Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
31
Bunlardan əlavə, tarixi ədəbiyyatda Makedoniyalı
İskəndərin Şərqə doğru yürüşləri ilə bağlı bəzi maraqlı faktlar
da öz əksini tapır. Baryaks adlı birisi makedoniyalıların
hakimiyyətinə qarşı üsyan qaldırıb özünü Parsa və Madanın çarı
elan edir. Atropat öz gücü ilə Baryaksın üsyanını yatırır.
Üsyançını əsir edib, makedoniyalılara verirlər. Baryaks Pasar-
qadda qətlə yetirilir (183, s.79).
Görünür Nizaminin «İskəndərnamə» poemasındakı Bərdə
hökmdarı (Nüşabə) surəti də İsgəndərin müasiri olmuş Alban
çarı haqqında antik müəlliflərin verdikləri məlumatlara söykənir
(183, s.92).
Skiflərin Şimali Azərbaycan ərazisində yayılması yeni
tədqiqatlarda çox mühüm yer tutur. Burada skif mədəniyyətinin
izlərinin tarixi-arxeoloji öyrənilməsi indiyə qədər qaranlıq qalan
problemlərin həllinə imkan verir (16; 94; 250; 117; 300; 369).
Skiflər haqqında qiymətli tədqiqatlardan biri olan Azər
Həsənovun “Çar skiflər” adlı monoqrafiyasında qeyd edilir ki,
“Skiflərin adı ən ilkin olaraq Assuriya çarı Asarxaddonun
yazılarında (e.ə. VII əsrin 70-ci illəri) çəkilir” (94, s.29). Burada
Assuriyaya qarşı mübarizə aparan skiflərin çarlarından birinin
adı Partatua olduğu bildirilir, Asarxaddonun diplomatiyaya əl
ataraq qızını Partatuaya ərə verməklə skiflərlə ittifaq
bağlamasından bəhs edilir (94, s.30).
Tarixən bir tayfa ittifaqının da şəhər yaratmaq imkanı
olduğunu və onlar «tayfa şəhərləri» hesab edilmiş, tayfanın və
ya tayfa başçılarının birinin adı ilə adlandırılmışlar. Bərdə
şəhərinin adı onun siyasi-inzibati həyatında baş verən
dəyişikliklərlə əlaqədar olaraq dəyişmiş, eləcə də başqa xalqların
dilindəki sözlərə uyğun şəkildə fonetik cəhətdən müxtəlif
şəkildə ifadə edilmiş, sonuncu şəklini – Bərdə – saxlamışdır.
Belə ki, bu ad e.ə. VII əsrdən tarixə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
32
məlum olan Partatuadan götürülmüş sonrakı dövrlərdə Partav,
Bərdaa və nəhayət Bərdə şəklinə düşmüşdür.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
33
II FƏSİL
BƏRDƏ ANTİK DÖVR
VƏ ERKƏN ORTA ƏSRLƏRDƏ
(e.ə. IV əsr - b.e.VII əsri)
2 .1. Bərdə alban arşakların hakimiyyəti dövründə
Bərdə şəhərinin tarixinin qədim dövrünə aid dəyərli
mənbə materialları olmadığından və iqtisadi, mədəni tarixdən
fərqli olaraq s i y a s i tarixin öyrənilməsində arxeoloji
qazıntıların mühüm rol oynaya bilməməsi səbəbindən şəhərin
tarixinin bu aspektdən tədqiqatına ilk orta əsrlər dövründən –
qaynaqlarda Bərdə (Partav) şəhərinə aid ilk məlumatların
mövcud olduğu dövrdən (V əsrdən) – başlamalı oluruq.
Albaniyada baş vermiş siyasi hadisələri «Albaniya tarix-
i»ndə, erməni, gürcü yazılı mənbələrində, müasir tədqiqatlarda
və tarixi ədəbiyyatda əksini tapmış məlumatlara əsasən vaxtilə
Albaniya dövlətinin paytaxtlarından biri olmuş Bərdə ilə
bilavasitə bağlı şəkildə izləmək
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
34
mümkündür (15, s.98-120; 106, s.18-125; 220; 244; 295, s.30-
41; 296, s.143-177).
Ölkədə cərəyan edən siyasi proseslər Bərdə şəhərinin
özündə və yaxud paytaxtı olduğu Albaniyanın vilayətlərində
baş verdiyindən Bərdənin siyasi taleyi ilə bağlı olmuş, buna görə
də tarixçi və salnaməçilərin diqqətini daha çox cəlb etmiş,
kifayət qədər yazılı mənbə materialı yaranmışdır. Qaynaqlar
içərisində mötəbər mənbələrdən biri olan M.Kalankatlının «Al-
baniya tarixi» əsərində bildirilir ki, «Ölkənin paytaxtı əzəmətli
Bərdə şəhəridir» (136, k.1, f.4; 15, s.61). Şübhə yoxdur ki,
ölkədə baş vermiş bütün siyasi proseslər onun paytaxtı ilə bağlı
olmuşdur. Bərdənin siyasi tarixi də məhz bu bağlılıqda
öyrənilməlidir.
Mənbələrdə Qafqaz albanları ilk dəfə e.ə. IV əsr hadisələri
ilə əlaqədar xatırlanır (195, III, 8, 4). Qafqaz Albaniyası dövləti
e.ə. IV-III əsrlərin qovşağında meydana çıxmışdır. B.e. I əsrində
Albaniyanı Arşakilər soyu idarə etmişdir. Alban və erməni
müəllifləri məlumat verir ki, Albaniyanın cənub sərhəddi bu
dövrdə Araz çayı boyunca keçmişdir (136, k.1, f.4; 314, k.2, 8),
başqa sözlə bütünlüklə Kür və Araz çayları arası Albaniya
çarlığının tərkibinə daxil olmuşdur. Qardman, Sakasena, Uti,
Ərsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi (136,
k.4. f. 50; 6, c.2, s.15-21).
Azərbaycanın dilçi alimləri Ərsak (Artsak) toponiminin
“ar” və “saq, (şaq)//saq”-dan yaranan Arsaq (Arşaq//Arsaq)
sözünün öncə şəxs adı kimi işləndiyini, sonralar onun sülaləsinin
və yaşadığı yerin adının da belə adlandırıldığını, iki tərkib
hissədən ibarət olan “Ərsaq” sözünün birinci hissəsinin –
“ar//ər”, demək olar ki, bütün türk dillərində “igid”, “kişi”,
“qırmızı”, ikinci hissəsinin isə qəbiləbirləşməsi adı Saq (166,
s.43), həmçinin türkcə art – “dağlıq ərazi”, “yüksəliş” və “sak”
sözlərindən ibarət
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
35
olub “sak dağlıq ərazisi” mənası verdiyini bildirirlər (105, s.331,
338). Rus müəllifi A.Xazanov təsdiq edirdi ki, «Qarabağ
əyalətlərindən biri olan Arsak öz adını sakların «cəsarətli» və
«kişi» sözündən götürülmüş-dür».
M.Xorenlinin bildirdiyinə görə: «… irsi olaraq bütün Al-
ban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, Araks (Araz –
müəllif) çayından başlayaraq Hunarakert adlanan qalayadək
(Ağstafa zonası – müəllif) girdmanlar, savdeylər və qarqarların
ərazisi idi» (314, k.2, 8). Bu məlumatı alban tarixçisi
M.Kalankatlı da təsdiq edir (136, k.1, f.4; 126, s.56, 57).
Aydındır ki, «…parfiyalı Valarşak (yəqin ki, I Vologez (51/52-
79/80) cəsur Aranı ölkənin (b.s. Albaniyanın) hakimi təyin
etmişdi» deyilərkən söhbət e. ə. I əsr hadisələrindən gedir.
Maraqlıdır ki, albanların «daim yalançılıq edən adamlar» olması
məlumatını da Moisey Xorenli vermişdir (314, k.3, 3; 126, s.56).
Alban tayfalarından utilər, sovdeylər və qarqarlar Qarabağda
yerləşirdilər. Göründüyü kimi, bütünlüklə Kürün sağ sahili
boyu, Araz çayından Ağstafaya qədər alban tayfaları yayılmışdı.
Beləliklə, qaynaqlar Qarabağ bölgəsinin tayfalarının türk
mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus
olmasını təsdiq edir.
Qarabağ torpaqları heç cür Ermənistanın «əzəli» torpağı,
tarixi ərazisi ola bilməzdi. Bu, mifologiya orta əsr erməni
müəlliflərinin uydurmasıdır və indiyə qədər erməni
tarixşünaslığına daxil edilmişdir (184, s.16). Bu, ermənilərin öz
tədqiqatlarından da məlumdur: Ermənilərin vətəni – Balkanlar,
tarixi Frakiya vilayətidir; ilk erməni dövləti Kiçik Asiyada
yaranmışdır; Qafqaza ermənilər XIX əsrin əvvəllərində
gəlmişlər.
Buna görə də Qarabağ ərazisinin e.ə. IV-I əsrlərdə
«Ermənistanın» tərkibinə daxil olmasını düşünməyin hər hansı
bir əsas yoxdur. Əvvəla, əgər bu belə olsa idi, onda
Dostları ilə paylaş: |