerinə yetirdikdən sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.» 
Məktub  Üsaməyə  yetişdikdən  sonra  Əbu  Bəkrə  belə  cavab  yazdı:  «Peyğəmbər(s)-in  azad 
olunmuş qulu Üsamə ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə. 
Məktubun  mənə  yetişdi.  Lakin  onun  əvvəli  ilə  sonu  ziddiyyət  təşkil  edir.  Məktubun  əvvəlində 
yazmısan  ki,  mən  Peyğəmbər(s)-in  xəlifəsiyəm,  sonra  belə  iddia  edirsən  ki,  müsəlmanlar  sənin 
ətrafında birləşib  səni  özlərinə  xəlifə  seçdilər. Əgər belədirsə, onlar  gərək  sənə  məsciddə  beyət 
edəydilər, nəinki Bəni-Saidə səqifəsində. 
Sonra  da  Ömər  ibn  Xəttaba  ehtiyacın  olduğuna  görə  ona  ordudan  boyun  qaçırmağına  icazə 
verməyimi  məndən  tələb  edirsən.  Lakin  bil  və  agah  ol  ki,  o,  özbaşına  mənim  icazəm  olmadan 
ordudan  boyun  qaçırdı.  Mənə  də  yaraşmaz  ki,  kiminsə  hərbi  qanunu  pozmağına  icazə  verəm, 
çünki  Rəsuli-əkrəm(s)  mənə  öz  rəhbərliyim  altında  səfərbərlik  və  hərəkət  əmrini  vermişdir.  Elə 
hər  ikiniz  qanunu  pozmusunuz.  Peyğəmbər(s)-in  də  əmrindən  boyun  qaçırmaq  istər  sağlığında 
olsun, istərsə də vəfatından sonra fərqi yoxdur, hər ikisi eyni surətdə xilafdır. Sən yaxşı bilirsən 
ki,  həzrəti-Mühəmməd(s)-in  sizin  barənizdə  olan  rəyi  və  əmri  sizin  özünüz  barədə 
fikirləşdiyinizdən  daha  üstündür.  Sizin  niyyətinizdən  Peyğəmbər(s)  xəbərdar  idi,  ona  görə  də  o 
Cənab(s)  məni  sizə  rəhbər  təyin  edibdir,  sizi  mənə  rəhbər  təyin  etməyib.  Peyğəmbər(s)  ilə 
müxalifətçilik münafiqliq və ikiüzlülükdür...» 
Müəllif yazır: «Biz Əbu Bəkrin məktubunu və Üsamənin cavabını  «Üyunül bəlağə fi ünsil hazir 
və nəqələtül müsafir» adlı kitabda öz geniş təfsilatı ilə xatırlatmışıq. Burada isə yalnız bir hissə ilə 
kifayətlənirik».ı 
Səqifə hadisəsi ilə əlaqədar təhqiqat və araşdırmalar. 
1.Peyğəmbər(s)-in  dəfn  mərasimində  bir  çoxlarının  iştirak  etməməsi  Məşhur  sünni  alimi  İbn 
Əbdül Birr «İstiab» adlı kitabında belə yazır: «Peyğəmbər(s) vəfat edən günü camaat Bəni-Saidə 
səqifəsində  Əbu  Bəkrə  beyət  etdi,  amma  ümumi  beyət  həzrəti-Mühəmməd(s)-in  vəfatından  bir 
gün sonra çərşənbə axşamı günü baş vermişdi. Xəzrəcli və qureyşlilərin bəzisi Əbu Bəkrə beyət 
etməkdən boyun qaçırmışdılar.» 
Şeyx  Müfid(böyük  şiə  alimi,  təxminən  993-cü  il  miladi,413-cü  il  hicri-qəməri)  öz  «İrşad» 
kitabında belə yazır:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə