Cədvəl 2.2
Polad tullantısının tə rkibi və % miqdarı
Material Kateqoriya
Elementlərin miqdarı, %
C
Si
Mn
P
Ş
Polad
tullantısı
Б
01,-0,4
0,17-0,37 0,35-0,8
0,05
0,05
Belə polad tullantının təkrar emalından alınan hazır poladın tərkibində
C-0,27%, Mn-0,7%, Si-0,23%, P-0,03%, S-0,03% olur.
Vakuum elektrik-qövs sobasında metalların əridilməsi üçün lazım olan
qurğunun sxemi şəkil 2.1 göstərilmişdir. Bu üsul qaz və qeyri-metal
birləşmələri olmayan təmiz olan polad və digər ərintilərin təkrar emalında
tətbiq olunur. Üsulun mahiyyəti belədir: emal ediləcək metaldan sərf olunan
elektrod hazırlanır [ 23].
Səkil 2.1 Vakuum elektrik-qövs sobasının sxemi
1-sərf olunan elektrod, 2-maye metal vannası, 3-metal külçəsi, 4-su ilə soyudulan
kristallaşdırıcı, 5-su ilə soyudulan altlıq, 6-vakuum kamera, 7-cərəyan keçirici
Belə elektrodu tökmə yayma presləmə və başqa üsullarla hazırlanır. Elektrod
qurğuda şaquli vəziyyətdə kristallizator üzərində yerləşdirilir. Elektrodla
kristallizator arasında “zatravka” adlanan altlıq qoyulur. Zatravka fiziki-kimyəvi
reaksiyalar əsasında alınan maddəyə başlanğıc strukturu və faza vəziyyətini verən
materialdır. Sonra soba bağlanır və vakuum yaradılır. Sobada lazımi vakuum
1,33-0,133 Pa alındıqdan sonra elektrik dövrəsi qapanır. Bu zaman əriyən
elektrodla zatravka arasında yaranan elektrik qövsünün istiliyi hesabına
elektrodun ucu və zatravkanın üst qatı əriyir. Elektrod əridikcə damcılarla aşağıda
yerləşən metal vanna tərəfə hərəkət edir. Hərəkət zamanı onun vakkumlaşması
gedir, hidrogenin ilkin miqdarının 80%-i, azotun 50%-i kənar olur. Bu prosesdə
elektrodun əriməsi ilə eyni zamanda zatravka üzərində yerləşən maye ərinti də
istiqamətlənmiş kristallaşma qanunu üzrə bərkiyir. Beləliklə, prosesin sonunda sıx
quruluşlu, zərərli qazlar və metal oksidlərinə görə təmiz olan, çəkisi on tonlarla
olan metal külçəsi alınır. Lakin vakuum elektrik-qövs sobasının baha başa
gəlməsi və onun istismarının çətin olmasından onun istehsalatda tətbiqi
məhduddur.
Elektrik-posa ilə təkrar əritmə: Bu üsulla təkrar emalla metal külçəsinin
alınması ardıcıllıqla şəkil 2.2 verilmişdir.
Üsulun mahiyyəti belədir: əvvəlcə əriyən elektrodla qalınlığı 25-35 mm,
tərkibi isə əriyən elektrodun tərkibi ilə eyni olan poladdan hazırlanmış zatravka
arasında saflaşdırıcı xassəli maye posa yaradılır, elektrodun ucu posa içərisinə
salınır, sonra isə elektrik dövrəsi qapanır. Posa qatının dərinliyi 120-170 mm olub,
ə
riyən elektrodun diametrindən asılı olaraq götürülür. Burada yaradılan posanın
tərkibi əridilən poladın tərkibindən asılı olaraq müxtəlif olur. Posanın tərkibi elə
olmalıdır ki, o metalı zərərli qarışıqlardan təmizləməklə yanaşı, həm də ərintinin
tərkib elemntlərini oksidləşmədən qorusun.
Şə
kil 2. 2 Elektrik-posa ilə təkrar əritmənin sxemi
1-sərf olunan elektrod, 2-posa vannası, 3-elektrod metalının damcısı, 4-metal
vanna, 5-posadan ibarət qat, 6-metal külçəsi, 7-kristallaşdırıcının divarı, 8-metal
külçəsinin soyuması zamanı yaranan boşluq, 9-zatravka, 10-altlıq
Bu məqsədlə istifadə olunan posanın tərkibi, əsasən CaF
2
, CaO və Al
2
O
3
-dən
ibarət olur. Posadan cərəyan keçdikdə Coul-Lens qanununa əsasən ayrılan istilik
onu 1670-2000
0
C temperaturadək qızdırılır. Posanın istiliyi hesabına elektrodun
posa içərisində qalan hissəsi əriyir və damcılar şəklində posadan keçərək zatravka
üzərində maye metal vannanı əmələ gətirir. Metal damcısı posadan keçərkən
tərkibindəki fosfor, kükürd və müxtəlif metal oksidləri posaya keçir və saflaşır.
Elektrod əridikcə maye metal vannanın üst səviyyəsinə yaxın hissəsi ilə
zatravkaya yaxın hissəsi arasında istilik mübadiləsi çətinləşir. Ona görə də maye
vannanın zatravka tərəfdən olan hissəsi soyuyur və kristallaşır. Maye vannanın
səviyyəsi yerini dəyişdikcə onun kristallaşma sərhədi də həmin istiqamətdə yerini
dəyişir. Bu da metal vannanın istiqamətlənmiş kristallaşma qanunu ilə
bərkiməsinə səbəb olur. Beləliklə, elektrik-posa təkrar əritmə üsulu ilə sıx
quruluşlu P.S və müxtəlif metal oksidlərinə görə təmiz metal külçəsi alınır. Belə
poladlarda hazırlanmış maşın və avadanlıqların etibarlığı və istismar dövrü artır.
Bu üsulla alınan ərintilərin maya dəyəri vakuum elektrik-qövs sobasında alınan
ə
ritmənin maya dəyərindən bir neçə dəfə aşağıdır. Belə ərintilərdən istehsal
olunan məhsullar və onların iqtisadi əhəmiyyəti haqqında fəsil III məlumat
veriləcək.
Ə
lvan metalların təkrar emalı: Dünyada alüminium tullantılarının təkrar
emalı nəticəsində alınan alüminium metalı həmin tullantıların 20% təşkil edir.
Finlandiyada isə bütün alüminium tullantılar təkrar emal olunur, hətta bu dövlət
xaricdən alüminium tərkibli lomları da alıb təkrar emal edirlər. Bu işlərlə
metalların ticarəti ilə məşğul olan xüsusi təşkilatlar məşğul olur. Təşkilatlar
alüminium tullantıların doğranması, qablaşdırılması və sortlaşması ilə məşğul
olur, bu lomların metal emaledici zavodlara çatdırılmasını da həyata keçirirlər.
Alüminium tullantılarının təkrar emalının birinci mərhələsində lomlar
doğranır. Doğranmış lomun tərkibində Al-dan başqa müxtəlif metallar, yanacağın
tullantıları, mexaniki qarışıqlar və s. olur. Çətin bir mühitdə əridilən tullantıdan
alüminium fraksiyasını ayrırlar. Ərintidəki nəmlik və yağlar quruducu barabanda
buxarlandırılır.
Təqribi təmizlənmiş alüminium lomu çıxtə şəklində əridilmə sobasına verilir,
orada əridilir, legirlənir, təmizlənmək üçün konverterə ötürülür. Sonra
təmizlənmiş maye alüminium qəliblərə tökülərək sonrakı emal üçün göndərilir.
Dostları ilə paylaş: |