etsin. Istismardan çıxmış RTM dan regenerat almaq üçün doğranmış
hissəciklərin ölçülərinin 0,5 mm olması kifayət edir.
Son zamanlar RTM-ın tullantılarını doğramaq üçün zərbəli
xırdalayıcılardan, rotorlu doğrayıcılardan, ekstruderlərdən istifadə olunur. Bu
avadanlıqlarda RTM emalı onun hərtərəfli sıxılmasını və yerdəyişməsini təmin
edir. Bu aparatlarda materialın xırdalanması rotor ilə onun divarı arasında baş
verir. Bu halda xırdalama prosesinin effektliyi rotor ilə gövdənin arasında olan
boşluğun tənzimlənməsindən asılı olaraq dəyişir. Doğrayıcı avadanlıqların
müqaisəli təhlili göstərir ki, RTM tullantılarının doğranması əhəmiyyətli
dərəcədə vərdənələrdən həyata keçirilir. Vərdənələrdə RTM tullantılarının
xırdalanması iqtisadi cəhətdən çox əlverişlidir, texnologiyası asandır.
Rezin tullantıların bir növü də işlənmiş avtomobil şinləridir. Şin sənayesi
xalq təsərrüfatının böyük bir hissəsini təşkil edir. Burada çəkisi 2-7,5 kq-dan
1000 kq-a qədər olan pokrışkalar istehsal olunur.
Avtomobil pokrışkalarının çəkisi mövcud assortiment daxilində 40 kq
təşkil edir. şin sənayesində pnevmatik şinlərdən başqa şinləri təmir etmək üçün
materiallar, pnevmatik muftalar, pnevmatik balonlar və başqa məmulatlar da
istehsal olunur.
Ş
in sənayesinin tullantıları istismardan çıxmış şinlərdir. Avtomobil
parklarının dinamiki artımı istismardan çıxmış şinlərin artmasına və qanunsuz
zibil “dağlarının” əmələ gəlməsinə səbəb olmuşdur. 2010-cu ildə
Respublikamızda istismardan çıxmış şinlər 0,85 milyon tona çatmışdır. Lakin
bu şinlərdən istifadə olunmadığına görə. Onlar ilbəil artaraq böyük ekoloji
təhlükə mənbəyinə çevrilirlər. Flora və faunamıza ekoloji zərər vuran bu
bioloji parçalanmayan rezin, əslində tükənməz xammal mənbəidir. Buna görə
istismardan çıxmış şinlərin utilzasiyası təkcə ekoloji cəhətdən deyil, eyni
zamanda iqtisadi cəhətdən də səmərəlidir
[ 19]
.
Ş
inlərin istehsalında çox qiymətli neft məhsullarından istifadə olunur.
Ş
inin əsas elementi olan onun pokrışkasının tərkibində 32-dən artıq
inqredientlər vardır ki, bunların 80%-i neft məhsullarından hazırlanır.
Pokrışkada olan bu qiymətli xammalı zibilxanalara ataraq həm özümüzə
ekoloji təhlükə yaradır, həm də çox qiymətli xammallardan istifadə edə
bilmirik.
Respublikamızda avtomobil parklarının günü-gündən artması istismardan
çıxmış şinlərin sürətlə artmasına səbəb olur. Hər il Bakı şəhərində istismardan
çıxmış, lakin istifadəsiz qalmış şinlərin ümumi çəkisi 50 min tondan artıq olur.
Işlənmiş şinlər ətraf mühiti çirkləndirən ən qorxulu tullantıdır. Onlar
aşağıdakı xüsusiyyətlərə malikdirlər:
-Şin bioloji olaraq parçalanmır;
- Şin yanğını təhlükəlidir, yanarkən onu söndürmək çətin olur;
- Şin topa halında olanda onların arasında müxtəlif həşəratlar və
gəmiricilər yuva salır və çoxalırlar.
Ş
in yanan zaman ətrafı qara tüstü bürüyür. Bu isə flora və faunaya böyük
ekoloji ziyan vurmaqla yanaşı, atmosfer çirkləndiricilərinin sayını şoxaltmış
olur, çünki belə tüstü qazların tərkibində təbiəti müəyyən olmayan
çirkləndiricilər vardır. Istismardan çıxmış rezin-texniki məmulatlar yandıqda
böyük ekoloji təhlükə yaranır, yolxucu xəstəliklərin əmələ gəlməsinə və
inkişafına şərait yaranır.
Müxtəlif ölkələrdə istismardan çıxmış şinləri təkrar emal etmək üçün
yeni-yeni texnologiyalar işlənib hazırlanır (bu haqda sonrakı fəsillərdə
araşdırmalar aparılacaq). Respublikamızda köhnə şinlərdən istifadə çox zəifdir.
Bizdə yalnız pokreşkanın protektorunu təzələyərək yenidən istifadə edirlər.
Respublikamızda 2014-cü ildə 950 min şinin istifadə olunduğunu nəzərə
alsaq, bu şinlərdən cəmi Bakı şin zavodunda və kooperativlərdə 10 mininin
protektoru yeniləşərək yenidən istifadəyə qaytarılmış, qalanları isə tullantı
olaraq ətraf mühiti çirkləndirmişlər.
Respublikamızda indiyə qədər istismardan çıxmış rezin məmulatlardan
istifadə olunmaması gələcəkdə ekoloji fəlakətlərin baş verməsinə səbəb ola
bilər.
Təxmini hesablamalara görə Respublikamızda ildə təqribən 850 min ədəd
pokrışka istismardan sonra tullanır. Bu isə 800 mln manat vəsaitin havaya
atılması deməkdir. Məhz bu səbəbdən şin sənayesində yenidənqurma işləri
aparılmalı, tullanan rezinlərdən qiymətli materiallar əldə olunmalıdır.
Bu məqsədlə işlənmiş şinlərin təkrar emalını təçkil etmək üçün yeni
texnologiyalardan istifadə günün vacib problemlərinə çevrilməlidir.
1.4.Polimerlərin mexaniki-kimyəvi proseslər nəticəsində
“qocalması” və yaranan ekoloji proseslə r
Müasir dövrün təxirəsalınmaz məsələlərindən biri də planetimizin ekoloji
təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə ətraf mühitin mühafizəsi
problemi həll olunmalıdır. ətraf mühitə edilən antropogen təsirlər içərisində
mühüm yerlərdən birini tullantılar tutur. Istismardan çıxmış və işləmə müddəti
başa çatmış avadanlıqların, məhsul istehsalı zamanı yaranan bərk tullantıların
ə
traf mühitə atılması ekologiyanı daha da korlayır. Öz unikal xassələrinə görə
polimer məmulatlar ətraf mühiti çirkləndirən bərk tullantıdan içərisində xüsusi
yeri tutur.
Polimerlərdən hazırlanmış bir çox məmulatlar istifadə zamanı müxtəlif
deformasiyalara, köhnəlməyə məruz qalırlar və bunun nəticəsində də dağılırlar.
Deformasiya və sürtünmə nəticəsində polimer məmulatların strukturu dəyişir,
ə
traf mühitə qarşı müqaviməti azalır
[ 3,15]
.
Polimerlərdən hazırlanan məmulatların dağılmasının iki əsas səbəbi
məlumdur. Birincisi, müəyyən zaman ərzində polimerdən hazırlanan
məmulatların xarici mühitin, yəni işığın, istiliyin, rütubətin, havanın təsirindən
dəyişməsidir. Bu eyni zamanda polimerin tərkibini təşkil edən komponentlərin
quruluşunun dəyişməsinə də səbəb olur. Belə dəyişmə polimerin qocalması
adlanır.
Ikinci səbəb mexaniki deformasiyadır. Mexaniki təsir nəticəsində polimer
kompozisiyasının özündə baş verən dəyişiklik yorulma adlanır. Əgər mexaniki
təsir polimer məmulatların işlədilməsi zamanı baş verirsə, buna polimerin
köhnəlməsi deyilir. Bir çox hallarda polimerin köhnəlməsinin qarşısını almaq
üçün kompozisiyalara qocalmaya qarşı maddələr əlavə edilir. Təcrübi olaraq
müəyyən olunmuşdur ki, köhnəlmə və yorulma eyni zamanda baş verir. Yorulma
prosesi isə qocalma prosesini intensivləşdirir. Bu proseslər daha çox bir-birinə
qətran vasitəsilə birləşdirilmiş, qaynaq edilmiş polimer məmulatlarda yaranır.
Dostları ilə paylaş: |