Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

29 
 
bəyəndim  (seçdim). Əziz  qızım,  əgər  atan  bildiyi  şeyi  sən  bilsəydin,  dünya  sənin    gözündə  puç 
görünərdi. Allaha and olsun ki, sənin barəndə heç bir xeyir işi əsirgəməmişəm. Allah-təala sonra 
ərini seçdi. O zaman mənə vəhy etdi ki, səni ona ərə verib özümə  canişin təyin edim. Sənin ərin 
İslamda  hamıdan əvvəl,  elmdə  hamıdan  səbirlidir. Qızım, Tanrımız  xüsusi  diqqət  yetirəndə  yer 
üzündə iki nəfər kişi seçdi__  onlardan birini sənin atan, digərini isə ərin təyin etdi. Qızım, sənin 
ərin yaxşı ərdir, bütün işlərdə ona itaət elə.  
7.Peyğəmbər(s)-in Əli(ə.s) ilə söhbəti 
Əli(ə.s) söhbətini belə davam etdirir:  
Peyğəmbər(s) sonra məni səslədi. Mən evə keçdim. Həzrəti-Mühəmməd(s) buyurdu:  
__  Öz  evinə  keç!  Həyat  yoldaşını  sev  və  ona  mehribanlıq  göstər.  Çünki  Fatimə(s.ə)  mənim 
cismimin parəsidir. Kim onu incitsə, məni incidib, kim onu sevindiribsə, məni sevindiribdir. Sizi 
Allaha tapşırıram. Allah sizə yar olsun. 
Həzrəti-Əli(ə.s)  buyurur:  «Allaha  and  olsun  ki,  Tanrım  bizi  ayıranadək  Fatiməni  heç  vaxt 
incitmədim, bir işi görməyə məcbur etmədim. O da məni incitməmiş və mənim itaətimdən boyun 
qaçırmamışdır. Nə zaman ona baxsaydım, bütün qəmim, kədərim və ağrılarımı unudardım». 
8. Kənizin əvəzində gözəl bir dua 
Sonra  Rəsuli-əkrəm(s)  ayağa  durub  getməyə  hazırlaşarkən  Fatimə(s.ə)  ev  işlərində  ona  kömək 
etmək üçün kəniz istədi. Peyğəmbər(s) belə buyurdu:  
__ Kənizdən daha yaxşı şey istəyirsənmi? 
Fatimə(s.ə)-yə dedim: 
__ De, bəli. 
Fatimə(s.ə) də dediklərimi təkrar etdi. 
Həzrəti-Mühəmməd(s) buyurdu:  
__  Hər  gün  Allaha  33  təsbih,  33  dəfə  həmd,  34  dəfə  isə  təkbir  de.  Bu  təsbih  min  mükafatın 
ölçüsünə (əməllərin tərəzisində) bərabərdir. Fatimə, əgər bu təsbihatı hər gün səhər desən, Allah-
təala sənin dünya və axirət istəklərini inşaallah lazımınca ödəyər. 
 
Şeyx Tusi  «Misbahül-mütəhəccid»  kitabında qeyd edir ki, Peyğəmbər(s) Fatimə(s.ə)-ni zilhiccə 
ayının əvvəlində ərə verdi. 
Bəzi rəvayətlərdə isə həmin günün zilhiccə ayının altısı olduğu qeyd edilmişdir. 
(«Kifayəmüt-talib»  səh.  296,  «Məcməüz-zəvaid»  VIII  c,  səh.  253,  İbn  Səbbac  «Əlfüsülül-
mühümmə»  səh.  281,  İbn  Məqazəli  «Mənağib»  səh.  101,  «Yənabiül-məvəddət»  səh.  92,  Əmini 
«Əlğədir» III c, səh. 23, «Əlmüraciat» səh. 244.) 


30 
 
 
Üçüncü hissə 
Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı. 
Səqifə əhvalatını Şeyx Tusi  «Təlxisüş-şafi», İbn Əbil Hədid (sünnilərin məhşur alimlərindəndir) 
«Şərhi-nəhcül-bəlağə»,  Əhməd  ibn  Əbdüləziz  Cövhəri  isə  özünün  «Əssəqifə»  kitabında  ətraflı 
şəkildə  qələmə almışlar. 
Onun xülasəsi belədir: 
1.Mədinə müsəlmanlarının toplanışı 
Rəsuli-əkrəm(s) vəfat edən kimi ənsar (Mədinə müsəlmanları) Bəni-Saidə səqifəsində (üstü örtülü 
yığışma mərkəzi) toplandı. Səd ibn Ubadəni (Xəzrəc tayfasının başçısı) Peyğəmbər(s)-in xəlifəsi 
və  müsəlmanların  rəhbəri  təyin  etməkdən  ötrü  evindən  səslədilər.  Xəstə  olduğundan  onu  elə 
yatağındaca oraya gətirdilər. Səd ibn Übadə nitq söyləyib xalqı onu rəhbər seçməyə çağırdı. 
Oradakıların  hamısı  (ənsarlardan)  onun  dəvətini  qəbul  etdikdən  sonra  öz  aralarında  söhbətə 
başladılar ki, əgər mühacirlər (Məkkə müsəlmanları): «Rəsuli-əkrəm(s)-lə biz birgə hicrət etmişik 
və elə Peyğəmbər(s)-in ilk səhabələri də biz olmuşuq, bundan əlavə o Həzrətin qohumları  bizik, 
bəs  belə  olan  surətdə  nə  üçün  Rəsuli-əkrəm(s)-in  vəfatından  sonra  xilafət  və  hökumət  işlərində 
bizimlə çəkişirsiz?»-deyə soruşsalar, o zaman nə cavab verəcəyik deyə düşündülər. 
Onlardan bir qrupu dedi ki, biz belə etiraz edərik: «Bir başçı siz seçin və bir başçı da biz seçək. 
Bu  təklifdən  başqa  heç  bir  təklifi  qəbul  etmərik.»  Səd  ibn  Ubadə  Mədinə  müsəlmanlarının  bu 
söhbətini  və  tərəddüdünü  eşidəndə  dedi:  «Bu,  süstlüyün  başlanğıcı  və  beyətə  qarşı  olan  ilk 
müxalifətçilikdir». (İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» VI c, səh. 6) 
2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin nitq söyləməsi 
Ömər ibn Xəttab bu məsələni eşitdikdə Əbu Bəkr üçün xəbər göndərdi ki, tez evdən çıxıb yanıma 
gəl. Əbu Bəkr isə cavabında: «Hələ işim var. Sonra gələrəm»,-dedi. 
Ömər  ikinci  dəfə  Əbu  Bəkrə  xəbər  göndərdi  ki,  elə  bir  hadisə  üz  vermişdir  ki,  sən  gərək  orada 
olasan, hökmən gəl. 
Əbu Bəkr qalxıb Ömərin yanına getdi. Ömər onu görən kimi dedi:  
__  Məgər  bilmirsən  ki,  mədinəlilər  Bəni-Saidə  səqifəsində  yığışıb  istəyir  ki,  xilafəti  Səd  ibn 
Ubadəyə  tapşırsın? Onların arasında ən  yaxşı və sayılan şəxslərin təklifi bu  idi ki, bir nəfər  biz, 
bir nəfər də siz tərəfdən seçilməlidir. 
Əbu  Bəkr  qorxuya  düşdü.  Ömərlə  birlikdə  tələsik  səqifəyə  gəldilər.  Əbu  Übeydeyi  Cərrah  da 
onlarla birgə idi. Səqifəyə daxil olanda orada çoxlu adam gördülər. Ömər deyir:  
__ Mənim fikrimdə olan  söyləyəcəyim sözlərin hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.  


31 
 
O, Allaha həmd və şükr edəndən sonra yenidən sözünə başladı: 
«Böyuk Allah Mühəmməd(s)-i xalqa peyğəmbərlik, risalət və hidayət etmək üçün seçmişdi. Onu 
öz ümmətinə şahid etdi ki, ümməti yeganə olan Allaha sitayiş edib hər növ şirkdən uzaqlaşsın. Bir 
halda  ki,  adamlar  özləri  üçün  cürbəcür  allahlar  seçib  onlara  pərəstiş  edirdilər.  Belə  başa 
düşürdülər  ki,  bu  məbudlar  öz  pərəstişkarlarını    şəfaət  edib  onlara  mənfəət  yetirəcək,  amma 
həqiqətdə isə onlar daşdan və ağacdan yonulmuşdular». 
Sonra o, sözünə davam edərək bu ayəni oxudu:  
«Allahdan  başqa  elə  şeylərə  pərəstiş  edirlər  ki,  nə  onlara  ziyanı,  nə  də  onlara  bir  xeyri  var». 
(«Yunis», 18). 
Öz  ata-babalarının  dinini  tərk  edib  atmaq  ərəblərə  ağır  gəldiyindən  Allah-təala  Peyğəmbər(s)-i 
təsdiq  edib  ona  iman  gətirmək  imtiyazını  Həzrət(s)-in  qəbiləsindən  olan  ilk  mühacirlərə  nəsib 
etdi.  Onlar  fədakarlıqla  onu  himayə  edərək  çətin  bir  şəraitdə  müşriklərin  əzab  və  əziyyətinə 
səbirlə  qatlaşdılar.  Mühacirlər  Yer  üzündə  Allaha  və  Peyğəmbər(s)-ə  iman  gətirib  ona  pərəstiş 
edən  ilk  şəxslər  olmuşlar. Mühacirlər  Peyğəmbər(s)-in  dostlarından  və  xanədanından  olanlardır. 
Peyğəmbər(s)-dən sonra rəhbərlik etməyə ən layiqli adamlar da məhz onlardır. Hər kim bu barədə 
onlara  müxalif  çıxsa,  zülmkardır.  Siz,  ey  mədinəlilər,  onların  dindəki  üstünlük  və  islamdakı 
qabaqcıllığını inkar edən deyilsiniz. Allah-təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi 
qəbul  edib  Rəsuli-əkrəm(s)-in  mühacirətini  sizə  tərəf  yönəltdi.  Peyğəmbərin  zövcələrindən    və 
səhabələrindən  çoxu  sizlərdəndir.  Əvvəlki  mühacirlərdən  sonra  heç  kim  bizim  yanımızda  sizin 
qədər  əziz  ola  bilməz.  Rəhbər  bizdən,  vəzir  isə  sizdən  seçilsin.  Biz  sizinlə  məşvərət  etməkdən 
boyun qaçırmarıq». 
3.Başqa bir əshabın söhbəti 
Əbu  Bəkrin  nitqindən  sonra  Mədinə  müsəlmanlarından  Hübab  ibn  Munzir  ibn  Cumuh  ayağa 
qalxıb dedi:  
__ Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm dayanın, çünki xalq sizin sayənizdə başını 
dolandırır.  Heç  kimin  sizinlə  müxalifətçilik  etməyə  haqqı  yoxdur.  Sizin  icazəniz  olmadan  bir 
nəfər də rəhbəriyyətə sahib çıxa bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, güclü 
və  möhtərəm  olanlar  sizlərsiniz.  Xalq  sizin  qərarınızla  ayaqlaşır.  Buna  görə  də  bir-birinə  qarşı 
etiraz  etməyin  ki,  bütün  işləriniz  korlanar.  Əgər  onlar  (mühacirlər)  dediyim  sözləri  qəbul 
etməsələr, onda bizim qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən rəhbər seçilsin. 
Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:  
__ Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz. Mühacirlər razı olmazlar ki, siz mədinəlilər 
onların  rəhbəri  olasınız.  Ona  görə  ki,  Peyğəmbər(s)  sizin  qəbilənizdən  deyildir,  ancaq  ərəblər  
həzrəti-Mühəmməd(s)-in  mənsub  olduğu  qəbilənin  rəhbərliyinə  etiraz  etməz.  Peyğəmbər(s)-ə 
məxsus  olan  rəhbərlik  məqamını  ələ  keçirmək  üçün  bizimlə  döyüşən  kimdir?  Bir  halda  ki,  biz 
Rəsuli-əkrəm(s)-in dostlarından və onun qohumlarındanıq. 
Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə